Microsoft Word II -an imp.+


Mənfi əks əlaqənin gücləndirilən tezlik



Yüklə 6,22 Mb.
səhifə13/142
tarix29.11.2023
ölçüsü6,22 Mb.
#138814
1   ...   9   10   11   12   13   14   15   16   ...   142
2014-2729

Mənfi əks əlaqənin gücləndirilən tezlik zolağına təsiri. Mənfi əks rabitə dövrəsinin daxil edilməsi gücləndiricinin tezlik zolağını genişləndirir. Buna, ötürmə xarakteristikası

W(h) = Ku0 / (T1p +1)


olan gücləndirici halında baxaq:


Belə gücləndiricini ötürmə əmsalı  ə.r. olan tezlikdən asılı mənfi əks rabitə dövrəsi ilə əhatə etsək, mənfi əks əlaqəli gücləndiricinin ötürmə funksiyası

Wm.ə.r.(p) =[Ku0 /(T1p +1)] / [1+Ku0ə.r./ (T1p +1)]=


= Ku m.ə.r./{[T1/(1+Ku0ə.r)]p+1} (1.34)

kimi yazıla bilər.


Məlumdur ki, gücləndiricinin buraxma zolağı onun ötürmə əmsalının 2 dəfə (3 dB) azalması səviyyəsində təyin edilir. İlkin ötürmə funksiyası üçün bu azalmaya 1/T1 tezliyi uyğun gəlir. Mənfi əks əlaqə daxil edildikdən sonra bu tezlik, alınmış ötürmə funksiyasına görə, əvvəlkindən (1+ Ku0ə.r) dəfə böyük olur:



f y.m.e.r .
f y (1  Ku 0 e.r . ) . (1.35)

Baxdığımız gücləndiricinin loqarifmik ATX-sı şəkil 6.15 - də göstərilmişdir. Fərz edək ki, gücləndirici dərinliyi (1+ Ku0ə.r) =10 olan mənfi əks əlaqə dövrəsi ilə əhatə olunub. Bu halda Ku m.ə.r. = Ku0 /10 olur, yəni güclənmə əmsalı 20 dB azalmış olur. Odur ki, buraxma zolağının yuxarı tezliyi



10 dəfə artır. Yeni ATX-sı ilkin ATX-ya nəzərən 20lg(1+ Ku0ə.r) qədər, yəni 20 dB aşağı sürüşmüş olur.

Şəkil 1.15. Mənfi əks əlaqənin daxil edilməsi halında gücləndiricinin loqarifmik ATX-si


Buraxma zolağının genişlənməsini fiziki olaraq aşağıdakı kimi aydınlaşdırmaq olar. Əvvəldə göstərildiyi kimi, mənfi əks əlaqə dövrəsinə malik gücləndiricinin güclənmə əmsalının azalmasının səbəbi onun giriş gərginliyinin

ugirugir0 r uçıı
real qiymətinin azalması ilə əlaqədardır. Tezliyin artması ilə

Ku kəmiyyətinin azalması gücləndiricinin çıxış gərginliyinin azalmasına gətirib çıxarır. Lakin bu halda uər=KUuçıx əks əlaqə gərginliyinin mütləq qiyməti də aşağı düşür. Bu gərginlik sabit giriş ugir0 gərginliyi halında gücləndiricinin

u gir
giriş gərginliyinin real qiymətini artırır. Nəticədə, çıxış gərginliyi artır.

Beləliklə, müəyyən tezliyə qədər KU əmsalının azalması
u gir
giriş

gərginliyinin artması ilə müşahidə olunur ki, bu da çıxış gərginliyinin və uyğun olaraq gücləndiricinin KUmən.ər əmsalının sabitliyini təmin edir.
Müsbət əks əlaqə halında gücləndiricinin buraxma zolağı daralır və əvvəlkindən (1- Ku0ə.r) dəfə kiçik olur. Göstərilən nümunə halında gücləndiricinin yeni ATX-sı ilkin ATX-ya nəzərən 20lg(1- Ku0ə.r) qədər, yəni 20 dB yuxarı sürüşmüş olur.

Yüklə 6,22 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə