Èëéàñ Òàïäûã
168
Xəbər ver
(Bir parça)
Ayrım Cavad dilimizin əzbəri.
Meydandan qaçmayıb, dönməyib geri.
Misgin Vəli aşıqların sərvəri.
Xoş xəyallı mehribandan xəbər ver.
İlyas Tapdıq Gədəbəyin ülkəri,
Şair cərgəsində vardı öz yeri.
Yazdığı şeirlər dillər əzbəri,
Qəlbitəmiz bu insandan xəbər ver.
Aşıq İsfəndiyar, sən də yaz-yarat,
Səni də yetirib böyük bir ustad.
Saz əlində məclislərdə olma mat,
Ara-axtar, hər bir yandan xəbər ver.
Nədi
Dostum İlyas Tapdığa
İlyas Tapdıq, a gözümün işığı,
Ana yurdumuzda bu tufan nədi?
Göylərə yüksəlir amanlar, ahlar,
Vədəsiz köç edən bu karvan nədi?
Kaman nalə çəkər, könlüm qan ağlar,
Nə yaman ağırdı bu an, bu çağlar,
Ana - “bala” deyib daşı qucaqlar,
Qəfil qırğın üçün bu fərman nədi?
Məni başa salın, kimdi günahkar,
Günahsız qırğına kimdi səbəbkar?
Nə üçün gizlənir, olunmur aşkar,
Aşkarlıq var isə bu pünhan nədi?
Áèáëèîãðàôèéà
169
Çoxmillətli olub biz yaşamışıq,
Zəhmətə, əməyə bir başlamışıq.
Düşməni yurdumdan bir daşlamışıq?
Xalqıma deyilən bu böhtan nədi?
Aşıq İsfəndiyar batıbdı yasa,
Şəhər bürünübdü qara libasa,
Əgər haqq-ədalət, həqiqət varsa,
Şəhidlərdən sonra bu zindan nədi ?
Aşıq İsfəndiyar Rüstəmov
Gəlmişəm
İlyas demiş, yön çevirib şəhərdən
Dağlar, sənə baş əyməyə gəlmişəm.
Şücaət tək torpağını, daşını,
Həm öpməyə, həm öyməyə gəlmişəm.
Tər dabandan süzülüncə gəzməyə,
Güllərini məlhəm üçün üzməyə,
Qismət olsa bircə qoşma düzməyə,
Oylağına mən dəyməyə gəlmişəm.
Mən Əliyəm, bəhri-eşqə cumandan,
Gen dolandım imansızdan, yalandan,
İzin versən, zirvədəki dumandan,
Bir yaxasız don geyməyə gəlmişəm.
Aşıq Əli Quliyev
Èëéàñ Òàïäûã
170
İlyas Tapdığın 75 illiyinə
Yetmiş beş illiyində xatirə danışır İlyas Tapdıq
Ayaqlarına bax,
Birin götürür, birin qoyur
Elə bil ki, sözlərinə
Vergül qoyur,
Nöqtə qoyur.
Baxın: iri hərflərlə yazılmış “GÖZLƏMƏK” sözüdü
ayaqlar
- tap
- dıq
- yaz
- dıq
- çat
- dıq.
Bir ayağını götürəndə “yox”,
Bir ayağını qoyanda “hə”.
Əlinə bax iri kəlbətin kimi
Demək istəmədiyi sözün ağzını yumur.
Mənimsə meylim deyilməyən sözədir.
Üstündən xətt çəkilmiş cümlələrdə gizlənir.
Fikir verin, danışanda bir çiyni əyilir.
Əyilir ki, xatirəni qaldırsın.
Bir çiyni də yuxarı qalxır.
Qalxır ki:
Lazım deyil, qoy qalsın.
Bir gözünü yumur…
Odeyy, getdi xatirənin dalınca.
Bir gözünü açır.
Demək xatirə yoxdu artıq,
Cəmiyyət var salonda.
Áèáëèîãðàôèéà
171
O günü “Sahil” bağında yarpaqlarla bir gedirdi İlyas
Tapdıq
Əllinci illərin əvvəliydi İlyas Tapdıq
Əli Kərimin Əlləriydi İlyas Tapdıq
Uşaqların dilləriydi İlyas Tapdıq.
Buna bax eeee…
Özü də deyirlər şair oxunmur.
Qəşəm Nəcəfzadə
Yetmiş beşin mübarək
Sevimli şairimiz İlyas Tapdığa
Bir eşqin şimşəyi çaxdı başında
Bu dağlardan aldın dözümü, şair.
İlhamın çay kimi coşdu, kükrədi,
Bulaqlar durultdu sözünü şair.
El-el, oba-oba dolaşdı adın,
“Nəvələr, gəvələr” bizə tanışdı.
Gözəllər “Gözlər”də gözəlləşdilər,
Sevənlər sevginlə yandı, alışdı.
Sevgin tükənməyib, sevgin bitməyib
Qəlbin yurd eşqiylə hələ yanırsa,
Deməli, bu ömrün boşa getməyib
“Dağlarda çoban da səni anırsa.”
Arxanda durubsa dağlar dağ kimi
Gedib o dağlara baş əyməlisən.
Şeirin ətir saçır güllü bağ kimi,
Bir şair ömrüylə öyünməlisən.
Èëéàñ Òàïäûã
172
Şair qardaş, yütmiş beşin mübarək!
Qarşıdadır doxsan beşin, yüzün də.
Haqq-ədalət açılacaq çiçək tək,
İşıq gördüm o nurani üzündə.
Gəray Göyyurd
Gədəbəydədi
Şair İlyas Tapdığa
İlhamın ailəsi sən demə, Tapdıq,
Həvəsin yaxşısı Gədəbəydədi.
Bu dağlar sənindi qəm yemə, Tapdıq,
İlyasın yaxşısı Gədəbəydədi.
Çən oldun dağlarda yaza söykənən,
Bulaqsan bir yanı buza söykənən.
Təbə dirsəklənən, saza söykənən,
Cinasın yaxşısı Gədəbəydədi.
Şair görkəmindi göyə baş vuran,
Nəğməni ürəyə qoşan, qoşduran.
İliyə işləyən, qanı coşduran,
Nəfəsin yaxşısı Gədəbəydədi.
Seçilmir qayalar, işıldayır Ay,
Çiskin bir alaydı, duman bir alay.
Hər sinə üstündə saz çəkir haray,
Mirasın yaxşısı Gədəbəydədi.
Torpağı, daşı var uludan ulu,
Bəlkə də burdandı nicatın yolu.
Gör nə möcüzədir, ay Cəlaloğlu,
Hər xasın yaxşısı Gədəbəydədi.
Elbəyi Cəlaloğlu
Áèáëèîãðàôèéà
173
Ay İlyas qağa
(Şair dostum İlyas Tapdığın 75 illik
yubileyi münasibətilə)
Səninlə hər zaman fəxr edirik biz,
Bizə şöhrət-şansan, ay İlyas qağa!
Dillər əzbəridir şeirləriniz,
Sən xoşbəxt insansan, ay İlyas qağa!
Əlinə qələmi alandan bəri,
Kağıza tökülüb alnının təri.
Həyatda baş verən incəlikləri,
Düşünüb duyansan, ay İlyas qağa!
Gəzib dolanırsan öz aləmində,
Qovrulub-bişibsən söz aləmində.
Adın yaşayacaq saz aləmində
Sənətə uyansan, ay İlyas qağa!
Bu dağların sərvətindən halısan,
Çiçəkdən süzülmüş beçə balısan.
Bizim şairlərin ağsaqqalısan.
Dosta mehribansan, ay İlyas qağa!
Mən Dağlaroğluyam, ucadır başım,
Yubileyin mübarək, əziz qardaşım.
Demə yetmiş beşə çatıbdır yaşım,
Sən hələ cavansan, ay İlyas qağa!
Sən hələ cavansan, ay İlyas qağa!
Piriverdi Dağlaroğlu
Dostları ilə paylaş: |