Microsoft Word history of east theatre



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə18/63
tarix31.10.2018
ölçüsü1,18 Mb.
#77558
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   63

_____________Milli Kitabxana_____________ 
60 
tamaşalarında da şərtilik dərəcəsi çox yüksəkdir. 10 yaşlı oğlan 
uşağının asanlıqla böyük kişilərin ifa etdiyi obrazlar üzərində 
fiziki qələbə qazanması avropalı seyrçidə ironik münasibət 
əmələ  gətirə bilər. Lakin hindli bu şərtiliyi  əfsanənin 
gerçəkliyinə inanaraq tam sakit qəbul edir. Sujetin və 
hadisələrin görükdürülməsinin vizual şərtiliyinə baxmayaraq 
aktyorların oyun tərzi Raslila tamaşalarında son  dərəcə 
realistikdir. Raslila, həqiqətən, təmiz dramdır, meydan 
tamaşasıdır. Klassik hind dramları  və catralar kimi Raslila da 
nəsr və şeirdən qurulmuş dialoqlardan ibarətdir. Şeirlər tamaşa 
zamanı oxunur, dialoqların danışıq parçaları isə aktyorlar 
tərəfindən improvizə edilir.  
       Benqal  catraları Raslilanın daha sadə, musiqi dili 
baxımından daha cəlbedici  variantıdır. Hind xalq teatrında 
satirik ruhlu oyunlara da yer var. 
TAMAŞA
 (raslila tipində 
olan bir göstəri kimi)  isə haradasa meydanın məzəli mahnı 
teatrıdır.     
      Beləliklə,  Kathakali teatrı, ramlila, krişnalila (raslila), 
bhaqavata-mela, burrakatha, bhənd-cəşn, nautanka 
dramları, vidhi-attam Hindistanda mövcud özəl teatr 
formalarıdır ki, ənənəvi teatr mədəniyyətinin bu məmləkətdə 
sonsuz dərəcədə zəngin olduğunu sübuta yetirir. 
  
                  5. Hind klassik dramının qısa tarixi 
 
       Təbii ki, bu tarix “Natyaşastra” risaləsilə  sıx surətdə 
bağlıdır. Çünki hind dramının estetikası bu risalədən bəllidir. 
Pyes yazmağın yolları, qanunları da “Natyaşastra”nın 
bölmələrində açıqlanır. Hərçənd risalə  nəzəriyyə xislətlidir, 
poetikadır və deməli, mətnlərin mövcudluğu ondan ötrü vacib 
şərtdir. 
       Sanskrit dramının genezisi epos və epik deklomasiyalarla 


_____________Milli Kitabxana_____________ 
61 
 əlaqədardır. Eposun bədii qiraət nümunəsi kimi tamaşaçı 
qarşısında oxunması faktdır və bu fakt hətta “Ramayana”nın 
özündə belə qeyd olunur. Hindistanda eposu (dastanı) musiqili 
şəkildə ifa edən xanəndəyə, bizim dillə desək, aşığa, 
“SUTA”
 
deyirlər. Hind klassik dramında onun vəzifələrini 
SUTRADHARA,
 - baş aktyor və truppa müdiri, - yerinə yetirir. 
Sanskrit dilindən “sutradhara” sözü “kələf sahibi” kimi 
tərcümə edilir. Sutradhara seyrçiləri hadisələrin məğzindən hali 
edir, onlara aktyorları nişan verir, hadisələrin cərəyan edəcəyi 
yeri müəyyənləşdirir. “Suta” və “sutradhara” anlamları ilə 
yanaşı eposdan drama “bharata” və “kuşilava” terminləri də 
daxil edilmişdir. Bharata “Mahabharata” qəhrəmanlarının 
nəsillik adıdır,  Kuşi və Lava isə “Ramayana” eposundan 
tanınan iki məşhur nağılçını eyhamlaşdırır. “Nağılçı” sözünün 
sinonimi “Kuşilava” kəlməsini aktyor mənasında da işlədirlər. 
Beləliklə, çox sadə bir şəkildə aydınlaşır ki, hind dramı özünün 
hər bir təzahüründə epos, folklor, dini ədəbiyyat, başqa sözlə, 
qutsal mətn nümunələrindən asılıdır. Təsadüfi deyil ki, sanskrit 
dramaturqları 
Bhavabhuti 
və 
Racəşekhara özlərini 
“Mahabharata” və “Ramayana” yaradıcılarının  şagirdləri və 
davamçıları bilmişlər. “Natyaşastra” risaləsi ilk sanskrit 
pyesindən təqribən  5-6  əsr sonra meydana gəlmişdir. Bu,  o 
deməkdir ki, “Natyaşastra” artıq kamil sanskrit dramlarının 
təcrübəsi nəzərə alınaraq tərtib edilmişdir. Sanskrit pyesləri 
dini bayramlar zamanı ya məbədgahlarda, ya da sultan 
saraylarının xüsusi salonlarında oynanılmışdır. Dramları tez-tez 
ifa etməkdən ötrü açıq havada da spesifik otaqlar düzəldilər və 
tamaşalar göstərirlərdi. Qədim hind dramaturqlarının 
Bhavabhuti, Kalidasa, Şudraka, Bhasa, Harşa  və 
başqalarının pyeslərində  həmişə “Natyaşastra”nın qanunları 
qorunub saxlanılmışdır. Digər bir fakt da önəmlidir: 
“Natyaşastra”nın da teatr binalarına, onların quruluşuna böyük 


_____________Milli Kitabxana_____________ 
62 
bir diqqətlə yanaşması belə bir tarixi qənaətə  gəlməyə imkan 
verir ki, sanskrit pyeslərinin ancaq məxsusi tikilmiş teatrlar 
üçün yazıldığı söylənilsin. 
       Hind  teatrı heç nə ilə  qədim yunan teatrını xatırlatmır. 
Burada teatr binaları  ağacdan və ya kərpicdən tikilirdi, üstləri 
örtülürdü. Onlar düzbucaq və ya kvadrat formasında ola bilərdi. 
Lakin “Natyaşastra” yalnız düzbucaqlı formanı teatr 
tamaşalarından ötrü yararlı sayır. Bu teatrın uzunluğu 32 dirsək 
(16 m), eni 16 dirsək (8 m) olmalıydı.  İçəridən teatr iki yerə 
bölünürdü: seyrçi salonuna (preqşaqriha) və  səhnəyə 
(ranqapitha), arxa səhnə  (ranqaşirşa) və artist otağı 
(nepathyaqriha). 
       Artist  otağında aktyorlar qrimlənir və boş  məqamlarda 
istirahət edirlər. Arxa səhnə ön səhnədən bir qədər hündürdə 
yerləşirdi, sultan sarayının və ya varlı bir şəxsin evinin içəri 
otaqlarını bildirirdi. Bu məbədgah zalı da ola bilərdi. Ön səhnə 
hadisələrin açıq səma altında, - küçədə, meşədə, saray parkında, 
- baş verdiyini eyhamlaşdırııdı. Sol və sağ böyürlər də arxa 
səhnə kimi bir qədər hündürdə yerləşirdi və ön səhnədən 
sütunla ayrılırdı. Sanskrit dilində  səhnənin bu böyürlərinə 
“mattavarani” deyilir. Hind teatrında ön pərdə olmur. Bunun 
əvəzinə ön və arxa səhnələr arasında pərdə asılır. “Natyaşastra” 
risaləsinə əsasən tamaşaya hazırlıq çox zaman pərdə arxasında 
aparılır. Aktyor otağının iki künc qapısı isə birbaşa arxa 
səhnəyə açılır. Düzgün olar ki, bunlar qapı yox, sadəcə yüngül 
çit pərdə asılmış tağnüma formalı keçid adlandırılsın.  
       Tamaşaçı salonunun da eni və uzunu səhnənin ölçüləri 
kimi  16 dirsəkdir.. Burada  oturacaqlar taxtadan olurdu, 
amfiteatr üslubunda düzülürdü; üstünə isə xalça-palaz 
döşənirdi. Salonun 4 küncündə müxtəlif rənglərdə sütunlar 
qoyulurdu: ağ və qırmızı sütunlar yuxarı kastaların, sarı və tünd 
göy aşağı kastaların əyləşdikləri yerləri nişan verirdi. Zalın tən 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə