Microsoft Word ilyas efendiyev met doc



Yüklə 2,96 Mb.
səhifə4/122
tarix25.06.2018
ölçüsü2,96 Mb.
#51346
1   2   3   4   5   6   7   8   9   ...   122

Èëéàñ ßôÿíäèéåâ 

 

14 



araşdırıcılarına zəngin material verir. Xüsusən teatr və dramatur-

giyanın estetik mahiyyəti, gizli, görünməz sənət normaları haq-

qında  İlyas  Əfəndiyevin konsepsiyası real təcrübədən, fərdi ya-

radıcılıq laboratoriyasından irəli gəlirdi. 

Futuroloqlar gələcək haqqında proqnozlar verirlər. Bəzən 

yanlış, bəzən də reallığa yaxın. Gələcək üçün ən doğru mənbə 

milli bədii yaddaşdır, XX əsrin və ötən  əsrlərin real bədii 

salnaməsi olan İlyas Əfəndiyev sənəti, onun yaşamaq, var olmaq 

qüdrətidir. 

 

 



Şirindil Alışanlı, 

filologiya elmləri doktoru, professor 

Áèáëèîãðàôèéà 

 

15 


 

 

 

İlyas Əfəndiyevin həyat  

və yaradıcılığının əsas tarixləri 

 

1914 

- May ayının 28-də  İlyas Məhəmməd oğlu 

Əfəndiyev Qaryagində (indiki Füzuli şəhərində) 

anadan olmuşdur. 

 

1930 - 

orta məktəbi bitirdikdən sonra şəhər məktə-

bində  və II dərəcəli partiya məktəbində dil və 

ədəbiyyatdan dərs demişdir. 

 

1933 

- V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitu-

tunun  ədəbiyyat fakültəsinin  əyani  şöbəsinə da-

xil olmuş, lakin ailəsinə qarşı siyasi-inzibati tə-

qiblər nəticəsində  təhsilini yarımçıq qoymağa 

məcbur olmuş, sonra həmin institutun qiyabi 

coğrafiya fakültəsinə daxil olaraq 1938-ci ildə 

oranı bitirmişdir. 

 

1938 

- Bakıya gələn  İlyas  Əfəndiyev “Yeni yol”, 

“Kommunist” və  “Ədəbiyyat qəzeti” redaksi-

yalarında işləmişdir; 

-  İlk mətbu  əsəri “Buruqlar arasında” oçerki 

“Yeni yol” qəzetində, noyabr ayında dərc olun-

muşdur. 

 

1939 

- Yazıçının “Kənddən məktublar” adlı ilk kitabı 

Azərnəşr tərəfindən nəşr edilmişdir. 



 

- Yanvar ayının 26-da “Berlində bir gecə” adlı 

ilk hekayəsi “Ədəbiyyat qəzetində” çap olun-

muşdur. 



Èëéàñ ßôÿíäèéåâ 

 

16 



1940 

- Yanvar ayının 10-da Yazıçılar İttifaqına qəbul 

olunmuşdur. 

 

1943  



Öz hekayələri əsasında Mehdi Hüseynlə birlik-

də ilk dram əsəri olan “İntizar” pyesini yazmışdır. 



 

1944 - 

“İntizar” pyesi dekabr ayında M.Əzizbəyov 

adına Azərbaycan Dövlət Dram Teatrında tama-

şaya qoyulmuşdur. 

 

1946 - 

İlk müstəqil dram əsərini - “İşıqlı yollar” pye-

sini yazır. 

 

1947  

-  “İşıqlı yollar” əsəri M.Əzizbəyov adına Azər-

baycan Dövlət Dram Teatrında tamaşaya qoyul-

muşdur.  

 

1948

 

-



 

M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram 

Teatrının

 

Moskva qastrolu zamanı



 

“İşıqlı yollar” 

əsəri tamaşaçıların böyük rəğbətini qazanmışdır; 

 - 

“Bahar suları” əsəri M.Əzizbəyov adına Azər-

baycan Dövlət Dram Teatrında tamaşaya qoyul-

muşdur.  



 

1949  

- “Şərəf nişanı” ordeni ilə təltif olunmuşdur. 

 

1951  

-  Rus dilində “Rasskazı” adlı ilk kitabı Bakıda 

nəşr olunmuşdur. 



 

1954 - 

“Atayevlər ailəsi” pyesi  M.Əzizbəyov adına 

Azərbaycan Dövlət Dram Teatrında tamaşaya 

qoyulmuşdur.  



 

1954-1958  

Azərbaycan yazıçılarının II qurultayında (1954, 

aprel) “Azərbaycan sovet dramaturgiyası”, III 

Áèáëèîãðàôèéà 

 

17 



qurultayında (1958, dekabr) isə “Azərbaycan 

dramaturgiyasının inkişafı haqqında” məruzələri 

ilə çıxış etmişdir. 

 

1958 - 

“Söyüdlü arx” romanını yazmışdır. 



 

1960 

- “Körpüsalanlar” povestini qələmə almışdır; 

- Azərbaycanın “Əməkdar incəsənət xadimi” 

fəxri adına layiq görülmüşdür. 

 

1963 - 

 “Dağlar arxasında üç dost” romanını yazmışdır. 



 

1964  

- Tamaşaya qoyulmuş “Sən həmişə mənimləsən” 

pyesi ilə Azərbaycan səhnəsində lirik-psixoloji 

dramın əsası qoyulmuşdur. 

 

1967 -“Mənim günahım” pyesini yazmış,  əsər 

M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram 

Teatrında tamaşaya qoyulmuşdur.  

 

1968  

- “Unuda bilmirəm” əsərinin ilk tamaşası olmuş-

dur. Əsər M.Əzizbəyov adına Azərbaycan Döv-

lət Akademik Dram Teatrında 424 dəfə tamaşa-

ya qoyulmuşdur. 

 

1969  

- “Məhv olmuş gündəliklər” pyesi tamaşaya 

qoyulmuşdur.  

 

1969-1973 

- Azərnəşr tərəfindən yazıçının dörd cilddən 

ibarət “Seçilmiş  əsərləri” kitabı oxuculara təq-

dim edilmişdir. 



 

1971  

- Müasir mövzulara daha çox üstünlük verən ya-

zıçı ilk dəfə tarixi mövzuda “Mahnı dağlarda 

qaldı” pyesini yazmış, elə  həmin il əsər 




Èëéàñ ßôÿíäèéåâ 

 

18 



M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram 

Teatrında tamaşaya qoyulmuşdur;  

- Qırmızı  Əmək Bayrağı ordeni ilə  təltif edil-

mişdir. 


 

1972 

- “Mahnı dağlarda qaldı” pyesinə görə Dövlət 

mükafatına layiq görülmüşdür. 

 

1973 

- “Qəribə  oğlan” pyesi çap olunmuş,  əsər 

M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram 

Teatrında tamaşaya qoyulmuşdur.  

 

1974 

- Anadan olmasının 60 illiyi təntənəli surətdə 

qeyd edilmişdir. Yubileylə  əlaqədar olaraq 

Oktyabr İnqilabı ordeni ilə təltif olunmuşdur. 



 

1975 -“Bağlardan gələn səs”  əsərini yazmış,  əsər 

M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram 

Teatrında tamaşaya qoyulmuşdur.  

 

1976-1978 - 

“Sarıköynəklə Valehin nağılı” romanını yaz-

mışdır. 



 

1979 

- Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 

30 iyul tarixli fərmanı ilə “Azərbaycanın Xalq 

yazıçısı” fəxri adına layiq görülmüşdür. 

 

1980  

“Geriyə baxma, qoca!” romanını qələmə almışdır.  

 

1981 - 

“Üçatılan” romanını yazmışdır; 



- “Xurşidbanu Natəvan” əsəri M.Əzizbəyov adı-

na Azərbaycan Dövlət Dram Teatrında tamaşaya 

qoyulmuşdur.  

  

1983 

-“Büllur sarayda” pyesi tamaşaya qoyulmuşdur;  

Áèáëèîãðàôèéà 

 

19 


- “Yazıçı” nəşriyyatında ədibin “Seçilmiş əsərlə-

ri”nin 6 cildliyi çap edilmişdir. 



 

1984 

- Anadan olmasının 70 illiyi münasibətilə Lenin 

ordeni ilə təltif edilmişdir. 

 

1986  



-  “Şeyx Xiyabani” əsəri M.Əzizbəyov adına 

Azərbaycan Dövlət Dram Teatrında tamaşaya 

qoyulmuşdur.  

 

1988 - 

“Bizim qəribə taleyimiz”  pyesini yazmış, əsər 

M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram 

Teatrında tamaşaya qoyulmuşdur.  

 

1989 - 

“Sevgililərin cəhənnəmdə vüsalı” pyesi tama-

şaya qoyulmuşdur. 

 

1991 - 

“Tənha iydə  ağacı”  əsəri Azərbaycan Dövlət 

Dram Teatrında tamaşaya qoyulmuşdur.  

 

1992 - 

“Dəlilər və  ağıllılar”  əsəri Azərbaycan Dövlət 

Dram Teatrında tamaşaya qoyulmuşdur.  

 

1993 

- “Qaçaq Süleymanın ölümü” povestini yazmışdır.  

 

1994 

- Anadan olmasının 80 illiyi təntənə ilə qeyd 

edilmiş, o, sənət adamları arasında ilk dəfə res-

publikanın o zamankı  ən yüksək - “Şöhrət” or-

deni ilə təltif edilmişdir. 



 

1996 

- Son əsəri olan “Xan qızı Gülsənubərlə tarzən 

Sadıqcanın nağılı” povestini qələmə almışdır.  

- Oktyabr ayının 3-də Bakı şəhərində vəfat etmiş 

və I Fəxri Xiyabanda dəfn olunmuşdur. 

 



Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə