Èëéàñ Òàïäûã
186
Təbiət çağırır, Səyyad,
gəl deyir,
Bu doğma yerlərdə bir dincəl deyir.
Nabələd yolçuya qonaq qal deyir,
“Can” deyən xoş dillər Gədəbəydədir.
Səyyad Məmmədli
Borçalıdadı
Elimdə bayramdı, - Odlar yurdunun,
Bir qələm ustası Borçalıdadı.
Birinci gəlişi olsa da onun,
Çoxdankı sədası Borçalıdadı.
Hər anı gözəldir belə bir çağın;
Könlümdə çağlayır söz yığın-yığın,
Ellər sevimlisi İlyas T apdığın
Şeiriyyət dünyası Borçalıdadı.
Ellər sevimlisi İlyasTapdığın
Şair, unudulmaz qədri bır anın,
Bizləri həmişə axtarıb, anın.
Ömrümün mənası Azərbaycanın,
Qəlbinin parçası Borçalıdadı.
Şirin xəyalında xoş gələcəyin,
Qayəsi saf olan arzu, diləyin.
Yarıya
bölünmüş bütöv ürəyin,
Təbrizin nəvası Borçalıdadı.
Sazla gülümsəyən, sazla ağlayan,
Ömrünü tellərə düzüb bağlayan,
Hüseynin, Əmrahın ürək dağlayan,
Yadigar havası Borçalıdadı.
Áèáëèîãðàôèéà
187
Sizi kövrəltməsin mənim sözlərim,
Qələmim cavandı, deyildir dərin.
Sayı çox olaydı belə günlərin,
Bir ümid şüası Borçalıdadı.
Müqəddəs yol qoyub bizə babalar,
Namus, qeyrət candan əziz tutular.
Dostluğa sədaqət, dosta etibar.
Saflığın mayası Borçalıdadı.
Siz,
ey gözəl insan, bəxtiyar ata,
Çox xoş gəlmisiniz bizim elata.
Nənə-babaların bu toy-büsata,
Min xeyir-duası Borçalıdadı.
Belə qohumluğa afərin, əhsən,
Səadət diləyir ellər ürəkdən.
Sümüyü Gədəbəy, südü Balakən,
Bakılı balası Borçalıdadı.
Ziyadxan Sərdar
Necədir
İlyas Tapdıq, o dağların qoynunda,
Söylə, günün-güzəranın necədir?
Ahıl çağı bəd gəlibdir taleyin,
Tərsə dönən tərs dövranın necədir?
Dağlara
gəlmisən, dağ həvəslisən,
Baharı sevirsən, yaz nəfəslisən.
Bülbül timsalısan, daş qəfəslisən,
Gülü solmuş Gülüstanın necədir?
Èëéàñ Òàïäûã
188
Gözləmə dağların sən ilk qarını,
İntizarda qoyma nazlı yarını.
Aparma Bakıya Muncuq qarını,
Bilirsənmi o cananın necədir?
Sənətin sirrini öyrəndik səndən,
Başın açılmayır dumandan, çəndən.
Ay ustad, sən Allah; incimə məndən,
Üyüdürmü, dəyirmanın necədir?
Sən
dağlar oğlusan, dağ vüqarlısan.
Dosta sədaqətli, etibarlısan.
Miskinli oğluna düz ilqarlısan,
Payız keçdi, zimistanın necədir?
İsrayıl Miskinli
Ay qağa
Mən doğma kədimdə ev tikmək
xəyalına düşmüşdüm. İsrayıl Miskinlidən
belə bir məktub aldım.
İlyas Tapdıq, nə həvəsdi düşmüsən,
Qocalanda ev tikməzlər, ay qağa.
Cavanlığı orda-burda keçirib,
Qocalanda ev tikməzlər, ay qağa.
Mənalı günləri
vermə küləyə,
Daha ceyranların gəlmir sürəyə.
Etibar eyləmə zalım fələyə,
Qocalanda ev tikməzlər, ay qağa.
İsrayıl söyləyər,vallah, hədərdi,
De, gülər üzündə bu nə kədərdi?!
Yaş ötüb, bilmirəm hər nə qədərdi,
Qocalanda ev tikməzlər, ay qağa.
Áèáëèîãðàôèéà
189
***
İlyas Tapdıq, nə zamandı
Gözlərimiz yolda qalıb.
Küməlgəni sel aparıb,
Muncuq qarı çöldə qalıb.
Şöhrətin var el-obada,
Nə tapmısan boş yuvada.
Uduzmazsan bu sevdada,
Söz-söhbətin eldə qalıb.
Sən
qoymazsan bizi darda,
Sınanmısan etibarda.
Qartalların qayalarda,
Sonaların göldə qalıb.
Dar ayaqda məğrur, mətin,
Dağ oğlusan - var qeyrətin.
Ürək açan şeiriyyətin
Dastan olub dildə qalıb.
Miskin oğlu, bil hər zaman,
Zirvələrə çökür duman.
Hay-harayla coşan ümman,
İlk baharda seldə qalıb.
İsrayıl Miskinli
Èëéàñ Òàïäûã
190
Bathabatda
Ustad şairimiz, əziz dostum,
xalqımızın sevimlisi İlyas Tapdığa
Dilləndir sazını, ay İlyas Tapdıq,
Günəş qürubunda bathabatdadı.
Mərdin ocağını sazaq söndürər,
Namərdin ocağı çathaçatdadı.
Baxıram dağlara nakam, gileyli,
Ümmana dönübdü didəmin seli.
İtirdik vətəni, obanı, eli,
Bəxtimin naxışı yathayatdadır.
Qəsdimə durubdur nazlı bir sənəm,
Aman
da vermir ki, tərpənəm, dinəm,
Əzəldən dərd-qəmlə elə sərsəməm,
Şeytan aramızı qathaqatdadır.
Bu çərxi-fələk də verməyir aman,
Üstümə kükrəyir qərəzli zaman.
İndi qolu bağlı miskin bir qulam,
Şubayı ucuzca sathasatdadı.
Şubay Qəmgin
Áèáëèîãðàôèéà
191
Bu da bir xoş məqamdır
İlyas Tapdığın “Kamrandı, Kamran”
şeirini oxuyandan sonra yazdım
Bu yerlərin havası xoş, suyu xoş.
Şair burdan qayıdarmı əli boş.
İlyas Tapdıq, bu büsatdan şeir qoş.
Gədəbəyim indi cənnət məkandır,
Sözə könül vermək üçün məqamdır.
Yol başlayıb zaman təzə əsrinə,
Yeni söz qoy şeir, sənət qəsrinə.
Sözlərimi şair,
yozma tərsinə,
Söz azaddır - bu biz deyən zamandır,
Sözə könül vermək üçün məqamdır.
Mən Salehəm, hər sözünə müştağam,
Şeir-sənət yollarında uşağam...
Dost yolunda şölə saçan çırağam,
Od aldığım qəhrəmanın Kamrandır.
Təşəkkürə bu da bir xoş məqamdır.
Saleh Mövsümov
İlyas Tapdıq,
Qurbanını kəsəcəm
Kəndə gəlib qayıdanda xəbərsiz,
İlyas Tapdıq, inciyəcəm, küsəcəm.
Layla çalan analara şərikik
Üstlərində yarpaq kimi əsəcəm.