Microsoft Word ilyas met doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə41/49
tarix15.07.2018
ölçüsü1,06 Mb.
#55675
1   ...   37   38   39   40   41   42   43   44   ...   49

Èëéàñ Òàïäûã 
 
186 
Təbiət çağırır, Səyyad, gəl deyir
Bu doğma yerlərdə bir dincəl deyir. 
Nabələd yolçuya qonaq qal deyir, 
“Can” deyən xoş dillər Gədəbəydədir. 
Səyyad Məmmədli 
 
 
Borçalıdadı 
 
Elimdə bayramdı, - Odlar yurdunun,  
Bir qələm ustası Borçalıdadı. 
Birinci gəlişi olsa da onun, 
Çoxdankı sədası Borçalıdadı. 
 
Hər anı gözəldir belə bir çağın;  
Könlümdə çağlayır söz yığın-yığın, 
Ellər sevimlisi İlyas T apdığın 
Şeiriyyət dünyası Borçalıdadı. 
 
Ellər sevimlisi İlyasTapdığın  
Şair, unudulmaz qədri bır anın,  
Bizləri həmişə axtarıb, anın.  
Ömrümün mənası Azərbaycanın,  
Qəlbinin parçası Borçalıdadı. 
 
Şirin xəyalında xoş gələcəyin, 
Qayəsi saf olan arzu, diləyin. 
Yarıya bölünmüş bütöv ürəyin,  
Təbrizin nəvası Borçalıdadı. 
 
Sazla gülümsəyən, sazla ağlayan, 
 Ömrünü tellərə düzüb bağlayan,  
Hüseynin, Əmrahın ürək dağlayan,  
Yadigar havası Borçalıdadı. 
 
Áèáëèîãðàôèéà 
 
187 
Sizi kövrəltməsin mənim sözlərim,  
Qələmim cavandı, deyildir dərin.  
Sayı çox olaydı belə günlərin, 
Bir ümid şüası Borçalıdadı. 
 
Müqəddəs yol qoyub bizə babalar, 
Namus, qeyrət candan əziz tutular. 
Dostluğa sədaqət, dosta etibar. 
Saflığın mayası Borçalıdadı. 
 
Siz, ey gözəl insan, bəxtiyar ata, 
Çox xoş gəlmisiniz bizim elata. 
Nənə-babaların bu toy-büsata, 
Min xeyir-duası Borçalıdadı. 
 
Belə qohumluğa afərin, əhsən, 
Səadət diləyir ellər ürəkdən. 
Sümüyü Gədəbəy, südü Balakən, 
Bakılı balası Borçalıdadı. 
Ziyadxan Sərdar  
 
 
Necədir 
 
İlyas Tapdıq, o dağların qoynunda, 
Söylə, günün-güzəranın necədir? 
Ahıl çağı bəd gəlibdir taleyin, 
Tərsə dönən tərs dövranın necədir? 
 
Dağlara gəlmisən, dağ həvəslisən, 
Baharı sevirsən, yaz nəfəslisən. 
Bülbül timsalısan, daş qəfəslisən, 
Gülü solmuş Gülüstanın necədir? 
 
 


Èëéàñ Òàïäûã 
 
188 
Gözləmə dağların sən ilk qarını, 
İntizarda qoyma nazlı yarını. 
Aparma Bakıya Muncuq qarını, 
Bilirsənmi o cananın necədir? 
 
Sənətin sirrini öyrəndik səndən, 
Başın açılmayır dumandan, çəndən. 
Ay ustad, sən Allah; incimə məndən, 
 Üyüdürmü, dəyirmanın necədir? 
 
Sən dağlar oğlusan, dağ vüqarlısan. 
Dosta sədaqətli, etibarlısan. 
Miskinli oğluna düz ilqarlısan, 
Payız keçdi, zimistanın necədir? 
İsrayıl Miskinli  
 
Ay qağa 
Mən doğma kədimdə ev tikmək  
xəyalına düşmüşdüm. İsrayıl Miskinlidən  
belə bir məktub aldım. 
 
İlyas Tapdıq, nə həvəsdi düşmüsən, 
Qocalanda ev tikməzlər, ay qağa. 
Cavanlığı orda-burda keçirib, 
Qocalanda ev tikməzlər, ay qağa. 
 
Mənalı günləri vermə küləyə
Daha ceyranların gəlmir sürəyə. 
Etibar eyləmə zalım fələyə, 
Qocalanda ev tikməzlər, ay qağa. 
 
İsrayıl söyləyər,vallah, hədərdi, 
De, gülər üzündə bu nə kədərdi?! 
Yaş ötüb, bilmirəm hər nə qədərdi, 
Qocalanda ev tikməzlər, ay qağa. 
Áèáëèîãðàôèéà 
 
189 
*** 
İlyas Tapdıq, nə zamandı 
Gözlərimiz yolda qalıb. 
Küməlgəni sel aparıb, 
Muncuq qarı çöldə qalıb. 
 
Şöhrətin var el-obada, 
Nə tapmısan boş yuvada.  
Uduzmazsan bu sevdada,  
Söz-söhbətin eldə qalıb. 
 
Sən qoymazsan bizi darda,  
Sınanmısan etibarda. 
Qartalların qayalarda, 
Sonaların göldə qalıb. 
 
Dar ayaqda məğrur, mətin, 
Dağ oğlusan - var qeyrətin. 
Ürək açan şeiriyyətin  
Dastan olub dildə qalıb. 
 
Miskin oğlu, bil hər zaman,  
Zirvələrə çökür duman.  
Hay-harayla coşan ümman, 
İlk baharda seldə qalıb. 
İsrayıl Miskinli 
 
 


Èëéàñ Òàïäûã 
 
190 
Bathabatda 
 
Ustad şairimiz, əziz dostum, 
 xalqımızın sevimlisi İlyas Tapdığa 
 
Dilləndir sazını, ay İlyas Tapdıq, 
Günəş qürubunda bathabatdadı. 
Mərdin ocağını sazaq söndürər,  
Namərdin ocağı çathaçatdadı. 
 
Baxıram dağlara nakam, gileyli, 
Ümmana dönübdü didəmin seli. 
İtirdik vətəni, obanı, eli, 
Bəxtimin naxışı yathayatdadır. 
 
Qəsdimə durubdur nazlı bir sənəm,  
Aman da vermir ki, tərpənəm, dinəm,  
Əzəldən dərd-qəmlə elə sərsəməm,  
Şeytan aramızı qathaqatdadır. 
 
Bu çərxi-fələk də verməyir aman,  
Üstümə kükrəyir qərəzli zaman. 
İndi qolu bağlı miskin bir qulam, 
Şubayı ucuzca sathasatdadı. 
Şubay Qəmgin 
 
 
Áèáëèîãðàôèéà 
 
191 
Bu da bir xoş məqamdır 
 
İlyas Tapdığın “Kamrandı, Kamran”  
şeirini oxuyandan sonra yazdım 
 
Bu yerlərin havası xoş, suyu xoş. 
Şair burdan qayıdarmı əli boş. 
İlyas Tapdıq, bu büsatdan şeir qoş. 
Gədəbəyim indi cənnət məkandır, 
Sözə könül vermək üçün məqamdır. 
 
Yol başlayıb zaman təzə əsrinə, 
Yeni söz qoy şeir, sənət qəsrinə. 
Sözlərimi şair, yozma tərsinə
Söz azaddır - bu biz deyən zamandır, 
Sözə könül vermək üçün məqamdır. 
 
Mən Salehəm, hər sözünə müştağam, 
Şeir-sənət yollarında uşağam... 
Dost yolunda şölə saçan çırağam, 
Od aldığım qəhrəmanın Kamrandır. 
Təşəkkürə bu da bir xoş məqamdır. 
Saleh Mövsümov 
 
 
İlyas Tapdıq,  
Qurbanını kəsəcəm 
 
Kəndə gəlib qayıdanda xəbərsiz, 
İlyas Tapdıq, inciyəcəm, küsəcəm. 
Layla çalan analara şərikik  
Üstlərində yarpaq kimi əsəcəm. 
 
 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə