Microsoft Word ilyas efendiyev met doc



Yüklə 2,96 Mb.
səhifə10/122
tarix25.06.2018
ölçüsü2,96 Mb.
#51346
1   ...   6   7   8   9   10   11   12   13   ...   122

Èëéàñ ßôÿíäèéåâ 

 

42 



Onun bütün hekayələri, oçerkləri, dramları, roman və povest-

ləri, kino ssenariləri, məqalələri, tam halda yaradıcılığı müasir hə-

yatın duru və şəffaf çeşməsindən su içmişdir... Onun bütün əsər-

lərində  əsas, aparıcı problem müasir insan, bu insanın psixoloji, 

əxlaqi cəhətdən formalaşması, onun davranışı, fikir və düşüncə-

ləri, mənəvi dünyasıdır. 



Qulu Xəlilov, 

professor 

 

Cəsarətlə deyə bilərəm ki, böyük dramaturqumuz Cəfər Cab-

barlıdan sonra teatrımız üçün yananlardan biri də İlyas Əfəndiyev 

olmuşdur. Onun bütün əsərlərində... al-əlvan rənglərə, naxışlara 

rast gəlirik... O, zəngin təfəkkürə, geniş müşahidə qabiliyyətinə 

malik sənətkarlardandır. Həm də, mən deyərdim ki, elə bəstəkar 

qəlbli sənətkardır. Onun dram əsərlərindəki müsbət obrazlar təkcə 

xarakterləri ilə deyil, bəzən lirik, kövrək mahnıları ilə  də yadda 

qalırlar. 

Səid Rüstəmov

Xalq artisti, bəstəkar 

 

İlyas Əfəndiyev insanların şüurunda və psixologiyasında baş 



verən təbəddülatı  əks etdirməyə çalışan, psixoloji ziddiyyət və 

çarpışmaları əsərlərin mərkəzi konfliktinə çevirən yazıçıdır. Onun 

əsərlərində xüsusilə pyeslərində xarici toqquşmalar, zahiri effekt 

xatirinə düzəldilmiş səhnələr yoxdur. O, həmişə qəhrəmanlarının 

səciyyəsini, onların həyata, ictimai hadisələrə münasibətini psixo-

loji cəhətdən araşdırır, çox zaman ilk baxışda xırda, intim görü-

nən konfliktləri genişləndirib siyasi məna və mahiyyətlə  zən-

ginləşdirir. 



      İsmayıl Şıxlı, 

Xalq yazıçısı 

 

Mən İlyas Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı” roma-



nının oxucular və ədəbi ictimaiyyət tərəfindən hərarətlə qarşılan-

masının  əsas səbəbini onun bədii keyfiyyətındə, sənətkarlıqla 

Áèáëèîãðàôèéà 

 

43 



yazılmasında görürəm. Xalqı narahat edən problemlərə toxun-

maq, onlardan bədii əsərlərdə vətəndaşlıq məsuliyyəti ilə söz aç-

maq vacib şərtlərdəndir və bu, ədəbiyyatın zəruri vəzifələrindən 

biridir... 

Romanda hadisələr dramatik gərginlik və ardıcılıqla bir-biri-

ni izləyir, dərin maraq hissi ilə oxucunu arxasınca aparır. 

Müasirlik böyük şərtdir. 

Hüseyn Abbaszadə, 

Xalq yazıçısı 

 

Elə  sənətkarlar var ki, yaratdığı  əsər, fərqi yoxdur, pyes ol-



sun, tablo olsun, musiqi olsun, insanı düşündürür, onun hislərinə 

hakim kəsilir, gözəlliklər aləminə  çəkib aparır, haqq-ədalət uğ-

runda mübarizəyə səsləyir, həqiqəti axtarıb tapmaqda ona kömək 

edir. 


Mənim hörmətli dostum İlyas da belə sənət adamlarındandır.  

Tahir Salahov,  

SSRİ Xalq rəssamı  

 

Sevimli Xalq yazıçımız  İlyas  Əfəndiyevin  əsərləri dağlar 



arxasındakı uzaq dağ  kəndlərində, sonsuz görünən yeniyetməlik 

və gənclik illərində bizim yaxın dostumuz olmuşdur.  



Sabir Rüstəmxanlı, 

Xalq şairi 

 

İlyas Əfəndiyevin yaradıcılığı heç şübhəsiz Azərbaycan ədə-



biyyatında bir mərhələ təşkil edir.  

Mövlud Süleymanlı, 

Xalq yazıçısı 

 

Müasirlik və novatorluq İlyas Əfəndiyev yaradıcılığının mü-



hüm məziyyətlərindəndir. Yenilik hissi onda qüvvətlidir. O, daim 

axtarışda olan məzmun, mövzu və bədii formalarla ədəbiyyatımı-

zı  zənginləşdirməyə çalışan yazıçılardandır.  İlyas  Əfəndiyev ro-

mantik üslubda yazılmış hekayə və povestlərin, psixoloji dramla-




Èëéàñ ßôÿíäèéåâ 

 

44 



rın və lirik səpkili realist romanların müəllifidir. Liriklik, roman-

tika, psixoloji təhlil onun yaradıcılıq üslubunun ana xəttidir. 



Seyfulla Əsədullayev, 

professor 

 

İlyas Əfəndiyev qüdrətli sənətkar idi.  



İlyas Əfəndiyev qayğıkeş ata idi. 

İlyas Əfəndiyev gözəl baba idi. 

İlyas Əfəndiyev yaxşı dost idi. 

Tofiq Quliyev,  

Xalq artisti, bəstəkar  

 

İlyas müəllimin yoxluğundan ürək ağrısı ilə söhbət açanda, 



daha qüvvətli bir duyğu qəlbimi bürüyür: İlyas müəllim yaşayır, 

Azərbaycan xalqı kimi, Cəfər Cabbarlı kimi, Üzeyir Hacıbəyov 

kimi, Hüseyn Cavid kimi... 

Leyla Bədirbəyli, 

Xalq artisti  

 

Ümumiyyətlə, bir oxucu kimi mənə elə gəlir ki, İlyasda lirik 



əhval-ruhiyyə  dəmir ağacının həyat eşqi kimi güclüdür. Amma 

yaxşı ki, heç vaxt lirikaya nə isə lirik bir səhnə və yaxud vəziyyət 

yaratmaq xatirinə meyl etmir. Onun lirikası  qəhrəmanlarının 

psixoloji vəziyyəti ilə  və bilavasitə yaranmış  zəruri situasiya ilə 

bağlı olur. 

Əli Zeynalov, 

Xalq artisti 

 

İlyas Əfəndiyev dramaturgiyası həqiqətən Azərbaycan teatı-



rının simasıdır.  

Polad Bülbüloglu,  

Xalq artisti, bəstəkar 

 

İlyasın yoxluğuna inana bilmirəm.  İlyasın indi də haradasa, 

sakit bir guşədə  əyləşib bizi heyrətə  gətirən yeni əsər yazdığına 

Áèáëèîãðàôèéà 

 

45 


ümid bəsləyirəm. Allah sənə rəhmət eləsin, qardaşım, sən onun – 

o böyük Allahın sənə bağışladığı  qənirsiz istedadı xalqından, 

millətindən  əsirgəmədin. Geriyə baxmaya bilərsən. Nigaran, nə-

yisə demədim deyə, düşünməyə bilərsən. Qardaşım sən o Allahın 

neməti olan yaradıcılığını bol-bol verdin insanlara. Ruhun şad 

olsun!  


Əzizə Cəfərzadə,  

yazıçı, professor 

 

İlyas  Əfəndiyev mənim “Qarğış” povestim barədə “Açıq 



məktub” yazmışdı... Onda – mənim ümidsizlik bataqlığında tək-

tənha, min bir şübhə, qayğı, çaşqınlıq içində çapalayan anımda – 

gözəgörünməz kömək əlini uzadıb, məni o bataqlıqdan çıxarmışdı 

və bu işi heç bir məna güdmədən, təmənnasız, yalnız Böyük Ədə-

biyyat naminə etmişdi. Mən bu hadisədən sonra bir daha o şübhə 

və çaşqınlıqlar bataqlığına düşmədim və bugünəcən də məni min 

bir bataqlıqdan çox-çox uca nöqtələrdə saxlayan qüvvələrdən biri 

– bəlkə  də,  ən qiymətlisi  İlyas müəllimin həmin o məktubunun 

məndə yaratdığı ədəbiyyata və özümə inam hissidi yəqin...  

Afaq Məsud, 

yazıçı 

 

İlyas Əfəndiyevin yaratdığı surətlərdə bir kövrəklik, yanğı və 



yanıqlıq var. “Unuda bilmirəm”də Nərmini xatırlayın. Görün bu 

qız necə  də  məhəbbəti dünyada hər  şeydən üstün tutur. Onun 

üçün məhəbbət həyat deməkdir. Bu rolda mən 250 dəfədən çox 

səhnəyə çıxmışam. Hər dəfə də Nərmindən ayrılıb Amaliya olan-

da təəssüflənmişəm. Həyatdan götürülmüş belə obrazları qələmə 

alan  İlyas  Əfəndiyev,  şübhəsiz ki, ürəyinin bütün hərarətini 

onlara bəxş etmişdir. 

Amaliya Pənahova, 

 Xalq artisti 

 

İlyas Əfəndiyev hansı mövzuda yazırsa yazsın, cəmiyyətimi-



zin inkişaf meyillərini, dövrümüzün müsbət tendensiyalarını  və-


Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə