_____________ Milli Kitabxana_____________
182
hadisə 850-ci ildə baş verir. Çünki əl-Mütəvəkkilin, Abbasi
xəlifəsinin, şiələri və onların imamlarını görməyə gözü yoxdu.
Şiə hökmdarları isə təziyələrin geniş yayılmasına həmişə
şərait yaradıblar. İraqda Buidlərin zamanında təziyələr rəsmi-
ləşdirilir. 963-cü ildə Bağdad şəhərində birinci təziyə keçirilir.
Bu ənənə Suriyada Həmdəmilər, Misirdə Fatimilər, İranda və
Azərbaycanda Səfəvilər zamanında daha da möhkəmlənir. İlk
çağlarda yas mərasimləri “müqəddəs ailə”nin üzvlərinin, daha
doğrusu, qohumlarının evlərində saxlanılardı. IX əsrdən etiba-
rən imam Hüseynin fəlakətini bəlağətli şəkildə danışan ağıçılar
peşəkarcasına bu işlə məşğul olmağa başladılar: rövzəxanlar,
nouhəxanlar, mərsiyəxanlar meydana gəldi. X yüzilin
əvvəllərində isə Bağdad, Hələb və Qahirə şəhərlərində təziyələr
keçirmək üçün “Hüseyniyyə” adlanan binalar tikilir. Təziyələr
əvvəlcə hörmətli şiələrin evlərində başlayıb “Hüseyniyyə”lərdə
davam etdirilərdi və bu zaman poetik-teatral formada imam
Hüseynin öz dəstəsilə Mədinədən İraqadək çəkdiyi əzablar
güzgülənərdi. Bu, təziyələrin təşəkkül tarixidir. Təziyələrin
mədəniyyət faktına çevrilməsi yalnız IX əsrdə
mümkünləşib. Şəbihlər isə İran mədəniyyətilə sıx surətdə
bağlıdır: onların da təşəkkülü və formalaşması XVI əsrə,
Səfəvilərin hakimiyyəti illərinə təsadüf edir.
Təziyələrə
və
şəbih tamaşalarına hazırlıq
şiə
məmləkətlərində artıq məhərrəm ayının 1-dən başlanır.
Məhərrəmin 10-u aşuradır, imam Hüseynin qətlə yetirildiyi
gündür. Bu günü səhər tezdən məscidin müəzzini bəyan edir.
Aşura şiə tarixinin ən ağır günüdür. Məhz aşurada imam
Hüseynin qətli bütün şiələr tərəfindən sanki bir daha
yaşanılacaq. Şiə bu günü müqəddəs faciəvi gün bilib
əvvəlcədən aşuraya tədarük görür. Aşurada şiə ölkələrində
ictimai-sosial, iqtisadi həyat dayanır: dükanlar, idarələr işləmir,
heç kəsə məişət xidməti göstərilmir. Bu müddətdə yalnız
_____________ Milli Kitabxana_____________
183
hamamlar açıq qalır. Aşura günü çimmək müsəlman
dünyasında səvaba yazılır. Bundan əlavə həmin gün ha-
mamlardan “sinəvuranlar”, “zəncirvuranlar”, “xəncərvuranlar”
da faydalana bilərlər. Onların yaralarının sağalması üçün bu,
vacibdir. Aşura gününə şiələr buğda, qarğıdalı, mərci, noxud,
ağ və qırmızı lobyalardan hədik bişirirlər, doşab, yağ və undan
halva çalırlar: çalışırlar ki, çörək yeməsinlər, halva vəhədiklə
keçinsinlər. Bu gün halva, hədik, şərbət, su, çay, qənd
paylamaq şiələrdə adətdir.
Şiə məmləkətlərində təziyə məscid qapılarından şəhərə
çıxır. Təziyə şəhər üçün düşünülmüş kütləvi tamaşadır,
canlı prosesdir. Əzadarlar kütləsinin ön cərgələrində birinci
olaraq ələm (beş barmaqdan ibarət əl simvolu) və qara bayraq
aparılır. Quranın ayə və surələri də qismən plakatlar və
transparantlar tuğlara (tuğları gəzdirənləri “tuğdar” deyə
çağırırdılar) sancılmış şəkildə qabaqda sıralanır. Bu kütləvi
mərasimdə, ona Azərbaycanda “əza qafiləsi” deyirlər, əsas
yeri rövzəxanlar, mərsiyəxanlar və nouhəxanlar tuturlar. Onlar
təkcə Kərbəla hadisələrini nəql edib, danışıb mərsiyə və
nouhələr oxumurlar, eyni zamanda mərasimin tempo-ritmini,
hərəkət dinamikasını müəyyənləşdirirlər. Mərasim içrə
rövzəxan və onun müşayətçilərinin ardınca sinəvuranlar,
zəncirvuranlar, xəncərvuranlar daşdöyənlər (səngzənlər)
cərgələnir. Bunlara “əlviyyə” də deyilir. Növbəti hücrə, yer
imam Hüseynin, onun dəstə üzvülərinin (72 nəfər tərəfdara
“ imamhəng” deyilirdi) şəbihlərinindir, yəni Hüseynin
əshabələrinindir. Müaviyyənin, Yezidin, Şümrün şəbihləri də
bu arada görükür. Mümkündür ki, əza qafiləsində Kərbəla
hadisələrindən bəzi epizodlar (məs; “Əliəkbərin şəhidliyi”)
primitiv-realistik tərzdə oynanılsın, döyüş səhnələri göstərilsin.
Lakin bu şəbihləri eyni mövzuda oynanılan tamaşalarla
qarışdırmaq lazım deyil: onlar təziyə prosesinin şəbihləridir;
_____________ Milli Kitabxana_____________
184
mərasimdə Kərbəla çölündəki hadisələri göstərirlər, döyüşləri
yamsılayırlar. Çox vaxt heç kim Yezidin şəbihini çıxarmaq
istəmir. Bu zaman onun fiqurunu uyuq əvəzləyir. Döyüşçülərin
arasında Kərbəla hadisələrinin iştirakçılarının atlı şəbihlərinə
də rast gəlmək mümkündür. Bu dəstələrdən sonra balaca ağ
atlar, ağ dəvələr gətirilirdi və onların üstündə üzü arxaya oğlan
uşaqları əyləşdirilirdi.. Mərasim kontekstində çılpaq uşaqlar
saflıq, təmizlik, məsumluq rəmzləri kimi qavranılırdı. Vizual
təəssüratı gücləndirmək üçün onlarlın sifətlərini, əllərini,
ayaqlarını azacıq qana bulayırdılar, atların sağrısına ağ
göyərçinlər qondururdular. Lap axırda isə bir arabada yavaş-
yavaş Allahın şiri irəliləyirdi. Bu şir parçadan tikilmiş nataraz
bir kukla idi, kuklaçı tərəfindən içəridən primitiv bir tərzdə
idarə olunurdu; mütəmadi şəkildə bu şir saman ovuclayıb
başına tökürdü: yəni ki mən “Əsədullah”, Allahın aslanı olub
imam Hüseyni Kərbəla fəlakətindən xilas edə bilmədim. Şəhər
küçələrilə addımlalayan bu izdihamın tən ortasında isə Kərbəla
şəhidlərinin üstünə parıltılı ipək çəkilmiş şəhid tabutlarını
görmək olardı. Buna əza qafiləsi içrə “Qəbri-Hüseyn” də
deyilir. Belə ki, imam Hüseynin tabutu ilə yanaşı xərək içində
onun zərxara parçalarla bəzədilmiş qəbri (sərdabəsi) də
gəzdirilir. Çünki imamın qəbri abbasilərin nümayəndəsi əl-
Mütəvəkkil tərəfindən dağıdılmışdı və bu şiə tarixində dərin
hüznə səbəb olmuşdu. Çiyinlərdə aparılan bir neçə tabut təziyə
izdihamının son dərəcə təsirli fraqmentinə çevrilirdi. Bunu
Təbiz miniatür məktəbinin nümunələrində də görmək
mümkündür ki, aşura günü imamın və digər şəhidlərin
tabutlarını şəhərin qapılarından necə çıxardırlar. Hər şəhər, hər
kənd bu əza qafiləsinə öz improvizəsini, öz versiyasını gətirirdi.
Mərasim şəhidlərin dəfni və məscid qarşıdında gecəyə
yavuq gerçəkləşən “şam-i qəriban”, yəni “qəriblər axşamı”
deyilən kütləvi sinəvurma, ağlama və xor oxumaları səhnəsilə
Dostları ilə paylaş: |