Microsoft Word ilyas efendiyev met doc



Yüklə 2,96 Mb.
səhifə6/122
tarix25.06.2018
ölçüsü2,96 Mb.
#51346
1   2   3   4   5   6   7   8   9   ...   122

Èëéàñ ßôÿíäèéåâ 

 

26 



*** 

Hər bir sənətkar üçün mütaliə, müasir elmlərə, dünya ədə-

biyyatına bələd olmaq, onun istedadı qədər vacib və zəruridir. 

 

*** 



Müasirlik sənətin mayasıdır. 

 

*** 



Keçilmiş yollardan keçənlərin izi çətin seçilər və tezliklə 

silinib gedər. 

 

*** 



Dahi sənətkarların həqiqi varisi xalqdır.  

 

*** 



Yazıçılıqda novatorluq, yeni yazı manerası  və başqa cəhət-

lərlə  bərabər, eyni zamanda yeni insan xarakterləri kəşf etmək 

deməkdir. 

 

*** 



Öz xalqının ruhunu ifadə etməyən  əsər başqa xalqlara da 

təsir edə bilməz. 

 

Áèáëèîãðàôèéà 

 

27 


 

 

 

İlyas Əfəndiyev ədəbiyyat və mədəniyyət  

xadimləri haqqında 

 

Doqquz  əsrə yaxın bundan əvvəl elm və  mədəniyyət ocağı 

olan Gəncə  şəhərində böyük Nizami Gəncəvinin ölməz  əsərləri 

yarandı! Bu əsərlər dünya poeziyasına yeni vüsət, fikir və hisslə-

rin yeni zənginliyini gətirərək onu gələcək  əsrlərin yüksəkliyinə 

qaldırdı! 

Bu  əsərlər insan zəkasındakı hikmətin sirlərini tərənnüm 

edirdi. Bu əsərlərdə insan aqibəti haqqında, qəhrəmanlığın, qor-

xaqlığın, böyüklüyün və kiçikliyin faciəsi haqqında təmkinlə düşü-

nən cahanşümul bir filosofun əbədi surəti yaranmışdı. 

 

*** 

Onun  əsərləri böyük xalq ürəyinin tərcümanı idi. Aydının, 

Oqtay Eloğlunun iztirabları, Elxan Biləgənlinin, Sevilin, Almazın 

mübarizəsi məhz Azərbaycan xalqının iztirabları, mübarizəsi idi. 

Cavan  ərini sevə-sevə onun üçün hər bir fədakarlığa hazır ola-

ola Dövlət bəylərin cəhənnəminə düşən Gültəkinin faciəsi keçmiş, 

məsum, fədakar Azərbaycan qadınının faciəsi idi. Cəfər Cabbarlı 

bütün ruhu ilə, bütün istedadı ilə Azərbaycan xalqına bağlı idi. 

 

*** 

Qara Qarayev heç bir zaman unudulmayacaq. Ü.Hacıbəyo-

vun başladığı böyük və tarixi işi yeni yüksəkliyə qaldıraraq azəri 

musiqisini ən qabaqcıl dünya musiqi mədəniyyəti xəzinəsinə daxil 

etdi... Qara Qarayevin musiqisində azəri xalqının milli ruhu ilə 

müasir mədəniyyətin ab-havası, müasir mütərəqqi ideyalar təbii 

bir gözəlliklə birləşmişdir. 

 

*** 


Èëéàñ ßôÿíäèéåâ 

 

28 



Həqiqi sənətkar səmimi olmaya bilməz. Xalq isə bu səmimiy-

yəti duymaqda fövqəladə  həssaslığa malikdir. Xalq, deyək ki, 

dünya satirik poeziyasının  ən amansız nümunələrini yaratmış, 

böyük Sabirdəki el dərdini duyduğu üçün ürəyində onun əbədi 

abidəsini yaratmışdır. Sənətkar səmimiyyəti sehrkar bir qüvvəyə 

malikdir. Heç bir tərif, heç bir movzəçilik onu əvəz eləyə bilməz... 

Şaiqə sönməz maraq və hörmətin də əsl sirri bundadır! 

Biz ilk dəfə gözümüzü Abdulla  Şaiq  şeirləri, nağılları ilə 

açmışıq. İllər keçəcək, yeni-yeni nəsillər gələcək, Şaiq bizim üçün 

olduğu kimi, onlar üçün də həmişə əziz olacaq. 

 

*** 

Səmədin dili sanki Vətənimizin hər gülündən bir rəng, hər çi-

çəyindən bir ətir almışdır, sanki suların almaz parıltısından, dağ-

ların  əzəmətindən, Azərbaycan günəşinin həyatverici istisindən 

gözəllik və qüvvət almışdır... 

Bu ahəng, bu musiqi, bu sadəlik sanki qəlbimizdə  çırpınan 

duyğuların özüdür. 

 

*** 

O zamankı həyatın elə bir gizli guşəsi qalmamışdır ki, Sabir 

satirasının projektoru ora düşüb, gözəgörünməz mikroblar kimi 

hərəkət edən yaramazları  işıqlandırıb atəşə tutmasın. Onun 

yaradıcılığı sonsuz surətlər silsiləsinə malikdir. 

 

*** 

Məlumdur ki, şairin hökmü bədii təfəkkürün tərliyindən, ro-

mantik reallığından, zamanın pozitiv həqiqəti düzgün duymasın-

dan irəli gəlir! Həmişə Süleyman Rüstəm şeirinin forması məz-

mundan doğur, pafosun, coşğunluğun, fikrin vuruş sürətinə tabe 

olur. 

 

*** 

Azərbəycan sovet poeziyasının yüksəlişində,  şeirimizin zən-

ginləşməsində, saflaşdırılmasında Rəsul Rza yaradıcılığının tari-

Áèáëèîãðàôèéà 

 

29 


xi xidməti vardır. Onun poeziyası  hər cür sadəlövh fəlsəfəçiliyə, 

saxta xəlqiliyə, ucuz heyranlığa zidd olan, həyatın real hadisələ-

rindən doğub mərdanə romantika ilə uzaq üfüqlərə qanadlanan 

poeziyadır. 

Nə  qədər ki, dilimiz yaşayır, nə  qədər ki, poeziyaya mənəvi 

ehtiyacımız var, Rəsul Rza da bizimlə olacaq. 

 

*** 

Osman Sarıvəllinin tərənnüm etdiyi hisslərdə, həyat lövhələ-

rində daima insana xoş gələn bir təravət vardır. Onun rübabının 

səsi qocalara da, cavanlara da, ziyalılara da, azsavadlılara da 

təsir edir, həyəcanlandırır... Onun şeirlərindəki duyğular bahar 

gecələrinin ətirli nəsimi kimi ürəkləri oxşayır. 

 

*** 

Mir Cəlalın... geniş  və xeyirli yaradıcılığı haqqında düşün-

məmək mümkün deyildir... О, nədən yazırsa yazsın, daim səmimi 

olmuş, daim özünə, öz məslək və vicdanına sadiq qalmışdır. 

Mən hələ yazıçı olmadığım zamanlarda onun əsərlərini diq-

qətlə izlərdim. Mir Cəlalın əsərlərindəki səmimiyyət, doğruçuluq 

və ilıq həyati yumor həmişə məni cəzb edərdi. 

 

*** 

Siz həyatınızı dünyada ən yüksək, ən nəcib bir ideal uğrunda 

mübarizəyə  sərf etmişsiniz. Sizi xatırlayarkən, bizim xəyalımıza 

gələn ilk düşüncə, ilk fikir bu olur. Xalq məhəbbəti, xalq sevgisi 

sizin birinci bəşəri xüsusiyyətiniz olmuşdur. 

Budur, mən keçmişin səhifələrini vərəqləyərkən, nəzərlərim 

sizin – gözəl insan, fədakar maarifçi, səmimi yazıçı  Süleyman 

Saninin üzərində dayanır və düşünürəm ki, bu nəcib insanın dün-

yada qələmi ilə xalqından başqa heç nəyi, heç bir arzu və diləyi 

olmamışdır.  

 

*** 


Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə