Microsoft Word II cild -meruze metnlerin toplusu son2



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə25/229
tarix16.11.2017
ölçüsü5,08 Mb.
#10432
1   ...   21   22   23   24   25   26   27   28   ...   229

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



51

ayrıca bir qrupda təsnif etməklə onları mənşəyinə görə üç hissəyə ayırmağı lazım bilir: iş-hərəkət 

feilləri, səs təqlidi feillər, obrazlı feillər (7, s. 312). 

 

Azərbaycan dilçiliyində feillərin leksik-semantik mənaları baxımından ilk təsnifatlarından 



biri “Azərbaycan dilinin qrammatikası” adlı əsərdə aparılmışdır. Z.İ.Budaqovanın təsnifi 

Azərbaycan dilçiliyində ilk təsniflərdən biridir. Z.İ.Budaqova Azərbaycan dili feillərini semantik 

mənalarına görə beş qrupa bölür: 1) hərəkət feilləri; 2) iş feilləri; 3) nitq feilləri; 4) təfəkkür, görmə 

və ya eşitmə prosesi ilə bağlı olan feillər; 5)hal-vəziyyət feilləri(8). Həmin bölgü və bölgülər 

haqqındakı izahatlar “Müasir Azərbaycan dili” (9, s. 197) kitabının uyğun bölməsində azacıq 

əlavələrlə təkrar olunur. Bu nəşrdə “Feillərin lüğəvi məna qrupları” adlanan yarımbaşlıqda kitabın 

ilk nəşrindən sonra bu sahə ilə bağlı aparılan tədqiqatlar haqqında da qısa məlumat verilir, onların 

bəzilərində bu bölgüyə əlavələr də artırıldığı qeyd edilməklə feillərin lüğəvi məna qruplarının əksər 

əsərlərdəki bölgüsünün şərti səciyyə daşıdığı göstərilir: “Feillərin lüğəvi məna qruplarına verilən 

bölgülərin müxtəlifliyi feillərin zəngin məna xüsusiyyətlərinə malik olması ilə əlaqədardır. Odur ki, 

istər yuxarıda adları çəkilən əsərlərdəki, istərsə də bir qədər aşağıda verəcəyimiz bölgü şərti səciyyə 

daşıyır”(9, s. 197). Doğrudan da, Azərbaycan dili feilləri “...özünün leksik-semantik, morfoloji, 

sintaktik, üslubi, fonetik və digər xüsusiyyətləri ilə, bu xüsusiyyətlərin zənginliyi, rəngarəngliyi, 

fərdiliyi ilə başqa nitq hissələrindən əsaslı şəkildə seçilir və bu baxımdan böyük əhəmiyyət kəsb 

edir” (10, s.15). Ona görə də bu nitq hissələrində sözlərin ifadə etdiyi semantik mənalar da çox 

müxtəlif şəkildə üzə çıxa bilir ki, bu, əksər hallarda feillərin semantik məna zənginliyi ilə bağlıdır.  

«Azərbaycan dilinin qrammatikası» və «Müasir Azərbaycan dili» kitablarında həmin hissə 

müəllifinin feillərin leksik-semantik bölgüsünü verdiyi bu ilk təşəbbüsün əhəmiyyətini xüsusi qeyd 

etməklə yanaşı, onun nitq, təfəkkür, görmə və eşitmə prosesi ilə bağlı feilləri ayrıca bir qrup kimi 

verməsi, təfəkkür, görmə və eşitmə prosesi ilə bağlı feilləri isə digər bir qrupda birləşdirməsi 

müəyyən mübahisələrə səbəb olur. Belə ki, nitq, görmə və eşitmə prosesinin hamısı təfəkkürlə bağlı 

olmaqla yanaşı, həm də onların hər birinin özünəməxsus ayrıca proses olduğunu, hər birinin xüsusi 

funksiya daşıdığını nəzərə alaraq, onların hər birinin ayrıca bölgü kimi verilməsi daha məqsə-

dəuyğun olardı. 

Azərbaycan dili feillərini digər türk dilləri ilə müqayisəli şəkildə araşdıran H.K.Quliyev 

feillərin leksik-semantik baxımdan əvvəlcə doqquz, sonra altı, müxtəlifsistemli dillər əsasında isə 

on bir qrupunu müəyyənləşdirir. Müəllif əvvəlcə Z.İ.Budaqovanın verdiyi beş bölgüyə daha 

dördünü psixi-vəziyyət ifadə edən feillər, səstəqlidi feillər, obrazlı feillər və təbiət hadisələrini ifadə 

edən feillər, əlavə edərək doqquz (11, s.206), “Türk dillərində feilin semantikası” adlı əsərində türk 

dilləri materialları əsasında altı, müxtəlifsistemli dillər olan Azərbaycan, rus, ingilis və alman dilləri 

materialları əsasında isə feillərin on bir qrupunu qeyd etmişdir (12, s. 235). Əksər hallarda isə 

müəllifin bu sahədəki xidmətlərini xüsusi qeyd etməklə onu da göstərmək lazımdır ki, alim hər bir 

qrupun da öz yarımqruplarını və daha kiçik mikroqruplarını müəyyənləşdirərək, feillərin ifadə 

etdiyi ən incə semantik çalarları da nəzərə almışdır. Ona görə də hər bir qrupa daxil olan feillərin 

əlavə qrupları da qeyd edilir. Feillər ifadə etdikləri semantik mənalara görə müəyyən 

yarımqruplarda birləşdirilir. Məsələn, tədqiqatçı iş feillərinin beş, hərəkət feillərinin dörd, vəziyyət 

feillərinin iki və s. yarımqruplarını müəyyənləşdirməklə, haqlı olaraq, onların özlərinin də müəyyən 

ortaq cəhətlərə malik qruplarının olduğunu göstərir. 

«Azərbaycan ədəbi dilində feilin semantikası» adlı namizədlik dissertasiyası yazmış 

S.Ə.Rzayev də öz tədqiqat əsərində həmin feillərin hər birini ayrıca bir qrupda vermiş və 

Azərbaycan dili feillərini leksik-semantik baxımdan səkkiz qrupa bölmüşdür: nitq feilləri, təfəkkür 

feilləri, görmə feilləri, eşitmə feilləri, vəziyyət feilləri, fəaliyyət feilləri, hərəkət feilləri və 

yerdəyişmə feilləri (13, s.10). Bu bölgü feillərin leksik-semantik məna qruplarını nisbətən əhatəli 

şəkildə əks etdirsə də, bizə elə gəlir ki, yerdəyişmə feillərinin ayrıca bir qrup kimi verilməsinə və 

ona aid misal kimi verilən feilləri bu qrupda birləşdirməyə o qədər də ehtiyac duyulmurdu. Buna 

baxmayaraq, müəllifin bu əsərində feillərin leksik-semantik baxımdan qruplaşdırılması, 

qruplaşdırma zamanı tətbiq edilən əsas kriteriyalar və həmin qruplara daxil olan feillərin xüsusiy-

yətləri əhatəli şəkildə tədqiqata cəlb edilmişdir. 




I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



52

 

Azərbaycan dili feillərinin leksik-semantik qrupları haqqında Q.Cəfərovun «Azərbaycan 



dilinin leksik-semantik sistemi» adlı əsərində də bəhs edilir. Feillərin leksik-semantik və qrammatik 

baxımdan ən maraqlı söz kateqoriyalarından biri kimi qiymətləndirən Q.Cəfərov feillərin semantik 

tədqiqi zamanı aşağıdakı məsələlərin əhatə olunmasını önəmli hesab edir: 1) feillərin tematik 

qrupları; 2) feillərin məna növləri; 3) feillərin  başqa nitq hissələri ilə qarşılıqlı məna münasibətləri 

(14, s. 86). Bu əsərdə, əvvəlkilərdən fərqli olaraq, feillərin leksik-semantik mənaları barədə «Feillə-

rin semantik qrupları» adı altında məlumat verilir və bu baxımdan Azərbaycan dili feilləri on 

qrupda birləşdirilir. Bu qrupların həm adları, həm də onların semantikası əksər bölgülərdən xeyli 

fərqlənir. Belə ki, müəllif Azərbaycan dili feillərini semantik baxımdan aşağıdakı şəkildə 

qruplaşdırır: 1) bioloji və sosioloji hərəkət bildirən feillər; 2) təbii ehtiyac bildirən feillər; 3) yaş və 

boy dəyişikliyi ilə bağlı olan feillər; 4) ağlamaq və gülməklə bağlı olan feillər; 5) görmə, eşitmə və 

nitq feilləri; 6) psixi fəaliyyətlə bağlı olan feillər; 7) hərəkət feilləri; 8) mübadilə və oyun bildirən 

feillər; 9) temperatur dəyişikliyi bildirən feillər və 10) yanma ilə bağlı olan feillər (14, s. 86-113). 

Bu əsərdə feillərin leksik-semantik mənasının müəyyənləşdirilməsi xeyli fərqli meyarlarla aparılır 

və verilən dil nümunələrinin daha çox hissəsini mürəkkəb quruluşlu, söz birləşməsi şəklində olan 

feillər təşkil edir. 

 

Feillərin semantik cəhətdən təsnifləndirilməsi problemindən bəhs edən Ə.Rəcəbli qeyd edir 



ki, “feillərin malik olduğu və göstərdiyi iş, hal və hərəkət bunların leksik-semantik mənasını təşkil 

edir”(15 s.7). Daha sonra müasir Azərbaycan dilində feillərin bir sıra leksik-semantik məna 

qruplarının olduğunu vurğulayan müəllif göstərir ki, “həmin lüğəvi mənalardan irəli gələrək 

feillərin bir hissəsi hərəkət, bir hissəsi iş, bir hissəsi hal, bir hissəsi vəziyyət, bir hissəsi təfəkkür, 

nitq, görmə prosesi və s. bildirir”. Tədqiqatçı adı çəkilən bu əsərdə göytürk dilində feilin 1) hərəkət 

feilləri; 2) iş feilləri; 3) hal-vəziyyət feilləri; 4) təfəkkür feilləri; 5) nitq feilləri; 6) eşitmə feilləri; 7) 

görmə feilləri məna qruplarından söz açır (15, s.29-65). 

 

Aparılmış araşdırmaları və irəli sürülən mülahizələri nəzərə almaqla və dil faktlarının təhlil 



edilməsi nəticəsində bu qənaətə gəlmək olar ki, türkoloji dilçilikdə, o cümlədən Azərbaycan 

dilçiliyində feillərin leksik-semantik təsnifinə geniş yer ayrılmış, feillər leksik-semantik mənasına 

görə ayrı-ayrı qrup və ya yarımqruplara bölünmüşdür. Nəzərdən keçirilən təsnifatlardan aydın olur 

ki, türk dillərində, eləcə də Azərbaycan dilçiliyində feillərin leksik-semantik təsnifat qruplarının 

sayı müxtəlifdir və tədqiqatçıların  feillərin semantik mənasına görə verdiyi təsniflər heç də üst-üstə 

düşmür.  

Beləliklə, feillərin leksik-semantik baxımdan təhlili və araşdırılması, onların funksional ifadə 

imkanlarının üzə çıxarılması dilçiliyin mühüm məsələlərindən biri olmaqla elmi və praktik 

baxımdan böyük əhəmiyyəti ilə seçilir. 

 

 



                                                     ƏDƏBIYYAT 

 

1. Дмитриев Н.К., Чистяков В.М., Бакеева Н.З. Семантика русских и татарских глаголов 



// Очерки по методике преподавания русского и родного языков в татарской школе. М., 1952, 

с.162-242. 

2. Чыманова Т. Этиш создордун семантикасынын туркологияда изилдениш тарыхынан 

// Вестник КГНУ. Сер.филолог.науки. Бишкек, 1999, Вып.2, с.122, 214 

3. Тенишев Э.Р. Глаголы движения в тюркских языках // Историческое развитие 

лексики тюркских языков. М., 1961, с.232-294. 

      4. Гаджиева Н.З., Коклянова А.А. Глаголы речи в тюркских языках.//  

        Историческое развитие лексики тюркских языков. М., 1961. 

5. Юлдашев А.А. Глаголы чувственного восприятия // Историческое развитие лексики 

тюркских языков. М., 1961, с.294-322. 

6. Вещилова В.Ф. Глаголы движения в турецком языке // Исследования по 

сравнительной грамматике тюркских языков. Ч. IV, Лексика, М., 1962, с.101-114. 




Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə