Microsoft Word ilyas met doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə37/49
tarix15.07.2018
ölçüsü1,06 Mb.
#55675
1   ...   33   34   35   36   37   38   39   40   ...   49

Èëéàñ Òàïäûã 
 
162 
İlyas Tapdıq 
 
At minib düzlərdən dağlara çapdıq, 
Cəhd edib, zəng çalıb İlyası tapdıq. 
“Dəyirman” unundan bir çörək yapdıq. 
Gəl qonağımız ol, sən İlyas Tapdıq. 
 
Şairlər içində adın bəllidi, 
Şeir kitabların yüzdü, əllidi, 
Türk dünyası sənlə ayaq, əllidi, 
Deyirəm bu sözü mən İlyas Tapdıq. 
 
Kəndinin “çobanı” neyini çalar, 
“Arxalı dağlar’ın xəyala dalar. 
“Bulaq başında” da “Çimnaz oynayar” 
Sənsən bu dünyaya tən İlyas Tapdıq. 
 
“Bir eşqin şimşəyi” çaxır ömründə, 
“Bir gülün qönçəsı” xumar telində
“Meşənin mahnısı” ötər dilində -  
Örtməsin üstünü çən İlyas Tapdıq. 
 
“Bir evin var” təpələrin dalında, 
“Nağıllı ağaclar” bitib yolunda, 
“Qızlar, qağayılar” sənin yolunda, 
“Gözlər” “Şıltaq günəş” şən İlyas Tapdıq.  
Bəhlul Abdulla 
 
 
 
Áèáëèîãðàôèéà 
 
163 
Yurd-yuva bilirəm 
 
Məndən alınmasın yurdum, ay Allah!  
Dözərəm, nə olsun, gec görüm təki.  
Qoy, ildə bir dəfə gəlim qoynuna,  
Gəlim bulaqları başıma çəkim. 
 
Ora cənnətimdir dağı, daşıyla, 
Kaş ki, əskilməsin səsi, harayı. 
Dağlarda özünü qayadan atsın, 
Aranda dincəlsin kükrək dağ çayı. 
 
Düşüncəmə gəlir otaq küncündə  
Kənddən yaylaqlara atı çapdığım. 
Suyu tək saf olur dağ adamları,  
Yurd-yuva bilirəm İlyas Tapdığı. 
 
Düşübdür şəhərdə öz kəhərindən, 
Saç ağarıb, neçə dağa qar düşüb.  
Dünya oyunlara qatır başını, 
Bir də görürsən ki, illər ötüşüb. 
 
Çoxbilmiş olursan baş çəkdiyindən,  
“Ağsaqqal” deyirlər, “ahıl” deyirlər.  
Səsini çıxarsan haqqın uğrunda,  
Gözün görə-görə güllələyirlər. 
 
Söz gülləsi olsun, ya əl gülləsi, 
Yaralı gəzirsən ömrün uzunu. 
Düşmən şaha qalxıb, üzə duranda,  
Gücsüzsənsə, yoxdur haqqın yozumu. 
 
İtirəcəyini bilib analar, 
Yenə “Tapdıq” adı qoyub oğluna  
Ki, başı qarışsın yalan dünyaya
Balaları uysun onun nağlına. 


Èëéàñ Òàïäûã 
 
164 
Təki balaları ağrı çəkməsin! 
Analar dəryadır, analar dağdır. 
Hər ana yaradan olsa da, yenə  
Sfi havası ərdir, suyu uşaqdır. 
 
Səni yurd-yuvana bənzər yaradıb, 
Varadan, el oğlu, ay İlyas Tapdıq! 
Xızır peyğəmbərin ruhu üstündə  
Sən ağsaqqallığı, el səni tapdı. 
 
Sözünlə el üçün, yurd üçün varsan, 
Var olmağın özü tapmaqdır, atam! 
Hər kəs söyləyirsə, sözün düzünü. 
O Haqqa yetişib, çatmaqdır, atam! 
Məlahət Yusifqızı Qaramuradlı 
 
Lənkərandadır 
 
İlyas Tapdığın məşhur  
“Gədəbəydədir” şeirinə nəzirə 
 
Mənə də qulaq as, sevimli şair, 
Eşqin göz bəbəyi Lənkərandadır. 
Kimlər ki, sevilir, kimlər ki, sevir, 
Arxası, kürəyi Lənkərandadır. 
 
Xəzərdən meh əsər, sərindən-sərin, 
Sinəmdən ah ötər dərindən-dərin, 
“Mehrabı eşq olan uca göylərin  
Talışdağ dirəyi Lənkərandadır. 
 
Başımız üstündə çıraqdır Həzi, 
Şöhrət zirvəsindən səsləyir bizi. 
Əsgər oğulların bükülməz dizi, 
Pəhləvan biləyi Lənkərandadır. 
Áèáëèîãðàôèéà 
 
165 
Durna qatarından səpilir qubar, 
Yadıma düşdükcə səbrim daralar; 
Orda ata qəbri, ana qəbri var
Ayrılıq küləyi Lənkərandadır. 
 
Ey qələm! Od bələn, nə sın, nə əyil, 
Dara çəkildikcə ötərsən dil-dil. 
Simuzər Bakıya can desə də, bil, 
Pərvanə ürəyi Lənkərandadır... 
Simuzər Nüsrətbəyli 
 
 
Ay ustad 
Görkəmli şairimiz İlyas Tapdığın  
65 yaşı münasibətilə 
 
O qoca dağlara vüqar olmasan, 
Adını oğul tək tutmaz, ay ustad! 
Ya Kəpəz, ya da ki, Qoşqar olmasan, 
Səni sırasına qatmaz, ay ustad! 
 
Sən qaya sipərli bir şair, ozan, 
Kölgənə sığınar yolundan azan! 
Çeşmə tək qayalar köksündən sızan  
Ümman tək tükənməz, bitməz, ay ustad! 
 
Gözəllik şairin halalca malı. 
Özündən şirindir dərdi-məlalı. 
“Yaxşılıq” dediyin balıq timsalı –  
Dəryaya buraxsan, itməz. ay ustad! 
 
Ömrün baharında, fəslin qışında, 
Həmişə qalibsən hər yarışında. 
“Bir eşqin şimşəyi” çaxsa başında  
Tufanı bir örmür yatmaz, ay ustad! 


Èëéàñ Òàïäûã 
 
166 
Bizi kim anarsa, duz-çörək ilə, 
Anmışıq həmişə düz ürək ilə. 
İlyas ovlayanı bir sürək ilə. 
Bəhlul min sürəklə tapmaz, ay ustad! 
 
Yeni Əliismayıl, köhnə Alnavat, 
Öz şair oğluyla abaddır, abad! 
Qoy tanrı eyləsin işini avand, 
Kimsənin köməyi yetməz, ay ustad! 
 
Yaxşı tanıyırsan çay Ataxalı, 
Yolu bir az çətin, bir az aralı. 
Hələ tikilməmiş körpüsü qalır... 
Gözümdən bir an da getməz, ay ustad! 
 
İşıq şairisən, nur şairisən, 
Sən eşqin, ilhamın gur şairisən. 
Bu qoca dağların pir şairisən, 
Bir kimsə İlyasa çatmaz, ay ustad! 
Bəhlul Ataxallı 
 
 
İlyas Tapdığın 
 
Şair pərvazlanar doğma elində, 
Hər çiçək gözəldir öz güllüyündə. 
Söz mumtək əriyər şair dilində -  
Hopub təravəti baxçanın, bağın,  
Şeirinə-sözünə İlyas Tapdığın. 
 
Batırıb hər sözü bala, yazıbdır,  
Bürüyüb qumaşa, şala, yazıbdır. 
Yapıb qala üstən qala, yazıbdır –  
Yonubdur hər sözün tinin, bucağın, 
Bərq vurur kəlamı İlyas Tapdığın. 
Áèáëèîãðàôèéà 
 
167 
Bağlayar ünsiyyət hər adi kəslə,  
Səsləyər dostları ahəstə səslə. 
Oxuyar şeirini hamı həvəslə -  
Verməyib hədərə ömrün bir çağın,  
Qızıldır hər anı İlyas Tapdığın. 
 
Onun könlü-gözü dağda, meşədə,  
Tutub qərarını çətin peşədə. 
Hələ deyilməmiş sözü şişədə -  
Pöhrələr bürüyüb qolun-budağın,  
Yetmiş beş baharlı İiyas Tapdığın. 
 
Ömür pay-pay olar, hamıya çatmaz,  
Hamı pay istəyər, əl paya çatmaz. 
Pay da paydan umar, pay, paya çatmaz  
Əsrin dörddə üçü şair, dayağın, 
Bir payı hələ var İlyas Tapdığın. 
 
Şair doğma yurda, elə bağlıdı, 
Şairin ömürü xoş növrağlıdı. 
Şair mərd doğulub, o mərd oğludu  
Odur yetirməsi ana torpağın, 
Gədəbəy vətənli İlyas Tapdığın. 
 
Güvənib əqlinə, işə, əməyə, 
Kimsəni çağırmaz gəlsin köməyə. 
Haqqın var Fəxrəddin, belə deməyə -  
Zirvəsi qar olar vüqarlı dağın, 
Bəyaz saçları tək İlyas Tapdığın.  
Fəxrəddin Meydanlı 
 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə