Microsoft Word II -an imp.+



Yüklə 6,22 Mb.
səhifə16/142
tarix29.11.2023
ölçüsü6,22 Mb.
#138814
1   ...   12   13   14   15   16   17   18   19   ...   142
2014-2729

Mənfi əks əlaqənin qeyri-xətti təhriflərə təsiri. Qeyd edildiyi kimi, gücləndiricinin vacib xarakteristikalarından biri amplitud xarakteristikasıdır və bu xarakteristika ideal hala yaxınlaşdıqca, siqnal da bir o qədər az təhrif olunur və gücləndiricinin dinamiki diapazonu genişlənir. Gücləndiriciyə mənfi əks əlaqə daxil edilməsi onun amplitud xarakteristikasını xəttiləşdirir, dinamiki diapazonu genişləndirir, xüsusi maneələrin səviyyəsini azaldır və siqnalın qeyri-xətti təhriflərini azaldır.

Siqnalın qeyri-xətti təhrifləri, adətən böyük giriş gərginliklərinin təsiri zamanı yarandığından, bu tip təhriflər, əsasən səs tezlikli gücləndiricinin çıxış kaskadlarında baş verir.
Fərz edək ki, əks əlaqə dövrəsi olmayan gücləndiricinin girişinə elə səviyyəli harmonik siqnal təsir edir ki, yaranan qeyri-xətti təhriflər nəticəsində çıxış siqnalında yüksək harmonik toplananlar (təşkiledicilər) yaranır. Gücləndiriciyə mənfi əks əlaqə daxil edildikdə, əks əlaqə gərginliyi Um.ə.r. çıxış gərginliyinin Uçıx bir hissəsi olduğundan əks əlaqə gərginliyinin də tərkibində çıxış siqnalının harmonik toplananları olacaqdır. Mənfi əks əlaqə gərginliyi gücləndiricinin giriş gərginliyini azaltdığından (Ugir1 =Ugi r- Um.ə.r.) çıxış siqnalının bütün harmonik toplananları da azalacaqdır. Çıxış siqnalının birinci harmonikasının səviyyəsini əks əlaqəsiz halında olan səviyyəyə qədər çatdırmaq üçün Ugir giriş gərginliyini (1+  ə.r K) dəfə artırmaq lazımdır. Giriş siqnalı
harmonik olduğundan, mənfi əks əlaqəli gücləndiricidə Ugir gərginliyini artırdıqda çıxış siqnalında yüksək harmonikaların səviyyəsi artmır, yalnız birinci (əsas) harmonikanın səviyyəsi artır. Beləliklə, mənfi əks əlaqə daxil edilməsi ilə qeyri-xətti təhriflər azalır.
Mənfi əks əlaqəli gücləndiricidə harmonika əmsalı KH.ə.r.



K H .e . r
(1 
K H
  K * )
(1.42)

e r u



u
olur. Burada KH - əks əlaqəsiz gücləndiricidə harmonika əmsalıdır. K * -
əks əlaqəsiz gücləndiricidə gərginliyə görə güclənmə əmsalıdır.
Mənfi əks əlaqənin gücləndiricinin əsas parametrlərinə olan təsirlərini aşağıdakı cədvəldə verilmiş müqayisəli təhlillə yekunlaşdırmaq olar.
Cədvəl 1.1



Əks rabitənin


növləri







Gücləndiricinin



parametrləri






Rgir

Rçıx

Ku

KH

M




Üstünlüyü

Gərgin- liyə görə
paralel

Azalır

azalır

azalır

azalır

Azalır

azalır

Ryük dəyişərkən çıxış gərgin- liyinin stabil- ləşdirilməsi

Gərgin-
liyə görə ardıcıl

artır

azalır

azalır










Cərəya-
na görə paralel

artırr

artır
















Cərəya- na görə
ardıcıl

azalır

artır

azalır

azalır

Azalır

azalır




Qarışıq


Hansı növün üstün olmasın-
dan asılıdır
















Yüklə 6,22 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə