Microsoft Word ilyas met doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə38/49
tarix15.07.2018
ölçüsü1,06 Mb.
#55675
1   ...   34   35   36   37   38   39   40   41   ...   49

Èëéàñ Òàïäûã 
 
168 
Xəbər ver 
(Bir parça) 
 
Ayrım Cavad dilimizin əzbəri. 
Meydandan qaçmayıb, dönməyib geri. 
Misgin Vəli aşıqların sərvəri. 
Xoş xəyallı mehribandan xəbər ver. 
 
İlyas Tapdıq Gədəbəyin ülkəri, 
Şair cərgəsində vardı öz yeri. 
Yazdığı şeirlər dillər əzbəri
Qəlbitəmiz bu insandan xəbər ver. 
 
Aşıq İsfəndiyar, sən də yaz-yarat, 
Səni də yetirib böyük bir ustad. 
Saz əlində məclislərdə olma mat, 
Ara-axtar, hər bir yandan xəbər ver. 
 
 
Nədi 
Dostum İlyas Tapdığa 
İlyas Tapdıq, a gözümün işığı, 
Ana yurdumuzda bu tufan nədi? 
Göylərə yüksəlir amanlar, ahlar, 
Vədəsiz köç edən bu karvan nədi? 
 
Kaman nalə çəkər, könlüm qan ağlar, 
Nə yaman ağırdı bu an, bu çağlar, 
Ana - “bala” deyib daşı qucaqlar, 
Qəfil qırğın üçün bu fərman nədi? 
 
Məni başa salın, kimdi günahkar, 
Günahsız qırğına kimdi səbəbkar? 
Nə üçün gizlənir, olunmur aşkar, 
Aşkarlıq var isə bu pünhan nədi? 
Áèáëèîãðàôèéà 
 
169 
Çoxmillətli olub biz yaşamışıq, 
Zəhmətə, əməyə bir başlamışıq. 
Düşməni yurdumdan bir daşlamışıq? 
Xalqıma deyilən bu böhtan nədi? 
 
Aşıq İsfəndiyar batıbdı yasa, 
Şəhər bürünübdü qara libasa, 
Əgər haqq-ədalət, həqiqət varsa, 
Şəhidlərdən sonra bu zindan nədi ? 
Aşıq İsfəndiyar Rüstəmov 
 
 
Gəlmişəm 
 
İlyas demiş, yön çevirib şəhərdən 
Dağlar, sənə baş əyməyə gəlmişəm. 
Şücaət tək torpağını, daşını, 
Həm öpməyə, həm öyməyə gəlmişəm. 
 
Tər dabandan süzülüncə gəzməyə, 
Güllərini məlhəm üçün üzməyə,  
Qismət olsa bircə qoşma düzməyə, 
Oylağına mən dəyməyə gəlmişəm. 
 
Mən Əliyəm, bəhri-eşqə cumandan, 
Gen dolandım imansızdan, yalandan, 
İzin versən, zirvədəki dumandan, 
Bir yaxasız don geyməyə gəlmişəm. 
Aşıq Əli Quliyev 
 
 


Èëéàñ Òàïäûã 
 
170 
İlyas Tapdığın 75 illiyinə 
 
Yetmiş beş illiyində xatirə danışır İlyas Tapdıq 
Ayaqlarına bax, 
Birin götürür, birin qoyur 
Elə bil ki, sözlərinə 
Vergül qoyur, 
Nöqtə qoyur. 
Baxın: iri hərflərlə yazılmış “GÖZLƏMƏK” sözüdü 
ayaqlar 
-  tap 
-  dıq 
-  yaz 
-  dıq 
-  çat 
-  dıq. 
Bir ayağını götürəndə “yox”, 
Bir ayağını qoyanda “hə”. 
 
Əlinə bax iri kəlbətin kimi 
Demək istəmədiyi sözün ağzını yumur. 
Mənimsə meylim deyilməyən sözədir. 
Üstündən xətt çəkilmiş cümlələrdə gizlənir. 
 
Fikir verin, danışanda bir çiyni əyilir. 
Əyilir ki, xatirəni qaldırsın. 
Bir çiyni də yuxarı qalxır. 
Qalxır ki: 
Lazım deyil, qoy qalsın. 
 
Bir gözünü yumur… 
Odeyy, getdi xatirənin dalınca. 
Bir gözünü açır. 
Demək xatirə yoxdu artıq, 
Cəmiyyət var salonda. 
Áèáëèîãðàôèéà 
 
171 
O günü “Sahil” bağında yarpaqlarla bir gedirdi İlyas 
Tapdıq 
Əllinci illərin əvvəliydi İlyas Tapdıq 
Əli Kərimin Əlləriydi İlyas Tapdıq 
Uşaqların dilləriydi İlyas Tapdıq. 
Buna bax eeee… 
Özü də deyirlər şair oxunmur. 
Qəşəm Nəcəfzadə 
 
 
Yetmiş beşin mübarək 
 
Sevimli şairimiz İlyas Tapdığa 
 
Bir eşqin şimşəyi çaxdı başında 
Bu dağlardan aldın dözümü, şair. 
İlhamın çay kimi coşdu, kükrədi, 
Bulaqlar durultdu sözünü şair. 
 
El-el, oba-oba dolaşdı adın, 
“Nəvələr, gəvələr” bizə tanışdı. 
Gözəllər “Gözlər”də gözəlləşdilər, 
Sevənlər sevginlə yandı, alışdı. 
 
Sevgin tükənməyib, sevgin bitməyib 
Qəlbin yurd eşqiylə hələ yanırsa, 
Deməli, bu ömrün boşa getməyib 
“Dağlarda çoban da səni anırsa.” 
 
Arxanda durubsa dağlar dağ kimi 
Gedib o dağlara baş əyməlisən. 
Şeirin ətir saçır güllü bağ kimi, 
Bir şair ömrüylə öyünməlisən. 
 
 


Èëéàñ Òàïäûã 
 
172 
Şair qardaş, yütmiş beşin mübarək! 
Qarşıdadır doxsan beşin, yüzün də. 
Haqq-ədalət açılacaq çiçək tək, 
İşıq gördüm o nurani üzündə. 
Gəray Göyyurd 
 
 
Gədəbəydədi 
 
 
 
Şair İlyas Tapdığa 
 
İlhamın ailəsi sən demə, Tapdıq, 
Həvəsin yaxşısı Gədəbəydədi. 
Bu dağlar sənindi qəm yemə, Tapdıq, 
İlyasın yaxşısı Gədəbəydədi. 
 
Çən oldun dağlarda yaza söykənən, 
Bulaqsan bir yanı buza söykənən. 
Təbə dirsəklənən, saza söykənən, 
Cinasın yaxşısı Gədəbəydədi. 
 
Şair görkəmindi göyə baş vuran, 
Nəğməni ürəyə qoşan, qoşduran. 
İliyə işləyən, qanı coşduran, 
Nəfəsin yaxşısı Gədəbəydədi. 
 
Seçilmir qayalar, işıldayır Ay, 
Çiskin bir alaydı, duman bir alay. 
Hər sinə üstündə saz çəkir haray, 
Mirasın yaxşısı Gədəbəydədi. 
 
Torpağı, daşı var uludan ulu
Bəlkə də burdandı nicatın yolu. 
Gör nə möcüzədir, ay Cəlaloğlu, 
Hər xasın yaxşısı Gədəbəydədi. 
   Elbəyi Cəlaloğlu 
Áèáëèîãðàôèéà 
 
173 
Ay İlyas qağa 
(Şair dostum İlyas Tapdığın 75 illik 
 yubileyi münasibətilə) 
 
Səninlə hər zaman fəxr edirik biz, 
Bizə şöhrət-şansan, ay İlyas qağa! 
Dillər əzbəridir şeirləriniz, 
Sən xoşbəxt insansan, ay İlyas qağa! 
Əlinə qələmi alandan bəri
Kağıza tökülüb alnının təri. 
Həyatda baş verən incəlikləri, 
Düşünüb duyansan, ay İlyas qağa! 
Gəzib dolanırsan öz aləmində, 
Qovrulub-bişibsən söz aləmində. 
Adın yaşayacaq saz aləmində  
Sənətə uyansan, ay İlyas qağa! 
 
Bu dağların sərvətindən halısan, 
Çiçəkdən süzülmüş beçə balısan. 
Bizim şairlərin ağsaqqalısan. 
Dosta mehribansan, ay İlyas qağa! 
Mən Dağlaroğluyam, ucadır başım, 
Yubileyin mübarək, əziz qardaşım. 
Demə yetmiş beşə çatıbdır yaşım, 
Sən hələ cavansan, ay İlyas qağa! 
Sən hələ cavansan, ay İlyas qağa! 
Piriverdi Dağlaroğlu 
 
 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə