Microsoft Word Insan huquqlari II kitab doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə45/56
tarix02.12.2017
ölçüsü2,86 Kb.
#13606
1   ...   41   42   43   44   45   46   47   48   ...   56

133 
 
Deməli,  dövlətlər  daxili  siyasətləri  ilə  öz  aralarında  olan 
əlaqələri  tamamlamış  olurlar.  İnsan  hüquqları  üzrə  dövlətin 
fəaliyyəti daxili siyasətlə (məsələn, konstitusiya ilə) başlayır və 
daxili  siyasətlə  də  (yenə  də  konstitusiyada  nəzərdə  tutulmuş 
qaydada)  tamamlanır.  (Qeyd:  Konstitusiya  normaları  birbaşa 
tətbiq  olunur.  Konstitusiya  hüquqları  təmin  olunur.  Lakin 
bununla  yanaşı,  konstitusiyadan  irəli  gələrək  qanunlarla  və 
qanunvericilik sənədləri ilə də konstitusiya hüquqları, məsələn, 
seçki  qanunu  ilə  seçki  hüquqları,  təmin  olunur).  Deməli, 
beynəlxalq  münasibətlərdə  siyasətin  icrası  baza  olaraq 
dövlətlərin  daxili  siyasətlərindən  asılı  olur.  İnsan  hüquqları 
sahəsində  beynəlxalq  münasibətlər  əslində  dövlətlərin  daxili 
siyasətləri  ilə  vəhdət  təşkil  edən  trayektorik  bağlılıqdır. 
Beynəlxalq 
münasibətlər 
bir 
məkan 
kimi 
dövlətlərin 
daxillərində  formalaşdırılır.  Çünki  bütün  dünya  dövlətlərdən 
təşkil olunub və dövlətlərdən kənar yaşayış məskənləri yoxdur. 
Məsələn,  beynəlxalq  yığıncaqların  keçirilməsi  prosesləri 
dövlətlərdə  baş  verir,  müqavilələr  dövlətlərdə  imzalanır. 
Beynəlxalq  münasibətlərin  məkan  nöqteyi-nəzərdən  formaları 
meydana 
gəlir. 
Məsələn, 
sərhədlərətrafı 
beynəlxalq 
münasibətlər,  bir  neçə  dövlətin  sərhəddini  aşıb  keçən 
(üstündən  adlayan)  beynəlxalq  münasibətlər  formaları 
meydana gəlir. (Qeyd: sərhədlərətrafı beynəlxalq münasibətlər 
(əlaqələr)  əsasən  eyni  sərhədlərlə  (eyni  istiqamətli,  eyni  və 
vahid  xətli)  ayrılan  iki  və  ya  da  çoxlu  sayda  dövlətlərin 
qoşulduqları  beynəlxalq  münasibətlər  hesab  oluna  bilər. 
Məsələn,  Rusiya,  Türkiyə,  Azərbaycan,  Gürcüstan,  İran, 
Ermənistan  kimi  dövlətləri  demək  olar  ki,  “birləşmiş 
sərhədlər” ayırır. Onlar regionu əhatə edirlər. Sərhədlərətrafı 
dövlətlərin  yaratdıqları  beynəlxalq  münasibətlər  regional 
münasibətlər,  qonşu  dövlətlər  arası  olan  münasibətlər, 
sərhədləri  aşıb  keçən  (sərhədlərin  üstündən  adlayıb  keçən) 
münasibətlər  isə  regionlar  arası  münasibətlər  hesab  oluna 
bilər.  Regionlararası  münasibətlərinn  də  eyni  sərhədləri  ola 


134 
 
bilər. Məsələn, Xəzər regionu ilə Qara dəniz regionu arasında 
sərhəd  bağlılığı  mövcuddur.  Həmçinin  sərhədləri  olmayan 
regionlar  arasında  da  münasibətlər  meydana  gələ  bilər. 
Məsələn,  Latın  Amerikası  regionu  ilə  Rusiya  arasında  olan 
münasibətlər və əlaqələr sərhədləri adlayıb keçən münasibətlər 
və əlaqələrdir). Nəticə etibarilə hesab etmək olar ki, beynəlxalq 
münasibətlər  elə  dövlətlərin  daxillərindən  lap  kənarda  olan 
münasibətlər  deyil.  Bu  baxımdan  da  insan  hüquqlarına  dair 
beynəlxalq  razılaşmalar  dövlətlərin  daxili  siyasətləri  ilə 
tamamlanır.  Nəticə  olaraq  belə  qənaətə  gəlmək  olur  ki, 
hərəkətdə  olan  və  fəaliyyətini  məkanlardan-məkanlara  aparan 
insanların  hüquqları  dövlətlər  tərəfindən  qorunur.  Bu  qoruma 
fəaliyyəti  isə  dövlətlərin  daxili  və  xarici  siyasətləri  adlanır. 
Dövlətin  xarici  məkanı  başqa  dövlətin  ərazisidir.  Deməli, 
beynəlxalq  münasibətlər əslində  dövlətlərin daxili siyasətlərini 
istiqamətlər üzrə bir-birinə birləşdirən münasibətlər və əlaqələr 
şəbəkələrindən ibarətdir.  
Dövlətlər  daxildə  və  beynəlxalq  sferada  öz  funksiyalarını 
yerinə  yetirirlər  və  bu  siyasət  dövlətlərin  hüquq  subyektləri, 
həm  də  hüquq  tənzimedici  tərəflər  olaraq  beynəlxalq  hüquq 
subyektləri kimi mövcudluqlarının əsas prinsiplərini təşkil edir. 
Dövlətlər insanların hüquqlarını normalarla təmin edən siyasi –
hüquqi  qurum,  tərəf  və  subyektlər  rolunu  oynayırlar.  Dövlət 
siyasətinin  əsasında  insan  hüquqlarının  təmin  olunması  amili 
dayanır.  
 
Dövlət siyasəti ilə insan hüquqlarının vəhdət təşkil edən 
fəlsəfi  məzmunları  vardır.  Belə  ki,  dövlət  siyasətinin  fəaliyyət 
obyektində  zaman-zaman  insanların  hüquqlarını  yuxarıya 
doğru,  artan  trayektoriya  üzrə  təmin  etmək  amili  dayanır. 
Hüquq siyasəti şərtləndirən kriteriyadır. Hər iki anlayış hüquq-
siyasət  vəhdəti  fəlsəfi  bütövünün  tərkib  hissələridir.  Eyni 
zamanda  bir-birinin  davamıdır.  Məsələn,  dövlət  siyasəti  bir 
tərəfdən  hüquqla  nəticələnir,  siyasi  fəaliyyət  də  hüquq 
normalarının  qəbulu,  icrası  və  müdafiəsi  ilə  nəticələnir, 


135 
 
tamamlanır.  Məsələn,  dövlət  siyasəti  ilk  növbədə  müəyyən 
olunur,  istiqamətləri  cızılır,  bəyan  edilir,  rəsmi  şəxslər, 
səlahiyyətli şəxslər tərəfindən istiqamətlənir. Bu bəyannamələr 
əsasən  hüquq  normalarının  qəbulu  ilə  nəticələnir.  Hərəkətin 
istiqamətini  hüquq  normaları  müəyyən  edir  və  hüquq 
normalarının  tərkib  ünsürləri  elə  hərəkətin  nəzəri  baxımdan 
tərkib  ünsürlərini  meydana  gətirir.  Digər  tərəfdən,  hüquq 
normaları  siyasət  üçün  başlanğıc  və  istiqamətverici  rol 
oynayır.  Məsələn,  hüquq  normalarının  qəbulu  və  icrası 
siyasi  fəaliyyətin  istiqamətləri  üçün  əsas  rolu  oynayır. 
Dövlət  siyasəti  əsasən  insan  hüquqlarının  tərkibini  təşkil 
edən  kriteriyaların  icrası  ilə  məşğul  olur.  Məsələn,  dövlət 
siyasətinin  əsas  məqsədləri  insan  hüquqlarının  maddi 
məsələlərə  münasibətdə  tərkibini  təşkil  edən  sahiblik, 
məxsuslqu,  mənsubiyyətlilik  kimi  təbii  haqla  verilən 
kriteriyaların  təmin  olunmasını,  müdafiəsini,  eləcə  də  əxlaqla 
vəhdət  təşkil  edən  və  əxlaqın  əsas  mahiyyətini  yaradan  şərəf, 
ləyaqət,  namus,  vicdan  kimi  mənəvi  kiriteriyaların  təmin 
olunmasını  yerinə  yetirir.  Dövlətin  əsas  funksiyalarının  nəzəri 
istiqamətləri  hüquq  normalarında  öz  əksini  tapır.  Hüquq 
normalarının  özləri  elə  hüququn  tərkibinin  ifadə  olunmasında 
böyük rol oynayır.  
 
 
 
 
 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə