Microsoft Word II cild -meruze metnlerin toplusu son2



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə28/229
tarix16.11.2017
ölçüsü5,08 Mb.
#10432
1   ...   24   25   26   27   28   29   30   31   ...   229

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



58

 

Aytan Baylarova 



Ph. D. in Philology, associate Professor 

Azerbaijan National Academy of Sciences 

the Institute of Linguistics, the leading scientific researcher 

of the department of Modern Azerbaijani language 

 

Summary 


National-cultural characteristics of connotative lexiconin Azerbaijani language 

 

As human speech is a connotative and denotativ system, the speech situation reveals 



connotative shades. The national-cultural lexicon of the different languages differ from one another 

due to their cultural components. Identity of the lexicon thatreflects the national cultureconsists of 

identify of the reality that it expresses and specificity of the cultural connotations. The structure of 

the connotation can be divided into several layers: equivalent connotative lexicon; connotative 

meaning lexicon that has only one culture; different, oftenopposite connotative meaning lexicon; 

partly different connotative meaning lexicon;non-equivalentconnotative lexicon. 

Key words: connotative, denotative, national-cultural, association, emotional 

 

 



Aytən Hacıyeva, fil.ü.f.d., dos. 

 

 



 

 

 



Azərbaycan Dillər Universiteti, Ümumi dilçilik kafedrası 

 

TÜRKOLOGİYADA YENİ TİPOLOJİ ARAŞDIRMA İSTİQAMƏTLƏRİNİN 



FORMALAŞMASI HAQQINDA (SÖZ YARADICILIĞININ TƏDQİQİNDƏ 

PSİXOLİNQVİSTİK ASPEKTLİ YANAŞMA TENDENSİYALARINA DAİR) 

 

Dünya dilçiliyində yeni tədqiqat istimətlərinin formalaşması türkologiyanın fərqli elmi-



nəzəri dəyərləndirmə spesifikasına malik araşıdırmalarla zənginləşməsinə yol açmışdır.  Konkret 

olaraq koqnitivistikanın son illər artan dinamika ilə ayrı-ayrı dillərin nəzəri problemlərinin həllinə 

yönəlmiş dərin məzmunlu tədqiqatlarda aktiv iştirak payına malik olması, habelə psixologiya, 

neyrologiya sahələrinin dilçiliyə qazandırmış olduğu fərqli rakurslu dəyərləndirmə standartlarının 

uğurlu adaptasiyası, eləcə  də informasiya-kommunikasiya texnologiyalarının linqvistik 

araşdırmaları yeni keyfiyyət səviyyəsinə yüksəldən metodlar təklif etməsi  ümumilikdə dilçilik 

elminin, o cümlədən də xüsusi dilçilik sahəsi olan türkologiyanın ciddi inkişafına səbəb olmaya 

bilməzdi.   

Son dövr türkoloji araşdırmalara sirayət etmiş ən aktual , ən novator və heç şübhəsiz ki, ən 

sürətli inkişafda olan yeni dilçilik istiqamətlərindən sayılan koqnitiv linqvistika və xüsusilə də onun 

daha gənc araşdırma istiqaməti olan koqnitiv semantika maraqlı elmi araşdırmaların meydana 

çıxmasına yol açmışdır. Xatırladaq ki, “koqnitiv elm – təfəkkür haqqında elm olmaqla, biliklərin 

əldə edilməsi, saxlanması, emal edilməsi və istifadə edilməsi haqqındakı canlı və süni sistemləri 

tədqiq edir. Hal-hazırkı dönəmdə bu (yəni, koqnitiv elm – A.H.) insan təfəkkürünün və onun beyin 

mexanizmlərinin tədqiqilə məşğul olan və qarşılıqlı əlaqədə olan elmi sahələrin bütöv bir şəbəkəsini 

təşkil edir. Həmin araşdırmalarda təfəkkür sözün ən geniş mənasında ortaya çıxaraq, rəng 

fərqləndirmə mexanizmlərindən tutmuş sosial stereotiplərin təbiətilə yekunlaşan substansiyanı 

təcəssüm etdirir.Heç şübhəsiz ki, həmin araşdırmaların “ürəyini” ... təəssürat, şüur, 

qavrama,yaddaş, diqqət, təxəyyül və dilin istifadəsi prosesində nitq təşkil edir ” (kursiv bizimdir. – 

A.H.) [ 1; 1]. Başqa sözlə desək, koqnitiv elm dünyanı qavrama haqqında biliklər sisteminə istinad 

edən,  lakin həmin məlumatları yeni rakursdan təkrar dəyərləndirməklə daha geniş aspektli və təbii 

ki, daha adekvat olan elmi nəticələrin əldə edilməsini mümkün edən multidissiplinar araşdırma 




I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



59

sistemini ehtiva edir. Məsələn, koqnitiv elm ənənəvi dilçilik problemlərindən sayılan metafora 

anlayışına yeni rakurslu təhlil yanaşması təklif etməklə, məsələnin bilavasitə insanın qavrama 

mexanizmlərinin özünəməxsusluqları ilə tənzimləndiyini əyani şəkildə ortaya qoyur. 

 

V.Z.Demyankov “Koqnitiv dilçilik – interpretasiya yanaşması növü kimi” adlı araşdırmasında 



yazır: “İstənilən fikir metaforikdir” – vaxtilə F.Nitsşe belə demişdir . E.Kassirer göstərmişdir ki, 

məkan, zaman və say bilavasitə obrazlı təfəkkür vasitəsilə formalaşdırılır (hansının ki, törəmələri 

olaraq, K.Levi-Stross  mif və mədəniyyəti nəzərdən keçirirdi). Ancaq insanın yaratdığı obrazlar 

hansısa şəkildə real olanla, fenomenlə və ən azında gerçəklik təəssüratı yaradanla əlaqəli olmalıdır. 

Buna görə də, təsəvvürlər həmişə əşyalarla onlar haqqındakı məlumatlar arasındakı ortaqlıqla, 

əlaqəli məqamla tənzimlənir” [2; 24]. Başqa sözlə desək, koqnitiv elm metaforanın, ümumilikdə 

sözün anlamının reallıqda olanla həmin reallıqda olan haqqında məlumatın adekvatlığından çıxş 

edərək təhlil etməklə yanaşı, həmin metaforikləşmə modellərinin təfəkkür, qavrama (koqnisiya) 

mexanizmlərilə şərtlənməsi məqamlarının araşdırır. Bu mənada hələ koqnitiv dilçiliyin ayrıca elm 

sahəsi kimi formalaşıb inkişaf tapmadığı dövrlərdə B.L.Uorfun səsləndirdiyi fikirlə razılaşmamaq 

olmaz. Sonrakı mərhələdə koqnitiv semantikanın bünövrəsini, “təməl daşı”nı formalaşdıran elmi 

konsepsiyalar sırasına daxil edilə biləcək  linqvistik nisbilik nəzəriyyəsinin banilərindən biri – 

B.L.Uorf  hələ koqnitiv metafora nəzəriyyəsindən çox öncələr yazırdı: “... dilçilik təfəkkür 

nəzəriyyəsi üçün, son nəticədə ümumiyyətlə bütün humanitar elmlər üçün  fundamental əhəmiyyətə 

malikdir” [3;78]. Və bu fundamental əhəmiyyət özünü tam dolğunluğu ilə insanın koqnisiya 

mexanzmlərinin tədqiqini hədəfə alan koqnitiv elmin təşəkkülündə tam aydın şəkildə büruzə 

vermişdir.  Koqnitiv semantikanın tarixini və inkişaf perspektivlərini araşdırmış Y.V.Raxilinanın da 

qeyd etdiyi kimi, “iddia edildiyinə görə, insan nitqin qavranılması zamanı, ümumiyyətlə, qavrama 

prosesində - məsələn, görüntünün və ya musiqinin qavranılması zamanı istifadə etdiyi 

mexanizmlərdən yaralanır. Məhz, dilçiliklə həmsərhəd sahələrə maraq da bu cəhətdən qaynaqlanır... 

“Dilçi həmin sahələr sırasında psixologiya, gelştat psixologiya, koqnitiv psixologiya, 

hermenevtika”nı qeyd edir və belə yanaşmanın “linqvistikanın muxtariyyətini (yəni, ayrıca elm 

sahəsi kimi mövcudluğunu – A.H.)”  [4; 277] . Bununla belə demək lazımdır ki, müasir elmi inkişaf 

tendensiyaları özlüyündə hər hansı bir sahənin avtonom, tam təcrid olunmuş vəziyyətdə 

təkamülünün mümkünsüzlüyünü  inkaredilməz dəlillərlə ortaya qoymuşdur. Bu mənada türkoloji 

araşdırmalarda tipoloji istiqamətli tədqiqatların mütləq şəkildə koqnitiv elm nailiyyətləri, psixolin-

qvistik araşdırma yekunları ilə “kəsişməsi” tam məntiqəmüvafiq görünür.  Belə ki, yuxarıda qeyd 

edilənlərdən də aydın şəkildə məlum olduğu kimi, öz mahiyyəti etibarilə “koqnitiv dilçilik yalnız 

bir elmin sərhədləri çərçivəsinə sığmır, əksinə bir neçə fənnin kəsişmə nöqtəsində yerləşir ”, həmin 

fənnlər sırasında (daha öncə qeyd etdiyimiz psixologiya, psixolinqvistika ilə yanaşı – A.H.) 

etnolinqvistika, etnopsixolinqvistika, kompüter dilçiliyi, siyasi linqvistika, linqvocoğrafiya, 

linqvistik antropologiya və s. bu kimi fənnlər daxildir  [5; 6-7]. 

Türkologiya sahəsindəki tipoloji araşdırmalara yeni aspektli tədqiqat üsullarının tətbiq 

edilməsindən bəhs edərkən ilk olaraq burada sezilən “canlanma”nın yekcins mahiyyətli olmadığını 

qeyd etmək lazımdır. 

Məlum olduğuna görə, müasir tipoloji araşdırmalar ənənəvi prioritet sayılan qrammatik sahə 

tədqiqatlarının sərhədlərini aşaraq daha geniş spektrli araşdırmaların meydana çıxmasını mümkün 

etmişdir. Bu aspektdə ortaya çıxmış ən yeni araşdırma istiqamətləri sırasında psixolinqvistik 

araşdırma metodlarının cəlb edilməsilə ortaya çıxan yeni rakurslu təhlillər xüsusilə diqqətəlayiqdir. 

Təqdirəlayiq haldır ki, türk dillərinin təqdim etdiyi zəngin material ümumilikdə Dünya dilçiliyi 

zəminində psixolinqvistika və linqvistik tipologiyanın müştərək araşdırma sahələrinin 

formalaşmasında geniş istifadə edilməkdədir. Bu sırada müasir psixolinqvistikanın ən görkəmli 

nümayəndələrindən sayılan Den Ayzek Slobin linqvistik tipoloji əlaqəliliyə malik son dövr 

araşdırmalarını xüsusilə qeyd etmək olar. Linqvistik tipologiyanın aktual problemlərindən birinə - 

feil semantikasının dil tipologiyası ilə bağlılığı məsələsinə həsr olunmuş araşdırmasında görkəmli 

psixolinqvist alim müxtəlifsistemli dilləri, o cümlədən türk, ingilis, ispan, alman, rus və s . dillərin 

materialını qarşılaşdıraraq leksikanın morfologiya ilə əlaqəsini psixolinqvistik və tipoloji 

aspektlərin kəsişməsində araşdırır. (bax: [6;219-257]

 

). Müəllif öz araşdırmasında tipoloji 




Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə