_____________ Milli Kitabxana_____________
168
Çin teatrı rəngarəng kostyumlar tearıdır. Burada kostyum
və rəng personajın psixoloji səciyyəsidir, onun ovqatının
simvolik ifadəsidir. Çin teatrında hər bir rəngin öz rəmzi
mənaları var. Qırmızı sevinc, ağ kədər, hüzn, qara ləyaqətli,
alicənab həyat tərzini, sarı imperator nəslinə yaxud Budda
təriqətinə mənsubluğu, mavi təmizlik və sadəliyi, yaşıl dayə və
xidmətçiləri, çəhrayı yüngül ağıl və yüngül əxlaqlı adamı
bildirir. Rənglərin kompozisiyası qəhrəmanın psixoloji
portretidir.
Əgər söz qrimdən düşərsə, bu zaman deməliyik ki, Çin
teatrında qrimlər yapon Kabuki teatrında olduğundan da
əlvandır. Çində hər qrimə bir kitab həsr olunmuşdur və onlar
əsasən məxfi saxlanılır. Ancaq məlumdur ki, Çində 50-60-a
yaxın qrim növü var. Üzə qrimin simmetrik və assimmetrik
tərzdə vurulması da müəyyən məna kəsb edir. Assimmetrik
qaydada sifətə yaxılmış qrim mənfi, simmetrik qrim isə müsbət
personajı bildirir. “Şen”, “dan” və “çou” üçün qrimlər nisbətən
sadədir. “Çou” qrimindən ötrü gözlər ətrafında ağ kəpənək
formasının çəkilməsi mütləqdir. “Dzin” rollarının qrimində
rənglər müxtəlifliyindən daha çox istifadə olunur və mürəkkəb
kompozisiya yaradılır. “Dzin” personajları üçün qara, ağ
qırmızı əsas, qızılı, gümüşü, badımcanı, yaşıl, sarı və göy isə
əlavə rənglər hesab olunur. Adətən qrimdə ağ və qara rənglərin
kompozisiyası personajı müsbət kontekstdə tanıtdırır; elə ki, ağ
fona qara cizgilər, yaxud qırmızı üstündə ağ ləkələr göründü,
obrazın səciyyəsi
mənfiləşir.
Bu şərtilik dekorlara və əlbəsələrə də aiddir. Çin teatrında
şərtilik səhnə məkanında yerləşən adi masanı və ya kətili
qalaya, dağa çevirməyə qabildir. Yumrulanmış qırmızı yaylıq
“kəsilmiş baş” deməkdir. Üzə salınmış qırmızı yaylıqsa ölümü
bildirir. Balıqlar çəkilmiş bayraq səhnədə çay axdığını göstərir.
_____________ Milli Kitabxana_____________
169
Lazım gələrsə, səhnəyə “məbədgah”, “meşə” sözləri yazılmış
lövhələr də çixarılır. Hər hansı bir personajın xarakteristikası
da tipik atributlarla əyaniləşdirilir. Əlində qamçı tutmuş
personajı hamı atda təsəvvür edir. Yelpik obrazın hiyləgərliyini
simvollaşdırır. At quyruğundan hazırlanmış milçəkqovan
zahidi və ya əcayib məxluqu nişan verir. Papağında turac lələyi
olan personajsa barbardır. Aktyorların səhnə davranışı da bu
qayda ilə sahmanlanır. Əllərin baş üstündə silkələdilməsi
qorxunu, başın çiyinlər içinə salınıb qolların əsdirilməsi qəzəbi
rəmzləşdirir.
Çin teatrının eqzotik nişanələri sırasında parik, saqqal, bığ
və qaşlar böyük əhəmiyyət daşıyır. Saqqallar bir qayda olaraq
Tibet kəllərinin quyruqlarından hazırlanır. Çin teatrında 40
saqqal növü bəllidir və onlar əsasən beş rəngdə olur: qara, ağ,
sarı, qırmızı və bənövşəyi. Çin teatrında dekorların primitivli-
yinə baxmayaraq kostyumlar həmişə çox zəngin və dəbdəbəli
olub. Bütün dünya antikvarları onları son dərəcə yüksək
qiymətləndirirlər. Kostyumlar adətən bahalı parçalardan, - atlas
və ipəkdən, - tikilir. Parçaların rənglərində qırmızıya, yaşıla,
sarıya, ağ və qaraya üstünlük verilir.
Çin teatrında hər bir xırda detalın, istər kostyumun, istər
qrimin, istərsə də əlbəsənin öz konkret və daimi yeri var. Hər
bir teatrda əşyalar beş zənbilə yığılıb toplanır. İlk iki zəmbildə
59 cüt kostyum, başqa sözlə desək, geyim dəsti olur. Üçüncü
zənbildə cəmi 141 ədəddən ibarət saqqal, bığ və parik
yerləşdirilir. Dördüncü zəmbildə 48 ədəd müxtəlif paltar, baş
geyimləri və kəmərlər saxlanılır. Çin teatrında beşinci zənbil
isə 317 ədəd çoxçeşidli silahlardan ötrüdür.
Tamaşaçı salonu və səhnə Çində “tsən-təy” adlanır.
Kulislərə, yəni səhnə ciblərinə “xoy-təy” deyilir. Zal adətən
600-dən 2.000-ə qədər seyrçi tutur. Pekində və Şanxayda isə
belə teatrların həcmi 3.000 adama yaxındır. Kişilərlə qadınlar
_____________ Milli Kitabxana_____________
170
Çində bir-birlərindən ayrı əyləşirlər. Sol tərəf kişilərindir, sağ –
qadınların. Tamaşa müddətində teatrın qonaqları üçün aramsız
şəkildə çay, meyvə, şirniyyat, isti-isti buğlanan ağ dəsmallar
daşınır. Bu, tamaşanın oynanmasına və qavranılmasına heç bir
maneə törətmir. Çünki Avropada və Çində seyrçinin gördüyünə
və eşitdiyinə verdiyi reaksiya başqa-başqadır. Hətta Çində
tamaşa vaxtı seyrçilər bir-birilə astaca danışmaq hüququna da
malikdirlər. Süjeti izləmək çinli seyrçilərdən ötrü bir o qədər də
önəmli deyil. Belə ki, çinli seyrçilər avropalılara nisbətən daha
hazırlıqlı tamaşaçılardır. Onlar süjeti və hər bir aktyorun oyun
imkanlarını gözəl bilirlər və yalnız ayrı-ayrı məqamları seyr
eləmək üçün tamaşaya gəlirlər. Çində hər bir təzə aktyoru
teatra götürərkən onu özünəməxsus sınaq imtahanından
keçirirlər. Ara vermədən üç gün müddətində o, tamaşaçılar
qarşısında çıxış etməlidir. Əgər seyrçilər bu aktyoru qəbul
etməsələr, truppa onunla iş müqaviləsi bağlamayacaq. Səhnə
arxasında aktyorların qrim otaqları, dekor və əlbəsələr yerləşir.
Teatrın xidmətçi personalı böyükdür və hər bir adamın vəzifəsi
dəqiq, konkret surətdə müəyyənləşdirilib. Səhnə arxasında
aktyorlardan və onların gizirindən savayı truppa, qrim, əlbəsə
müdirləri, bərbərlər, çayçılar, yaradıcı şəxslərin evlərinə xəbər
aparan çaparlar məskunlaşır. Çində aktyorların oyununa böyük
tələbkarlıqla yanaşırlar. Hər bir Çin qəzetində teatr
yeniliklərinə və teatr tənqidinə ayrılmış səhifələr, köşələr var.
Jurnallarda da Çinin teatr həyatı yetərincə işıqlandırılır.
Burada tamaşalar gündüz və axşam oynanılır. Gündüz
tamaşaları səhər saat 11-dən 19-a kimi, axşam tamaşaları isə
19-dan düz saat 24 qədər davam edir. Bir tamaşa ərzində 7-8,
bəzən isə 12 pyes səhnələnir. Hər pyesin davam müddəti 40-45
dəqiqədir. Elə pyeslər də var ki, onlar bütöv 4 saata hesablanıb.
Klassik repertuardan olan pyeslər isə, mümkün ki, günlərlə
teatrın səhnəsində ifa edilsin. Ümumilikdə isə klassik
Dostları ilə paylaş: |