Microsoft Word II -an imp.+



Yüklə 6,22 Mb.
səhifə15/142
tarix29.11.2023
ölçüsü6,22 Mb.
#138814
1   ...   11   12   13   14   15   16   17   18   ...   142
2014-2729

Mənfi əks əlaqənin çıxış müqavimətinə təsiri. Əks əlaqəli gücləndirici qurğunun çıxış müqaviməti əks rabitə siqnalının daxil edilməsi qaydasından yox, götürülməsi qaydasından asılıdır. Gücləndirici qurğuya gərginliyə görə mənfi əks əlaqənin daxil edilməsi halına baxaq (şək. 1.17a).




        1. b)

Şəkil 1.17. Mənfi əks əlaqəyə malik gücləndiricinin struktur sxemi:



          1. çıxış gərginliyinə görə; b) çıxış cərəyanına görə.

Şəkil 1.17,a - da verilən sxemə nəzərən



Zçıı .m. .r. Uçıı
/ İçıı ;



Uçıx = Ugüc. - İçıx Zçıx.0 ;


Ugüc. =Ku0 Ugir =Ku0 (- ə.r. Uçıx)



və ya


Uçıx =- İçıx Zçıx.0 /(1+Ku0 ə.r.).

yazmaq olar.


İfadədəki mənfi işarə  İçıx yük cərəyanının müsbət artımının gücləndiricinin çıxış gərginliyinin əks işarə ilə dəyişməsinə səbəb olduğunu göstərir. Başqa sözlə, gücləndiricinin çıxış xarakteristikası azalan (mənfiləşən) xarakter daşıyır. Sonrakı mülahizələrdə çıxış müqavimətinin mütləq qiymətindən istifadə olunacaq, yəni «-» işarəsi atılır. Odur ki,
Zçıx.m.ə.r. = Zçıx.0 /(1+Ku0 ə.r.) (1.39)

yazmaq olar.


Bu ifadədən görünür ki, gücləndiriciyə çıxış gərginliyin görə mənfi əks əlaqənin daxil edilməsi onun çıxış müqavimətini mənfi əks əlaqənin (Mən.Ə.Ə.) dərinlik əmsalı dəfə azaldır. Doğrudan da, istənilən mən.ə.ə. əks əlaqə siqnalını almaq üçün istifadə olunan parametrin qiymətini dəyişməz saxlamağa çalışır. Odur ki, çıxış gərginliyinə görə mənfi əks əlaqə xarici həyəcanlanma zamanı, məsələn, çıxış cərəyanının dəyişməsi zamanı gücləndiricinin çıxış gərginliyinin qiymətini dəyişməz saxlamağa çalışır. Bu, gücləndiricinin çıxış müqavimətinin azalmasına ekvivalent olur.
Çıxış gərginliyə görə müsbət əks əlaqə zamanı


Zçıx.ə.r.(+) = Zçıx.0 /(1-Ku0 ə.r.) (1.40)

yazmaq olar.


Buradan görünür ki, müsbət əks əlaqə dövrəsinin ötürmə əmsalı artdıqda, çıxış müqaviməti əvvəlcə sonsuzluğa tərəf artır, sonra isə  ə.r > 1/Ku0 halında işarəsini dəyişir və mənfi olur.
Gücləndiriciyə çıxış cərəyanına görə mənfi əks əlaqənin daxil edilməsi
halına baxaq. Şəkil 1.17, b-də verilən sxemə görə çıxış cərəyanının dəyişməsi ilə

gücləndiricinin giriş gərginliyinin dəyişməsi üçün aşağıdakı ifadəni yazmaq olar:


Ugir = - Um.ə.r. = - İçıx Zə.r. ə.r..

Müəyyən çevrilmədən sonra




İçıx Zə.r. ə.r.Ku0 = İçıx Zçıx.0 + Uçıx

yazmaq olar. Buradan


Zçıx.m.e.r.= Zə.r. ə.r.Ku0 + Zçıx.0 (1.41)

Beləliklə, çıxış cərəyanına görə mənfi əks əlaqənin daxil edilməsi gücləndiricinin çıxış müqavimətini artırmış olur.


Yük cərəyanına görə müsbət əks əlaqə ilə əhatə olunmuş gücləndiricinin çıxış müqaviməti azalır və əks əlaqə dövrəsinin parametrlərinin müəyyən qiymətlərində mənfi qiymət ala bilər. Bu, gücləndiricinin çıxış xarakteristikasının artan xarakter daşıdığına dəlalət edir. Çıxış cərəyanının artması çıxış gərginliyinin artması ilə müşahidə olunur.


      1. Yüklə 6,22 Mb.

        Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə