Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
127
habelə dünyanın digər ölkələrinə təhsil almaq, yeni fürsətlər əldə etmək, onları
həvəsləndirmək və təhsillərini bitirdikdən sonra ölkənin xalqına xidmət
göstərmələri məqsədi ilə Azərbaycana qayıtmaq üçün səfərlərini mümkün
edəcək tələbə təqaüdlərinin verilməsi ilə bağlı çox gözəl fıkir bəyənildi.
Bakı şəhərinin özündə gözəçarpan təkmilləşdirmə işləri ilə bağlı hərtərəfli
planı müzakirə edən Prezidentin bu barədə söylədiyi fıkirlərini eşitməkdən
məmnun olduq. Həmin vaxt mən dedim ki, ölkənizə etdiyim ilk səfərim zamanı
ötən əsrdən qalan neft biznesinin qalıqlarını gördüm və bu qalıqların təqribən üç
milyon insanın yaşadığı şəhərin mərkəzi yerlərində və kənarda, bəzi hallarda
neft ilə qarışıq su, digər tullantılar formasında olduğunu bildirdim. Bunun, sözün
əsl mənasında, ekoloji bir faciə olduğunu söylədim. Prezident bu sözlə razılaşdı
və dedi ki, bu məsələ onu daim düşündürür və onun gündəliyində durur. Mən
bunu ona görə xatırladıram ki, eyni məsələni Bakı və Prezidentin planları barədə
lazımi şəkildə xəbəri olan beynəlxalq neft şirkətlərinin rəhbərləri və digər biznes
dairələri ilə də müzakirə etmişəm. Lakin, səmimi desək, onlar heç bilmirdilər ki,
Prezidentin ətraf mühit və sağlamlıq şəraitinin kəskin şəkildə dəyişdirilməsi ilə
bağlı planları bu dərəcədə geniş və əhatəlidir. Bu planlarda tarixən qalmış
tullantıların təmizlənməsi ilə yanaşı, yeni çirklənmənin qarşısının alınması da
nəzərdə tutulur.
Mən Azərbaycan Prezidentinin böyük arzu və maraqla Birləşmiş Ştatlara
səfər etdiyini müşahidə etdim. O, buraya yaxşı xəbərlərlə gəlmişdi. Prezident
Əliyev, eyni zamanda, öz amerikalı dostları ilə geniş söhbət aparmaq üçün səfər
etmişdi. O, bizə ölkənin təhlükəsizliyi barədə danışdı. Azərbaycan dünyanın
çətin və təhdid dolu coğrafı məkanında yerləşir. Burada nəhəng təbii sərvətlər və
resurslar var.
Mən 2005-ci ildə "Britiş Petroleum" şirkətinin vertolyotu ilə dənizdə
qazma əməliyyatları aparılan neft platformasına gəldim və oradakı vəziyyəti
öyrəndim. Aparılan qazma işlərinin texniki tərəfini, digər qazma qurğularını
öyrənməyə, eləcə də neft və qaz ehtiyatlarını dənizin dibində aşkar edən "geoloji
şəkillərin çıxarılması" adlanan texnologiya ilə tamş olmağa və təbii qazı çıxaran
paralel boruları görməyə çalışdım. Bu ölkənin təbii qazı Tbilisiyə, Gürcüstana
və sonra isə Türkiyəyə çatdırılacaqdır. Bu məqsədlə görüləcək təhlükəsizlik
tədbirləri barədə eşitdim. Türkiyə tərəfinin bu məsələyə münasibətini
öyrəndim və
Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
128
anladım ki, bütün bu işlər həmin üç ölkənin təhlükəsizliyinin
möhkəmləndirilməsinə öz töhfəsini verəcəkdir.
Mən Qazaxıstana səfər etdiyim zaman boru kəmərinin Xəzər dənizinin dibi
ilə çəkilməsinin və Bakı ilə birləşdirüməsinin vacibliyini söylədim. Hesab etdim
ki, belə olan halda, Bakı-Tbilisi-Ceyhan boru kəməri həm Qazaxıstana, həm də
Azərbaycan, Gürcüstan və Türkiyəyə əlavə təhlükəsizliyi təmin edəcəkdir. Bu,
Avropaya da aiddir. Bütün bunlar bu axşam toplaşdığımız mərasimdə xatirimə
gələn fıkirlərdir. Çünki biz nəinki olduqca mühüm yeni fiirsət və imkanları,
habelə inkişaf edən ölkənin Prezidentinin, onun parlamentinin bütün dünya və
öz vətəndaşları naminə vacib planlarını qeyd edirik.
Prezident Əliyevin dediyi kimi, Azərbaycanda bir il ərzində ümumi daxili
məhsulun real artımı 34 faizdən çox olmuşdur. Təbii ki, bu rəqəm ölkənizin əldə
edəcəyi son nəticə demək deyildir. Yalnız bir neçə ölkə belə artıma nail ola
bilmişdir. Bir çoxları bu cür səviyyəni heç vaxt əldə etməmişlər. Adətən, 8, 9 və
ya 10 faiz real artıma nail olmuş ölkələr bu baxımdan xüsusi misal kimi
göstərilir. Dövləti idarə etmək qabiliyyəti və bacarığı olmayan halda, bütün
bunlar uzun çəkmir.
Mən demokratik təsisatların inkişaf etdirilməsi istiqamətində
azərbaycanlıların göstərdiyi səyləri alqışlayıram. Bu, beynəlxalq ictimaiyyət
arasında müzakirə mövzusu olmuşdur. 2005-ci ildə senator Obama ilə səfərim
zamanı biz seçki proseslərini, namizədlərin qeydiyyata alınmasını izlədik. Biz
yüzlərlə insanın arzu və istəklərini öyrənməyə çalışdıq. Mən seçki haqqında bir
neçə söz söyləmək istəyirəm. Azərbaycana gəldikdə, bu, istənilən sürətlə irəliyə
doğru addımlar atmaq baxımından asan bir proses deyildir. Keçmişdə səhvlər və
çətinliklər də olmuşdur. Vaşinqtona səfər edən Prezident Əliyev onların əksər
hissəsini qəbul etmiş və səhvlərin aradan qaldırılması ilə bağlı görülən tədbirlər
barədə məlumat vermişdir.
Mən bütün bunları ona görə deyirəm ki, demokratik təsisatların inkişaf
etdirilməsi ölkənin tərəqqisi və resurslardan müdrik şəkildə istifadə üçün çox
vacibdir. Bu mövzu burada, Vaşinqtonda diqqət mərkəzində olaraq qalır. Eyni
zamanda, nəhəng enerji resursları və inkişaf məsələləri apardığımız danışıqların
vacib tərəfini təşkil edir. Lakin bu gün həmçinin o faktı da qeyd edirik, hər iki
ölkədə biz xalqın, hər bir vətəndaşın arzuları və imkanları haqqında çox
Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
129
səmərəli şəkildə düşünürük. Tələbə təqaüdləri, biznes və ticarət əlaqələri, musiqi
və incəsənət sahəsində əməkdaşlığa dair təcrübəmizlə bölüşməliyik.
Mən Azərbaycana və xüsusən də, iki ölkə arasındakı dostluğa olan
marağımı sadəcə ifadə etmək üçün yaradılmış bu fürsətə görə minnətdaram. Çox
sağ olun.
Ceyms BEYKER: Senator Luqar, çox sağ olun.
Xanımlar və cənablar, indi isə mən ARŞ-Azərbaycan Ticarət Palatasının
"Azadlığın dəstəklənməsi" mükafatını senator Luqara təqdim etməkdən
məmnunluğumu bildirmək istəyirəm. ABŞ-Azərbaycan Ticarət Palatasının
Azadlığın dəstəklənməsi" mükafatı Azərbaycanda müstəqilliyə, sülhə,
demokratiyaya, şəxsi azadlıqlara və iqtisadi inkişafa böyük töhfə vermiş şəxslərə
verilir. Bu sahəyə töhfəsinə görə bu axşam həmin mükafatın senator Luqara
təqdim edilməsindən olduqca məmnunam.
Riçard LUQAR: Mən, adətən, mükafat qəbul edəndə dediyim sözlər qısa
olur. Sadəcə, ən səmimi minnətdarlığımı və xoş sözlərimi bildirmək istəyirəm.
Mən badəni ABŞ-Azərbaycan Ticarət Palatasının 10 illiyi münasibətilə qaldırır,
sizə qarşıdakı uzun illər ərzində bir çox xoş arzularımı çatdırıram. Sağ olun.
Ceyms BEYKER: İndi isə mən Azərbaycan Respublikasının birinci xanımı
Mehriban Əliyevanı təqdim etmək istəyirəm. O, qısa nitqlə çıxış edəcək və
sonra isə ona mükafatın verilməsi mərasimi olacaqdır.
Xanım Əliyeva mədəniyyətlə maraqlanır və mərhəmətli fəaliyyətlə
məşğuldur. 1988-ci ildən 1992-ci ilə qədər o, Moskvanın Elmi Tədqiqat Göz
Xəstəlikləri İnstitutunda işləyibdir. 1995-ci ildə xanım Əliyeva Azərbaycan
Mədəniyyətinin Dostları Fondunu yaratmışdır və hazırda ona rəhbərlik edir.
1996-cı ildə o, Azərbaycan, ingilis və rus dillərində çıxan "Azərbaycan-İrs" adlı
mədəniyyət-tarix jurnalı təsis etmiş və həmin jurnalın baş redaktoru olmuşdur.
2002-ci ildə o, Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilmişdir.
Onun bu sahədə apardığı fəaliyyəti Beynəlxalq Gimnastika Federasiyasının
2005-ci ildə bədii gimnastika üzrə dünya çempionatını Azərbaycanda keçirmək
qərarı ilə nəticələnmişdir.
Eyni zamanda, o, 2004-cü ildə yaradılmış Heydər Əliyev Fonduna
rəhbərlik edir. Elə həmin ildə şifahi və musiqi ənənələrinin təşviq olunması üzrə
YUNESKO-nun xoşməramlı səfiri təyin edilmişdir. Həmin ilin sonunda
Dostları ilə paylaş: |