Microsoft Word ilyas met doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə39/49
tarix15.07.2018
ölçüsü1,06 Mb.
#55675
1   ...   35   36   37   38   39   40   41   42   ...   49

Èëéàñ Òàïäûã 
 
174 
* * * 
Dağın, düzün doğmasısan, 
Təbiətin loğmanısan, 
Hələ eldən doymamısan - 
Dostum İlyas. 
Uşaqlara uşaq oldun
Saz götürdün, aşıq oldun, 
Gözəlliyə aşiq oldun - 
Dostum İlyas. 
Şairlərə əl yetirdin, 
İlhamınla bar gətirdin, 
İsgəndəri sən yetirdin - 
Dostum İlyas. 
Uşaqlardan ilham aldın, 
Uşaqlarçün qələm çaldın.  
“Böyümədin”, uşaq qaldın - 
Dostum İlyas. 
Şeirimizin öz dağısan, 
Xainlərə göz dağısan, 
Sənət dağı, söz dağısan, 
Yüzü ötsün bu yetmişin - 
Dostum İlyas. 
İsgəndər Etibar 
 
Áèáëèîãðàôèéà 
 
175 
Sərv ağacım
 
  Gümüşdən don gey, 
  Köç bir nağıla, 
  
Yaşıl sərvim! 
 Nurlu-nurlu yağışlarla  
 
  daran, 
 Ulduz-ulduz baxışlarla 
   
bəzən, 
 Ay ucalığından şeir 
  
söylə… 
İlyas Tapdıq 
Sanki fıkrə dalıb, çatılıb qaşı, 
Bir həmdəm axtarır könül sirdaşı. 
Yüksəlir göylərə ucalan başı, 
Keçir buludları Sərv ağacının. 
Paxıllar olubdur ona daş atan
Sonra kölgəsində yıxılıb yatan. 
Sevgidi, ülfətdi onu yaşadan, 
Olsa da qubarı Sərv ağacının. 
Ustadım veribdi mənə bu adı, 
Bu adla tanıdım qohumu, yadı. 
Uçar ona doğru arzu qanadım, 
Sərvidir ürəyi Sərv ağacının. 
Südabə Sərvi 
 
 
Yagmur olsam,  
Azərbaycana yağsam 
İlyas Tapdığa 
Yağmur olsam, Azərbaycana yağsam, 
Sənsə yolda yürüyor əllərin islansa  
Bilirmisin yağmurun göz yaşım olduğunu?! 
Yanar dağ patlasa, lavlar püskürsə, 
Yerlərə saçılsa, hər yer yansa 
Bilirmisin o yanğının mənim ürəyimdə olduğunu 


Èëéàñ Òàïäûã 
 
176 
Küçük şehrin şairiyim mən, 
Fazla bir şey gəlmir əlimdən. 
Çox uzaqlardasın, bitanəm, 
Bilirmisin səni nasıl sevdiyimi?! 
 
 
Yaz gəlincə 
 
Yaz gelince yaşıl yaprak açarsın, 
Küz* gəlincə yerlere döker qaçarsın. 
Bir derdim vardı, bir daha açarsın,  
Yetmezmi aşkın öldürdü beni. 
 
Gökteki yıldızlar akıp gidiyor, 
Hasretin beni yakıp gidiyor, 
Bir ateş düşürdün kalbime, 
Bu ateş beni yakıp gidiyor. 
*** 
Mümkünmü seni görmek
Nasip olurmu sevmək. 
Saçım elimle örmek  
Sen hurimisin, yoksa melek. 
Selvi uzun boylu,  
Tatlı dilli, güzel huylu. 
Nazik hassas soylu, 
Gel beraber gidek seninle. 
  Mələk Sayım 
Áèáëèîãðàôèéà 
 
177 
Xalq şairi İlyas Tapdığa 
 
Ülvi salamlarla, ay İlyas Tapdıq, 
Görüşə səsləyir bu dağlar səni. 
Vədə çatdı, el qayıtdı qışlağa, 
Arayır kimsəsiz yaylaqlar səni. 
 
Baldırğanlar, quzqulaqlar quruyub, 
Zirvələri çiskin, duman bürüyüb
Comaların bel kərəni çürüyüb, 
Xatırlar gəzdiyin oylaqlar səni. 
 
Qalmayıb qarağat, moruq, çiyələk 
Arxaclarda ağarışır göbələk, 
Nağıltək xatırlar o küskün mələk, 
Bir də o cığırlar, çaylaqlar səni. 
 
Bıçaqla ağaca yazdığın o ad, 
Çoxdan sənsizləşib, qoparır fəryad, 
Səsləyir o sevgi, o ləzzət, o dad, 
Yelləncək qurduğun budaqlar səni. 
 
Yurd yeriniz çoxdan uçub-tökülüb
Pərdiləri zaman kimi sökülüb, 
O qız da qocalıb, beli bükülüb, 
Öpüşə səsləyir bulaqlar səni. 
 
Kərəməm, yetişdi ömrün payızı, 
Başa qırov salıb qışın ayazı, 
Pozulub üstünə yazdığın yazı, 
Axtarır həmən o yarpaqlar səni. 
Kərəm Vəlioğlu 
 
 
 


Èëéàñ Òàïäûã 
 
178 
Xanlıqlardadır 
İstedadlı şair İlyas qağanın ünlü bir şeirinə nəzirə 
 
“Soruşdun, hardanam Hüseyn Xaloğlu

Ömrümün binası - Gədəbəydədir.  
Ananun boynuma dolanan qolu, 
Yuxumun laylası
 -
Gədəbəydədir.  
İlyas Tapdıq 
 
Şairlər yurdundan gəlir sorağım. 
Varlığımın özü - Xanlıqlardadır! 
Qəlbimin sözüdür qələm-varağım, 
Qazağımın gözü - Xanlıqlardadır! 
 
Bu eldə yaşayıb həmişə babam, 
Bu eldə kök salmış həmişə babam. 
Bu eldə gur yanır çırağım, qadam, 
Ocağımın közü - Xanlıqlardadır! 
 
Müqəddəs ehramdır o Baba dərviş
Ocağa sitayiş etmişəm vərdiş, 
Kənddə doğulmuşam neyləyim, dərdiş, 
Çəhlimimin izi - Xanlıqlardadır! 
 
Tacıbəy, Didəvan ən ulu qalam, 
Uca zirvələrdə ömürlük qalan, 
Dağlar diyarına yetirin salam, 
Zirvələrin yüzü - Xanlıqlardadır! 
 
Çoxdan ad çıxarıb Dilboz atları, 
Kölgədə qoyubdur bir çox adları, 
Heyrətə salıblar doğma-yadları, 
Cıdırımın düzü - Xanlıqlardadır! 
 
Áèáëèîãðàôèéà 
 
179 
Bu yaşda karvanım üzü sazağa, 
Enək Gədəbəydən bizim Qazağa, 
Bircə kəlmə deyim, ay İlyas qağa, 
Ocağımın közü - Xanlıqlardadır! 
Zaməddin Ziyadoğlu 
 
 
Dağlar yada salar 
Daha kimd iyada salan şairi... 
İlyas Tapdıq 
 
Min nəğmə bəsləyən coşqun dağ çayı  
Çağlar, yada salar şairi, qardaş. 
Kol dibinin bənövşəsi, nərgizi  
Ağlar, yada salar şairi, qardaş. 
 
Dolayları qarış-qarış gəzmisən, 
Yaşıl otu o üz-bu üz əzmisən. 
Zirvələri tək aşmısan azmı sən? 
Bağlar yada salar şairi, qardaş. 
 
Dağ yerinin şaxtasında donmusan, 
Gah palıda, gah çinara qonmusan. 
İlk sevginin alovunda yanmısan, 
Dağlar yada salar şairi, qardaş. 
 
Ağac kölgəsində, bulaq başında  
Böyüklər, kiçiklər sənin yaşında, 
Bu diyarın torpağı da, daşı da  
Saxlar, yada salar şairi, qardaş. 
 
Müzahim fikirdə, xəyallar göydə, 
Zaman nə haydadı, insan nə hayda?! 
İgidlər məskəni o Gədəbəydə  
Dağlar yada salar şairi, qardaş. 
Müzahim İsmayılzadə 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə