Microsoft Word ilyas efendiyev met doc



Yüklə 2,96 Mb.
səhifə9/122
tarix25.06.2018
ölçüsü2,96 Mb.
#51346
1   ...   5   6   7   8   9   10   11   12   ...   122

Èëéàñ ßôÿíäèéåâ 

 

38 



deyildir. Bu keyfiyyətin, ideya-bədiilik vəzninin özü əsl me-

yardır. 


Mehdi Məmmədov, 

SSRİ  Xalq artisti, professor 

 

İlyas Əfəndiyev bir sənətkar kimi həmişə həyatın işıqlı cəhət-



lərinə xüsusi diqqət verir və qələmə alır. Onun qəhrəmanları döv-

rümüzün qabaqcıl adamlarıdır. Bu qəhrəmanlar yaşayıb yarat-

maqdan, xarüqələr yaratmaqdan həzz alırlar. Yüksək mədəniyyət, 

gözü-könlü tox, halal əməklə ömür sürən,  əliəyrilərə, gözüdağı-

nıqlara, vəziyyətdən sui-istifadə edən şöhrətpərəstlərə qarşı barış-

maz olan bu adamlar ilk görüşdən oxucu və tamaşaçıların ürəyinə 

yol tapır, özünü sevdirir. 

Əli Vəliyev, 

Xalq yazıçısı 

 

Azərbaycan Dövlət Akademik Dram Teatrının son otuz ildə-



ki inkişafını İlyas Əfəndiyevsiz təsəvvür etmək mümkün deyil... 

Onun pyeslərində həmişə təzə, təravətli görünən bir müasir-

lik var. Bu müasirlik isə  həyatımızın daxili məzmunundan, onu 

irəli aparan qəhrəmanların fəaliyyətindən və bu fəaliyyətin kon-

fliktlərindən, poeziyadan doğur...  İlyas  Əfəndiyevin dramaturgi-

yasında realizm və romantika, sərt həyat həqiqətləri ilə şeiriyyət 

həmişə vəhdət təşkil edir. 

İsmayıl Dağıstanlı, 

SSRİ Xalq artisti 

 

İlyas Əfəndiyev ən çox oxunan, sevilən, özü də heç kimə ox-



şamayan yazıçılarımızdandır. Onun öz mövzuları, həyat hadisələ-

rinə öz yanaşma yolları və üsulu vardır. Bu yaradıcılığını məşhur 

edən problemlərində özünəməxsusluq, orijinallıq güclüdür. Ədib, 

adətən, hamı üçün aydın və məlum olan həyat problemlərinə mü-

raciət etməyi sevmir, gerçəkliyin elə həqiqətlərini, elə məsələləri 

üzə  çıxarmağı bacarır ki, onlar həm də yeni olur, ədəbi maraq 

Áèáëèîãðàôèéà 

 

39 



oyadır, müasir problemləri barədə düşünənləri hərəkətə gətirir və 

təsadüfi deyil ki, ictimai müzakirəyə, mübahisəyə səbəb olurlar. 



Kamal Talıbzadə,  

 akademik 

 

İlyas Əfəndiyevin - əsl roman ustasının müşahidəçilik qabi-



liyyəti, təbiəti sənətkar gözüylə görmək məharəti diqqəti cəlb 

edir. Məsələn, hələ iyirmi il bundan əvvəl “Dağlar arxasında üç 

dost” romanını oxuyarkən, kiçik bir səhnəciyin təbii, inandırıcı 

təsviri – dağlarda gecə, otaqdan bayıra düşən və qar üstündə yu-

xarıdan aşağı uzanan işıq zolağının təsviri, dağa qalxanların bu 

işıq zolağını arabir yarması... o qədər ustalıqla işlənmişdir ki, indi 

də elə bil, gözümün önündədir. Rəssam dili ilə desək, bu səhnə 

birbaşa naturadan çəkilmişdir.  



Mikayıl Abdullayev,  

SSRİ Xalq rəssamı  

 

Yazıçı canlılığı yaratmaq üçün heç bir boyasını əsirgəməmişdir.  



Cəfər Xəndan, 

professor  

 

Dramaturq maraqlı, həyati bir süjet seçmiş, burada insanların 



əlaqələrini, təbiətlərindəki ziddiyyətləri, rəğbət və mütəqabil mü-

nasibətlərini vermiş, yaddaqalacaq obrazlar silsiləsi yaratmışdır. 



Əli Sultanlı, 

professor 

 

O, Kommunist Partiyasına daxil olmadı. Çünki əqidəsinə 



zidd gedə bilmirdi... O, mənə inanırdı və mən də çəkinmədən ona 

ürəyimi açır, içində yaşadığım rejimə nifrətimi bildirirdim. Çünki 

onun saflığına, xarakterik bütövlüyünə  və  ən ümdəsi də  mənim 

kimi totalitar rejimə nifrət etdiyinə çox yaxşı  bələd idim. Bir 

sözlə,  İlyas  Əfəndiyev həm yazıçı  həm də insan kimi bütöv və 

özünəməxsus bir xarakterə malik olan kamil bir şəxsiyyət idi.  



Bəxtiyar Vahabzadə, 

Xalq şairi, akademik 


Èëéàñ ßôÿíäèéåâ 

 

40 



İlyas Əfəndiyev bir insan, bir yazıçı və bir vətəndaş kimi öz 

missiyasını yerinə yetirdi və dünyadan köçdü. Amma mən bu 

köçdən sonrakı bütün bu müddət  ərzində onun varlığını yalnız 

mənən yox, cismən də daima hiss etmişəm, mənə elə  gəlir ki, 

(həmişə də belədir), bax, bu dəm, mən bu sətirləri yazarkən də o 

burdadır, mənim başımın üstündədir, bizi görür, müşahidə edir, 

hər  şeydən xəbərdardır və bu sətirləri oxuyur, indiki ali məqa-

mının bizim - bu dünyanın adamlarının - dərk edə bilmədiyi bu 

sətirlərə qiymət verir.  

Elçin, 

Xalq yazıçısı 

 

Unudulmaz  İlyas müəllim! Özünlə  əbədiyyət dünyasına ya-



zılmamış neçə şah əsərinizi apardınız? Ey üzü nurlu el məhəbbəti 

qazanmış xoşbəxt sənətkar! Sənin yaratdığın əsərlər də, həm ana, 

həm ata qayğısı, məhəbbət ilə böyütdüyün oğullar da vətəndaşlıq 

hüququ qazanmışlar. Rahat yat, böyük sənətkar! Vətən oğlu!  

Qəbrin nurla dolsun! 

Mirvarid Dilbazi,  

Xalq şairi 

 

İlyas Əfəndiyev dahi Cəfər Cabbarlıdan sonra milli səhnəmi-



zin çətin, ağır və şərəfli yükünü az qala yarım əsr öz çiyinlərində 

apardı və Cəfərdən sonra ikinci nəfəs verdi, milli teatrımızı yeni 

zirvələrə qaldırdı, özünün İlyas Əfəndiyev teatrını yaratdı.  

Cabir Novruz, 

Xalq şairi  

 

Böyük sənətkarlıq səriştəsinə və zəngin təxəyyülə malik İlyas 



Əfəndiyev həqiqəti bir an da unutmur, tariximizdə bu günümü-

zün, bugünümüzdə isə tariximizin problemlərini əks etdirir.  



Fərəməz Maqsudov, 

akademik 

Áèáëèîãðàôèéà 

 

41 


İlyas müəllim böyük yazıçı olmaqla yanaşı, həm də böyük el 

ağsaqqalı idi... Onda olan qaynar həyat eşqi məni sevindirirdi – 

ölümün ondan çox-çox uzaqda olduğunu zənn edirdim. Lakin bir 

gün... eşitdiyim xəbər məni sarsıtdı... Çünki Azərbaycan, Azər-

baycan xalqı, xüsusilə  ədəbiyyat və teatr həvəskarları qüdrətli 

sənətkarı itirmişdi. Bəli, amansız ölüm öz sözünü demişdi: artıq 

o, yox idi. Nə etmək olar? Bu, həyatın dəyişməz qanunudur.  

Əhliman Əmiraslanov,  

akademik 

 

Yazıçı İlyas Əfəndiyev son illər nəsr sahəsində daha məhsul-



dar və  səmərəli işləmişdir. Onun povest və romanları, xüsusən, 

əxlaqi-psixoloji problemlərin qoyuluşu və həlli sahəsində, müasir 

nəsrimizin axtarış və nailiyyətlərini ən yaxşı əks etdirən əsərlər-

dəndir. Sevindirici haldır ki, İlyas  Əfəndiyevin son pyesi də bu 

nəsrin nailiyyətləri zəminində və səviyyəsində yazılmışdır. 

Məhz buna görədir ki, “Sən həmişə mənimləsən” pyesi ədəbi 

həyatımızda yeni söz, müvəffəqiyyətli bir hadisə olub lirik, pers-

pektivli dramaturgiya, müasir psixoloji teatr yaratmaq yolunda 

yaxşı bir təşəbbüs, təcrübə kimi də səslənə bilmişdir. 

Azərbaycan tarixi barədə klassik sənədlər – yeddi “Qarabağ-

namə” var. Bütünlüklə  İlyas  Əfəndiyevin yaradıcılığını  mən 

səkkizinci “Qarabağnamə” hesab edirəm. 



Yaşar Qarayev, 

akademik 

 

İlyas  Əfəndiyev  əsərlərində insani borc, vətəndaş  vəzifəsi, 



fərdi və  cəmiyyətin qarşılıqlı münasibətləri, ailə  və  əxlaq prob-

lemləri barədə həmişə təravətli söhbət açır, öz qənaətlərini məhz 

yeni bədii obrazlar vasitəsilə, özünəməxsus orijinal üslubda ifadə 

edir. 


Bəkir Nəbiyev, 

akademik 


Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə