Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
118
diqqətinizə çatdırdım. Fikirləşdim ki, zərif bir qadının çiyninə bu qədər
problemin həllini qoymaqla, bəlkə də, günah iş görürəm. İndi, bir ildən sonra
Sizə camaatımız adından ancaq, "Sağ olun, Allah xoşbəxt ailənizi başacan
eləsin!" deməyə gəlmişəm. Siz bizim dilə gətirmədiyimiz, özünüzün gəzib
gördüyünüz çatışmazlıqları da aradan qaldırmısınız.
Seçkiqabağı verdiyi vədlərin, demək olar ki, hamısını vaxtında layiqincə
yerinə yetirdiyinə görə Mehriban xanıma təşəkkürünü bildirən Binə sakini
Rəhimə Baxşıyeva dedi: Bir Azərbaycan qadını kimi mən Sizinlə fəxr edirəm,
Siz qadınlarımızın intellektual səviyyəsini, mədəniyyətini, natiqliyini, zərifliyini
bütün dünyada şərəflə təcəssüm etdirirsiniz, xalqımıza, vətənimizə başucalığı
gətirirsiniz. Bütün bunlar üçün, deputatımız kimi bir ildə gördüyünüz böyük
işlər üçün çox sağ olun.
Şüvəlan qəsəbəsinin sakini Aidə Rzayeva dedi ki, hər birimizin xeyli
yaşımız var, müxtəlif dövrlərdə yaşamışıq, ancaq elə bir hal görməmişik ki,
deputat verdiyi vədlərin hamısını belə ardıcıllıqla, diqqətlə, qayğı və
tələbkarlıqla yerinə yetirsin. Sizin fəaliyyətinizdən hər bir ailəyə pay, rahatlıq
düşür. Biz seçkiqabağı görüşlərdə də Sizin nə qədər sadə, səmimi olduğımuzu
görürdük. Həmişə belə qalm, biz Sizi çox sevirik.
Daha sonra Heydər Əliyev Fondunun əməkdaşı İlqar Mustafayev son bir
ildə deputat Mehriban Əliyevanın təşəbbüsü ilə Əzizbəyov rayonunda görülmüş
işlər haqqında qısa məlumat verərək dedi:
- Şüvəlan qəsəbəsində beyin iflici və polimielit keçirmiş uşaqlar üçün 16
nömrəli internat məktəbi, yetim və valideyn himayəsindən məhrum uşaqlar üçün
respublika yardımçı internat məktəbi, 1 nömrəli uşaq evinin yay düşərgəsi,
Şimal DRES-i qəsəbəsindəki 10 nömrəli uşaq bağçası və 230 nömrəli məktəb,
31 nömrəli birləşmiş şəhər xəstəxanası əsaslı şəkildə bərpa edilib yenidən
qurulmuş, 156 nömrəli orta məktəb üçün 700 şagird yerlik yeni bina inşa
edilmişdir. Müasir tipli şahmat mərkəzinin tikintisi layihələndirilir, Şüvəlan
qəsəbəsinin yolları təmir edilmiş və işıqlandırılmış, dayanacaqlar
quraşdırılmışdır. Qəsəbəyə su xətti çəkilmişdir. Şimal DRES-i qəsəbəsində
binaların dam örtüyünün və fasadının təmir işlərinə başlanılmışdır.
Binə qəsəbəsində alaqapı tikilmiş, 1176 şagird yerlik 218 nömrəli əsas
məktəbin yeni binasının inşasına başlanmışdır. 70 nömrəli körpələr evi- uşaq
Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
119
bağçası, İmam Rza məscidi, Möhsün Səlim məscidi yenidən qurulmuş, 110
kilovoltluq "Yeni Binə" yardımçı stansiyası istifadəyə verilmiş, qəsəbəyə su
xətti çəkilmiş, əsas yollar təmir olunaraq işıqlandırılmış, dayanacaqlar
quraşdırılmışdır.
Türkan qəsəbəsində alaqapı, Təhsil-tədris Mərkəzi və 256 nömrəli əsas
məktəbin 300 şagird yerlik yeni binası inşa olunmuş, nitqi qüsurlu uşaqlar üçün
respublika internat məktəbi, 214 nömrəli uşaq bağçası, 17 nömrəli şəhər
poliklinikası, 18 nömrəli təcili yardım stansiyasının 25 nömrəli filialı yenidən
qurulmuş, aptek istifadəyə verilmiş, bankomat quraşdırılmış, Türkan parkının
yenidən qurulması işlərinə başlanılmışdır. Qəsəbənin əsas yolları təmir edilərək
işıqlandırılmış, yol boyu dayanacaqlar quraşdırılmışdır.
Zirə qəsəbəsində alaqapının, Qışlaq sahəsindəki 122 nömrəli ibtidai məktəb
üçün 100 şagird yerlik binanın inşası başa çatmış, neftçi Əbdülhəsən Babayevin
abidəsi yenidən qurulmuş, xalq rəssamı Baba Əliyevin barelyefi açılmış,
bankomat qoyulmuş, qəsəbənin əsas yolları təmir edilmiş, işıqlandırılmış,
dayanacaqlar quraşdırılmışdır. Zirə parkının, mədəniyyət evinin, iaşə
kompleksinin inşasına başlanmışdır.
Mərdəkan qəsəbəsində 2 nömrəli yetim və valideyn himayəsindən məhrum
uşaqlar üçün internat məktəbi, oğlanlar üçün respublika xüsusi məktəbi yenidən
qurulmuş,183 nömrəli məktəb üçün yeni tədris korpusu, rayon mərkəzi
kitabxanası üçün bina inşa olunmuşdur. Əzizbəyov adına mədəniyyət evində
yenidənqurma işləri gedir. Pir Həsən ziyarətgahının yenidən qurulması başa
çatmaqdadır.
Buzovna qəsəbəsində, 206 nömrəli orta məktəb üçün əlavə korpus inşa
edilmiş, 1296 şagird yerlik məktəbin, Cümə məscidinin yenidən qurulmasına
başlanmışdır.
Mehriban xanım seçicilər qarşısında çıxış etdi.
Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
120
HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ,
YUNESKO-NUN XOŞMƏRAMLI SƏFİRİ,
MİLLİ MƏCLİSİN DEPUTATI
MEHRİBAN ƏLİYEVANİN ÇIXIŞI
- Əziz və hörmətli dostlar!
İlk növbədə, mən sizi salamlayıram, sizi görməyə çox şadam və bir il
bundan öncə, 2005-ci il 6 noyabr parlament seçkilərində mənə etimad
göstərdiyinizə, mənə inanıb səs verdiyinizə görə sizə səmimi minnətdarlığımı
bildirirəm. Həm seçki kampaniyası dövründə, həm də sonrakı görüşlərimizdə
olan səmimiyyət, xoş əhval-ruhiyyə, göstərdiyiniz xoş münasibət və hörmət
mənim üçün çox əzizdir və unudulmazdır.
Demək olar ki, ilk görüşlərimizdən biz rayonda olan problemləri birlikdə
araşdırıb müzakirə edir, onların həlli üçün yollar axtarırdıq. Həmin görüşlər
zamanı biz Əzizbəyov rayonunun gələcək inkişaf planını, əsas perspektivlərini
müəyyən edirdik.
Yəqin siz də razılaşarsınız ki, bir il o qədər də uzun müddət deyildir.
Amma mən qürur hissi ilə demək istəyirəm ki, bir il ərzində biz qarşıya
qoyduğumuz çox məqsədlərə nail olmuşuq. Bu gün konkret işlərin konkret
nəticələrini görürük. Bugünkü görüşümüz yenidən inşa olunmuş, dünyanın ən
yüksək standartlarına cavab verən 230 nömrəli məktəbdə keçirilir.
Mən yaxşı xatırlayıram, Şimal DRES-i qəsəbəsinin sakinləri ilə
seçkiqabağı görüşümdə şagird və müəllimlər bildirdilər ki, məktəb çox yararsız
vəziyyətdədir. Mən özüm də gəldim, bunun əyani şahidi oldum. Dərhal bütün
zəruri tədbirlər həyata keçirildi. Bu gün artıq bizim balaca uşaqlar, məktəblilər
ən müasir tələblərə cavab verən binada təhsil alırlar. Məktəbin geniş, işıqlı sinif
otaqları, bütün fənn laboratoriyaları, idman salonu, komyuter otaqları,
kitabxanası, yeməkxanası, idman meydançası var. Eyni zamanda, müəllimlərin
də iş şəraiti nümunəvidir.
Siz bilirsiniz ki, Heydər Əliyev Fondu ilk gündən təhsilin inkişafını
Dostları ilə paylaş: |