_____________ Milli Kitabxana_____________
171
repertuarda 1.000-dən artıq pyes var. Bunlardan təqribən 400-
500-ü səhnədə oynanılan pyeslər siyahısına aiddir və yalnız
150-si mütəmadi şəkildə repertuarda görünür. Adətən pyeslərin
adları 2, 3, 4 sözdən ibarət olur. Sözlərin sayına görə janrları
müəyyənləşdirmək mümkündür. “Kün-süy” janrı iki, “Er-
xuan” və “Sipi” üç, “Qoa-siyən” 4 sözlə bildirilir.
Repertuarın bütün pyesləri üç qrupa bölünür: tarixi pyeslər,
fantastik pyeslər və psixoloji pyeslər.
Çində tamaşaların qonqla başlaması qaydadır. Əvvəlcə
maska geymiş bir aktyor səhnə önünə gəlib məhsuldarlıq
tanrısına dua edir, onun şəninə şeirlər oxuyur. Bundan sonra
birinci pyes oynanılır. İlk pyeslər adətən zəif olur və onları
ortabab aktyorlar ifa edirlər. Çində, mümkün ki, seyrçilər
tamaşaçı salonunu haradasa bir neçə saata doldursunlar. Bu,
normal haldır. Çünki orada hər bir seyrçi öz sevimli aktyoruna
baxmağa, zövq aldığı bədii mətni dinləməyə gəlir. Hər
aktyorun tamaşada cəmi bir rol oynaması qanundur və
müstəsna hallara yol verilmir. Sonuncu pyesdən sonra iki oğlan
uşağı səhnəyə çıxıb baş əyir və tamaşanın qurtardığını
bildirirlər. Şimal və cənub üslubları arasında ən geniş yayılmış
tamaşalar “Adamsız şəhərin hiyləgərliyi”, “Tut bağlarında
atılmış oğul”, “İlin altıncı ayı qar”, “Qəzəbli pələngin kəndi”,
“Qızıl dağın məbədgahı”, “Dəmir əjdəhanın dağı”, “Balaca
çoban şagirdi”, “Şao-xua-şan dağı”nı götürmək olar. Birinci üç
pyesdə qəhrəman adi vətəndaşdır. Digər üç pyes hərbi
mövzudadır. Axırıncı iki pyes isə məişət mövzusundadır.
Bundan əlavə “Məşhur həkimin təşrif buyurması”, “Yeni il”,
“Əlində çıraq tutmuş kor” kimi komediyalar da çinlilərin
sevdiyi pyeslər silsiləsindəndir.
Çin klassik teatrının repertuarı da son dərəcə rəngarəngdir.
Lakin bu rəngarənglik içində ikicə pyes ultra klassik pyeslər
_____________ Milli Kitabxana_____________
172
sanılır: “Ud” və “Qərb fligeli”. Onları yalnız Çin teatrının
elitası oxuyur.
Və nəhayət, Çin teatrında orkestr 8 musiqi alətilə təmsil
edilir. Bunlar Çin kanonudur, tütəkdir, aypara şəkilli simli
musiqi alətidir, digər simli çalğı alətləridir, bambuk
çubuqlardır, neydir, fleyta və təbildir. Çin teatrında hər bir ritm
simvolik bildiricidir və aktyor ariyaları ifa edərkən sənətin elə
yüksək bir zirvəsinə ucalmalıdır ki, burada obrazın emosional
ovqatının cövhərini görükdürməyi bacarsın.
_____________ Milli Kitabxana_____________
173
IV FƏSİL
İRAN TETRI
Yaxın və Orta Şərq ölkələrinin ənənəvi teatr formalarının
estetikası və poetikası arasında son dərəcə böyük oxşarlıq
mövcuddur. Sanki onalrın hamısının kökü, mənşəyi, cövhəri
birdir. Həqiqətən, İran qissəxanı ilə türk məddahı və ərəb
hakkavatisi elə bil ki, bir-birilərinin güzgüvari əksidirlər. Bu
müstəvidən baxanda aydınlaşır ki, mövləvi qardaşlığına
mənsub dərvişlərin Türkiyədə teatral tərzdə icra edilən zikrləri
fars mədəniyyəti üçün də xarakterik olub. Türklərin “Qaragöz”
kölgə teatrı Misir “Xəyal əz-zill” kölgə teatrının kiçik
qardaşıdır. Fars kukla oyunlarının təbiətini istər “Qaragöz”
kölgə teatrında, istərsə də bir sıra qonşu xalqların meydan
tamaşalarında aşkarlamaq mümkündür. Təziyələr və onların
kontekstində oynanılan şəbih tamaşaları islam dünyasının
bütün şiə məmləkətlərindən ötrü xarakterik bir mədəniyyət
hadisəsidir. Yeni dərsliyin bu bölmələrində Yaxın və Orta Şərq
ölkələrinin mədəniy-yəti üçün teatrın universal sayıla biləcək
təzahür formalarının tarixi və poetikası çözüləcək. Əlbəttə ki,
Yaxın və Orta Şərq ölkələrində teatrın təzahür formaları
arasındakı oxşarlığı şərtləndirən ən güclü faktorlardan biri
islam olmuşdur. Doğrudan da, adamda hərdən elə təəssürat
yaranır ki, islam dünyasının hər yerində teatrın tarixi eynidir,
təzahür formaları identikdir.
_____________ Milli Kitabxana_____________
174
1. Nağılçı
Qədim dövrlərdən etibarən İran mədəniyyəti öz
teatrallığı və təmtərağı ilə fərqlənib. Hətta tarixdən
belə bir fakt da məlumdur ki, Makedoniyalı İskəndər
m.ö. 334-331 illərdə Əhəmənilər dövlətini süquta
uğratdıqdan sonra Persopol şəhərində tamaşaya
baxmışdır. Lakin təəssüf ki, bu tamaşanın xarakteri,
təbiəti barəsində bizim heç bir xəbərimiz yoxdur.
Hərçənd ki, məhz Əhəmənilər dövründə Bisütun
yazıları, Təxti-Cəmşid abidələri, Avesta hekayətləri
qədim İran mədəniyyətinin incilərinə çevrilmişdir.
Aydın məsələdir ki, zərdüştlik, onun dini kitabəsi
“Avesta” mətnlərinin dili, poetik quruluşu, pafosu
əski zamanlarda İran ərazisində jest, poza və
davranışlara ciddi təsir göstərmişdir. Avesta
hekayətləri, zərdüşt kahinlərinin oxuduqları sakral
mətnlər, dualar, keçirdikləri ayinlər İranda nağılçılıq
sənətinin inkişafına təkan verən ilk elementlər kimi
qiymətləndirilə bilər.
Orta əsrlərdə isə nağılçılıq sənətinin gəlişməsindən
ötrü İran mədəniyyəti zonasında daha münbit şərait
yaranır. Bu, bir neçə mühüm faktorla əlaqədardır.
Öncəsi İran məmləkətinin artıq Orta çağların
başlanğıc məqamında asanlıqla islamiləşməsidir.
İslam isə öz strukturuna görə Muhamməd
peygəmbərin monoloqları kimi tərtiblənmişdir. Bu
Dostları ilə paylaş: |