Microsoft Word ilyas efendiyev met doc



Yüklə 2,96 Mb.
səhifə11/122
tarix25.06.2018
ölçüsü2,96 Mb.
#51346
1   ...   7   8   9   10   11   12   13   14   ...   122

Èëéàñ ßôÿíäèéåâ 

 

46 



təndaşlıq amalı güclü olan qəhrəmanlar vasitəsilə tamaşaçılara 

çatdırır.  



Həsən Turabov, 

Xalq artisti 

 

Biz aktyorlar İlyas  Əfəndiyevin tamaşalarında çıxış etməyi 



özümüzə fəxr bilmişik. 

Şəfiqə Məmmədova, 

Xalq artisti 

 

Əgər teatrımızın yaşlı nəslə mənsub olan aktyorları bir aktyor 



kimi yetişmələrində müasirləri Cəfər Cabbarlının və onun drama-

turgiyasının böyük rolundan fəxrlə danışırdılarsa, biz də, yəni alt-

mışıncı illərdə səhnəyə gəlmiş gənclər, cəsarətlə deyə bilərik ki, 

səhnəyə gəlişimizdə, bir aktyor kimi püxtələşməyimizdə müasiri-

miz İlyas Əfəndiyevin və onun zəngin dramaturgiyasının müstəs-

na rolu olmuşdur.  



Fuad Poladov, 

Xalq artisti 

 

Həyatda kimə və nəyə görə yaşamağımın səbəbini dərk etdi-



yimə və bir də Vətənimə, xalqıma olan sonsuz sevgimə görə tək 

bir insana – unudulmaz İlyas Əfəndiyeva borcluyam...  



Firəngiz Mütəllimova, 

Xalq artisti 

 

İlyas müəllim, mən sizinlə birgə işlədiyim birinci tamaşadan 



– “Büllur saray”dan tutmuş sonuncu tamaşa – “Hökmdar və 

qızı”na qədər böyük bir mənəvi dünya qazandım. Bu dünya çox 

ülvi, çox işıqlı, çox böyük, çox zəngin idi... 

Nə yaxşı ki, mənim sənət dünyamda Siz varmışsınız,  İlyas 

müəllim.  Əlvida! Ürəyimdə qoyub getdiyiniz bu işıqlı xatirələr 

üçün sağ olun!  



Bəsti Cəfərova

Xalq artisti  

Áèáëèîãðàôèéà 

 

47 


Əziz  İlyas müəllim! Siz çiyinlərinizi, ürəyinizi, həyatınızı 

verib Azərbaycanı XXI yüzilliyin astanasına gətirib çıxardınız. 

...Qəbriniz nurla dolsun, Torpağınız nur olsun! Daha gözəl 

bir dünyada görüşənədək, İlyas müəllim!  



Vaqif Bayatlı Odər, 

şair 

 

İlyas Əfəndiyevin ədəbi yaradıcılıq portreti üçün nəzərdə tu-



tula biləcək cizgilər çoxdur, onları saymaqla qurtarmaz. Lakin hə-

min cizgilərin hamısı üçün ümumi olan, onların hamısına aşılan-

mış bir keyfiyyət var: vüsət və şairanəlik. 

Əkbər Ağayev, 

tənqidçi, professor 

 

İlyas  Əfəndiyev müasirlərimizdən yazır. Cəmiyyətin inkişa-



fının müxtəlif mərhələlərində inqilabın qələbəsi və elmi-texniki 

inkişafla əlaqədar qarşıya çıxan mürəkkəb ictimai-siyasi, iqtisadi-

mədəni, mənəvi-əxlaqi problemlərin həlli yolunda çalışan, axta-

ran müasirlərimizin ictimai fəaliyyəti və daxili aləmləri onun əsas 

bədii tətbiq hədəfıdir. 

Cəlal Məmmədov, 

yazıçı 

 

 

 



Èëéàñ ßôÿíäèéåâ 

 

48 



 

 

 

İlyas Əfəndiyevin vəfatı ilə əlaqədar dərc edilmiş 

məqalələrdən səmimi ürək sözləri

 

 



Böyük sənətkarımızı, xalqımızın ən işıqlı övladlarından biri-

ni - İlyas Əfəndiyevi itirdik. İlyas Əfəndiyev əslinə-nəslinə yara-

şan  şərəfli, namuslu yazıçı ömrü sürdü. Həm də namuslu ömür 

sürdüyünü özü bəyan etmirdi, qələmindən ayrılmadan son günlə-

rinəcən halal zəhmətiylə, hər cürə intriqalardan, həsəddən və nif-

rətdən uzaq bir aləmdə - sənət dünyasında yaşadığı həyatıyla sü-

but edirdi. Nəsrimizin ən dəyərli örnəklərindən olan “Geriyə bax-

ma, qoca” romanını yaratmış  İlyas müəllim Qarabağda keçən 

uşaqlığını, gəncliyini, ömrünün gerisində, keçmişində qalmış elat 

yaşamını canlı səhnələriylə, koloritli simalarıyla, dəqiq ayrıntıla-

rıyla həmişə xatirələrində saxlayırdı, amma o, sənətimizin üzü ge-

riyə yox, irəliyə baxan mütərəqqi fədaisi idi. 

 İlyas Əfəndiyev canlı klassik idi və böyük sələfləri, çağdaş-

ları, çiyindaşları uyuduğu torpaqda, onların yanında, onların əha-

təsində əbədiyyətə qovuşdu. 

İlyas  Əfəndiyevin ölümü - ədəbiyyatımız üçün, teatrımız 

üçün böyük itkidir. Və şəxsən mənim üçün də ağır itkidir. O, vali-

deyn, indiki zamanda gündüz çıraqla axtarılan ziyalılardan idi. 

Atamın dostu və dostumun atası.  

Anar, 

Xalq yazıçısı 

 

İlyas müəllimin  əsərlərini oxuyarkən onun böyük obrazı, 



onun insanlıq xüsusiyyətləri istər-istəməz adamın gözü qarşısında 

canlanır. Çox maraqlı bir faktdır ki, onun Qarabağa aid olan, ha-

mımızın böyük dərdi olan bu torpaq haqqında “Hökmdar və qızı” 

pyesinə - bu son əsərinə, elə bil ki, özünün bütün ustalığını, bütün 

Áèáëèîãðàôèéà 

 

49 



təcrübəsini sərf etmişdir. Və çox heyif olsun ki, özü bu əsərin 

tamaşasını görə bilmədi. Dünyasını dəyişəndən sonra əsər səhnə-

yə qoyuldu. Məncə, İlyas müəllimin gözəl əsərləri içərisində iki 

əsəri də burada – bizim yanımızdadır: Elçin müəllim və Timuçin 

müəllim. Xalqımız üçün iki belə oğul böyütmək də vətəndaşlıq-

dır. İlyas Əfəndiyev dühası ölməzdir... 



Polad Bülbüloğlu 

Xalq artisti 

 

Xalq yazıçısı  İlyas  Əfəndiyevin vəfatından bir il keçir. Düz 



bir ildir ki qədirbilən oxucular və tamaşaçılar onun nurlu üzünə, 

mehriban səsinə  həsrət qalıblar... lakin əsl sənətkar ölümündən 

sonra yenidən doğulur. Bu mənada  İlyas  Əfəndiyevin  əbədilik 

qazanmış ömrü yenicə başlayıb. 



Hüseyn Abbaszadə, 

Xalq yazıçısı 

 

“İlyas  Əfəndiyevin Azərbaycan teatrı, dramaturgiyası önün-



dəki xidmətləri” – deyə düşünəndə, göz önünə Çexovun rus mə-

dəniyyəti üçün etdikləri gəlir. 



Xan Rəsul, 

publisist

 

 

Neçə-neçə  sənət fədaisi haqq dünyasına qovuşub. Amma 



İlyas Əfəndiyevin itkisi bir an belə unudulmayıb... 

Əsərlərinin  əksəriyyəti ilə tanış olsaq da, hərdən mənə elə 

gəlir ki, İlyas  Əfəndiyev irsini lazımi səviyyədə  mənimsəməmi-

şik. Yoxsa... Yoxsa bu günə düşməzdik, vallah... “Üçatılan”ı si-

nəmizə basıb “Dağlar arxasında üç dost” olardıq. “Geriyə bax-

ma”zdıq ölsək də... 

Mamırlı daşlarla döş-döşə durub, “Söyüdlü arx”larımızı kişi 

kimi qoruyardıq. Yoxsa Şuşanın “büllur saray”larında özümüz 

əyləşərdik. “Xurşidbanu Natəvan”ın ruhu qarşısında xəcalət çək-

məzdik. “Mahnımız dağlarda qalmazdı” heç vaxt. Odur ki, İlyas 




Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə