Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
136
qiymətləndirdi və bunun Azərbaycanın gələcək inkişafı üçün
böyük əhəmiyyət
kəsb etdiyini vurğuladı. O, Azərbaycanın dini azadlığa hörmət edilməsi
baxımından nümunəvi ölkə olduğunu bildirdi və 2007-ci ildə İslam Konfransı
Təşkilatı tərəfindən Bakıda "Dözümlülüyün təbliğ olunmasında kütləvi
informasiya vasitələrinin rolu" mövzusunda keçiriləcək konfrans ilə maraqlandı.
Bu konfransın Azərbaycanda keçirilməsinin ölkəmiz üçün mühüm olduğunu
qeyd edən Mehriban xanım Karen Hyuzu bu tədbirə dəvət etdi.
Mehriban Əliyeva ABŞ dövlət katibinin demokratiya
və qlobal məsələlər
üzrə müavini Paula Dobryanski ilə görüşmüşdür. Görüşdə ümumi təhlükələr,
xüsusilə quş qripi xəstəliyinin qarşısının alınması istiqamətində iki ölkənin
əməkdaşlığı məsələləri müzakirə edildi və xanım Dobryanski bu işdə ölkəsinin
Azərbaycana hərtərəfli kömək göstərməyə hazır olduğunu bildirdi. Ölkələrimiz
arasında iqtisadi və təhlükəsizlik məsələləri üzrə işçi qruplarının
fəaliyyət
göstərdiyini qeyd edən Paula Dobryanski həmçinin demokratiya və insan
hüquqları məsələləri üzrə də müzakirələrin keçirilməsinin zəruriliyinə toxundu.
O, Azərbaycanın müasir dünyəvi dövlət kimi Qərblə islam aləmi arasında körpü
rolunu oynaya biləcəyini bildirdi.
Azərbaycanda tam dini və etnik tolerantlığın mövcud olduğunu qeyd edən
Mehriban Əliyeva YUNESKO və İSESCO-nun xoşməramlı səfiri kimi bu
istiqamətdə bütün təkliflərə açıq olduğunu vurğuladı. Görüş zamanı
Azərbaycanın birinci xanımı ölkəmizdə demokratik təsisatların
daha da
təkmilləşdirilməsi üçün görülən tədbirlər barədə də danışdı.
Mehriban xanım Əliyevanın ABŞ-a işgüzar səfəri başa çatmışdır.
AzərTAC
Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
137
PARİSDƏ YUNESKO-NUN XOŞMƏRAMLI SƏFİRLƏRİNİN
İLLİK HESABAT YIĞINCAĞl KEÇİRİLMİŞDİR
Aprelin 3-də Parisdə YUNESKO-nun əsas iqamətgahında qurumun
xoşməramlı səfirlərinin ənənəvi illik hesabat yığıncağı keçirilmişdir.
Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri, Milli
Məclisin deputatı Mehriban Əliyevanı iqamətgahın qarşısında təşkilatın protokol
idarəsinin rəhbəri Jan Lük Şan və digər rəsmi şəxslər qarşılamışlar.
YUNESKO-nun baş direktoru Koişiro Matsuura Mehriban xanım
Əliyevanı səmimi salamlamışdır.
Yığıncağı təşkilatın baş direktoru Koişiro Matsuura açmışdır. O,
xoşməramlı səfirləri 7-ci illik hesabat münasibətilə təbrik etmiş, onların son bir
il ərzində gördükləri işlər barədə müfəssəl məlumat vermişdir.
Baş direktor müxtəlif qitələri və ölkələri təmsil edən səfirlərin dünyanı
narahat edən bir çox problemlərin həllində fəal iştiraklarını xatırlatmış,
təşkilata
hərtərəfli yardım göstərdiklərini, YUNESKO-nun davamlı inkişafı xüsusi
diqqətdə saxladığını vurğulamışdır.
Təhsil sahəsindən söhbət açan baş direktor hələ də dünyada milyonlarla
uşağın təhsildən kənarda qaldığını bildirmiş, YUNESKO tərəfindən keçirilmiş
beynəlxalq konfranslardan danışmışdır. O, Azərbaycanın birinci xanımının
fəaliyyəti sayəsində Azərbaycanla YUNESKO arasında yaranmış sıx
əməkdaşlığı, təhsillə bağlı regional konfransın 2008-ci ildə Bakıda keçirilməsi
barədə Mehriban Əliyevanın təşəbbüsünü yüksək qiymətləndirmişdir.
Yığıncaqda Mehriban xanım Əliyeva çıxış etmişdir. Mehriban xanım
çıxışının əvvəlində baş direktoru və həmkarlarını ənənəvi illik hesabat yığıncağı
münasibətilə salamlamışdır. Azərbaycanın birinci xanımı YUNESKO
tərəfindən
tərəfdaşlıq məsələsi ilə əlaqədar Qətərdə keçirilmiş regional konfransı
xatırlatmış, xoşməramlı səfirləri "Hamı üçün təhsil" proqramı çərçivəsində
2008-ci ilin iyul ayında Azərbaycanda keçiriləcək yekun regional konfransa
dəvət etmişdir.
Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
138
Ötən ilin "Qeyri-maddi mədəni irsin qorunması haqqında" Konvensiyanı
ratifikasiya etmiş ölkələrin Baş Məclisinin 2006-cı il iyun ayının 26-da
keçirilməsi ilə yadda qaldığını xatırladan Mehriban xanım Əliyeva
Azərbaycanın cari ilin mart ayında bu Konvensiyanı ratifikasiya etdiyini
bildirmişdir. Mehriban Əliyeva qeyri-maddi irsin qorunması və təbliğinin ümdə
vəzifə olduğunu vurğulamış və bu sahədə ölkəmizdə görülən işlərdən söhbət
açmışdır.
Heydər Əliyev Fondunun son bir ildəki fəaliyyətindən danışan xoşməramlı
səfir həmin fəaliyyətin səmərəli olduğunu xüsusi vurğulamış, təhsil, elm,
mədəniyyət, səhiyyə və ətraf mühitin qorunması kimi sahələrdə fondun öz işini
davam etdirdiyini, bir sıra layihələrin artıq başa çatdırıldığını, "Yeniləşən
Azərbaycana yeni məktəb" proqramının uğurla həyata keçirildiyini bildirmişdir.
Mehriban Əliyeva demişdir ki, Heydər Əliyev Fondu, Vaşinqton Elmlər
Akademiyası və YUNESKO Bakıda orta əsr əlyazmalarında tibb və əczaçılıq
mövzusunda ilk beynəlxalq konfrans təşkil etmişdir. Hazırda
ölkəmizdə təbabətə
dair 3 qiymətli əlyazma qorunub saxlanılır və onlar ümumdünya yaddaş
qeydiyyatına salınmışdır. Bu əlyazmalar bütün bəşəriyyət üçün böyük
əhəmiyyət daşıyır.
Memarlıq abidələrinin bərpasında Heydər Əliyev Fondunun fəal iştirakını
xatırladan Mehriban Əliyeva son vaxtlar Azərbaycanda bir çox tarixi və dini
abidələrin bərpa edildiyini xatırlatmış,
eyni zamanda, fondun ölkəmizin
hüdudlarından kənardakı ümumbəşəri əhəmiyyət daşıyan mədəni abidələrin
bərpasında da iştirakını vurğulamış, Parisin yaxınlığında, Versalda bərpa
işlərində Heydər Əliyev Fondununun əməli fəaliyyət göstərdiyini bildirmişdir.
Azərbaycanın qeyri-maddi mədəni irslərindən biri olan muğamın
qorunması və təbliği üçün bir çox işlər görüldüyünü deyən
Mehriban Əliyeva bu
sahədə Azərbaycana hərtərəfli kömək göstərmiş YUNESKO-ya minnətdarlığını
bildirmişdir. Cənab K.Matsuuranın iştirakı ilə Bakıda təməli qoyulmuş
Beynəlxalq Muğam Mərkəzinin tikintisinin davam etdirildiyini, 2008-ci ilin
yayında mərkəzin açılışı ilə əlaqədar keçiriləcək təntənəli tədbirdə baş
direktorun iştirak edəcəyinə ümidvar olduğunu bildirmişdir.
Mehriban xanım Əliyeva çıxışının sonunda Heydər Əliyev
Fondunun
Pakistandakı qızlar məktəbi ilə əlaqədar həyata keçirdiyi layihə barədə də