Microsoft Word Insan huquqlari II kitab doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə44/56
tarix02.12.2017
ölçüsü2,86 Kb.
#13606
1   ...   40   41   42   43   44   45   46   47   ...   56

130 
 
fəaliyyət  göstərirlər.  Sistem  siyasətlə  hüququn  fəlsəfəsini 
dialektik  qaydada  birləşdirir.  Siyasət  və  hüquq  anlayışları 
dövlətdaxili  məkanda  bir  sistem  tərkibində  qanunvericilik 
anlayışı  ilə  birləşir.  Qanunvericilik  vasitələri  dövlətin  insan 
hüquqlarının  təmin  olunması  funksiyasının  sistemləşməsinə 
xidmət  edir.  Qanunvericilik  vasitələri  hüquq  normalarından 
ibarət  olur  və  bu  normalar  öz  mahiyyətində  məhz  dövlət 
siyasətinin  mahiyyətini  daşıyır.  Deməli,  hüquq  normaları 
insan  hüquqlarının  təmin  olunması  üçün  dövlət  hakimiyyəti 
qurumlarının  əsas  fəaliyyət  məzmunlarını  özündə  əks  etdirir. 
Hüquq 
normalarında 
siyasətin 
məqsədləri, 
siyasət 
subyektlərinin  vəzifə  və  funksiyaları  təsbit  olunur.  Hüquq 
normaları  bu  baxımdan  aşkarlayıcı  və  təsbitedci  funksiyanı 
yerinə  yetirir.  Dövlətin  siyasi  strukturu  öz  bütöv  mahiyyətini 
də insan hüquqlarına (hüquqların təmin olunmasının tələbatına) 
uyğun  şəkildə  qurur.  Dövlət  siyasi  sisteminin  quruluşu  məhz 
insan  hüquqlarının  çoxaspektli  təminatına  yönəldilir.  Dövlət 
siyasəti  sistemi  öz  quruluşunu  –piramidal  quruluşunu-  məhz 
insan  hüquqlarının  vertikal  və  horizontal  təminatı  məqsədilə 
təşkil  edir  və  hər  bir  etapda  və  iyerarxiyada  səlahiyyət  və 
vəzifələr  bölgüsü  ilə  siyasət  və  hüquq  bütövləşir. Siyasət bir 
fəaliyyət  kimi  hüquqdan  meydana  gəlir,  yəni  hüquqları  olan 
tərəflər  siyasətin  həyata  keçirilməsini  təmin  edirlər.  Eləcə  də 
hüquq  olduğuna  görə  dövlət  siyasətinin  mövcudluğu  vacib 
amilə çevrilir.  
Dövlət  siyasəti  insan  hüquqları  anlayışı  ilə  fəlsəfi 
kateqoriyalar baxımından həm də məkan, zaman və resurslar 
məsələsində  birləşir  və  bu  məsələdə  siyasətin  hüquqa  xidmət 
etməsinin  əsasları  formalaşmış  olur.  Məsələn,  dövlət  (bir 
məkan  subyekti  olaraq)  öz  fəaliyyəti  ilə  müxtəlif  zaman 
birləşmələrində  (zaman  ardıcıllığında)  hüquqların  təmin 
olunması  siyasətini  həyata  keçirir.  Burada  ardıcıl  fəaliyyətdən 
əldə olunan resurslar növbəti fəaliyyət üçün baza rolunda çıxış 
edir.  Dövlət  resurslarını  artırır  və  resursların  artması  da  öz 


131 
 
növbəsində  insanların  sahələr  üzrə  hüquqlarının  təmin 
olunması  siyasətinin  genişlənməsinə  rəvac  verir.  Fəaliyyət 
trayektoriyası  nəticə  etibarilə  və  tərkib  baxımından  özündə 
hüquqların  tərkib  komponentlərinin  təmin  olunmasına  xidmət 
edir.  Dövlət  siyasəti  insan  hüquqlarının  təmin  olunmasında 
bölücü, ayırıcı funksiyanı yerinə yetirir.  
İnsan  hüquqlarının  təmin  olunması  prosesləri  cəmiyyətdə 
və 
dövlətdə, 
ictimai-siyasi 
münasibətlər 
və 
əlaqələr 
strukturunda  həyata  keçirilir.  Bu  prosesləri  dövlətin  pozitiv 
siyasəti adlandırmaq olar. Dövlətin siyasəti müsbət istiqamətdə 
insanlara  xidmət  etməkdən  ibarətdir.  Bu  baxımdan  da  dövlət 
pozitiv  əsaslarla,  ətraflara  doğru  genişlənən  və  yuxarıya 
doğru  böyüyüən  hüquqları  təmin  etmək  funksiyasını  yerinə 
yetirir. Dövlət siyasəti başlıca olaraq hüququn tərkibinin (insan 
hüquqlarının  tərkibi  qeyri-müəyyənlikdə  daha  çoxdur  və  baza 
etibarilə isə şərəf, ləyaqət, namus, əxlaq, vicdan və s. kimi etik 
dəyərlərə  və  məxsusluq,  sahibkarlıq,  aidiyyatlılıq  kimi  maddi-
mənəvi  asılılığa  əsaslanır)  müxtəlif  sahələrdə  zəngin  əsaslarla 
aşkarlanmasına  xidmət  edir.  Dövlət  öz  resurslarından  istifadə 
edir,  sistemli  mexanizmlər  təşkil  edir  və  resursların  sistemli 
qaydada  artmasına  çalışır  ki,  insan  hüquqlarını  geniş  tərkib 
etibarilə  təmin  edə  bilsin.  Burada  siyasətin  hüquqla  zaman 
kriteriyası əsasında vəhdəti meydana gəlmiş olur. (Qeyd: insan 
hüquqlarının 
sahələr 
üzrə 
tərkibinin 
genişlənməsi 
horizontal  olaraq  sonu  olmayan  bir  prosesdir.  Bu 
proseslərin  sonsuzluğu  resurslara  söykənir  və  resursların 
çoxluğu  da  inkişafın  əsaslarını  formalaşdırmış  olur. 
İ
nkişaf-siyasət-hüquq; 
hüquq-inkişaf-siyasət; 
siyasət-
inkişaf-hüquq  vəhdəti  daima  mövcud  olur.  Hüquq 
təkmilləşəndə  qaydalarını,  normalarını  da  dəyişir.  Hüquq 
yolları uzadan və qısaldan təfəkkür normalarının bir-birini 
ə
vəzləməsi ilə daxilən təkmilləşir və sistemin xaricinə çıxır). 
Bu  artım  da  öz  növbəsində  insan  hüquqlarının  tərkib 
komponentlərinin genişlənməsinə xidmət edir.  Dövlət siyasəti 


132 
 
ilə  insanların  təbii  hüquqları  reallaşır,  gerçəkləşir.  Dövlətin 
başlıca 
funksiyası 
elə 
insanların 
təbii 
hüquqlarını 
reallaşdırmaqdan, gerçəkliklərə çevirməkdən və bu yolla təmin 
etməkdən  ibarətdir.  Dövlətin  əsas  funksiyası  həm  də  insan 
hüquqlarını  normalarla  əks  etdirməklə  onu  müdafiə  etməkdən 
ibarətdir.  Hüququn  normalarda  əksini  tapması  və  müdafiəsi 
prosesləri  də  hüquq  normaları  ilə  yerinə  yetirilir.  Yəni,  insan 
hüquqları  icra  olunmaq  baxımından  silsilə  xarakter  kəsb  edir, 
hüquq  normaları  sistemi  bir  sahədə  digər  hüquq  normaları 
sistemini  həm  təmin  edir,  həm  də  müdafiəsini  həyata  keçirir. 
Məsələn,  məhkəmə  sisteminin  fəaliyyəti  pozulmuş  hüquqların 
bərpasını  təmin  etmək  məqsədilə  təşkil  olunur.  Bu  bərpa-
müdafiə  fəaliyyəti  də  hüquq  normaları  ilə  təmin  olunur. 
Deməli,  hüquq  normaları  sistemləri  daima  bir-birilərini 
şaxələndirmək və inkişaf etdirmək funksiyasını həyata keçirir.  
Hüquq  normaları  daimi  mövcud  olur,  lakin  tətbiqi  zamanı 
və zəruri şəraitləri meydana gələndə tətbiq olunmağa, həmin an 
üçün  aşkarlanmağa  başlayır.  Məsələn,  qadınlara  uşaqlara  görə 
hamiləlik və doğuş məzuniyyəti ilə  yanaşı, analıq məzuniyyəti 
də verilir. Bu vəziyyəti tənzim edən hüquq norması daimi var. 
Lakin o halda tətbiq olunur ki, uşaq dünyaya gətirmiş anaya iş 
yerindən uşaq dünyaya gələn kimi analıq məzuniyyəti verilir və 
rəsmiləşdirilir.  
Dövlətin başlıca məqsədi həm öz daxilində, həm də başqa 
dövlətlərdə  öz  vətəndaşlarının  hüquqlarını  təmin  etməkdən  və 
müdafiə  etməkdən  ibarətdir.  Dövlət  həmçinin  əcnəbilərin  və 
vətəndaşlığı olmayan şəxslərin də hüquqlarını təmin etməyi öz 
funksiyasına aid edir və öhdəlik və məsuliyyət kimi qəbul edir. 
Bu  funksiya,  vəzifə,  öhdəlik  və  məsuliyyət  həm  daxili  siyasi-
hüquqi  sistemlər  vasitəsilə  təmin  olunur,  həm  də  beynəlxalq 
münasibətlər  sistemləri  ilə  yerinə  yetirilir.  Daxili  siyasətdə 
qanunvericilik  aktları,  beynəlxalq  münasibətlərdə  isə  hüquq 
normaları  böyük  rol  oynayır.  Beynəlxalq  normalar  daxili 
qanunvericiliklə  elə  daxili  qanunvericiliyin  tərkibinə  çevrilir. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə