Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə41/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   37   38   39   40   41   42   43   44   ...   168

 

136


təhrif olmasına gətirib çıxarır, çünki xanənin zəif hissələri xanə-

nin güclü vaxtına düşür və yaxud əksinə, güclü hissələr zəif vax-

ta təsadüf edir. Məsələn, bu misallardakı kimi: 

 

 



    doğrudur 

yanlışdır 

 

Hacıbəyli tərəfindən muğamların metroritmik xüsusiyyətləri-



nin müəyyənləşdirilməsinin bu nümunələrin nota yazılışında 

şübhəsiz böyük əhəmiyyəti olmuşdur. 

“Bəhrli” və “bəhrsiz” qrupundan başqa, Ü.Hacıbəyli xalq 

musiqisinin bir metroritmik xüsusiyyətini də qeyd edir. 

“Azərbaycan musiqi həyatına bir nəzər” məqaləsində o, yazır 

ki, “...bir para dəstgah və ya şöbələri bəhrsiz olaraq təğənni edi-

lirkən musiqisi biləks bəhrli olub zərb aləti dəxi işlənir; məsələn, 

Heyratı, Kabili, Mənsuriyyə, Simayi-şəms; Ovşarı (Əfşarı) kimi; 

dəstgah kimi müəyyən bəhr və havaları olmayan musiqi cümlə-

sindən biri də “Şikəstə” və digəri “Boyatı” (bayatı)dır”.

1

 

Ü.Hacıbəyli göstərir ki, Azərbaycan xalq musiqisinin “Hey-



ratı” formasında nümunələri yazılarkən, dördhissəli ölçü əvəzinə 

ikihissəli ölçüdə verilir. Ə.Bakıxanovun dördhissəli ölçüdə yaz-

dığı “Heyratı” ritmik muğamının düzgün yazılışını misal gətiririk: 

  

 

                                                 



1

 Musiqişünas M.İsmayılov bu xüsusiyyətlərilə olan xalq musiqisini sər-

bəst üçüncü qrupa bölərək onu qarışıq qrup adlandırmışdır. Bax: M.İsmayı-

lov. Azərbaycan xalq musiqisinin janrları. Bakı, 1960. 




 

137 


Azərbaycan xalq musiqisinin metroritmik xüsusiyyətlərinin 

Hacıbəyli tərəfindən verilmiş  əvvəlki tərifi onun son tədqiqatı 

olan “Əsas”larda da təsdiq olunur. Yalnız o burada “bəhrli” və 

“bəhrsiz” terminlərindən imtina edir. 

“Azərbayçan xalq musiqisinin əsasları”nda Ü.Hacıbəyli xalq 

musiqisinin bu cür xarakter ölçülərini göstərir: 6/4, 4/4, 3/4, 2/4, 

4/8, 6/8, 3/8. Başqa Şərq xalqlarının musiqisində təsadüf edilən 

7/8, 5/4 kimi ölçülərin olmamasını qeyd edir. 

Hacıbəyli deyir ki, bir çox xalq mahnısı 6/8 ölçüsündə yazıl-

mışdır. Təsniflər isə 3/4 ölçüdə və ya 3/8 və çox vaxt 6/8-də yazılır. 

Adətən 6/8 ölçüdə xanənin iki hissəsi qruplaşır (hər hissədə 3/8 ilə 

ölçü olmaq şərti ilə), amma Azərbaycan rəqs musiqisinin metrorit-

mik quruluşunun xüsusiliyi, həm də  rəqs xasiyyətində olan bəzi 

mahnıların quruluşu digər qruplaşma tələb edir. Bu qruplaşma 

ikihissəli xanənin üçhissəli ilə növbələşməsindən ibarətdir:

  

 

 

 



Ü.Hacıbəyli “Azərbaycan xalq musiqisinin əsasları”nda ya-

zır ki, 4/4 ölçüsü Azərbaycan xalq musiqisi üçün 2/4 ölçüdən 

daha xarakterdir (2/4 ölçüsü aşıq musiqisi üçün xasdır). Sonralar 

2/4 ölçüsü Hacıbəylinin özünün yardıcılığında çox geniş inkişaf 

tapır. Hacıbəyli bu ölçüdən aşıq musiqisinin rəngarəngliyini, xü-

susiliyini açmaq üçün istifadə etmişdir. Çox vaxt, xüsusilə ko-

mediyalarda Hacıbəyli bu ölçünü marş janrı ilə bağlayır. Məsə-

lən, “O olmasın, bu olsun” komediyasında marş nömrələri xüsu-

silə çoxdur (dostların xoru, son xor və s.). “Koroğlu” operasında 

isə marş tempində 2/4 ölçüdə məşhur “Çənlibel” xoru yazılmış-

dır. Bəstəkar digər cüt ölçülərdən də geniş istifadə edir. 

Ü.Hacıbəyli yaradıcılığında Azərbaycan musiqisinin metro-

ritmik xüsusiyyətlərinin hüdudlarını genişləndirərək, xalq musi-

qisinin  əsasında metroritmin müxtəlif variantlarını yaradır. 




 

138


Məsələn, musiqili komediyalarda o, 6/8 ölçu ilə iki xanənin bir-

ləşməsinin  əsasında yeni 12/8 ölçüsünü yaradır: “Ər və ar-

vad”dan Kərbəla Qubad ilə Mərcan bəyin duetini, onun ikinci və 

üçüncü pərdələrinə girişi, “O olmasın bu olsun”un IV pərdəsinə 

girişi və s. göstərmək olar. 

“Koroğlu” operasında isə bəstəkar 12/16, 6/16, 4/16 kimi na-

dir ölçüləri işlətmişdir. 

Azərbaycan xalq musiqisi üçün xarakter ölçü 6/8 və 3/4 və 

onların bir növü 3/8 Hacıbəylinin operalarının musiqi nömrələri-

nin metroritmik əsasını təşkil edir. İkihissəli metrin üçhissəliyə 

dəyişməsi ümumiyyətlə onun musiqisi üçün xasdır. Bəstəkar bu 

ölçünün müxtəlif ritmik variantlarını yaradır: 

 

 

 



Qeyd etmək lazımdır ki, xalq musiqisinə xas olan ölçünü 

(6/8 və 3/4-ü) Hacıbəyli vals janrına tabe edir. Bir çox musiqi 

nömrələri “Tempo di Valse” remarkası ilə qeyd olunur: “Ər və 



 

139 


arvad”dan Mərcan bəyin mahnısını, “Arşın mal alan”dan Telli-

nin mahnısını, “Arşın mal alan”nın uvertürası”nı göstərmək olar. 

Əsgər, Telli və Gülçöhrənin triosu, “O olmasın, bu olsun”dan və 

“Ər və arvad”dan bir sıra nömrələr isə vals ritmi və hərəkəti ilə 

aşılanmışdır. 

Hacıbəyli həmişə Azərbaycan xalq musiqisinin metroritmik 

xüsusiyyətlərinə və əlamətlərinə xüsusi diqqət yetirirdi. 

K.Səfərəliyeva tərəfindən Azərbaycan məqamları  əsasında 

yazılmış fortepiano üçün pyeslər məcmuəsində Hacıbəyli (o, bu 

məcmuənin redaktoru idi) qeyd edirdi ki, məcmuədə diqqəti cəlb 

edən: 1) pyeslərin yazıldığı məqamların müxtəlifliyidir; 2) musi-

qinin metroritmik xüsusiyyətləridir, belə ki, 6/8 ölçüsündə iki-

hissəli və üçhissəli xanələr horizontal halda növbələşirlər, şaqu-

lidə isə bir-birilə görüşürlər, bu da xüsusi ritmik effekt yaradır.

1

 

 



 

 

Xor, çoxsəslilik və harmonik üslub 

 

Azərbaycan musiqisində çoxsəslilik mürəkkəb və vacib 

problem idi. Qədim dövrlərdən bizim vokal sənətimiz üçün in-

strumental müşayiət ilə muğamların solo oxunması xarakter idi. 

Ü.Hacıbəyli qeyd edir ki, nadir hallarda toylarda, əsasən kənd-

lərdə (məsələn, Şuşa qəzasında) gəlin və bəyi tərifləyən mahnı-

ların kollektiv oxunmasına icazə verilirdi. Lakin bu hallarda da 

xorun iştirakçıları bir səslə, yəni unison oxuyurdular.

2

 

Elə bu məqalədə Ü.Hacıbəyli qeyd edirdi ki, xorla oxumaq 



prinsipinə müəyyən müxtəlifliyi talışlar daxil etmişlər. Onlar 

xorları iki dəstəyə bölürdülər. Birinci dəstə melodiyanı uzadıb 

                                                 

1

 Səfərəliyeva K. Fortepiano üçün Azərbaycan ladlarının əsasında yazıl-



mış pyeslər, redaktoru Ü.Hacıbəyli. – B., 1945, s. 5. 

2

 Hacıbəyli Ü. İlk Azərbaycan xalq xoru. Əsərləri, B., 1965, s. 268. 




Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə