Èëéàñ Òàïäûã
154
Veblioqrafiya
az.wikipedia.org
gedebey.info
www.clb.az
www.anl.az
Áèáëèîãðàôèéà
155
İLYAS TAPDIĞA
HƏSR EDİLMİŞ ŞEİRLƏR
Sağ olsun dostları
Bir uğursuz
küləkdən şair yatağa düşdü,
O, ağır sınaqları həyatda çox görmüşdü.
İlkin ömür yoluna çıxan müharibəydi.
Bu yandan da taleyin zərbəsi ona dəydi.
Sonra gənclik çağında qürbətdə sağ ayağı
Ona verdi ən ağır, ən ağrılı sınağı...
Dözdü şair ürəyi, itirmədi inamı.
Mən də düşdüm min dərdə -
Sevginin yollarında itirdim dağ anamı,
Qoşa çəkdik dərdləri, həm sınadıq mərdləri.
Bu ən ağır sınaqdı - tale saldı İlyası.
Alnına yazılıbmış görünür ki, bu yazı...
Bu sınaqdan İlyası yaxın dostlar çıxartdı,
Sağ olsun təmənnasız, etibarlı dostları,
Sədaqət, etibardı bu dünyanın mədarı.
Münəvvər Əliqızı (Tapdıqova)
Èëéàñ Òàïäûã
156
Bənövşələr
Bənövşə xatirinə
Kol dibinə iz düşdü.
İlyas Tapdıq
İlk baharda narın qarı
Yarıb keçər bənövşələr.
İnci kimi damlaları
Bir-bir içər bənövşələr,
Meh toxunar üzlərinə.
Nur ələnər gözlərinə.
Kol dibini özlərinə
Məskən seçər bənövşələr.
Ürək ondan necə doya,
Dözmür yaza, qalmır yaya.
Vaxtlı gəlib bu dünyaya,
Vaxtsız köçər bənövşələr.
Hüseyn Arif
İki bulağı var...
İki bulağı var İlyas Tapdığın –
Biri köksündədir, biri dağdadır.
O da Gədəbəyin - ülvi torpağın
Oğlu tək günbəgün ucalmaqdadır!
Doğma yurd, el-oba razıdır ondan,
Təzə yol çəkdirib, körpü çəkdirib.
Qızı Şəbnəmin də mahnılarından
Çələng düzəltdirib...“Cəngi” çaldırıb.
Áèáëèîãðàôèéà
157
Hərdən qarşılayar
qonaq gələni, -
Təkcə söz ilə yox, hətta güllərlə.
Çoban dostlarının sıxıb əlini.
Şınıxda görüşür döyüşçülərlə.
İlyas – xeyirxahlıq, saflıq carçısı,
Yazıb gözəllikdən azı min əsər;
Kamran Rzazadə mahal başçısı
Neçə qoşmasını söyləsin əzbər!
Suyunu içdiyi çeşmə saf, təmiz –
Yayda diş dondurar, qışda istidir;
Mübarək qədəmi uğurlu, əziz.
Nəfəsi kimsəsiz evi isidir.
İki bulağı var İlyas Tapdığın –
Biri köksündədir, biri dağdadır.
O da Gədəbəyin - ülvi torpağın
Oğlu tək günbəgün ucalmaqdadır!
Oqtay Rza
İlyas Tapdıq
Şairin 70 illiyinə
Ay ellərin şair oğlu,
İlyas Tapdıq, İlyas Tapdıq!
Keçən ömrü,
ötən günü,
Biz sözündə bulduq, tapdıq!
Şair, sənin hər sözündə,
Dağlarımın qüruru var.
Bahar gəzən durnalardı.
Sıralanıb qatar-qatar.
Èëéàñ Òàïäûã
158
Azərbaycan səmasından
Uçub gedir eldən-elə.
Gəzir Turan məkanında,
Ağız-ağız, dildən-dilə.
Ey ilhamı bulaqların
Saf suyundan içən şair.
Qırğı gözlü zərgər kimi,
Sözü sözdən seçən şair.
Könül açan hər sözündə
Gədəbəyin səfası var.
Ataların məğrurluğu,
Anaların laylası var.
Şeirin, sözün şərəfıni,
Qorudun sən, daşıdın sən.
Tanrı verən bir ömürü
Şair kimi yaşadın sən.
Dəmir Gədəbəyli
* * *
Var ol, İlyas Tapdıq,
ey böyük şair,
Nə etdik, nə yazdıq
biz sənə dair,
Sən incə rübablı,
dadlı şairsən.
Şöhrətli, şərəfli,
adlı şairsən!
Gənclikdən biz sənlə
ülfət bağladıq,
Bəzən təb-təb olub
coşduq, çağladıq.
Zərgər dəqiqliyi
öyrəndik səndən,
Áèáëèîãðàôèéà
159
Səni yaşadacaq
müqəddəs Vətən!
Sən əsl şairsən,
Kəbirli dostu.
Ağıllı,
çox müdrik,
səbirli dostu.
Baxıram, hər sözün
bir sütun, qala.
Sən şeir atını
çapdın dördnala!
Özün bir dünyasan,
şeirin bir qala!
Bu sadə misralar
könlümə yardı,
İlyas şair kimi
çox bəxtiyardı.
Ənvər Əhməd
İlyas Tapdığın
Şair dostum İlyas Tapdığa
Dağlarda doğulan dağ təbiətli.
Bir şair yaşayır nurlu, hikmətli.
Hər fikri, öyüdü zərdən qiym tli
Qorqud dünyası var İlyas Tapdığın.
İmanı güc alır haqqa inamdan,
Hörüb hörgüsünü sözdən, kəlamdan
Sönməz məhəbbətdən, coşğun ilhamdan
Mahir bənnası var İlyas Tapdıgın.
Gözəllik cilvəsi düzü-dünyası,
Oddan
tutulubdu eşqi, mayası.
Şeirdən, sənətdən nəhəng binası.
Məğrur qalası var İlyas Tapdıgın.
Èëéàñ Òàïäûã
160
Sözdən ayrılmayıb öz həyatında.
Əbədi çapıbdı köhlən atında,
Hər sətrin üstündə, sözün altında.
Dərin mənası var İlyas Tapdığın.
Əlində qələmi, döşündə sazı,
Şairlik taledən alnında yazı.
Gədəbəy gəlini - Balakən qızı,
Sular sonası var İlyas Tapdığın.
O, böyük şairdi, o, adlı-sanlı,
Vurğun məhəbbətli, Hüseyn ünvanlı.
Azərbaycan adlı şöhrətli-şanlı
Doğma anası var İlyas Tapdığın!
Eldar İsmayıl
İlyas Tapdığa
İlyas Tapdıq
- şeirin, sözün zərgəri,
Səsi səsdən, tükü tükdən seçirdin.
Dilimizin sən döyüşkən əsgəri,
Şeirimizi keçidlərdən keçirdin.
İlyas Tapdıq - şeirin, sözün bağbanı,
Yaxşı tutdu o vurduğun calaqlar.
Yoxsa indi deyərdik ki, bağ hanı?
Boy versəydi o çəkdiyin alaqlar.
Vaqif, Vurğun bir əbədi çeşmədi,
O, sənin də ürəyinə axırdı.
Yaxın düşüb o çeşmədən içmədi,
Kim dargözdü, kim xaindi, paxıldı.
Áèáëèîãðàôèéà
161
İlyas Tapdıq - qaya üstə tək ağac,
Şeirimizin daşdan süzən bulağı.
Keçid dövrü, zalım qəsdi, ehtiyac
Qoy əyməsin göyə bülənd budağı!
Ayı,
ili muncuq-muncuq çinləyib,
Muncuq ana öz səbriylə qızıldı.
Sən bu yaşda ata yurdu şenləyib
Obaların yaddaşına yazıldın!
İlyas Tapdıq, mənim doğmam, əzizim,
Açıq deyim, ev bizimdir, sirr bizim,
İrəlidi könül candan, irəli,
Gözəlləri heç gözündən qoymadın.
Sən sevgiyə həsr etdiyin günləri
Bəzən sevgi şeirinə də qıymadın.
Bir incidi o yazdığın şeirlər.
Gül dodağa, şirin dilə qonası.
Gədəbəydə ev
tikibsən deyirlər,
Qanad açsın Balakənin sonası.
Çəmən-çəmən şeirlərin hamisi,
Çiçək-çiçək misraların arısı...
İlyas Tapdıq, şairlərin hamısı
İlhamından, ürəyindən yarısın!
Musa Ələkbərli