Microsoft Word ilyas efendiyev met doc



Yüklə 2,96 Mb.
səhifə5/122
tarix25.06.2018
ölçüsü2,96 Mb.
#51346
1   2   3   4   5   6   7   8   9   ...   122

Èëéàñ ßôÿíäèéåâ 

 

20 



2001 

- Respublika Prezidenti cənab Heydər  Əliyev 

yazıçının xatirəsinin  əbədiləşdirilməsi haqqında 

Sərəncam imzalamışdır. 

 

2002 

- “Çinar-Çap” nəşriyyatı yazıçının 7 cilddən 

ibarət “Seçilmiş  əsərləri”ni Azərbaycan dilində, 

2 cilddən ibarət “Seçilmiş  əsərləri”ni isə rus 

dilində çap etmişdir. 

 

2004 - 

Azərbaycan Respublikasının Prezidenti cənab 

İlham  Əliyev  İlyas  Əfəndiyevinin 90 illik yubi-

leyinin keçirilməsi haqqında Sərəncam imza-

lamışdır. 



 

2008  

-  “Hökmdar və  qızı”  əsəri  əsasında çəkilən 

“Hökmdarın taleyi” bədii filminin təqdimat 

mərasimi olmuşdur.  

 

2014 - 

Azərbaycan Respublikasının Prezidenti cənab 

İlham Əliyev İlyas Əfəndiyevinin 100 illik yubi-

leyinin keçirilməsi haqqında Sərəncam imzala-

mışdır. 

 

 

 

 

 

Áèáëèîãðàôèéà 

 

21 


 

 

İlyas Əfəndiyevin  

müdrik deyimlərindən 

 

Dünyada böyük sənətkarlar çoxdur və onların böyüklük də-

rəcəsi də müxtəlifdir, lakin hər xalqın öz dahisi, öz sənət ulduzları 

vardır, bu ulduzlar, ilk növbədə öz doğma xalqları üçün əzizdir, 

çünki onların işığı  həmin xalqlara aydınlıq, fərəh və sevinc gə-

tirmişdir.  

 

*** 



Keçmiş  mənim üçün bəyiylə-xanıyla, kəndlisiylə-fəhləsiylə, 

qaçaq-qulduruyla birlikdə keçmişdir, başqa sözlə desək, uluları-

mızın, babalarımızın, nənələrimizin namusla yaşadıqları ömürdü. 

 

*** 



Hər hansı bir əsərdə qoyulan əhvalat müəllifin özünü dərin-

dən mütəəssir etmirsə, sarsıtmırsa, başqalarına da təsir eliyə 

bilməz.  

 

*** 



Gərək sənətkar, istəyir yazıçı olsun, istəyir rəssam olsun, 

istəyirsə də musiqiçi olsun, gərək insan təbiətinin ən gizli qatla-

rında olan həqiqəti, onun dünyaya münasibətini, bütün əlamətlə-

rini, bütün, demək, faciəsini, sevincini – bax, bunu ortaya çıxara 

bilsin; çıxara bilirsə, bu, deməli, yazır, yaza bilir, sənətkardır, çı-

xara bilmirsə sənətkar deyil. 

 

*** 



Həqiqi sənət üçün mövzu məhdudluğu yoxdur. 

 

*** 




Èëéàñ ßôÿíäèéåâ 

 

22 



Teatr həmişə mənəvi yüksəliş aynası olmuşdur.  

 

*** 



Əgər kiçik lirik şeir həqiqi sənət əsəridirsə, o heç zaman icti-

mai fikirdən kənar qala bilməz. 

 

*** 



Əsrlərin sınağından çıxmış lirika həqiqi sənətin qanadıdır, 

ruhudur.   

 

*** 



Əgər sən istedadlısansa, amma zəif, ortabab əsər yazmısan-

sa, tarix, zaman, gələcək nəsillər səni bilərlər. Lakin sən xalqın 

sənətkarı olmaq iddiasındasansa, yalan yazırsansa taledən 

möcüzə, imdad gözləmə.  

 

*** 



Əgər əsər qurudursa, oxucuda heç bir emosianal təsir oyat-

mırsa, demək əsər deyil və bu barədə danışmağa dəyməz. 

 

*** 



Tam inkişaf etdikdə insan təbiətə yaxınlaşır, onun sirlərinə 

daha dərindən valeh olmağa başlayır, özünü və özü ilə bağlı olan 

cəmiyyəti daha dərindən dərk edir. 

 

*** 



Bizim baş mövzumuz insanın gələcək uğrunda fəaliyyətidir

 

*** 



Anlaşılmayan, izah edilə bilməyən novatorluq yoxdur. Yalan-

çı novatorluq istedadsızlıq əlamətidir.  

 

*** 



Xalqın ümumi idealı ilə bağlı olan, onun həyatına işıq saçan 

hər bir yazı tərzi, hər bir janr xeyirlidir. 

Áèáëèîãðàôèéà 

 

23 


*** 

Yazıçının hər şeydən əvvəl, istedadı olmalıdır, bu bir; yüksək 

savadı olmalıdır - yəni dünya ədəbiyyatının  ən yaxşı nümunələ-

rinə bələd olmalıdır, daha dəqiq desək, yazdığından çox mütaliə 

etməlidir, bu iki; böyük mədəniyyəti olmalıdır, bu da üç. 

 

*** 



Həqiqi sənətkar səmimi olmaya bilməz.  

 

*** 



Bədii dil yazıçı istedadının aynasıdır. 

 

*** 



Sənətdə istedad – yalnız insana, heyvana, bitkiyə deyil, daşa, 

torpağa, qumlu çöllərə, okeanı yerindən oynadan fırtınalara da 

can, ruh verməkdir.  

 

*** 



Vicdan rahatlığı hər şeydən gözəldir. 

 

*** 



İstəksiz, məhəbbətsiz həyat gec-tez ikiüzlülüyə, saxtakarlığa, 

yalana çıxaracaq.  

 

*** 



O evdə ki, səmimiyyət yoxdur, orada həyat yoxdur.  

 

*** 



Vətən borcu, Vətən şərəfi o qədər böyük, o qədər müqəddəs 

bir hisdir ki, ona əmr etmək olmaz.  

 

*** 



Bəşəriyyətin tarixi təkrar-təkrar göstərir ki, xalqı  və onun 

azadlığını öldürmək, məhv etmək olmaz. 

 



Èëéàñ ßôÿíäèéåâ 

 

24 



*** 

İstər elmdə, istərsə  də  sənətdə irəliyə, yüksəlişə doğru yolu 

həmişə böyük istedadlar açmışlar. 

 

*** 



Tənqidçı həqiqi sənətkarı onun özündən də dərin duyub dərk 

etməlidir. Onu kəşf etməlidir (əgər yazıçı bu kəşfə layiqdirsə). 

 

*** 



Hansı formada yazırsansa yaz, lakin sənətkarlıqla, ürəklə 

yaz. Həyatı, onun doğurduğu psixologiyanı duyaraq, onun dərin-

liklərinə nüfuz edərək yaz. 

 

*** 



Həqiqi sənətkarın qarşısında onun mənsub olduğu xalqın 

həyatı bir dərya kimi dayanmışdır. 

 

*** 



Vətən məni köməyə çağırır. Mən onun övladıyam. Mən onun 

çağırışına çatmasam cəhənnəmlərə  məhkum bədnam bir məxluq 

olaram. 

 

*** 



Əgər yeddi canım olsaydı onun yeddisini də  Vətənə qurban 

verib məhəbbətimdən keçməzdim. Lakin böyük yaradan bizə bir 

can verib.  

 

*** 



Dünyada böyük ədəbiyyatlar da, böyük sənətkarlar da çox-

dur. Lakin hər bir həqiqi sənətkarı yaşadan, birinci növbədə onun 

əsərləri və xalqıdır. 

 

*** 



Sənətdə  qəlbin, ürəyin odu sənətkarın istedadıdır, qəlbləri 

riqqətə gətirən, ya qəzəbləndirən də bu əsrarəngiz qüvvədir.  

Áèáëèîãðàôèéà 

 

25 


*** 

Azərbaycan xalqı nəcib olduğu qədər də istedadlıdır, cəsur-

dur, mərddir. 

 

*** 



Öz Vətəninin keçmişini, indisini bilməyən, sevməyən adam 

ləyaqətli, bütöv insan ola bilməz.  

 

*** 



Sənətdə dahiliyin birinci sirri səmimiyyətin, ağıl və ehtirasın 

dərinliyində, idealın humanist mahiyyətindədir. 

 

*** 



Həqiqi gözəllik üçün vicdan rahatlığı, vicdan saflığı lazım-

dır. Gözəllik həyatın ahəngidir, o saxtakarlıqla uyuşa bilməz. 

 

*** 



Müasir mövzu həqiqi, canlı, dolğun həyat deməkdir. Müasir 

mövzu müasir istedadlar deməkdir. 

 

*** 



Məsələ əsərin həcmində deyil, onun bədii dəyərində, ictimai 

mənasındadır. 

 

*** 



Azərbaycan  ədəbiyyatı – tarixi, kökü olan bir ədəbiyyatdır. 

Bayağı ədəbiyyat isə zamanın hökmü ilə ölümə məhkum olur, yəni 

o ötəridir, əbədi deyil.  

 

*** 



Müəllif öz adına və oxucuya hörmət etməlidir.  

 

*** 



Bədii formaları  əbədi, sabit meyarlar kimi qəbul etmək ol-

maz.  


Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə