_____________ Milli Kitabxana_____________
147
fiqurları hərəkətsizdir, daha doğrusu, kölgələr daim statik
vəziyyətdədir. Kage-no tavamure kölgə oyununda fiqurlar qara
kağızdan kəsilirdi və bambuk ağacından ox formasında
düzəldilmiş çubuğun ucuna geydirilirdi. İki fiqur çarpaz şəkildə
bir çubuğa oturdulurdu. Fiqurlardan biri əfsanəfi personaj
sitedocini, o birisi şeytanın kölgəsini təmsil edirdi. Beləliklə,
bu teatrda iki fiqurun köməyilə insanın şeytana dönməsi
rəvayəti danışılırdı. Bunun üçün kuklaçı əlindəki çubuğu
sadəcə olaraq çevirməliydi. Sonralar bu fiqurları hərəkətə
gətirməkdən ötrü kuklaçılar yeni vasitələr axtarıb tapırlar.
Müsbət nəticə əldə etmək məqsədilə kuklaçı ikinci bambuk
çubuğunu da işə salırdı. Çubuqlardan birinin uzunluğu 18.5
sm., eni (qalınlığı) 0.4 sm. olub gövdəyə, o birinin uzunluğu
isə 22.5 sm., qalınlığı isə 1.5 sm. olub papiros kağızı ilə üç
tərəfdən kuklaların əlinə bərkidilirdi. Adətən kuklaçı sol əlilə
kuklanın gövdəsinə bərkidilmiş tərpənməz çubuğu tuturdu, sağ
əlindəki çubuqla isə kuklanın əlini işlədirdi. Tamaşa boyunca
kuklaçı həm də öz personajının əfsanəsini uydurur və onun
adından danışırdı.
Yapon kölgə teatrının ən maraqlı və icra texnikası
baxımından mürəkkəb forması yubi-ningyö hesab edilir. Belə
söyləyirlər ki, bu kölgə teatrının yaradıcısı Xonsyu əyalətindən
olan Yösida Xarunoske adlı bir kuklaçıdır. “Yubi” barmaq,
“ningyö” isə kukla deməkdir. Bu teatrın tamaşaları öz
orijinallığı və çətin başa gələn icra texnikası ilə seçilir. Bir neçə
personajın iştirakı, dekorlar, səhnə, daha doğrusu, ekran-pərdə
effektləri və ədəbi mətnin mövcudluğu göstərir ki, yubi-ningyö
yapon teatr mədəniyyətinin təkrarsız hadisəsidir. Bütün kölgə
teatrlarında olduğu kimi burada da səhnəni ekran-pərdə
əvəzləyir. Ekran bir qayda olaraq xüsusi qalın tutqun kağızdan
hazırlanır. Bu cür kağız növünə Yaponiyada “mino-kami”
deyirlər. Ekran 135 sm. uzunluğunda, 84 sm. hündürlüyündə
_____________ Milli Kitabxana_____________
148
və 2.3 mm. qalınlığında olan, üzdən qara, arxadan qırmızı
rənglənmiş taxta çərçivənin içində iplərlə tarıma çəkilirdi. Ta-
maşa vaxtı ekran ətrafına qara parça çəkilir. Bu parça materiya
sanki ekranın haşiyəsidir. Aşağıdan döşəməyə qədər uzadılan
qara parçanın məqsədi çömələrək tamaşa göstərən kuklaçını
gizlətməkdir. Ekranın arxasında çıraq, sonralar isə elektrik
lampası yerləşdirilirdi. Bu pərdənin daxili tərəfindən 87 sm.
uzunluğunda, 2 sm. qalınlığında olan taxta parçalar ekranın
çərçivəsinə bərkidilirdi. Bu nazik haşiyələrin üzərində dekorlar,
dialoqlarda fəal iştirak etməyən fiqurlar məskunlaşdırılırdı.
Çox vaxt dekorlar karton və ya qalın bambuk kağızlarından
düzəldilirdi. Əvvəllər bu dekorları ekran arxasındakı xətkeş
formalı haşiyələrə yapışdırardılar; sonradan onları kiçik
mıxlarla bərkitməyə başladılar. Dekorları tez-tez təbii
materiallardan hazırlayırdılar və buna görə də onlar rəngli
olurdu. Bu xüsusda digər səhnə (ekran) effektlərini də qeyd
etmək lazımdır. Əgər pyesdə yağış və ya qar yağdığı
göstərilirdisə, bu zaman kuklaçı ekranın yuxarısından bir
“zivə” çəkirdi və bu ipdən şaquli istiqamətdə aşağı saçaq-saçaq
saplar buraxılırdı. Qar yağdığını bildirmək istəyəndə isə
kuklaçı bu saplara xırda pambıq kürəcikləri asırdı. Seyrçilərə
köləgənin ruh olduğunu xatırlatmaq üçünsə kuklaçı çubuq
çəkib ağız dolu tüstünü ekrana tərəf tuşlayırdı və bununla da
sirli bir ovqat yaradırdı. Yubi-ningyö tamaşaları zamanı xüsusi
magik atmosferin meydana gəlməsini şərtləndirən vasitələrdən
biri də təbildir. Təbil ən emosional məqamların müjdəçisidir.
Yeksənəq aram zərbələr tamaşanın başlanğıcına işarədir. Tez-
tez təkrarlanan möhkəm zərbələr isə tufanı və ya atəş açıldığını
bildirir. Bu məqamda kölgə teatrı “kaqura” adı ilə tanınan
məbədgah tamaşalarını xatırladır. Sakit, növbə ilə bir-birini
əvəzləyən zərbələr isə dənizin səsini eyhamlaşdırır. Bu teatrın
kuklaları təkcə kağızdan düzəldilmir, onlara parçadan kostyum,
_____________ Milli Kitabxana_____________
149
ipək iplərdən hörülmüş parik də geydirilir. Kuklaları
hazırlamaqdan ötrü sıxlığı çox olan boz və qara rəngli kağızdan
faydalanırlar. Gövdə, ayaqlar və əllər boz, kəllə isə mütləq
şəkildə qara rəngə boyanır. Baş, gövdə və ayaqlar ayrı-ayrı
hissələrdən ibarət olur. Ayaqlar sonradan gövdəyə bərkidilir.
Baş və əllər də yalnız tamaşa müddətinə gövdəyə birləşdirilir.
Samuray kuklaların ayaqları dizdən bir qədər aşağı “xakama”
adlanan şalvar-tumanda gizlədilir. Onların ayaqları bu qayədə
ikiyə bölünür və bir-birinə karton düyməciklə, sapla
birləşdirilir. Qadınların ayağı uzun kimono içində
görünmədiyindən onların hərəkəti də ekranda çox inandırıcı
alınır. Kişi personajların dabanlarına 15 sm. uzunluğunda taxta
çubuqcuq da bərkidilirdi, onların sonuna isə iki balaca oymaq
formasında kisəcik tikilirdi. Bu çubuqcuq və kisəciyin
köməyilə kuklaçı oynatdığı kuklanın-fiqurun-kölgənin ekran
yerişini göstərirdi. Beləliklə, kölgə kuklaçının sol əlinin baş və
şəhadət barmaqlarının köməyilə yeriməyə başlayırdı. Gövdəni
kuklaçı sağ əlində tuturdu. Baş barmaq kəlləni, şəhadət
barmağı kölgənin sol əlini, çeçələ barmaq isə kukla-kölgənin
sağ əlini idarə edirdi.
Deməli, fakt bu ki, kukla-kölgə cəmi beş barmaq
vasitəsilə hərəkətə gətirilirdi. Sol əlin iki (baş və şəhadət), sağ
əlinsə üç barmağı (baş, şəhadət və çeçələ) tamaşa zamanı
məşğuldur. Mahir kuklaçının əlində kölgə son dərəcə fəal,
mütəhərrik olur və olduqca canlı ğörünür. Qadın və ya ikinci
plan personajları ilə davranarkən kuklaçı yalnız sağ əlini işlədir.
Elə vaxtlar olur ki, kuklaçı sağ əlilə kuklanın davranışını
tənzimləyir, sol əliləsə gəmi təsvirini ekran üzərində hərəkətə
gətirir. Bu, o deməkdir ki, əhvalatın qəhrəmanı gəmidə
səyahətə çıxıb.
Bir qayda olaraq kölgə-kuklalar ekrana yan böyürlərdən
gətirilir. Personajın ekran müddəti bitdikdə kuklaçı kölgənin
Dostları ilə paylaş: |