Microsoft Word ilyas efendiyev met doc



Yüklə 2,96 Mb.
səhifə13/122
tarix25.06.2018
ölçüsü2,96 Mb.
#51346
1   ...   9   10   11   12   13   14   15   16   ...   122

Èëéàñ ßôÿíäèéåâ 

 

54 



Sənətin inci düzümünə düyün vuruldu. Allah rəhmət eləsin 

İlyas müəllimə!.. 

Ancaq ifaçılar o yeri boş görəndə çox narahat olacaqlar... 

Əlindən tutub gətirdiyi  əsərləri  İlyas müəllimsiz oynayacaqlar... 

Sənətsevərləri narahat edən bir şey olacaq: Cəfər Cabbarlı, 

Səməd Vurğun,  İlyas  Əfəndiyev... Bəs indi kimin adı aranacaq 

afişalarda? 

“Olaylar” qəzetinin kollektivi

 

 

İlyas müəllim, Siz öz böyüklüyünüzü gələcək nəsillərə sözü-



nüzlə sübut edəcəksiniz. Şahnazın, Aynurun, Nərminin məhəbbə-

ti illəri, əsrləri adlayacaq, gələcək nəsilləri də beləcə riqqətə gəti-

rəcək. Təkcə  məhəbbətmi? Bəlkə  mən vətən, torpaq həsrətini 

unutdum? İlyas müəllim, Siz Natəvan sevgisi və qeyrəti ilə gələ-

cək nəsillərə Qarabağ yanğısından söhbət açdınız. Heç kəsin cə-

sarəti çatmayanda Sizin qələminiz qılınc kimi parladı  və bizə o 

illərin həqiqətini söylədi... Bəs Cənub həsrəti... 

Dünyanızı  dəyişsəniz də, mən Nargilənin diliylə belə deyi-

rəm: “... Siz həmişə mənimləsiz.” “Axı, mən Sizsiz necə yaşaya 

bilərəm?” Siz həmişə bizimləsiniz, İlyas müəllim!..” 



Amaliya Pənahova, 

Xalq artisti 

 

Biz - Sizin oxucularınız “Dağlar arxasında üç dost”la, “Sö-



yüdlü arx”la, “Körpüsalanlar”la birlikdə “Büllur sarayda” “Ata-

yevlər ailəsi”nə qonaq olaraq, “Qəribə  oğlan”la birlikdə “Bizim 

qəribə taleyimiz”i yaşayaraq “Sarıköynəklə Valehin nağılı”na 

qulaq asa-asa “Mahnı dağlarda qaldı” həsrətini yaşayacağıq. Bu 

həsrət bizi keçmişə - “Xurşidbanu Natəvan”, “Şeyx Məhəmməd 

Xiyabani”, “Polkovnik Allahyar bəy”lə tariximizə  səsləyəcək. 

“Geriyə baxma, qoca” deyib yaşının ixtiyar vaxtında  əlinə 

“Üçatılan” alan sevimli yazıçımız həmişə bizimlədir. Həmişə 

gəncliklədir. Daim ürəyimizdə bir nida səslənəcək: “Sən həmişə 

bizimləsən!!!” 



“Gənclik”qəzetinin kollektivi 

Áèáëèîãðàôèéà 

 

55 


 

 

 

Ə S Ə R L Ə R İ 

 

Kitablar 

 

1939 

1.  Kənddən məktublar: [povest və hekayələr] /İlyas  Əfən-

diyev; red. Sabit Rəhman.- Bakı: Azərnəşr, 1939.- 122 s. 



Kitabın içindəkilər: Povest: Kənddən məktublar. Hekayələr: 

Qarımış oğlan; Uxajor; Qızbəs xala; Mirzə İman. 



 

1945 

2.  Aydınlıq gecələr: [povest və hekayələr] /İlyas Əfəndiyev; 

red. Adil Əfəndiyev.- Bakı: Azərnəşr, 1945.- 116 s.  



Kitabın içindəkilər: Duma; Sən ey qadir məhəbbət...; Apardı 

sellər Saranı; Aydınlıq gecələr; Gözlənilməyən sevgi; Kiçik bir 

poema; Qarı dağı; Qoca tarını çaldı; Qəhrəman ilə bülbülün 

nağılı. 


 

1949

 

3.  Pyeslər  /İlyas  Əfəndiyev; red. Ə.Rəcəbov.- Bakı: Uşaq-

gəncnəşr, 1949.- 156 s.  



Kitabın içindəkilər: Bahar suları; İşıqlı yollar; Maraqlı hadi-

sə; İz ilə. 



4.  Şamama: [iki dəfə Sosialist Əməyi Qəhrəmanı  Şamama 

Həsənova haqqında] /Ə.İlyas; red. H.Mehdi.- Bakı: Azərnəşr, 

1949.- 40 s. 

 

1950 

5.  Qoruqlarda: [kiçikyaşlı  uşaqlar üçün hekayələr] /İlyas 

Əfəndiyev; red. Ə.Babayeva.- Bakı: Uşaqgəncnəşr, 1950.- 52 s. 



Kitabın içindəkilər: Qoruqlarda; Murad dayının sevinci; 

Ceyran ovu; Turac; Ovçunun nağılı. 




Èëéàñ ßôÿíäèéåâ 

 

56 



1951 

6.  Şamama Həsənova  /İlyas  Əfəndiyev; red. C.Məcnunbə-

yov.- Bakı: Uşaqgəncnəşr, 1951.- 56 s. 



 

1952 

7.  Torpağın sahibi: [kinopovest] /İlyas  Əfəndiyev; red. 

N.Babayev.- Bakı: Uşaqgəncnəşr, 1952.- 52 s. 



 

1955 

8.  Bahar suları: [pyes] /İlyas Əfəndiyev; red. İ.Şəms.- Bakı: 

Azərnəşr,1955.- 76 s. 



9.  Hekayələr  /İlyas  Əfəndiyev; red. Y.Əzimzadə.- Bakı: 

Uşaqgəncnəşr, 1955.- 104 s.  



Kitabın içindəkilər: Yarımçıq qalmış portret haqqında mahnı; 

Apardı sellər Saranı; Qarı dağı; Gülaçar; Görüş; Su dəyirmanı. 

 

1959 

10.  Seçilmiş  əsərləri  /İlyas  Əfəndiyev; red. Ə.Mehdiyeva.- 

Bakı: Azərnəşr, 1959.- 404 s. 



Kitabın içindəkilər: Hekayələr: Aydınlıq gecələr; Apardı 

sellər Saranı; Duma; Kiçik bir poema; Qəhrəman ilə bülbülün 

nağılı; Yarımçıq qalmış portret haqqında mahnı; Tar; Qarı dağı; 

Xəncər; Gülaçar; Görüş; Su dəyirmanı; Yaylaq qonşumuz; 

Şəhərdən gələn ovçu; Yun şal; Torpağın sahibi (Kinopovest). 

Pуes1ər: Bahar suları; Atayevlər ailəsi. 



11.  Söyüdlü arx: [roman] /İlyas Əfəndiyev; red. M.Əfəndi-

yev.- Bakı: Uşaqgəncnəşr, 1959.- 220 s. 

 

1960 

12.  Körpüsalanlar: [povest] /İlyas Əfəndiyev; red. R.Şıxə-

liyeva.- Bakı: Uşaqgəncnəşr, 1960.- 152 s. 

 

1964 

13.  Dağlar arxasında üç dost: [roman] /İlyas  Əfəndiyev; 

red. Mirzə Müştaq.- Bakı: Azərnəşr, 1964.- 376 s.  

Áèáëèîãðàôèéà 

 

57 



14.  Seçilmiş  əsərləri: [2 cilddə] /İlyas  Əfəndiyev; red. 

Ə.Mehdiyeva.- Bakı: Azərnəşr, 1964.- C.1.- 371 s. 



Kitabın içindəkilər: Romanlar: Söyüdlü arx; Körpüsalanlar. 

Hekayələr: Apardı sellər Saranı; Qəhrəman ilə bülbülün nağılı; 

Qarı dağı; Tar; Qırçı və qızıl çiçək. 

 

1965 



15.  Seçilmiş  əsərləri: [2 cilddə] /İlyas  Əfəndiyev; red. 

Ə.Mehdiyeva.- Bakı: Azərnəşr, 1965.- C.2.- 372 s. 



Kitabın içindəkilər: Povestlər: Torpağın sahibi; Aydınlıq ge-

cələr. Hekayələr: Duma; Kiçik bir poema; Gülaçar; Su dəyirmanı; 

Yaylaq qonşumuz; Şəhərdən gələn ovçu; Yun şal; Görüş; Yarım-

çıq qalmış portret haqqında mahnı; Xəncər. Pуeslər: Bahar suları; 

Atayevlər ailəsi. 

 

1967 



16.  Dağlar arxasında üç dost: [roman] /İlyas  Əfəndiyev; 

red. Z.Qiyasbəyli.- 2-ci nəşri.- Bakı: Azərnəşr, 1967.- 364 s. 



17.  Zəmidə bir turac səslənirdi: [ortayaşlı  uşaqlar üçün 

hekayələr] /İlyas  Əfəndiyev; red. S.Hüseynova.- Bakı: Gənclik, 

1967.- 71 s. 

Kitabın içindəkilər: Qoruqlarda; Yasəmən ağacı; Murad dayı; 

Ceyran ovu; Zəmidə bir turac səslənirdi; Ovçunun nağılı; İz ilə; 

Şəhərdən gələn ovçu; Yaylaq qonşumuz. 

 

1969 



18.  Seçilmiş  əsərləri: [4 cilddə] /İlyas  Əfəndiyev; red. 

S.Hüseynova.- Bakı: Azərnəşr, 1969.- C.1.- 458 s. 



Kitabın içindəkilər: Seyfulla Əsədullayev. İlyas Əfəndiyevin 

yaradıcılığı haqqında. Kiçik povestlər və müxtəlif illərin hekayə-

ləri: Apardı sellər Saranı; Aydınlıq gecələr; Duma; Qəhrəmanla 

bülbülün nağılı; Kiçik bir poema; Tar; Yarımçıq qalmış portret 

haqqında mahnı; Qarı dağı; Xəncər; Görüş; Gülaçar; Su dəyir-

manı; Yaylaq qonşumuz; Şəhərdən gələn ovçu; Yun şal; Qırçı və 

qızıl çiçək. Uşaqlar üçün hekayələr: Zəmidə bir turac səslənirdi; 



Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə