453
7. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
binalara (yaşayış sahələri istisna olmaqla), qurğulara və torpaq sahələrinə daxil olmaq və
baxış keçirmək;
8.“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
nəzarət qaydasında mal-alqısını həyata keçirmək;
9. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş
qaydada təhqiqat aparmaq;
10. Vergi Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə
vergi orqanlarının təyinatına uyğun olaraq nəzərdə tutulmuş başqa hüquqları həyata keçirmək.
Yuxarı vergi orqanları tabeliyində olan vergi orqanlarının və onların vəzifəli şəxslərinin
qeyri-qanuni aktlarını və qərarlarını ləğv edə bilərlər.
Vergi orqanlarının vəzifələri:
1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə,
vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə;
2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə
etməyə;
3. vergi qanunvericiliyi və vergi qanunvericiliyində edilən dəyişikliklər barədə vergi
ödəyicilərinə, kütləvi informasiya vasitələri və ya fərdi qaydada əvəzsiz olaraq məlumat
verməyə, müəyyən edilmiş hesabat formalarının doldurulması qaydalarını izah etməyə,
vergilərin hesablanması və ödənilməsi barədə izahatlar verməyə, vergi ödəyicilərinə onların
hüquq və vəzifələrini izah etməyə;
4. vergi qanunvericiliyinin pozulması hallarına dair məlumatları toplamağa, təhlil
etməyə və qiymətləndirməyə, belə halların baş verməsinə gətirib çıxaran səbəblərin və şəraitin
aradan qaldırılması üçün müvafiq dövlət orqanlarına təkliflər verməyə;
5. vergi ödəyicilərinin uçotunu aparmaq;
6. qanunvericilikdə nəzərdə tutlmuş qaydada vergi ödəyiciləri haqqında məlumatın, o
cümlədən vergi və kommersiya sirrinin qorunması qaydalarına riayət etməyə və onu təmin
etməyə;
7. tabeliyində olan vergi orqanlarının fəaliyyətinə nəzarəti həyata keçirməyə;
8. Azərbaycan Respublikasının qanunvericilik aktları ilə vergi orqanlarının təyinatına
uyğun olaraq müəyyən edilmiş digər vəzifələri həyata keçirməyə borcludur.
Vergi orqanlarının vəzifəli şəxslərinin aşağıda göstərilən vəzifələri vardır:
1. Vergi Məcəlləsinə və Azərbaycan Respublikasının digər qanunlarına ciddi riayət
etmək;
2. orqanlarının hüquq və vəzifələrini öz səlahiyyətləri daxilində yerinə yetirmək;
3. vergi ödəyicilərinə, onların nümayəndələrinə və vergi münasibətlərinin digər
iştirakçılarına diqqət və nəzakətlə yanaşmaq.
Vergi orqanlarının vəzifəli şəxsləri dövlət qulluğundadırlar. Bu öz əksini 21 iyul 2000-
ci il tarixli “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü
maddəsində tapmışdır.
Vergi orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının Vergilər Nazirliyi
tərəfindən müəyyən edilmiş qaydada vəzifəyə təyin olunur və vəzifədən azad olunurlar.
Vergi orqanlarının vəzifəli şəxsləri elmi, pedaqoci və yaradıcılıq fəaliyyəti istisna
olmaqla, heç bir sahibkarlıq və digər ödənişli fəaliyyət növləri ilə məşğul ola bilməzlər.
454
Vergi orqanlarının vəzifəli şəxsləri tərəfindən aşağıdakı hallarda öz xidməti vəzifələrini
vergi ödəyicilərinə münasibətdə həyata keçirmək yolverilməzdir:
1. vergi orqanlarının vəzifəli şəxsləri ilə vergi ödəyiciləri arasındakı münasibətlər ailə
üzvlərinin münasibətləri olduqda;
2. vergi orqanlarının vəzifəli şəxslərinin və ya onların ailə üzvlərinin bilavasitə və ya
dolayısı ilə vergi ödəyicisində (onun fəaliyyətində) maliyyə marağı olduqda.
Vergi orqanları və onların vəzifəli şəxsləri (vergi orqanlarında işlədikləri dövrdə və ya
işdən çıxdıqdan sonra qanunvericiliklə müəyyən edilmiş müddətdə) xidməti vəzifələrini
yerinə yetirərkən, vergi ödəyiciləri haqqında əldə etdikləri və ya onlara etibar edilən hər hansı
məlumatın məxfiliyini qorumağa borcludurlar.
Aşağıdakı məlumatlar istisna olmaqla, vergi orqanı və onun vəzifəli şəxsləri
tərəfindən vergi ödəyicisi barədə əldə edilən istənilən məlumat kommersiya (vergi) sirri
hesab edilir:
1. vergi ödəyicisinin razılığı ilə aşkar edilən;
2. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi haqqında;
3. müəssisənin nizamnamə fondu (nizamnamə kapitalı) haqqında;
4. vergi qanunvericiliyinin pozulması və bu hüquq pozulmalara görə məsuliyyət
tədbirləri haqqında.
Kommersiya sirri vergi orqanları, onların vəzifəli şəxsləri tərəfindən qanunla nəzərdə
tutulmuş hallar istisna olmaqla açılmamalıdır.
Vergi qanunvericiliyi, vergi nəzarəti və onun həyata
keçirilmə
si formaları.
Vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi
nəzarətini həyata keçirirlər. Vergi nəzarəti vergi ödəyicilərinin və vergitutma obyektlərinin
uçotuna, habelə vergi qanunvericiliyinə riayət olunmasına vahid nəzarət sistemidir.
Vergi nəzarətini Azərbaycan Respublikasının Vergi Məcəlləsində və Gömrük
Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada Azərbaycan Respublikasının Vergilər
Nazirliyi və Dövlət Gömrük Komitəsi həyata keçirirlər.
Vergi nəzarəti vergi orqanlarının və gömrük orqanlarının, onların vəzifəli şəxslərinin
səlahiyyətləri hədlərində Azərbaycan Respublikasının Vergi Məcəlləsinə, Gömrük
Məcəlləsinə və digər qanunvericilik aktlarına müvafiq olaraq həyata keçirilir.
Vergi orqanları vergi nəzarətini vergi ödəyicilərinin və vergitutma obyektlərinin
uçotunu aparmaqla, uçot və hesabat məlumatlarını yoxlamaqla, vergi ödəyiciləri və digər
şə
xslər arasında sorğu aparmaqla, gəlir əldə etmək üçün istifadə olunan binaları müayinə
etməklə və Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş digər
formalarda həyata keçirirlər.
Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi
sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və
yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi
münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini,
vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə
məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən
(hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Bu Məcəllə ilə Naxçıvan