455
Muxtar Respublikasında və bələdiyyələrdə vergitutmanın ümumi əsasları və vergilər müəyyən
edilir.
Vergi qanunvericiliyi aktları ilə digər sahə qanunvericilik aktları arasında vergitutma və
vergi nəzarəti məsələləri üzrə ziddiyyət yarandıqda vergi qanunvericiliyinin aktları tətbiq
edilir.
Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına
ə
saslanmalıdır. Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır.
Hər kəsin konstitusiya hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə maneçilik
törədən vergilərin müəyyən edilməsinə yol verilmir.
Azərbaycan Respublikasının vahid iqtisadi məkanını pozan (xüsusilə, Azərbaycan
Respublikasının ərazisində malların (işlərin, xidmətlərin) və pul vəsaitlərinin azad
yerdəyişməsini bilavasitə və ya dolayısı ilə məhdudlaşdıran və ya digər yolla vergi
ödəyicilərinin qanuni fəaliyyətini məhdudlaşdıran, yaxud maneçilik törədən) vergilərin
müəyyən edilməsinə yol verilmir.
Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq
etməyə və ödəməyə məcbur edilə bilməz.
Vergilər siyasi, ideoloci, etnik, konfessional və vergi ödəyiciləri arasında mövcud olan
digər xüsusiyyətlər əsas götürülməklə müəyyən edilə bilməz və diskriminasiya xarakteri
daşıya bilməz.
Mülkiyyət formasından və ya fiziki şəxslərin vətəndaşlığından və ya kapitalın yerindən
asılı olaraq vergilərin müxtəlif dərəcələrinin müəyyən edilməsi qadağandır.
Azərbaycan Respublikasına gətirilən mallar üçün həmin malların hansı ölkədən
gətirilməsindən asılı olaraq, Vergi Məcəlləsinə və gömrük qanunvericiliyinə uyğun olaraq
müxtəlif gömrük rüsumu dərəcələrinin müəyyən edilməsi mümkündür.
Azərbaycan Respublikasının vergiləri yalnız Vergi Məcəlləsi ilə müəyyən edilir, onların
dəyişdirilməsi və ya ləğv edilməsi həmin Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir.
Heç bir şəxsin üzərinə Vergi Məcəlləsi ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik
olan və onunla müəyyən edilməyən, yaxud onunla müəyyən edilən qaydalardan fərqli olaraq
müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz.
Vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir. Vergilər haqqında
qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, şübhələri vergi ödəyicisinin
xeyrinə şərh edilməlidir.
Fiziki və hüquqi şəxslərin vergilərə aid normativ-hüquqi aktlara azad tanış olmaq
imkanı təmin edilməlidir.
Tərkibində Azərbaycan Respublikasında yerləşən filial və (və ya) nümayəndəlikləri
olan hüquqi şəxslər vergi ödəyicisi kimi həm özünün olduğu yer üzrə, həm də özünün hər
filial və (və ya) nümayəndəliyinin olduğu yer uçota alınır.
Dövlət qeydiyyatını həyata keçirən Vergilər Nazirliyi uçot üçün müraciət etmiş
şə
xslərin dövlət qeydiyyatına alınması barəsində onlara qeydiyyat sənədləri ilə birlikdə həmin
sənədlərin verilməsi tarixini əks etdirən arayış verməlidir.
Daimi nümayəndəliyin vergi orqanlarında uçota alınması Azərbaycan Respublikasının
hüquqi şəxsləri üçün müəyyən edilmiş qaydada həyata keçirilir. Olduğu yer üzrə vergi
tutulmalı olan daşınmaz əmlakın və ya nəqliyyat vasitəsinin vergi orqanlarında uçota alınması
üçün ərizə həmin əmlakın qeydə alındığı gündən 30 gün müddətində verilməlidir. Vergi
orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir.
456
Vergi ödəyicisinin vergi uçotuna alınması yerinin müəyyən edilməsi ilə bağlı çətinliklər
ortaya çıxdıqda, təqdim olunmuş məlumatlar əsasında yuxarı vergi orqanı tərəfindən qəbul
edilir.
Beləliklə, dövlət vergi orqanları Azərbaycan Respublikasında iqtisadiyyatın idarəetmə
strukturunu təkmilləşdirmək, dövlət maliyyə intizamını gücləndirmək, dövlət büdcəsinə
daxilolmaların yığılmasını həyata keçirir.
Azərbaycan Respublikasının Vergilər Nazirliyi (bundan sonra Nazirlik) Azərbaycan
Respublikasında dövlət vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və
digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini
həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Nazirlik hüquqi şəxsdir, müstəqil balansa, üzərində Azərbaycan Respublikasının dövlət
gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara, blanklara, bank
hesablarına malikdir.
Nazirlik dövlət büdcəsinin vəsaiti hesabına və Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.
Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2000-ci il tarixli fərmanına əsasən,
Azərbaycan Respublikasının Vergilər Nazirliyi yaradılmışdır. Prezidentin 29 mart 2001-ci il
tarixli fərmanına əsasən isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında
Ə
sasnamə təsdiq edilmişdir.
Vergilər Nazirliyin vəzifələri aşağıdakılardır:
1. Azərbaycan Respublikasının dövlət vergilərinin və digər büdcə daxilolmalarının
düzgün hesablanmasına, onların vaxtında və tam məbləğdə dövlət büdcəsinə köçürülməsinə,
vergi qanunvericiliyinə riayət olunmasına nəzarət etmək;
2. vergi qanunvericiliyi ilə bağlı vergi ödəyicilərinə məlumatların verilməsini, vergilərin
hesablanması və ödənilməsi barədə onları əvəzsiz olaraq izahatların verilməsini təmin etmək;
3. vergi sahəsində hüquq pozuntularını doğuran səbəbləri araşdırmaq və belə halların
aradan qaldırılması üçün öz səlahiyyətləri daxilində müvafiq tədbirlər həyata keçirmək;
4. vergi ödəyicilərinin hüquqlarının və qanuni mənafelərinin qorunmasını təmin etmək;
5. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələri
yerinə yetirmək.
Vergilər Nazirliyi aşağıdakı funksiyaları həyata keçirir:
- vergi siyasətinin təkmilləşdirilməsi haqqında təkliflər hazırlayır;
- Azərbaycan Respublikasının vergi qanunvericiliyinə riayət olunmasını, dövlət
vergilərinin və ona həvalə edilmiş digər daxilolmaların düzgün hesablanmasını, vaxtında və
tam məbləğdə dövlət büdcəsinə köçürülməsi ilə bağlı dövlət vergi orqanlarının işini təşkil
edir;
- vergi qanunvericiliyinə riayət olunmasını təmin edən tədbirlər hazırlayır və həyata
keçirir;
- hesablanmış və təyinatı üzrə daxil olmuş vergilərin uçotunu aparır və bu barədə
Respublika Prezidentinə, Nazirlər Kabinetinə və Maliyyə Nazirliyinə məlumat verir;
- vergi ödəyicilərinin uçotunu aparır;
- qanunvericilikdə nəzərdə tutulmuş qaydada vergi ödəyiciləri haqqında məlumatın, o
cümlədən, vergi və kommersiya sirrinin qorunması qaydalarına riayət edir və onu təmin edir;
- ərazi vergi orqanlarının fəaliyyətinə nəzarəti həyata keçirir;