Microsoft Word ilyas efendiyev met doc



Yüklə 2,96 Mb.
səhifə12/122
tarix25.06.2018
ölçüsü2,96 Mb.
#51346
1   ...   8   9   10   11   12   13   14   15   ...   122

Èëéàñ ßôÿíäèéåâ 

 

50 



Əfəndiyevi oxuyaq, oxuyaq, oxuyaq... Oxuduqca ona Ulu Tanrıdan 

rəhmət diləyək. 



Şərif Ağayar 

şair, yazıçı 

 

Mən inanıram ki, söz yaşadıqca, İlyas müəllim də yaşayacaq. 



Fərhad Xəlilov, 

 Xalq rəssamı 

 

İlyas  Əfəndiyevin  əsərləri ilə bir çox rejissorlar, aktyorlar 

yetişib. Bizim nəslimizdə, demək olar ki, az-çox yaradıcılığımız 

bilavasitə  İlyas  Əfəndiyevin  əsərləri ilə bağlıdır.  Şəxsən mənim 

ifa etdiyim surətlərin  əksəriyyəti  İlyas  Əfəndiyev sənətinə  məx-

susdur. Bu gün də İlyas müəllimin əsərləri bizim teatrımızda bö-

yük müvəffəqiyyətlə gedir. 

Əliabbas Qədirov, 

Xalq artisti 

 

Azərbaycan ədəbiyyatının klassiki, Xalq yazıçısı İlyas Əfən-



diyevin yaradıcılığından söhbət açan tanınmış  ədəbiyyatşünas, 

akademik Yaşar Qarayev İlyas Əfəndiyevin şeir yazmadığını xü-

susi vurğuladıqdan sonra, “İlyas  Əfəndiyevin lirikası Azərbay-

canda bugünkü milli ədəbi hərəkatın üslub əlvanlığı  və forma 

zənginliyini qabarıq şəkildə əks etdirir” qənaətini cəsarətlə bəyan 

edir. O yazır: “əlbəttə, mübahisə etmək olar ki, İlyas  Əfəndiyev 

daha çox ədibdir, yoxsa şairdir?” lakin bir şey mübahisəsizdir: 

İlyas Ərfəndiyev hər şeydən əvvəl, bir lirikdir, şairanə istedad və 

üsluba malikdir.”  

Abid Tahirli 

ədəbiyyatşünas alim, professor 

 

Ustad! Nurlu siman, işıqlı fikrin, güclü əhəmiyyətə malik 



əməllərin, xalqımız üçün gördüyün əvəzsiz işlərin yaddaşımda 

oyandıqca sənə min rəhmət oxuyuram, məzarın nurla dolsun, de-

yirəm. Bununla bahəm ay ustad! Özümdən də asılı olmayaraq 

Áèáëèîãðàôèéà 

 

51 


sənə “çox sağ ol” deyirəm, yaşa deyirəm. Xalqımız üçün, vətəni-

miz üçün gördüyün bütün işlər üçün, cəfakeşliyin, fədəkarlığı 

üçün çox sag ol! Yaşa, yaşa! 

İnqilab Kərimov, 

AMEA-nın müxbir üzvü 

 

İstər sağlığında, istərsə də dünyasını dəyişdikdən sonra gör-



kəm_li yazıçımız  İlyas  Əfəndiyev barəsində  həmişə mükəmməl 

məqalələr yazılıb, yaradıcılığı müxtəlif yönümdən təhlilə çəkilib. 

İlyas  Əfəndiyevin Azərbaycan nəsrinə  gətirdiyi yeni nəfəsdən

teatrşünaslar isə onun səhnəmizə töhfə etdiyi pyeslərindən söz 

açıb... Onun haqqında yazırlar ki, İlyas  Əfəndiyev 82 il yaşadı. 

Amma mənə elə  gəlir ki, yazıçı ömrü haqqında son həddin özü 

düz deyil. İlyas  Əfəndiyev  əbədi yaşayır. Çünki onun ədəbiyyat 

gülüstanımızda cücərtdiyi, yetişdirdiyi gül-çiçəklər həmişə  ətirli 

və solmazdır. 

Flora Xəlilzadə, 

şair, publisist, Əməkdar jurnalist 

 

İlyas Əfəndiyev öz zamanının övladı idi və təbii ki, yaşadığı 



dövrün hadisələrini qələmə alırdı, həmin dövrün insanlarının ob-

razlarını yaradırdı. Lakin bu hadisələri və obrazları təsvir edərkən 

İlyas Əfəndiyev qətiyyən başqalarını təkrar etmirdi. O, orijinallığı 

sevən və görən yazıçı idi. O, yenilik tərəfdarı idi. Həyatda, 

cəmiyyətdə  həmişə yenilik axtarırdı  və bu yeniliyi, bu təzəliyi 

başqalarından fərqli olaraq daha tez duyur və qələmə alırdı... 

Bir anlıq təsəvvür edin ki, son 70 ilin nəsr və dramaturgiya-

sında  İlyas  Əfəndiyev adlı bir şəxsiyyət olmayıb, o zaman ədə-

biyyatımız nələri itirərdi? Nəsrimizdə və dramaturgiyamızda lirik 

psixoloji təmayülün, Cəfər Cabbarlıdan sonra yeni və orijinal bir 

teatr məktəbinin adı-ünvanı itirilmiş olardı.” 

Vaqif Yusifli, 

Əməkdar incəsənət işçisi 



Èëéàñ ßôÿíäèéåâ 

 

52 



İlyas Əfəndiyevi başqa ədiblərdən fərqləndirən bu idi ki, hə-

min yazıçılar sosioloji üslubdan tam xilas ola bilmədilər,  İlyas 

Əfəndiyev isə inadkar bir əzmlə yeni nəsrin poetikasını yaratdı. 

Onun nəsri sözün həqiqi mənasında 60-cı illər nəsli üçün bədii-

fəlsəfi örnək oldu. XX əsrin sovet dönəmində bütün ədəbiyyat 

ağız-ağıza verib sosializmin, əfsanəvi kommunizmin cahanşümul 

qələbələrini vəsf və mədh etdiyi bir dövrdə İlyas Əfəndiyevin sə-

nətkar nəfəsi öz kövrək romantik addımları ilə insanın qəlbinə 

daxil oldu və bu insanı sosioloji ehkamların məngənəsindən xilas 

etdi. 


XX  əsr Azərbaycan  ədəbiyyatında  ənənə  nə novatorluğun 

həm bədii, həm də nəzəri vəhdətini ən uğurlu şəkildə yaradan 60-

cı illər nəslinin parlaq nümayəndəsi və  İlyas  Əfəndiyevin ləya-

qətli varisi Elçin oldu. 



Nizaməddin Şəmsizadə, 

professor 

  

İlyas Əfəndiyev üçün mənəvi-əxlaqi dəyərlər, özü də 10-15 il 



bundan  əvvəl deyildiyi kimi, söhbət sovet adamının mənəvi-

əxlaqi dəyərindən yox, min illər boyu yaranmış,  əbədiyaşarlıq 

haqqı qazanmış, xalqımızın mənəvi pasportu olan mənəvi-əxlaqi 

dəyərlərdən gedir, bütün ideoloji dəyərlərdən həmişə üstün ol-

muşdur. İlyas Əfəndiyev milli-mənəvi dəyərləri heç vaxt ideoloji 

dəyərlərin ayağına verməmiş, bu dəyərləri həmişə uca tutmuş, bir 

yazıçı kimi, böyük sənətkar kimi həmişə bu dəyərlərə sadiq ol-

muşdur.  İlyas  Əfəndiyev böyük məktəbdir.  Şəxsiyyət kimi də, 

yazıçı kimi də. 

Hüseynbala Mirələmov, 

yazıçı 

 

Təməli ötən  əsrin ortalarında qoyulmuş Azərbaycan drama-



turgiyası teatrımızı dramaturq sarıdan o qədər  ərköyün etməyib. 

150 il ərzində yalnız M.F.Axundov teatrı, H.Cavid teatrı, C.Cab-

barlı teatrı  və  İlyas  Əfəndiyev teatrının adını  çəkə bilərik.  İlyas 

Áèáëèîãðàôèéà 

 

53 


Əfəndiyevin adı bu siyahının sonundadır. Son... Son mogikan... 

Son mənzil.. 



Gülcahan Məmmədova, 

publisist 

 

Sevgililəri vüsala yetirən, oxucuların yaddaşında “Söyüdlü 



arx”, “Üçatılan”, “Geriyə baxma, qoca”, “Xurşidbanu Natəvan”, 

“Şeyx Xiyabani”... kimi əsərləri ilə silinməz iz buraxan mahir 

sənət ustadımız İlyas Əfəndiyev “ölüm” deyilən bir düşmənə tuş 

olub... 


Mahirə Ramilqızı 

publisist 

 

Bu qəfil xəbər hamını sarsıtdı. İlyas Əfəndiyev vəfat etmiş-



dir. İlyas müəllimin adı gələn kimi, gözüm önündə kitablar yox, 

böyük bir kitabxana canlanır. Bu kitabxanadakı kitabların hamı-

sına “İlyas Əfəndiyev” yazılmışdı... 

Atababa İsmayıloğlu 

publisist 

 

Cəfər Cabbarlı, Səməd Vurğun əsərləri ilə sənət zirvələri fəth 



edən görkəmli aktyorlar, rejissorlar yetişdikcə dünyaya meydan 

oxuyurdu Akademik Teatr. Sənəti, sənətkarı ilə öyünürdü xalq... 

Vaxtsız ölüm dahilərin ömrünə son qoyanda sənət meydanı boş 

qalmadı. Afişalarda yeni imza aradı qədirbilən tamaşaçılar. İlyas 

Əfəndiyev “Bahar suları”, “Mənim günahım”, “Xurşidbanu 

Natəvan”, “Sevgililərin cəhənnəmdə vüsalı”, “Unuda bilmirəm”, 

“Büllur sarayda”, “Atayevlər ailəsi”, “Məhv olmuş gündəliklər”, 

“Bizim qəribə taleyimiz”, “Mahnı dağlarda qaldı”, “Sən həmişə 

mənimləsən”... Sapa düzülürdü bir-birinin ardınca inci, mirvari 

əsərlər. Sevilirdi, yetişirdi aktyorlar... 

Deyirlər hər  əsərini övladı sayırdı  İlyas müəllim.  Əlindən 

tutub gətirirdi sənət ocağına və pərvazlanana qədər gözdən qoy-

mazdı. Tamaşaçı zalında öz yeri olardı İlyas müəllimin. Onu öz 

yerində görməyəndə özlərini narahat hiss edərdilər ifaçılar. 




Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə