Microsoft Word history of east theatre



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə44/63
tarix31.10.2018
ölçüsü1,18 Mb.
#77558
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   63

_____________Milli Kitabxana_____________ 
154 
yox, teatr formalarının inkişafı üçün xarakterik tarixi 
mərhələlər ön plana çəkilir. 
     Çində klassik teatr formaları əksərən şeirlə, əlavə monoloq 
və dialoqlarla yazılmış opera kimi səciyyələndirilir. Əslində isə 
bu, opera yox, çin musiqili dramıdır.  Sinologiya Çin 
teatrının yaranma tarixini, daha doğrusu, Çin teatrının 
mənbəyini iki istiqamətdə araşdırır. Bəziləri elə güman edirlər 
ki, Çin teatrı birbaşa  şəkildə  əcdadların kultu ilə ilişkilidir. 
Digər qrup alimlərsə bu fikirdədirlər ki, Çin teatrının formaları 
tarix etibarı ilə  əcdadların kultunu da qabaqlayır. Onun 
mənşəyini  şaman ayin və  rəqslərində, kütləvi nigahqurma 
mərasimlərində axtarmaq lazımdır. 
       Çin teatrının ən qədim dövrü ayrı-ayrı teatral elementlərin 
qruplaşıb bitkin kompozisiyalar əmələ  gətirdiyi dövrdür. Bu, 
Çin teatrı tarixində saray teatrının mövcudluq mərhələsidir. 
Şübhəsiz ki, qədim Çinin tarixən məruz qaldığı dəyişikliklər bu 
məmləkətin  ənənəvi formalarının təşəkkül və inkişafına da öz 
təsirini göstərmişdir. Öncə qədim Çin kiçik xanlıqlardan ibarət 
idi. Sonradan bu xanlıqlar  Sin və Xan dövründə  I  İmperiya 
şəklində birləşib vahid dövlət oldu, müəyyən müddət yaşadı və 
dağıldı. Bir azdan Tan və Sun dövründə yeni II  İmperiya 
yarandı. Təəssüf ki, onun da ömrü uzun sürmədi. II İmperiyanı 
savaş qovğaları bürüdü. Çin tarixindən iqtibas edilmiş bu qısa 
anons bir daha təsdiqləyir ki, teatr yalnız siyasi və iqtisadi 
sakitlik məqamlarında inkişaf edir. I və II İmperiya zamanı Çin 
teatrının yaşadığı  vəziyyət bunu sübuta yetirir. Çin saray 
teatrının inkişaf prosesi hər iki İmperiyanın süqutundan sonra 
dayanır. Halbuki geniş miqyasda götürsək, saray daxilində baş 
verən proseslər saray teatrı üçün sahiblərin dəyişdirilməsindən 
başqa bir şey deyildi. 
       Çin  teatrının təşəkkülünün bu dövründə  əsasən üç ifadəli 
fiqur nəzərə çarpır: təlxək, xanəndə və sazəndə. Sarayda qadın 


_____________Milli Kitabxana_____________ 
155 
rəqqasə  və xanəndələrinə  də böyük rəğbət bəslənilirdi. Ancaq 
teatr sənəti inkişaf etdikcə qadın elementi teatrdan sıxışdırılıb 
çıxardılır. Getdikcə  rəqs və  nəğmələrin növbələşməsi prinsipi 
üzrə qurulmuş pyes tipli mətnlər meydana gəlir və onlar hərbi 
“U”  və vətəndaş “Ven” pyeslərinə ayrılır. Çin teatrı tarixi bu 
dövrdə “aktyor və repertuar” amillərini aktuallaşdırır.  
       I İmperiyanın e.ə. III yüzildə yarandığı dövrdə hökdar Şi-
xuan öz hegemonluğu çağlarında guya ki, “A-fan-qun” adlı 
saray tikdirir və bütün aktyorları həmin saraya toplayır. Lakin 
tarixdə aktyor adlarından başqa bu dövrün teatrına aid heç bir 
fakt qalmayıb. Düzdür, “ban-cı” melodiyaları da bu tarixi 
mərhələnin yadigarıdır. Qısa nəticə  şəklində onu qeyd etmək 
lazımdır ki, I  İmperiya dövrünün teatrı primitiv davranış 
qəliblərinin şeir dilinə tabe etdirilmiş musiqi, vokal sənətilə 
birgəliyi üstündə təzahür edir. 
       Xan dövrünün aktyorları artıq bədii mətnlərdə verilən 
tarixçələri dramatikləşdirməyə başlayırlar.  “Xuan-mın-çan” 
adlı bir truppanın təşkili də bu tarixi mərhələnin bəhrəsidir. Bu 
dövrlə ilişkili belə bir məlumat da var ki, güya Vey 
knyazlığından olan Soa-soa adlı bir feodal pyesləri ifa 
etməkdən ötrü səhnə düzəltdiribmiş. Ancaq həmin səhnənin 
sözün müasir mənasına nə dərəcədə uyğun olduğunu söyləmək 
çətindir. Yadda saxlanılası faktlardan biri də budur ki, aktyorlar 
Xan dövründə ilk dəfə üzlərinə pudra sürtüblər və Çin teatr 
mütəxəsisləri güman edirlər ki, qəhrəman qadın rolları, başqa 
sözlə,  “dan” ampluası  məhz bu ənənədən sonra formalaşıb. 
Xan dövrünün sonundan etibarən rollar müəyyən qayda üzrə 
sistemləşdirilir və qruplaşdırılır. Tarix Xan mərhələsindən həm 
də ilk dəfə taxta maska geymiş iki aktyorun, - Sao-Minda və 
Lan-lin-vanın, - adlarını qoruyub saxlamışdır.  İndi həmin 
maskalardan mənfi personajları görsətmək üçün istifadə edilir. 


_____________Milli Kitabxana_____________ 
156 
       Miladdan  öncənin IV yüzili, - II İmperiyanın hər vəchlə 
mədəniyyətə qayğı ilə yanaşdığı çağlar, - Çində saray teatrının 
çiçəklənməsi dövrüdür. Tan imperatoru Syuan-cun bu zaman 
“Armud bağı” adlanan bir musiqi akademiyası yaradır. 
“Armud bağı” akademiyasına paralel şəkildə gənc rəqqasələrin 
“Bahar həyəti” adlanan məktəbi də fəaliyyətə başlayır. X əsr 
artıq həqiqi klassik Çin teatrının yarandığı  ərəfədir. Aktyor 
Xuan Fan-çonun XVIII yüzildə teatr sənəti haqqında yazdığı 
“Nurlanmış ruhun aynası” adlı risaləsində söylənir ki, Çin 
teatrının yaranmasının təkanverici qüvvəsi Xan dövrünün Çen 
Pin adlı bir əyanının taxtadan kəsdiyi fiqurlar olmuşdur. Sən 
demə, Çen Pin bu adam boyu fiqurları  şəhəri düşməndən 
qorumaq üçün düzəldibmiş. Bu tapıntı şəhər camaatına o qədər 
xoş  gəlir ki, onlar Çen Pinin əməlini yamsılamağa başlayırlar 
və taxta fiqurları “marionetka” adlandırırlar. Yenə bu risalədə 
bəyan edilir ki, Tan imperatoru Min-xuan balaca uşaqları 
alicənab ailələrdən yığıb bu cocuqlara “Armud bağı”nda “yan 
si” deyilən pyes mətnlərini öyrədirdi. Elə bu vaxtlar 5 və ya 8 
nəfərlik daimi truppaları olan “ca-cüy” teatrları meydana 
çıxır və Çin teatrı üçün olduqca vacib sayılan rolların tiplər 
üzrə təsnifatı prosesi başlayır    
       Ca-cüylər,  əslində, teatr yox, musiqili dram janrıdır, 
pyes növüdür.      
       Bu  yüzilin  sonunda ölkənin  şimalında  80 xacədən ibarət 
“Duman melodiyaları” truppası kimi tanınan xüsusi bir 
məktəb fəaliyyət göstərirdi. Belə bir məktəbin bənzəri Çinin 
cənubunda  “Göy örtüklər” truppası adı altında yaradılmışdı. 
Çində  şimal və  cənub məktəbləri həmişə teatr dəbinə hakim 
olmaq üstündə yarışıblar, mübarizə aparıblar. Odur ki, onların 
arasında fərqli cəhətlər mövcuddur. XI əsrdə Çində  cənub 
məktəblərinin üslubu aparıcı mövqe tutur. Çinin monqollar 
tərəfindən işğalından öncə  Çjao-de-lin adlı bir kimsə 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə