Microsoft Word II cild -meruze metnlerin toplusu son2



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə50/229
tarix16.11.2017
ölçüsü5,08 Mb.
#10432
1   ...   46   47   48   49   50   51   52   53   ...   229

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



102

söz olaraq işlənmə yerindən, həcmindən, hazırlanma materialından asılı olmayaraq hər cür qabın 

adını ifadə edir. Qab sözü cəmlik, çeşidlik anlamında işlənən zaman qacaq ilə birlikdə işlənərək 

qab–qacaq ifadəsini meydana gətirir. 

Burada ədəbi dildən fərqlənən qab–qacaq adları bildirən terminoloji leksikanı quruluşuna və 

mənşəyinə görə təsnif etmək olar. Quruluşuna görə bu sözlər həm sadə, həm düzəltmə, həm də 

mürəkkəb olur. Mənşəyinə görə isə həmin sözləri əsl Azərbaycan terminləri və alınmalar kimi 

qruplaşdıra 

bilərik. 

    


Azərbaycan dilinin lüğət tərkibi öz mənşəyinə görə yekcins deyil. Azərbaycanlılar tarixən 

müxtəlif etnik qruplarla qarşılıqlı əlaqədə olmuşlar ki, bu da dilin müxtəlif yaruslarında olduğu 

kimi, leksikasında da izini qorumuşdur. Azərbaycan dili şivələri də bu qarşılıqlı təsirdən kənarda 

qalmamışdır. Dialekt leksikasının dil mənbəyindən danışarkən qədim türk–Azərbaycan və alınma 

qatını izləmək məqsədəuyğundur. Bu sahədə toplanan faktiki dil materialları belə bir fikir 

söyləməyə imkan verir ki, Azərbaycan dili dialekt və şivələrində əsl türk Azərbaycan mənşəli sözlər 

ön planda durur. Azərbaycan dilindəki sifətlər, əvəzliklər, saylar, fellərin, demək olar ki, əksəriyyəti 

dilimizin özünəməxsus qədim sözlərdir. 

Burada işlənən sadə, əsl Azərbaycan dilinə məxsus olan dialekt leksemlərə aşağıdakıları 

nümunə göstərə bilərik: çömçə, küp, cam, pa:ş//parç, xum, te:ş//teşt, tava, təx′nə, tabax, bərni, 

bulut//bulud, seyin//sehin, sənəx′, bardax, məjmehi, bayda, sərniş//sərnic, lüleyin ; ərsin 

və s.    

Azərbaycan dili baxımından sadə söz kimi qəbul edilən alınmalara aşağıdakıları nümunə 

göstərə bilərik: quruşqa; masqor;  darelka//tarelqa

matra; zir//zer

kuzə//kuze

isdəkan//istikan; 

sanavar//simavar//sinavar; bojqa// boşqa//boçqa; biton; qasturka//kasdurka; badnus.   

 

 

 



 

 

Naxçıvan dialektində işlənən qab–qacaq adlarının bir çoxu leksik şəkilçilərlə düzəlmiş 



leksemlərdir. Bunlara aşağıdakıları nümunə göstərə bilərik: küp+ə; dib+əx′; süz+əx′; dol+ça 

; qazan+ça; ləyən+çə; aç+ar

çal+x+ar;  kündə+gir; kəf+gir; yaxın+keş;  süz+gəc; ayax+lı//əyəx+lı<üzərində 

xəmir yaymaq üçün torpaqdan hazırlanmış əşya>; qapax+lı; qulp+lu; sap+ıl+ca (bu söz sap 

kökündən və lı+ca şəkilçilərindən ibarətdir. Deyilişi asan olsun deyə l-ı yer dəyişməsi baş 

vermişdir); qulp+lu+ca; ağız+dıx; boğaz+dıx; asma+lıx; qaşıx+lıx. 

Naxçıvan dialektində də Azərbaycan dilinin digər dialekt və şivələrində olduğu kimi, qab-

qacaq adları mürəkkəb söz və söz birləşməsi ilə ifadə olunur. Məs.: birəlli//tayəlli//təkəlli

üçün istifadə edilən qulplu mis parç>; gudul küpə; mis qablama; saxsı 

ləyən//lə:n; paxır qazan; qara aftafa//qara aftaha; yekə çömçə və s. 

Burada hər iki komponenti isim və ya isimləşmiş leksik vahidlərlə ifadə olunan, birinci 

komponenti qeyri-müəyyən yiyəlik hallı, ikinci tərəfi mənsubiyyət şəkilçili isimlərdən ibarət ev 

əşyalarının adını bildirən söz birləşmələri və mürəkkəb sözlərə daha çox təsadüf olunur. Məs.: el 

qazanı//eysan qazanı; el samavarı//el sinavarı//el simavarı; xəmir təx'nəsi; çörəx' taxdası; paltar 

vannası; süd maşını; dibəx' daşı; su daşı; təndir şişi; küflə tıxacağı

ağzını qapamaq üçün köhnə pal-paltardan hazırlanmış əşya>; kül qabı; qənd qabı; sac ayağı//sac 

əyağı; yağ qabı; bal maşını.  

Naxçıvan dialektində ikinci komponenti feli sifətlə ifadə olunan mürəkkəb sözlər də qab-qacaq 

adı bildirir ki, burada ikinci tərəf artırıldığı əşyanın gördüyü işi, hərəkətlə ifadə olunan əlaməti 

bildirir:  cəvizqıran; qavırqaəzən, qətqıran, aşsüzən; südsüzən; qurudəzən//əngənəx'; əppəx'yapan; 

qazanqapan //tutacağ//tutqaç//tutqaş

 

 

Azərbaycan dilinin tədqiq olunmuş dialekt və şivələrində olduğu kimi, Naxçıvan dialektində 



də yatacaqla bağlı terminlər o qədər də çox deyil. Şübhəsiz ki, bu, yatacaqla bağlı əşyaların 

çeşidinin ümumiliyi və azlığı ilə bağlıdır. Regionda işlənən bu sahə terminləri ədəbi dildən və 

dilimizin digər dialekt və şivələrindən fonetik və semantik cəhətdən fərqlənir: Tax//taxt//taxd

çarpayı>;  qarafat//qaravat; balınc//balıç//nazbalış. Bu mənanı Gəncə 

dialekti və Salyan, Ağcabədi, Ağdam, Bərdə şivələrində başaltı (1, s.36) sözü bildirir.  



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



103

Yasdıx//yasdığ. Bu söz qədim sözlərimizdən olub, tarixi abidələrimizin dilində də 

işlənmişdir: “Bir yasdıqda baş qoyduğum” (6, s. 53). Qeyd edək ki, Culfa şivələrində yastıq əvəzinə 

bağlama sözü işlənir.   

 

Döşəx'. Bu leksik vahid də yazılı mənbələrimizdə özünü göstərir: məs.: “Ta kim sası 



dinli kafirin döşəyinə varmayasan!” (6, s. 36). 

 

Yorqan.  Yorqan, döşəx' terminləri ilə bağlı olaraq onu qeyd etmək lazımdır ki, bu 



terminlərin ifadə etdikləri əşyaların materialından və nə məqsədlə hazırlandığından asılı olaraq 

çeşidləri ifadə edən terminlər də özünü göstərir: yun döşəx', panbıx döşəx', cehiz yorqanı, ərgən 

yorqanı, yay yorqanı, kürsü yorqanı və s. 

Barxana. Barxana “ev şeyləri, ləvazimatı, avadanlıq, cehiz” 

mənasında Qazax, Çəmbərək, Şəmkir, Tərtər, Tovuz dialekt və şivələrində; “qıza verilən cehiz” 

mənasında Qazax, Şəmkir, Zəngilan dialekt və şivələrində; “boxça, bağlama” mənasında Qarakilsə, 

Laçin şivələrində (1, s.34); “oğlan tərəfindən qız evinə meyvə sovqatı” mənasında Meğri 

şivələrində (4, s.419) qeydə alınmışdır. 

 

 

 



Mitil. Bu leksik vahid Şəki dialektində “yorğan-döşək astarı” 

mənasında qeydə alınmışdır. A. Vəliyev mitil sözünün “yorğan-döşək” mənasında Göyçay keçid 

şivələrində işləndiyini və bu sözün “Türk dilinin Ərzurum, Sivas, Elazığ və s. şivələrində 

mitil//mitel şəklində “üzsüz yorğan, döşək və yataq” mənasında işləndiyini qeyd edir (7, s.57).  

Fərməc//fərməş//marfaş . Dialektoloji lüğətlərdə bu leksik 

vahid farmaş şəklində, mərfəş şəklində eyni mənada və Şəki dialektində isə paltar sərilən yer (1, 

s.185) mənasında qeydə alınmışdır. 

Yüx'  . Naxçıvan dialektində yüx' (yük) sözü ilə bağlı 

yükaltı<üzərinə yorğan-döşək yığmaq üçün hazırlanan əşya>; yüküzü

örtük> və s. sözlər də işlənir.  

Döşəx'çə. Bu mənanı Ordubad dialektində dizdöşəyi  (1, s.147), Quba, Massalı, 

Şərur, Salyan, Füzuli və Şamaxı dialekt və şivələrində isə nalça (2, s.411) sözləri ifadə edir. 

Milçəx'dan//miçətgən.  

Yüyrüx'//yüyürüx'//nənni. -Uşax yüyrüx'də irahat olur.  Əvdə 

dirəx'lərin arasınnan asardıx nənnini, kimdi indi nənni asan. Şivədə yüyrüx' ismindən yürgələ 

(mək) feli də işlənir. Yüyrüyü hərəkət etdirmək mənasında yüyürüx'//yü:rük//yürük (2, s.637) leksik 

vahidi Zəngilan, Şirvan, Cəbrayıl şivələrində “beşik, nənni” mənalarında qeydə alınmışdır. 

Naxçıvan dialektində yatmaq üçün ayrılmış, hazırlanmış yer də müxtəlif terminlərlə ifadə 

edilir: çardax. -Çardağı bağmannar 

midaxıl vaxdı bağda, bostançılar bostanda qurallar. 

Səki. -Səkilərdə qışda nökər-nayıb 

yatarmış əvvəllər. 

Dam. -Qabaxlarda yay girməmişdən çıxıb damda yatardılar. 

Kətil. -Maşallah, həyətlərdə elə kətillər 

düzəldiblər kin, iki-üş mərtəbə, əvdən qəlbi. 

Dialektoloji lüğətdə kətil sözü Quba dialektində “ev tikərkən hər 3-4 kərpicdən sonra uzununa 

qoyulmuş ağac” (1, s.279) mənasında qeydə alınmışdır. 

Bölgədə bunlarla yanaşı ədəbi dilimizdə olan yatacaqla bağlı terminlər də işlənməkdədir. 

Naxçıvan dialektinin lüğət tərkibində ev əşyalarının adını bildirən leksik vahidlər o qədər də 

geniş yer tutmur. İşlənən terminlərin isə əksəriyyəti alınmalardır. Elə buna görə də ədəbi dillə 

müqayisədə dialektal fərq özünü fonetik cəhətdən göstərir: qıreslo;  işqaf//işqab<şkaf>; 

kitab işqabı; istenka; etajerqa;  qabax istolu//qavax işdolu; tabredqa ; tufar 

işqabı//dufar işqafı; paltar işqafı; quxna mebeli//quxni mebeli; yatax mebeli; servat//servand və s. 

Əsl Azərbaycan sözlərinə aşağıdakıları misal gətirmək olar: sandıx, ikiqulplu sandıx, sandıqça, 

mücürü, ayna, bədənnamə ayna, aynalı qaravat. 

Naxçıvan dialektinin lüğət tərkibində maraqlı qatlardan biri də məişətdə işlədilən alət adlarını 

bildirən söz qrupudur. Bu qrupa daxil olan leksemləri semantikasına görə aşağıdakı kimi təsnif 

etməyi məqsədə uyğun bildik: 




Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə