Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə28/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   24   25   26   27   28   29   30   31   ...   168

 

90

xalqın narazılığını, Koroğlunun qisasını xana xatırladır”



1

.

 

Xalq səhnələri “Koroğlu operasının ən yaxşı səhifələrindəndir. 

Üçüncü pərdədəki məşhur “Çənlibel” xoru polifonik üslubun 

yüksək nümunəsidir. Bu xor üçün bəstəkar elə mövzu seçmişdir 

ki, o özlüyündə milli səslənmə ilə polifonik inkişaf üçün böyük 

imkanlar yaradır. Mövzunun əsas dayaq səslərini aşıq musiqisinə 

xas olan kvarta-kvinta səslənmələri təşkil edir. Milli polifoniyanın 

vacib tərkib hissəsi kimi kontrapunktun rolu haqqında Ü.Hacıbəy-

linin nəzəri fikri də öz əməli həllini bu xorda tapmışdır.  



    

 

 

                                                 

1

 Hacıbəyov Ü. “Koroğlu” operası. Əsərləri, II c., B., 1965, s. 267. 




 

91 


Xalq qəhrəmanı, cəngavər Koroğlunun surətində Azərbaycan 

xalqının ən gözəl xüsusiyyətləri – Vətənə hədsiz sədaqəti, mərd-

liyi, düşmənlərlə barışmazlığı, dostlara vəfası, kasıblara, uşaqla-

ra, qocalara, qadınlara qayğısı, başqa xalqlarla dostluğu, müdrik-

liyi, şairanəliyi və s. ifadə olunmuşdur. 

Koroğlu obrazı xalq həyatının geniş fonunda verilmişdir. O, ba-

relyefə bənzər ön planda, qabarıq şəkildə çıxış edir. Koroğlu xalq 

qəhrəmanı və aşıqdır, buna görə onun obrazı aşıq musiqisinin üslub 

xüsusiyyətləri və formaları ilə  səciyyələnir. Məsələn, Qırata həsr 

edilmiş mahnı aşıq janrı olan “Gözəlləmə” üstündə yazılmışdır. 

 

 

 



Bülbül Koroğlu rolunda 

 

 

 



 

92

 



 

“Koroğlu”da Ü.Hacıbəyli aşıq musiqisinin üslub xüsusiyyət-

lərini klassik opera formalarına qədər inkişaf etdirə bilmişdir. 

Müasir musiqi vasitələri ilə üzvi sürətdə uyğunlaşaraq, Koroğlu-

nun musiqi səciyyəsində  aşıq musiqisinin xüsusiyyətləri üstün-

lük təşkil edir. Bu barədə Ü.Hacıbəyli özü belə yazırdı: “Koroğ-

lu”nu aşıqlar tərənnüm etmiş və edir, və ona görə də operada üs-

tün gələn üslub aşıq üslubudur

1



Xalq qəhrəmanının obrazı portret xasiyyətnaməsi vasitəsilə 



açılır. Belə ki, “Səni gördüm” birinci ariozosunda Koroğlu öz 

sevgilisinin gözəlliyinə vurulan aşıq kimi təqdim edilmişdi. Bu 

ariozonun musiqisi səmimiliyi, lirizmi ilə seçilir. Birinci pərdə-

dəki “Təngə gəldik, yox tavan” ariozosu bunun təzadıdır. Bura-

da Koroğlu artıq ədalət uğrunda, öz xalqının müstəqilliyi və xoş-

bəxtliyi uğrunda mübariz kimi çıxış edir, xalqını üsyana çağırır. 

Ariozonun musiqisində çağırış  və  qəhrəmani motivlər səslənir. 

Koroğlunun obrazı operanın üçüncü və dördüncü pərdələrində 

daha parlaq və  dərindən açılır. Onun üçüncü pərdədəki “Mərd 

igidlər nərə  çəksin davada!” birinci ariozosu aşıq dastanı üslu-

bunda yazılmışdır. Xalq qəhrəmanının igid və mübariz obrazı 

                                                 

1

 Hacıbəyov Ü. “Koroğlu” operası. Əsərləri, II c., B., 1965, s. 267. 




 

93 


xalqla sıx əlaqədə və vəhdətdə verilmişdir. Onun partiyası xalq 

səhnələrinə daxil olur və xorun “hey, hey” sevincli çağırışları ilə 

müşayiət olunur. “Xanlarından zülm görmüş ermənilər, gürcü-

lər” ariozosunda Koroğlunun bir qiymətli cəhəti də aşkar olur ki, 

bu da onun humanizmidir, müxtəlif xalqlara dostluq hissləridir. 

Operanın lirik qolu üçüncü pərdədəki Koroğlunun “Sevdim 

səni mən, ey Nigarım” ariyasında öz kulminasiyasına çatır. 

Koroğlunun “Səni gördüm” birinci lirik-vəcdli ariozosundan 

fərqli olaraq, bu ariyada (üçhissəli formadadır) orta təzadlı hissə 

vardır ki, həmin hissədə qəhrəmanın öz xalqının taleyi üçün nara-

hatlığı əks olunmuşdur. Ariyanın kənar hissələri qəhrəmanın da-

xili psixoloji halını, onun lirik hisslərini gözəl ifadə edə bilmişdir. 

 

 

 



Koroğlunun dördüncü pərdədəki üç mahnısı (birinci iki mah-

nı  aşıq janrı “Gözəlləmə”, üçüncü isə  “Şikəstə” üstündə yazıl-

mışdır) dramaturji cəhətdən böyük əhəmiyyətə malikdir. Onların 

hər biri əsərin dramaturji inkişafına mühüm təsir göstərir. Bu 

mahnılarda qəhrəmanın igidliyi, şairənəliyi, zirəkliyi açılır. Bü-

tün bu mahnılar melodik, lad, ritmik alətləşdirmə cəhətdən aşıq 

musiqisinin səciyyəvi xüsusiyyətlərini özündə cəmləşdirir. Ope-

ranın lirik səhifələri, əsasən Koroğlunun sevgilisi, mərd Nigarın 

obrazı ilə bağlıdır. Bəstəkar onun partiyasında geniş leytmotiv 

sistemindən istifadə etmişdir ki, bu da qəhrəman qızın gözəl ob-

razını qavramağa kömək edir. Ü.Hacıbəyli özü yazırdı: “Üçüncü 



 

94

leytmotiv Koroğlunu sevən, bu sevgi uğrunda canından belə 



keçməyə hər an hazır olan Nigarın gözəl obrazını verir”

1



Əlamətdardır ki, Nigarın leytmotivi onun vokal partiyasına da-

xil olmur, lakin hər dəfə o, səhnəyə çıxdığı vaxt orkestrdə səslənir. 

Onun leytmotivi Koroğlunun və xalqın partiyalarında səslənir, bu 

da ideya və musiqi- dramaturji cəhətdən ümumilik yaradır. Nigarın 

birinci pərdədə “Rövşəndir dünyada məni yaşadan” ariyasında 

onun daxili hissləri, dərin məhəbbəti ariyanın səmimi, ifadəli musi-

qisində gözəl əks olunmuşdur. Nigarın xasiyyətinə məxsus qəhrə-

mani xüsusiyyətlər ariyanın orta hissəsində ifadə edilmişdir, ona 

görə xalqın qəhrəmani mövzusunun burada səslənməsi təbiidir. 

İkinci pərdədə, yarıqa-

ranlıq, boş qalmış səhnədə 

Nigar qəmlə, kədərlə dolu 

ariyasını oxuyur. Nigarın 

ariyası onun naləsi kimi 

qavranılır. Ariya deklama-

siya ilə başlanır, təkrarla-

nan bir səs üstə qəhrəman 

qızın kədərli hissləri veri-

lir, sonra melodiya inkişaf 

edərək genişlənir, onun 

daxili aləminin açılmasına 

yardımçı olur. 

 

Sona Aslanova Nigar rolunda 



  

                                                 

1

 Hacıbəyov Ü. “Koroğlu” operası. Əsərləri, II c., B., 1965, s. 267. 




Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə