83
Dahi bəstəkarın digər əsərləri üçün də belə zəngin səhnə və
ekran həyatı arzulayırıq.
“Arşın mal alan” operettasının Vyana tamaşasından səhnə:
Gülçöhrə
–
Cloth Peddler, Əsgər
–
Ramin Dustda
84
IV fəsil
“Koroğlu” operası
Azərbaycan opera sənətinin banisi, dahi bəstəkar Üzeyir Ha-
cıbəylinin şah əsəri – “Koroğlu” haqqında ön sözü onun tələbə-
si, dövrümüzün böyük bəstəkarı Qara Qarayevin fikri ilə başla-
maq istərdik: “Koroğlu” operası parlaq əsərdir. O, böyük şəxsiy-
yətin məhsuludur və eyni zamanda dərin milli, kökündən milli
əsərdir”
1
.
Üzeyir Hacıbəyli milli musiqi sənətimizdə opera janrının
klassik nümunələrini yaratmışdır. Ü.Hacıbəylinin yaradıcılığının
zirvəsi olan “Koroğlu”, qəhrəmani-epik operanın parlaq nümu-
nəsi kimi opera sənətinin qiymətli nailiyyətlərindəndir. Əsl xalq
ruhu ilə aşılanmış, Azərbaycan melosunun bütün zənginliyi ilə
rövnəqlənmiş “Koroglu” operası rus və qərb klassik qəhrəmani-
epik opera ənənələrini layiqincə davam etdirir. Bu möhtəşəm
əsərin bir çox xüsusiyyətləri – harmonik və polifonik dili, onun
alətləşdirilməsi, simfonik fraqmentləri musiqimizin sonrakı inki-
şafında mühüm rol oynamışdır.
Qeyd edək ki, 1938-ci ildə Moskvada Azərbaycan incəsənəti
ongünlüyü ərəfəsində “Leyli və Məcnun”dan “Koroğlu”ya qə-
dər” keçilən yolu Üzeyir Hacıbəyli təkcə Azərbaycan operasının
otuzillik tarixi deyil, həm də özünün şəxsi yaradıcılıq yolu ad-
landırmışdır.
“Leyli və Məcnun”dan sonra Ü.Hacıbəyli bir neçə opera və
operetta, kamera-instrumental əsərlər, orkestr üçün musiqi, mah-
nılar yazmışdır. Qəhrəmani mövzuda opera yaratmaq ideyası
Ü.Hacıbəylini illər boyu düşündürmüşdür. Əvvəllər o, Firdovsi-
nin “Şahnamə”si üzrə “Dəmirçi Gavə” operası yazmaq fikrinə
düşür. Lakin tezliklə bəstəkar, yazıçı və dramaturq M.S.Orduba-
diyə planlarının dəyişilməsini xəbər verir. M.S.Ordubadi ilə söh-
1
Караев К. Посвящение Октябрю. “Советская музыка”, 1967, № 11, s. 26.
85
bətdə o belə deyir: “Bəzən yaxşı bir iş üçün böyük zəhmətləri
qurban etməyin də eybi yoxdur. Biz “Dəmirçi Gavə” operasının
əvəzinə elə bir əsər yaratmalıyıq ki, onunla xalqımızın varlığına
qəhrəmanlıq ruhu aşılamaq mümkün olsun”
1
.
Üzeyir Hacıbəylinin yaradıcılıq qələbəsi, əsl novatorluğı
həm də ondan ibarətdir ki, o, ilk dəfə Azərbaycan musiqisində
qəhrəmani-epik opera janrını yaratdı. Folklora əsaslanaraq, das-
tan ruhunu mənimsəyərək, Ü.Hacıbəyli milli musiqidə irimiq-
yaslı formaya malik, xalq qəhrəmani opera janrında yazılmış və-
tənpərvərlik, məişət, satirik-yumoristik üslubların vəhdətindən
ibarət opera nümunəsi yarada bildi.
Ü.Hacıbəyli “Koroğlu” operasında xalqının ədəbi və musiqi
irsini böyük ustalıqla üzvi surətdə birləşdirdi. Bəstəkar özü ya-
zırdı ki, operanın əsasını xalq qəhrəmanı Koroğlu haqqında məş-
hur dastan təşkil edir. Koroğlu yerli feodallara, həm də xarici iş-
ğalçılara qarşı barışmaz mübarizə aparmışdır. Azərbaycan aşıq-
ları bu günə qədər Koroğlu haqqında oxuyurlar, onun azadlığa
məhəbbətini, ədalətini, dövlətlilərə və işğalçılara nifrətini, xanla-
ra və padşahlara qarşı amansız mübarizəsini tərənnüm edirlər.
“Koroğlu” haqqında Yaxın Şərq ölkələrində bir sıra dastan-
lar, hekayələr yazılmışdır. Koroğlu haqqında yüzlərcə nənə öz
nəvələrinə nağıl söyləyir, yüzlərcə aşıq məclislərdə oxuyur. Kor-
oğlu xalqın dilində əzbər olmuşdur”
2
.
“Koroğlu” operası üzərində Ü.Hacıbəyli 1932-ci ildən 1936-cı
ilə qədər işləmişdir. XVI-XVII əsrlərdə Azərbaycan xalqının milli
azadlıq mübarizəsi haqqında, aşıq dastanının motivləri əsasında
opera yazmaq ideyasını Ü.Hacıbəyliyə H.İsmayılov vermişdir, o da
librettonun müəllifi idi, şeirləri M.S.Ordubadinin idi, mətnin yazılı-
şında isə əsas rol bəstəkarın özünəməxsus olmuşdur.
Operanın librettosu ilə ilk mənbənin mətni arasında bəzi uy-
ğunsuzluqlar vardır ki, bu da təbiidir, çünki böyük dastanın bü-
tün obrazlarını və süjet motivlərini operaya yerləşdirmək müm-
kün deyildi. Məsələn, dastanın təsviredici yerləri – Koroğlunun
1
Ordubadi M.S. Böyük sənətkar barəsindəki xatiratım. Azərb. EA-nın
Xəbərləri, B., № 2, s. 89.
2
Hacıbəyov Ü. Sovet xalq operası, Əsərləri, II c., B., 1965, s. 265.
86
qocalığı, onun yürüşləri və ölümü, eləcə də baş qəhrəmanın ob-
razı ilə bağlı əsərin nağıl – mifoloji epizodları (Koroğlunun əfsa-
nəvi nərəsi, Misri qılıncı, qanadlı Qıratı və s.) librettoda yoxdur.
Operada istifadə olunmuş dastanın bütün süjet motivləri realistik
cəhətdən mənalandırılmışdır. Əsərdə qəhrəmani – dramaturji hə-
rəkət xətti – kəndlilərin feodallara qarşı mübarizəsi ön plana çə-
kilmişdir. Dastanda fərdi xasiyyətnamə almış xalqın nümayən-
dələri olan Dəli Həsən, Dəmirçi oğlu və başqaları, librettoda
kəndlilərin obrazında ümumiləşdirilmişdir. Operada Nadir, Vəli,
Eyvaz və Polad xalqın nümayəndələri kimi verilmişdir.
Nigar və Həmzə bəyin obrazlarında da bəzi dəyişikliklər ol-
muşdur. Dastanda Nigar Həsən xanın qızıdır. Librettoda Koroğ-
lu xanın sarayında Həmzə bəyi öldürür.
Dastandan fərqli olaraq, operada Nigar kəndli qızıdır. O,
Koroğlu ilə bərabər işğalçılara qarşı mübarizə aparır.
Dastanda Koroğlu ilə Nigarın öz uşağı yoxdur, onlar Eyvazı
oğulluğa götürmüşlər, librettoda isə Eyvaz Nigarın qardaşıdır.
İlk mənbə ilə olan bu uyğunsuzluqlar dastanın ümumi ideyasını,
sosioloji-tarixi istiqamətini və əhəmiyyətini dəyişməmişdir.
Ü.Hacıbəyli M.S.Ordubadi ilə söhbətində belə demişdir:
“Sən bilirsən ki, Koroğlunun qəhrəmanlıq siması müxtəlif vari-
antlar içərisində itib getmişdir. Koroğlu kimi sabatlı bir üsyançı-
nı orta əsrlərə məxsus bir çapğın və eşqbaz kimi qələmə verirdi-
lər. Buna görə də biz Koroğlu epoxasının siyasi və ictimai mün-
dərəcəsini yazdığımız operada aydınlaşdırmalıyıq. Xalqımız Kor-
oğlunun möhkəm bir qəhrəman olduğunu, öz əsrinin məşhur üs-
yan təşkilatçısı kimi feodallara qarşı mübarizə apardığını səhnə-
də görməlidir”
1
.
Ü.Hacıbəyli operanın librettosunda özünün dəqiq dramaturji
konsepsiyasını vermişdir. “Koroğlu” operasının premyerası gü-
nü – 1937-ci il aprelin 30-u Azərbaycan musiqi sənətinin bayra-
mına çevrilmişdir. Operanın ilk tamaşası Bakıda M.F.Axundov
adına Opera və Balet Teatrında olmuşdur.
1
Ordubadi M.S. Böyük sənətkar barəsindəki xatiratım. Azərb. EA-nın
Xəbərləri, B., № 2, s. 90.
Dostları ilə paylaş: |