Microsoft Word ilyas met doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə36/49
tarix15.07.2018
ölçüsü1,06 Mb.
#55675
1   ...   32   33   34   35   36   37   38   39   ...   49

Èëéàñ Òàïäûã 
 
154 
 
 
Veblioqrafiya 
 
 
  az.wikipedia.org 
  gedebey.info 
  www.clb.az 
  www.anl.az 
 
Áèáëèîãðàôèéà 
 
155 
 
 
İLYAS TAPDIĞA  
HƏSR EDİLMİŞ ŞEİRLƏR  
 
Sağ olsun dostları 
 
Bir uğursuz küləkdən şair yatağa düşdü
O, ağır sınaqları həyatda çox görmüşdü. 
İlkin ömür yoluna çıxan müharibəydi. 
Bu yandan da taleyin zərbəsi ona dəydi. 
Sonra gənclik çağında qürbətdə sağ ayağı  
Ona verdi ən ağır, ən ağrılı sınağı... 
Dözdü şair ürəyi, itirmədi inamı. 
Mən də düşdüm min dərdə -  
Sevginin yollarında itirdim dağ anamı, 
Qoşa çəkdik dərdləri, həm sınadıq mərdləri. 
Bu ən ağır sınaqdı - tale saldı İlyası. 
Alnına yazılıbmış görünür ki, bu yazı... 
Bu sınaqdan İlyası yaxın dostlar çıxartdı, 
Sağ olsun təmənnasız, etibarlı dostları,  
Sədaqət, etibardı bu dünyanın mədarı. 
Münəvvər Əliqızı (Tapdıqova)  
 
 


Èëéàñ Òàïäûã 
 
156 
Bənövşələr 
Bənövşə xatirinə  
Kol dibinə iz düşdü. 
İlyas Tapdıq 
 
İlk baharda narın qarı  
Yarıb keçər bənövşələr. 
İnci kimi damlaları  
Bir-bir içər bənövşələr, 
 
Meh toxunar üzlərinə. 
Nur ələnər gözlərinə. 
Kol dibini özlərinə  
Məskən seçər bənövşələr. 
 
Ürək ondan necə doya, 
Dözmür yaza, qalmır yaya. 
Vaxtlı gəlib bu dünyaya, 
Vaxtsız köçər bənövşələr. 
 
Hüseyn Arif 
 
 
İki bulağı var... 
 
İki bulağı var İlyas Tapdığın –  
Biri köksündədir, biri dağdadır. 
O da Gədəbəyin - ülvi torpağın  
Oğlu tək günbəgün ucalmaqdadır! 
 
Doğma yurd, el-oba razıdır ondan, 
Təzə yol çəkdirib, körpü çəkdirib. 
Qızı Şəbnəmin də mahnılarından  
Çələng düzəltdirib...“Cəngi” çaldırıb. 
 
 
Áèáëèîãðàôèéà 
 
157 
Hərdən qarşılayar qonaq gələni, -  
Təkcə söz ilə yox, hətta güllərlə. 
Çoban dostlarının sıxıb əlini. 
Şınıxda görüşür döyüşçülərlə. 
 
İlyas – xeyirxahlıq, saflıq carçısı, 
Yazıb gözəllikdən azı min əsər; 
Kamran Rzazadə mahal başçısı 
Neçə qoşmasını söyləsin əzbər! 
 
Suyunu içdiyi çeşmə saf, təmiz –  
Yayda diş dondurar, qışda istidir; 
Mübarək qədəmi uğurlu, əziz. 
Nəfəsi kimsəsiz evi isidir. 
İki bulağı var İlyas Tapdığın – 
Biri köksündədir, biri dağdadır. 
O da Gədəbəyin - ülvi torpağın  
Oğlu tək günbəgün ucalmaqdadır! 
Oqtay Rza 
 
 
İlyas Tapdıq 
Şairin 70 illiyinə 
 
Ay ellərin şair oğlu, 
İlyas Tapdıq, İlyas Tapdıq! 
Keçən ömrü, ötən günü
Biz sözündə bulduq, tapdıq! 
 
Şair, sənin hər sözündə, 
Dağlarımın qüruru var. 
Bahar gəzən durnalardı. 
Sıralanıb qatar-qatar. 
 
 


Èëéàñ Òàïäûã 
 
158 
Azərbaycan səmasından  
Uçub gedir eldən-elə. 
Gəzir Turan məkanında, 
Ağız-ağız, dildən-dilə. 
 
Ey ilhamı bulaqların  
Saf suyundan içən şair. 
Qırğı gözlü zərgər kimi, 
Sözü sözdən seçən şair. 
 
Könül açan hər sözündə  
Gədəbəyin səfası var. 
Ataların məğrurluğu, 
Anaların laylası var. 
Şeirin, sözün şərəfıni, 
Qorudun sən, daşıdın sən. 
Tanrı verən bir ömürü 
Şair kimi yaşadın sən.  
Dəmir Gədəbəyli 
 
* * * 
Var ol, İlyas Tapdıq, 
ey böyük şair, 
Nə etdik, nə yazdıq 
biz sənə dair, 
Sən incə rübablı, 
dadlı şairsən. 
Şöhrətli, şərəfli, 
adlı şairsən! 
Gənclikdən biz sənlə 
ülfət bağladıq, 
Bəzən təb-təb olub 
coşduq, çağladıq. 
Zərgər dəqiqliyi 
öyrəndik səndən, 
Áèáëèîãðàôèéà 
 
159 
Səni yaşadacaq 
müqəddəs Vətən! 
Sən əsl şairsən, 
Kəbirli dostu. 
Ağıllı, çox müdrik
səbirli dostu. 
Baxıram, hər sözün 
bir sütun, qala. 
Sən şeir atını 
çapdın dördnala! 
Özün bir dünyasan, 
şeirin bir qala! 
Bu sadə misralar 
könlümə yardı, 
İlyas şair kimi 
çox bəxtiyardı. 
Ənvər Əhməd  
 
 
İlyas Tapdığın 
Şair dostum İlyas Tapdığa 
 
Dağlarda doğulan dağ təbiətli. 
Bir şair yaşayır nurlu, hikmətli. 
Hər fikri, öyüdü zərdən qiym tli 
Qorqud dünyası var İlyas Tapdığın. 
 
İmanı güc alır haqqa inamdan, 
Hörüb hörgüsünü sözdən, kəlamdan  
Sönməz məhəbbətdən, coşğun ilhamdan  
Mahir bənnası var İlyas Tapdıgın. 
 
Gözəllik cilvəsi düzü-dünyası, 
Oddan tutulubdu eşqi, mayası. 
Şeirdən, sənətdən nəhəng binası. 
Məğrur qalası var İlyas Tapdıgın. 


Èëéàñ Òàïäûã 
 
160 
Sözdən ayrılmayıb öz həyatında. 
Əbədi çapıbdı köhlən atında, 
Hər sətrin üstündə, sözün altında. 
Dərin mənası var İlyas Tapdığın. 
 
Əlində qələmi, döşündə sazı, 
Şairlik taledən alnında yazı. 
Gədəbəy gəlini - Balakən qızı, 
Sular sonası var İlyas Tapdığın. 
 
O, böyük şairdi, o, adlı-sanlı, 
Vurğun məhəbbətli, Hüseyn ünvanlı. 
Azərbaycan adlı şöhrətli-şanlı  
Doğma anası var İlyas Tapdığın! 
Eldar İsmayıl 
 
İlyas Tapdığa 
 
İlyas Tapdıq - şeirin, sözün zərgəri, 
Səsi səsdən, tükü tükdən seçirdin.  
Dilimizin sən döyüşkən əsgəri, 
Şeirimizi keçidlərdən keçirdin. 
 
İlyas Tapdıq - şeirin, sözün bağbanı,  
Yaxşı tutdu o vurduğun calaqlar. 
Yoxsa indi deyərdik ki, bağ hanı? 
Boy versəydi o çəkdiyin alaqlar. 
 
Vaqif, Vurğun bir əbədi çeşmədi, 
O, sənin də ürəyinə axırdı. 
Yaxın düşüb o çeşmədən içmədi, 
Kim dargözdü, kim xaindi, paxıldı. 
 
 
Áèáëèîãðàôèéà 
 
161 
İlyas Tapdıq - qaya üstə tək ağac,  
Şeirimizin daşdan süzən bulağı. 
Keçid dövrü, zalım qəsdi, ehtiyac  
Qoy əyməsin göyə bülənd budağı! 
 
Ayı, ili muncuq-muncuq çinləyib,  
Muncuq ana öz səbriylə qızıldı. 
Sən bu yaşda ata yurdu şenləyib  
Obaların yaddaşına yazıldın! 
 
İlyas Tapdıq, mənim doğmam, əzizim,  
Açıq deyim, ev bizimdir, sirr bizim,  
İrəlidi könül candan, irəli, 
Gözəlləri heç gözündən qoymadın.  
Sən sevgiyə həsr etdiyin günləri  
Bəzən sevgi şeirinə də qıymadın. 
 
Bir incidi o yazdığın şeirlər. 
Gül dodağa, şirin dilə qonası. 
Gədəbəydə ev tikibsən deyirlər
Qanad açsın Balakənin sonası. 
 
Çəmən-çəmən şeirlərin hamisi, 
Çiçək-çiçək misraların arısı... 
İlyas Tapdıq, şairlərin hamısı  
İlhamından, ürəyindən yarısın! 
Musa Ələkbərli 
 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə