Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
114
Mehriban Əliyeva bildirib. Azərbaycan və YUNESKO arasında
əməkdaşlığın səviyyəsini həddər artıq yüksək qiymətləndirən Mehriban
Əliyevanın sözlərinə görə, YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın
Azərbaycana avqust ayında səfəri gedişində qurum və Azərbaycan arasında
təhsil sahəsində memorandum imzalanıb. «YUNESKO Azərbaycanın işğal
olunmuş ərazilərində qalmış mədəniyyət abidələrinin taleyi ilə bağlı konkret
addımlar atacaqmı» sualına cavabında xoşməramlı səfir bildirib: «YUNESKO
çərçivəsində keçirilmiş elə bir tədbir olmayıb ki, mən bu barədə məsələ
qaldırmayım. Bütün mədəniyyət abidələrini adları ilə saymaq mümkün deyil.
Bunlar talan olunmuş, məhv edilmiş muzeylər, arxeoloji, təbii abidələrdir. Bu
böyük siyahı münaqişə zonasında qalıb. Erməni işğalçıları tərəfindən işğal
olunmuş Azərbaycan ərazilərindən yalnız beşdə birində Azərbaycanın
mədəniyyətinin korifeyləri Üzeyir Hacıbəyov və Bülbülün ev muzeylərinin,
Xocalı-Gədəbəy mədəniyyət, Azıx mağarası abidələrinin qaldığını söyləmək
kifayətdir. Lakin abidələr məsələsi konfliktin ümumi nizamlanması
məsələsindən kənarda götürülə bilməz. Siz bilirsiniz ki, bu konflikt irimiqyaslı
humanitar fəlakətə gətirib çıxarıb. Qeyd etməliyəm ki, YUNESKO konkret
abidələrin taleyi ilə məşğul olan siyasi təşkilat deyil. YUNESKO-nun bir qədər
başqa vəzifələr var. Hesab edirəm ki, bu beynəlxalq humanitar təşkilatın
fəaliyyəti postkonflikt dövründə daha faydalı ola bilərdi».
Xoşməramlı səfir aşıq mədəniyətinin YUNESKO-nun qeyri-maddi irsinin
siyahısına salınması şansını yüksək qiymətləndirib. Onun sözlərinə görə, bunun
baş tutması tarixiədalətin bərpası olardı. Çünki muğam və aşıq sənəti musiqi
folklorunun iki bərabərhüquqlu qanadlarıdır. Regionların bəzilərində muğam,
bəzilərində aşıq sənəti daha üstün büruzə verməkdədir. M.Əliyeva hesab edir ki,
Beynəlxalq Muğam Mərkəzinin açılmasından sonra bu sahədə görülən işlər
artacaq. Rəhbərlik etdiyi Azərbaycan Mədəniyyəti Dostları Fondunun 10 yaşı
tamam olduğunu deyən Mehriban Əliyeva fondun gələcək planlarının zəngin
olduğunu qeyd edib. Yaxın vaxtlarda fond xaricdə Azərbaycan mədəniyyətinin
təbliği ilə əlaqədar aksiya keçirəcək. Millət vəkili kimi gələcək fəaliyyətinə
toxunan xoşməramlı səfir qeyd edib ki, gərgin həyat ritmində bütün qüvvə və
imkanların səfərbər olunması tələb olunur. Xoşməramlı Humanizm və
xeyirxahlıq missiyası
Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
115
səfir bu missiyanm öhdəsindən gələcəyinə əminliyinin ifadə edib. «Heydər
Əliyev Fondunun fəaliyyət sahəsi çox genişdir. Bu, təhsil və səhiyyə,
mədəniyyət və gənclər, idman məsələsi, sosial və ətraf mühit problemləridir.
Şəx-si təcrübəm bu və ya digər vəziyyəti və mövcud problemi qiymətləndirməyə
mənə imkan verir. Məsələlələrin bir qisminin qanunvericilik müstəvisində həlli
tələb olunur, misal üçün, artıq bir neçə ildir ki, müzakirə olunan təhsil haqda
qanunu göstərmək olar. Bəzi gözəl qanunlar qəbul olunub, lakin onlar işləmir,
yalnız kağızda qalıb. Ümid edirəm ki, yeni parlamentin fəaliyyəti daha effektiv
olacaq və bu parlament cəmiyyətin ən aktual problemlərini həll edəcək», - deyə
Mehriban Əliyeva bildirib.
Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
116
HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ,
YUNESKONUN XOŞMƏRAMLI SƏFİRİ, MİLLİ MƏCLİSİN
DEPUTATI MEHRİBAN ƏLİYEVANIN ƏZİZBƏYOV
RAYONU İCTİMAİYYƏTİ İLƏ GÖRÜŞÜ
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nım xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban Əliyeva noyabrın 6-da Bakının Əzizbəyov
rayonunun Şüvəlan qəsəbəsində, Fuad Fərhadoğlu adına 230 nömrəli orta
məktəbdə seçicilərlə görüşmüşdür.
Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni
məktəb" layihəsi çərçivəsində əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə
verilən müasir tipli bu məktəbin müəllim və şagirdləri əziz qonağı səmimiyyətlə,
gül-çiçəklə qarşıladılar.
Məktəbin geniş, işıqlı iclas salonunda keçirilən görüşü Heydər Əliyev
Fondunun icraçı direktoru Anar Ələkbərov açaraq dedi ki, bu gün Milli Məclisə
seçkilərdən bir il ötür. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun
xoşməramlı səfiri, Əzizbəyov 2-ci seçki dairəsindən Milli Məclisə deputat
seçilmiş Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu gün seçicilərlə görüş
keçirilir.
Ölkə rəhbərliyi tərəfindən görülmüş irimiqyaslı işlər, həyata keçirilən
mühüm layihələr nəticəsində Azərbaycanın hər bir guşəsində olduğu kimi,
Əzizbəyov rayonunda da sosial-iqtisadi inkişaf sahəsində mühüm uğurlar əldə
edilmişdir. Son bir ildə Heydər Əliyev Fondunım prezidenti, deputat Mehriban
Əliyevanın təşəbbüsü ilə rayonda irimiqyaslı layihələr həyata keçirilir. Görülən
işlər Əzizbəyov rayonunun sakinləri tərəfindən böyük rəğbətlə qarşılanır.
Şüvəlan qəsəbəsinin sakinləri adından çıxış edən Tamilla Rəcəbova bu
görüşə hədsiz sevinc hissləri ilə gəldiyini, Mehriban xanımın deputatlıq
fəaliyyətinin bir ili ərzində görülən işlərin göz qabağında olduğunu bildirdi.
Qəsəbənin illərdən bəri həll edilməmiş su probleminin aradan qaldırıldığını
xüsusi vurğulayaraq minnətdarlıq etdi. O, Mehriban xanıma müraciətlə dedi ki,
Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
117
qonşuluqda yaşayan tənha qarıya tez-tez baş çəkirəm, evə girən kimi görürəm
ki, bir tərəfdə Sizin, o biri tərəfdə Prezidentimiz İlham Əliyevin portreti
vurulubdur. Şüvəlanda hansı evə qədəm bassanız, belə mənzərəni görəcəksiniz.
Allah-taaladan Sizə və ailənizə cansağlığı arzu edirik, Sizi həmişə deputatımız
kimi görmək istəyirik.
Müəllim Vəzirxan Əbilov son bir ildə Binə qəsəbosində görülən işlərin
əhatə dairəsinin genişlənməsindən, yeni məktəb, xəstəxana, mədəniyyət evi və
kitabxananın, yardımçı elektrik stansiyasının, idman kompleksinin tikintisindən
danışdı, park salındığını, qəsəbəyə təzə asfalt yol, su xətti çəkildiyini, qaz
təminatı məsələsinin həll edildiyini vurğuladı. Xalqımızın milli-mənəvi
dəyərlərinə həmişə hörmətlə yanaşan Mehriban xanıma qəsəbədəki İmam Rza
və Möhsün Səlim məscidlərinin bərpasına göstərdiyi qayğıya görə xüsusi
təşəkkürünü bildirdi. İyunun 15-də Prezident İlham Əliyevlə birlikdə Mehriban
xanımın da Hövsanda təməlqoyma mərasimində iştirak etdiyi 1176 yerlik
məktəbin təzə binasının inşasının da sürətlə davam etdiyini bildirdi. O, çıxışının
sonunda dedi: Bu yaxınlarda Sizin təşəbbüsünüzlə Parisdə YUNESKO
çərçivəsində Azərbaycan günü keçiriləndə təmiz ingilis dilində çıxış etməyiniz
qəlbimizi fərəh, iftixar hissi ilə doldurdu. Bir də ona görə çox sevinirik ki,
Azərbaycanın birinci xanımı olmaqla yanaşı, Siz həm də bizim deputatımızsınız.
Türkan qəsəbəsinin sakinləri adından Mehriban xanımı salamlayan Mətanət
Mayılova qəsəbəyə təzə asfalt yol çəkildiyini, poliklinika tikildiyini, park
salındığını, uşaq bağçası, şahmat klubu, təcili tibbi yardım binaları inşa
edildiyini, internat məktəbinin yenidən qurulduğunu, abadlıq-quruculuq işlərinin
davam etdiyini vurğuladı. Ramazan bayramında Mehriban xanımın adından
dindarlar üçün süfrə açılmasını dini dəyərlərimizə hörmətin ifadəsi kimi
səciyyələndirdi. Bu il mayın 9-da dövlət başçımızla birlikdə Mehriban xanımın
qəsəbədə olmasının türkanlıların qəlbində silinməz iz buraxdığını, "Əzizbəyov
rayonunun inkişafı fondu"nun rayon sakinlərinin problemlərinin həllinə
yardımçı olduğunu bildirdi, yekdilliklə səs verdikləri deputata ən xoş arzularını
yetirdi.
Zirə qəsəbəsinin sakini Əlisahib Məmmədov isə çıxışında dedi: Televiziya
ekranlarında nəvələrimizin də bir-birinə "bizim deputatımızdır" deyə fəxrlə
göstərdiyi Mehriban xanım, düz bir il əvvəl Siz Zirə ağsaqqallarını yığıb
problemlərimizi soruşanda, mən kənd ağsaqqalları adından bir neçə məsələni
Dostları ilə paylaş: |