Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə26/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   22   23   24   25   26   27   28   29   ...   168

 

83 


Dahi bəstəkarın digər əsərləri üçün də belə zəngin səhnə və 

ekran həyatı arzulayırıq. 

 

 

 



 

“Arşın mal alan” operettasının Vyana tamaşasından səhnə:  

Gülçöhrə 

 Cloth Peddler, Əsgər 



 Ramin Dustda 



 

 


 

84

 



 

IV fəsil 

 

“Koroğlu” operası 

 

Azərbaycan opera sənətinin banisi, dahi bəstəkar Üzeyir Ha-



cıbəylinin şah əsəri – “Koroğlu” haqqında ön sözü onun tələbə-

si, dövrümüzün böyük bəstəkarı Qara Qarayevin fikri ilə başla-

maq istərdik: “Koroğlu” operası parlaq əsərdir. O, böyük şəxsiy-

yətin məhsuludur və eyni zamanda dərin milli, kökündən milli 

əsərdir”

1



Üzeyir Hacıbəyli milli musiqi sənətimizdə opera janrının 

klassik nümunələrini yaratmışdır. Ü.Hacıbəylinin yaradıcılığının 

zirvəsi olan “Koroğlu”, qəhrəmani-epik operanın parlaq nümu-

nəsi kimi opera sənətinin qiymətli nailiyyətlərindəndir. Əsl xalq 

ruhu ilə  aşılanmış, Azərbaycan melosunun bütün zənginliyi ilə 

rövnəqlənmiş “Koroglu” operası rus və qərb klassik qəhrəmani-

epik opera ənənələrini layiqincə davam etdirir. Bu möhtəşəm 

əsərin bir çox xüsusiyyətləri – harmonik və polifonik dili, onun 

alətləşdirilməsi, simfonik fraqmentləri musiqimizin sonrakı inki-

şafında mühüm rol oynamışdır. 

Qeyd edək ki, 1938-ci ildə Moskvada Azərbaycan incəsənəti 

ongünlüyü  ərəfəsində “Leyli və  Məcnun”dan “Koroğlu”ya qə-

dər” keçilən yolu Üzeyir Hacıbəyli təkcə Azərbaycan operasının 

otuzillik tarixi deyil, həm də özünün şəxsi yaradıcılıq yolu ad-

landırmışdır. 

“Leyli və Məcnun”dan sonra Ü.Hacıbəyli bir neçə opera və 

operetta, kamera-instrumental əsərlər, orkestr üçün musiqi, mah-

nılar yazmışdır. Qəhrəmani mövzuda opera yaratmaq ideyası 

Ü.Hacıbəylini illər boyu düşündürmüşdür. Əvvəllər o, Firdovsi-

nin “Şahnamə”si üzrə “Dəmirçi Gavə” operası yazmaq fikrinə 

düşür. Lakin tezliklə bəstəkar, yazıçı və dramaturq M.S.Orduba-

diyə planlarının dəyişilməsini xəbər verir. M.S.Ordubadi ilə söh-

                                                 

1

 Караев К. Посвящение Октябрю. “Советская музыка”, 1967, № 11, s. 26. 




 

85 


bətdə o belə deyir: “Bəzən yaxşı bir iş üçün böyük zəhmətləri 

qurban etməyin də eybi yoxdur. Biz “Dəmirçi Gavə” operasının 

əvəzinə elə bir əsər yaratmalıyıq ki, onunla xalqımızın varlığına 

qəhrəmanlıq ruhu aşılamaq mümkün olsun”

1



Üzeyir Hacıbəylinin yaradıcılıq qələbəsi,  əsl novatorluğı 



həm də ondan ibarətdir ki, o, ilk dəfə Azərbaycan musiqisində 

qəhrəmani-epik opera janrını yaratdı. Folklora əsaslanaraq, das-

tan ruhunu mənimsəyərək, Ü.Hacıbəyli milli musiqidə irimiq-

yaslı formaya malik, xalq qəhrəmani opera janrında yazılmış və-

tənpərvərlik, məişət, satirik-yumoristik üslubların vəhdətindən 

ibarət opera nümunəsi yarada bildi. 

Ü.Hacıbəyli “Koroğlu” operasında xalqının ədəbi və musiqi 

irsini böyük ustalıqla üzvi surətdə birləşdirdi. Bəstəkar özü ya-

zırdı ki, operanın əsasını xalq qəhrəmanı Koroğlu haqqında məş-

hur dastan təşkil edir. Koroğlu yerli feodallara, həm də xarici iş-

ğalçılara qarşı barışmaz mübarizə aparmışdır. Azərbaycan aşıq-

ları bu günə  qədər Koroğlu haqqında oxuyurlar, onun azadlığa 

məhəbbətini, ədalətini, dövlətlilərə və işğalçılara nifrətini, xanla-

ra və padşahlara qarşı amansız mübarizəsini tərənnüm edirlər. 

“Koroğlu” haqqında Yaxın Şərq ölkələrində bir sıra dastan-

lar, hekayələr yazılmışdır. Koroğlu haqqında yüzlərcə  nənə öz 

nəvələrinə nağıl söyləyir, yüzlərcə aşıq məclislərdə oxuyur. Kor-

oğlu xalqın dilində əzbər olmuşdur”

2

.  


“Koroğlu” operası üzərində Ü.Hacıbəyli 1932-ci ildən 1936-cı 

ilə qədər işləmişdir. XVI-XVII əsrlərdə Azərbaycan xalqının milli 

azadlıq mübarizəsi haqqında, aşıq dastanının motivləri  əsasında 

opera yazmaq ideyasını Ü.Hacıbəyliyə H.İsmayılov vermişdir, o da 

librettonun müəllifi idi, şeirləri M.S.Ordubadinin idi, mətnin yazılı-

şında isə əsas rol bəstəkarın özünəməxsus olmuşdur. 

Operanın librettosu ilə ilk mənbənin mətni arasında bəzi uy-

ğunsuzluqlar vardır ki, bu da təbiidir, çünki böyük dastanın bü-

tün obrazlarını və süjet motivlərini operaya yerləşdirmək müm-

kün deyildi. Məsələn, dastanın təsviredici yerləri – Koroğlunun 

                                                 

1

 Ordubadi M.S. Böyük sənətkar barəsindəki xatiratım. Azərb. EA-nın 



Xəbərləri, B., № 2, s. 89. 

2

 Hacıbəyov Ü. Sovet xalq operası, Əsərləri, II c., B., 1965, s. 265. 




 

86

qocalığı, onun yürüşləri və ölümü, eləcə də baş qəhrəmanın ob-



razı ilə bağlı əsərin nağıl – mifoloji epizodları (Koroğlunun əfsa-

nəvi nərəsi, Misri qılıncı, qanadlı Qıratı və s.) librettoda yoxdur. 

Operada istifadə olunmuş dastanın bütün süjet motivləri realistik 

cəhətdən mənalandırılmışdır. Əsərdə qəhrəmani – dramaturji hə-

rəkət xətti – kəndlilərin feodallara qarşı mübarizəsi ön plana çə-

kilmişdir. Dastanda fərdi xasiyyətnamə almış xalqın nümayən-

dələri olan Dəli Həsən, Dəmirçi oğlu və başqaları, librettoda 

kəndlilərin obrazında ümumiləşdirilmişdir. Operada Nadir, Vəli, 

Eyvaz və Polad xalqın nümayəndələri kimi verilmişdir. 

Nigar və Həmzə bəyin obrazlarında da bəzi dəyişikliklər ol-

muşdur. Dastanda Nigar Həsən xanın qızıdır. Librettoda Koroğ-

lu xanın sarayında Həmzə bəyi öldürür. 

Dastandan fərqli olaraq, operada Nigar kəndli qızıdır. O, 

Koroğlu ilə bərabər işğalçılara qarşı mübarizə aparır. 

Dastanda Koroğlu ilə Nigarın öz uşağı yoxdur, onlar Eyvazı 

oğulluğa götürmüşlər, librettoda isə Eyvaz Nigarın qardaşıdır. 

İlk mənbə ilə olan bu uyğunsuzluqlar dastanın ümumi ideyasını, 

sosioloji-tarixi istiqamətini və əhəmiyyətini dəyişməmişdir. 

Ü.Hacıbəyli M.S.Ordubadi ilə söhbətində belə demişdir: 

“Sən bilirsən ki, Koroğlunun qəhrəmanlıq siması müxtəlif vari-

antlar içərisində itib getmişdir. Koroğlu kimi sabatlı bir üsyançı-

nı orta əsrlərə məxsus bir çapğın və eşqbaz kimi qələmə verirdi-

lər. Buna görə də biz Koroğlu epoxasının siyasi və ictimai mün-

dərəcəsini yazdığımız operada aydınlaşdırmalıyıq. Xalqımız Kor-

oğlunun möhkəm bir qəhrəman olduğunu, öz əsrinin məşhur üs-

yan təşkilatçısı kimi feodallara qarşı mübarizə apardığını səhnə-

də görməlidir”

1



Ü.Hacıbəyli operanın librettosunda özünün dəqiq dramaturji 

konsepsiyasını vermişdir. “Koroğlu” operasının premyerası gü-

nü – 1937-ci il aprelin 30-u Azərbaycan musiqi sənətinin bayra-

mına çevrilmişdir. Operanın ilk tamaşası Bakıda M.F.Axundov 

adına Opera və Balet Teatrında olmuşdur. 

                                                 

1

 Ordubadi M.S. Böyük sənətkar barəsindəki xatiratım. Azərb. EA-nın 



Xəbərləri, B., № 2, s. 90. 


Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə