Microsoft Word history of east theatre



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə51/63
tarix31.10.2018
ölçüsü1,18 Mb.
#77558
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   63

_____________Milli Kitabxana_____________ 
179 
 
2. İranda təziyələr və şəbih tamaşaları 
 
      Hələ indiyə qədər elmdə təziyə və şəbihlərin konkret tarixi 
müəyyənləşdirilməmişdir: rəylər, fərziyyələr, gümanlar müxtə-
lifdir. Bəziləri zaman etibarı ilə bu tarixi V əsrə, bəziləri XVI 
yüzilə, bəzilərisə XIX əsrə aparıb çıxarırlar. Fransız Kont de 
Qobine söyləyir ki, şəbih tamaşalarının tarixi heç bir əsrdən də 
artıq deyil. Və bu barədə  hər səyyahın, hər tədqiqatçının öz 
təkzibedilməz həqiqəti var. Lakin bütün bu dolaşıqlıqların 
məncə bir ümumi səbəbi mövcuddur. Müsəlman dünyasına 
müxtəlif vaxtlarda gəlmiş diplomatlar, tacirlər, səyyahlar təziy-
yələr və  şəbihləri daim taydəyişik salıb onları bir-birilə qarış-
dırmışlar. Məsələ bu ki, təziyyələr və  şəbih tamaşaları bir-
birindən fərqlidir və hərəsinin öz müstəqil yaranma tarixi olub.   
       “Təziyə”  ərəb sözüdür, “ağı”, “yas”, “hüzn”, “ağlamaq” 
mənalarında işlədilir. “Şəbih” də ərəb dilindən alınmış bir an-
layışdır. Lakin bu söz canlı fars dili dövriyyəsində daha çox iş-
lənir və  “oxşar”, “oxşayan”, “bənzər”  mənalarında başa 
düşülür. Hər iki sözün semioloji təhlili “təziyə” və “şəbih” kimi 
sosial, dini və mədəni hadisələrin tarixi mənşəyini işıqlandırır. 
Təziyələr və şəbih tamaşaları islam dünyasında şiə məmləkət-
lərinin teatr mədəniyyətinin ən universal təzahürlərindən sayılır. 
Orta əsrlərdən üzü bəri təziyələr və şəbihlər nəinki bir sıra ərəb 
ölkələrində,  İranda, Azərbaycanda, Türkiyədə, həmçinin 
İrəvanda, Gürcüstanda da keçirilmişdir. Bir çox müsəlman 
bölgələrində  “əzadari”  mərasiminin yayılması  təkcə  ərəb 
istilası ilə yox, həm də islamın fars variantının nüfuzu və 
təsirilə  əlaqələndirilir. Belə ki, elmi dairələrdə heç kəs 
təziyələrin və  şəbihlərin təşəkkülündə  İranın, - ən qüdrətli  şiə 
məmləkətinin, - müstəsna rolunu inkar etmir.  Halbuki hər şey 
uzaq  VII  əsrdən isti ərəb yaylasından başlayır. Təziyələr 


_____________Milli Kitabxana_____________ 
180 
birbaşa şəkildə şiələrin üçüncü imamı əl-Hüseyn ibn Əli Əbu 
Abdullah  əş-Şəhidin adı  və  Kərbəla çölündəki  şücaəti və 
şəhidliyilə bağlıdır.  İmam Hüseyn Mədinədə doğulub, 
Muhamməd peyğəmbərin qızı Fatimə ilə  Əli ibn Abu Talibin 
oğludur.  Şiələrin ikinci imamı  əl-Həsən ibn Əli  Əbu 
Muhamməd  əl-Mitlağ öldürüldükdən sonra imam Hüseyn 
669-cu ildə  Kufədən Mədinəyə  dönür və  ələvilərin başçısı 
olur. Ancaq o, uzun müddət siyasi səhnədə görünmür, heç bir 
koordinal qərarı və ya addımı ilə fərqlənmir. 680-cı ildə xəlifə 
Müaviyyənin ölümü ilə  əlaqədar  İraqda  əməvilər  əleyhinə 
siyasi çıxışlar güclənir. Bu zaman Kufə şiələri özlərinin üçüncü 
imamları kimi qəbul etdikləri Həzrət Hüseyni yeni xəlifə Yezid 
ibn Müaviyyəyə qarşı üsyana başçı olmaqdan ötrü geri çağırır-
lar.  İmam Hüseyn öz əmisi oğlu  Müslim ibn Aqili üsyanı 
təşkil etmək üçün öncədən Kufəyə göndərir. Minlərlə Kufə sa-
kini imam Hüseynə biət etdiyini bildirdiyindən Müslim sevinib 
bu haqda imam Hüseyni məktubla məlumatlandırır. Lakin 
kufəlilərin üsyanı hələ qızışmamış yatızdırılır, Müslim ibn Aqil 
tutulub 680-cı ilin sentyabrında qətlə yetirilir. Həzrət Hüseynin 
bundan xəbəri olmur. Çünki o, Məkkəni tərk edib Kufəyə tərəf 
yollanmışdı. Bu səfərdə onu yalnız kiçik bir dəstə müşayət 
edirdi. Ağır faciəvi xəbərlər imam Hüseynə yolun yarısında 
çatır. Lakin şiə müqəddəsi qorxub geri qayıtmir. Elə bu vaxt 
Kufənin təzə hakimi Ubaydullah ibn Ziyad Hicazdan İraqa 
gedən yolların üstünə döyüşçü dəstələri düzdürür. Məhz 
onlardan biri imam Hüseynin Kufəyə yolunu kəsir. Naəlac 
qalan  şiə imamı öz 72 (40 piyada, 32 atlı)  nəfərlik dəstəsilə 
Ninəva çölündə məskunlaşır. Bir neşə gündən sonra Ömər ibn 
Səədin komandanlığı altında  4.000 döyüşçüdən ibarət ordu 
Ninəvaya yaxınlaşır. 680-cı ilin 10 oktyabrında əl-Hüseyn ibn 
Əli Əbu Abdullah əl-Müctəba öz dəstəsilə düşmən alaylarının 
qarşısına çıxır. Öncə  xəlifə ordusunun heç bir əsgəri 


_____________Milli Kitabxana_____________ 
181 
Muhamməd peyğəmbərin nəvəsinə hücum etmək istəmir. 
Nəhayət ki, kindilərdən biri, rəvayətə görə Malik ibn Nusayr, 
qılıncını  çəkib  şiə imamına zərbə endirir. Bu, ordu üçün 
müdhiş bir siqnal olur. Hamı imamın kiçik dəstəsinin üstünə 
şığıyıb müqəddəs ailənin qohum-əqrəbasını, dostlarını 
qılıncdan keçirir. Ölənlərin başları əməvi xəlifələrinin paytaxtı 
Dəməşq  şəhərinə göndərilir. Vaxt ötüşəcək və bir yaddaş 
olaraq Ninəva adlı  mənhus  ərəb çölünün üstündə  Kərbəla 
şəhəri salınacaq. 
       Şiələrin təziyələri, ağı  mərasimləri, misteriyaları öz 
mövzularını bu hadisədən götürür. 680-cı il oktyabr ayının 
10-u şiəlik tarixinin bəlkə də ən əlamətdar günüdür. Məhərrəm 
ayı  şiə  məmləkətlərində hüzn, kədər, yas ayıdır.  Şiə 
ənənələrinə görə ilk yas, ağı mərasimləri, hüzn, əza məclisləri 
imamın ölümündən sonra keçirilməyə başlanmışdır. Tarix 
söyləyir ki, təziyələrin  əsas  şiə  mərasiminə çevrilməsində 
“peşmanlamışlar” adlandırılın “ət-təvvabun” hərəkatının böyük 
rolu olmuşdur. Orta çağların tanınmış tarıxçısı  əl-Yəqubiyə 
görə kufəlilər Mədinəyə yönələn imam qohumlarını acı 
fəryadlarla, ağılarla qarşılayılar. Geriyə dönərkən “müqəddəs 
ailə”nin yaxınları öz gözətçilərindən xahiş edib Ninəva çölündə 
imamın ölümünün 40-cı günü ağı  mərasımı qururlar. 
Əməvilərin hakimiyyəti dövründə  şiə imamlarının evlərində 
bəyan edilmədən, rəsmiləşdirilmədən hər il təziyyələr 
saxlanılırdı: Mədinə 
şəhərində 
əməvilər buna göz 
yummuşdular. Təziyələr  şiələr üçün həm də hakimiyyətdə 
olanlara qarşı özünəməxsus bir etiraz aksiyası idi.  
       Erkən Abbasilər siyasi məqsədlər güdərək hakimiyyətə 
gəlmək ümidilə  şiələri, onların təziyələrini, xüsusilə  də  İran 
camaatı arasında, dəstəkləyirdilər. Lakin əl-Mütəvəkkil (847-
861) zamanında hətta imam Hüseynin qəbri belə dağıdılır. Bu 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə