Èëéàñ ßôÿíäèéåâ
42
Onun
bütün hekayələri, oçerkləri, dramları, roman və povest-
ləri, kino ssenariləri, məqalələri, tam halda yaradıcılığı müasir hə-
yatın duru və şəffaf çeşməsindən su içmişdir... Onun bütün əsər-
lərində əsas, aparıcı problem müasir insan, bu insanın psixoloji,
əxlaqi cəhətdən formalaşması, onun davranışı, fikir və düşüncə-
ləri, mənəvi dünyasıdır.
Qulu Xəlilov,
professor
Cəsarətlə deyə bilərəm ki, böyük dramaturqumuz Cəfər Cab-
barlıdan sonra teatrımız üçün yananlardan biri də İlyas Əfəndiyev
olmuşdur. Onun bütün əsərlərində... al-əlvan rənglərə, naxışlara
rast gəlirik... O, zəngin təfəkkürə, geniş müşahidə qabiliyyətinə
malik sənətkarlardandır. Həm də, mən deyərdim ki, elə bəstəkar
qəlbli sənətkardır. Onun dram əsərlərindəki müsbət obrazlar təkcə
xarakterləri ilə deyil, bəzən lirik, kövrək mahnıları ilə də yadda
qalırlar.
Səid Rüstəmov,
Xalq artisti, bəstəkar
İlyas Əfəndiyev insanların şüurunda və psixologiyasında baş
verən təbəddülatı əks etdirməyə çalışan, psixoloji ziddiyyət və
çarpışmaları əsərlərin mərkəzi konfliktinə çevirən yazıçıdır. Onun
əsərlərində xüsusilə pyeslərində xarici toqquşmalar, zahiri effekt
xatirinə düzəldilmiş səhnələr yoxdur. O, həmişə qəhrəmanlarının
səciyyəsini, onların həyata, ictimai hadisələrə münasibətini psixo-
loji cəhətdən araşdırır, çox zaman ilk baxışda xırda, intim görü-
nən konfliktləri genişləndirib siyasi məna və mahiyyətlə zən-
ginləşdirir.
İsmayıl Şıxlı,
Xalq yazıçısı
Mən İlyas Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı” roma-
nının oxucular və ədəbi ictimaiyyət tərəfindən hərarətlə qarşılan-
masının əsas səbəbini onun bədii keyfiyyətındə, sənətkarlıqla
Áèáëèîãðàôèéà
43
yazılmasında görürəm. Xalqı narahat edən problemlərə toxun-
maq, onlardan bədii əsərlərdə vətəndaşlıq məsuliyyəti ilə söz aç-
maq vacib şərtlərdəndir və bu, ədəbiyyatın zəruri vəzifələrindən
biridir...
Romanda hadisələr dramatik gərginlik və ardıcılıqla bir-biri-
ni izləyir, dərin maraq hissi ilə oxucunu arxasınca aparır.
Müasirlik böyük şərtdir.
Hüseyn Abbaszadə,
Xalq yazıçısı
Elə sənətkarlar var ki, yaratdığı əsər, fərqi yoxdur, pyes ol-
sun, tablo olsun,
musiqi olsun, insanı düşündürür, onun hislərinə
hakim kəsilir, gözəlliklər aləminə çəkib aparır, haqq-ədalət uğ-
runda mübarizəyə səsləyir, həqiqəti axtarıb tapmaqda ona kömək
edir.
Mənim hörmətli dostum İlyas da belə sənət adamlarındandır.
Tahir Salahov,
SSRİ Xalq rəssamı
Sevimli Xalq yazıçımız İlyas Əfəndiyevin əsərləri dağlar
arxasındakı uzaq dağ kəndlərində, sonsuz görünən yeniyetməlik
və gənclik illərində bizim yaxın dostumuz olmuşdur.
Sabir Rüstəmxanlı,
Xalq şairi
İlyas Əfəndiyevin yaradıcılığı heç şübhəsiz Azərbaycan ədə-
biyyatında bir mərhələ təşkil edir.
Mövlud Süleymanlı,
Xalq yazıçısı
Müasirlik və novatorluq İlyas Əfəndiyev yaradıcılığının mü-
hüm məziyyətlərindəndir. Yenilik hissi onda qüvvətlidir. O, daim
axtarışda olan məzmun, mövzu və bədii formalarla ədəbiyyatımı-
zı zənginləşdirməyə çalışan yazıçılardandır. İlyas Əfəndiyev ro-
mantik üslubda yazılmış hekayə və povestlərin, psixoloji dramla-
Èëéàñ ßôÿíäèéåâ
44
rın və lirik səpkili realist romanların müəllifidir. Liriklik, roman-
tika, psixoloji təhlil onun yaradıcılıq üslubunun ana xəttidir.
Seyfulla Əsədullayev,
professor
İlyas Əfəndiyev qüdrətli sənətkar idi.
İlyas Əfəndiyev qayğıkeş ata idi.
İlyas Əfəndiyev gözəl baba idi.
İlyas Əfəndiyev yaxşı dost idi.
Tofiq Quliyev,
Xalq artisti, bəstəkar
İlyas müəllimin yoxluğundan ürək ağrısı ilə söhbət açanda,
daha qüvvətli bir duyğu qəlbimi bürüyür: İlyas müəllim yaşayır,
Azərbaycan xalqı kimi, Cəfər Cabbarlı kimi, Üzeyir Hacıbəyov
kimi, Hüseyn Cavid kimi...
Leyla Bədirbəyli,
Xalq artisti
Ümumiyyətlə, bir oxucu kimi mənə elə gəlir ki, İlyasda lirik
əhval-ruhiyyə dəmir ağacının həyat eşqi kimi güclüdür. Amma
yaxşı ki, heç vaxt lirikaya nə isə lirik bir səhnə və yaxud vəziyyət
yaratmaq xatirinə meyl etmir. Onun lirikası qəhrəmanlarının
psixoloji vəziyyəti ilə və bilavasitə yaranmış zəruri situasiya ilə
bağlı olur.
Əli Zeynalov,
Xalq artisti
İlyas Əfəndiyev dramaturgiyası həqiqətən Azərbaycan teatı-
rının simasıdır.
Polad Bülbüloglu,
Xalq artisti, bəstəkar
İlyasın yoxluğuna inana bilmirəm. İlyasın indi də haradasa,
sakit bir guşədə əyləşib bizi heyrətə gətirən yeni əsər yazdığına
Áèáëèîãðàôèéà
45
ümid bəsləyirəm. Allah sənə rəhmət eləsin, qardaşım, sən onun –
o böyük Allahın sənə bağışladığı qənirsiz istedadı xalqından,
millətindən əsirgəmədin. Geriyə baxmaya bilərsən. Nigaran, nə-
yisə demədim deyə, düşünməyə bilərsən. Qardaşım sən o Allahın
neməti olan yaradıcılığını bol-bol verdin insanlara. Ruhun şad
olsun!
Əzizə Cəfərzadə,
yazıçı, professor
İlyas Əfəndiyev mənim “Qarğış” povestim barədə “Açıq
məktub” yazmışdı... Onda – mənim ümidsizlik bataqlığında tək-
tənha, min bir şübhə, qayğı, çaşqınlıq içində çapalayan anımda –
gözəgörünməz kömək əlini uzadıb, məni o bataqlıqdan çıxarmışdı
və bu işi heç bir məna güdmədən, təmənnasız, yalnız Böyük Ədə-
biyyat naminə etmişdi. Mən bu hadisədən sonra bir daha o şübhə
və çaşqınlıqlar bataqlığına düşmədim və bugünəcən də məni min
bir bataqlıqdan çox-çox uca nöqtələrdə saxlayan qüvvələrdən biri
– bəlkə də, ən qiymətlisi İlyas müəllimin həmin o məktubunun
məndə yaratdığı ədəbiyyata və özümə inam hissidi yəqin...
Afaq Məsud,
yazıçı
İlyas Əfəndiyevin yaratdığı surətlərdə bir kövrəklik, yanğı və
yanıqlıq var. “Unuda bilmirəm”də Nərmini xatırlayın. Görün bu
qız necə də məhəbbəti dünyada hər şeydən üstün tutur. Onun
üçün məhəbbət həyat deməkdir. Bu rolda mən 250 dəfədən çox
səhnəyə çıxmışam. Hər dəfə də Nərmindən ayrılıb Amaliya olan-
da təəssüflənmişəm. Həyatdan götürülmüş belə obrazları qələmə
alan İlyas Əfəndiyev, şübhəsiz ki, ürəyinin bütün hərarətini
onlara bəxş etmişdir.
Amaliya Pənahova,
Xalq artisti
İlyas Əfəndiyev hansı mövzuda yazırsa yazsın, cəmiyyətimi-
zin
inkişaf meyillərini, dövrümüzün müsbət tendensiyalarını və-