Microsoft Word Irevan bolgesi doc



Yüklə 4,2 Mb.
Pdf görüntüsü
səhifə33/179
tarix15.03.2018
ölçüsü4,2 Mb.
#32454
1   ...   29   30   31   32   33   34   35   36   ...   179

99 

qiyam qaldırdılar. Onlar Məhəmməd xandan Ağahüseyni tərəf-

darları ilə birlikdə hakimiyyətdən uzaqlaşdırılmasını  tələb edirdi. 

Bu tələb yerinə yetirilməyənə  qədər qiyamçılar xana məxsus 

kəndlərə hücum edərək, əhalini talan etməyə başladı. Onların tələ-

binə baxmayaraq, vəzir Ağahüseyn təslim olmaq fikrində deyildi. 

O, qoşun toplayaraq müxalif qüvvələrə qarşı çıxdı. Tərəflər arasında 

bir neçə gün davam etmiş döyüş baş verdi (161, 124). 

İrəvandakı qarışıqlığı öz xeyrinə  həll etmək məqsədilə II 

İrakli hadisələrə müdaxilə etməyi qərara aldı. Yeni xanımın (Əhməd 

xanın qızı – E. Q.) sevimli hərəmağası  Ağahüseyndən narazı 

qüvvələrdən istifadə etməyə çalışan II İrakli ona sadiq olanlarla 

gizli  əlaqə saxlayaraq, vəziri hər hansı vasitə ilə hakimiyyətdən 

uzaqlaşdırmağı  və qalanın Xoy hakiminin əlinə keçməsinə imkan 

verməməyi tapşırmışdı (3, 234). Lakin o, Xoy xanından ehtiyat 

edərək hadisələrə açıq-açığına müdaxilə edə bilmirdi. 

Xoy hakiminin şəxsində İrəvanı özündən asılı vəziyyətə salan 

Osmanlı sultanı  tərəfdarlarına  şimaldan ola biləcək hər hansı 

hücumun qarşısını almaq üçün İrəvan qalasını  hərbi cəhətdən 

möhkəmləndirməyə çalışırdı.  Əhməd xan bu haqda İrəvana xüsusi 

fərman da göndərmişdi. Onun göstərişinə  əsasən,  İrəvan qalasının 

möhkəmləndirməsi, qala divarlarının təmiri, lazımi bina və qəsrlərin 

tikdirilməsi, qalanın müdafiəsinə lazım olan zəruri  şeylərin  əldə 

edilməsi ilə məşğul olmağa başlanılmışdı. Qalada müxtəlif toplar və 

digər hərbi sursatlar quraşdırılmışdı. Ərzaq anbarları 12 illik taxıl və 

digər azuqə ilə doldurulmuşdu. Qalanın bürcləri, divarları  və 

keçidlərinin mühafizəsi, darvazaların müdafiəsi inanılmış, məharətli 

adamlara tapşırılmışdı. Qalaya əlavə hərbi dəstələr yerləşdirilmişdi 

(48, 69-70). 

Xoylu  Əhməd xanın planları daha əhatəli və geniş idi. Bəhs 

olunan dövrdə o, ayrı-ayrı Azərbaycan xanlarını özündən asılı 

vəziyyətə salmaqla bərabər, rus-gürcü qüvvələrinə qarşı dura bilə-

cək yeganə qüvvə olaraq qalırdı. Lakin Əhməd xanın planları ya-

rımçıq qaldı. Belə ki, Xoy xanı və onun oğlu 1786-cı ilin fevralında 




100 

doğma qardaşı  Şahbaz xanın oğlanları  tərəfindən sui-qəsd nəticə-

sində öldürüldü (247, 208; 27, 133). 

Xoy xanlığında baş verən qarışıqlıqdan istifadə edən yerli 

müxalif qüvvələr daha da fəallaşdı.  Əhməd xan Dünbülü öldürül-

dükdən sonra vəzir Ağahüseyn  İrəvanda hakimiyyəti  ələ keçirmək 

üçün Məhəmməd xanı öldürməyi qərara aldı. O, qarabağlı İbrahim-

xəlil xanla gizli əlaqəyə girərək, onun yardımı ilə  İrəvan qalasını 

tutmaq niyyətində idi. Qarabağ qoşunları  Şərur çayı sahilində 

dayanaraq vəzirin işarəsini gözləyirdi. Bu sui-qəsdə makulu Əli 

soltan da qoşulmuşdu. Lakin vəzirin xana qarşı olan bu sui-qəsdinin 

üstü açıldı. Nəticədə  Ağahüseyn və onun yaxın tərəfdarları  ələ 

keçirilərək edam olundular (3, 19-20). 

Əslində  vəzirin və  tərəfdarlarının edamında bilavasitə 

II İraklinin əli olmuşdu. O, İrəvanda baş verən hadisələrdən istifadə 

edərək, tərəfləri barışdırmaq bəhanəsi ilə öz adamlarını  İrəvana 

göndərmişdi.  İrəvana gələn II İraklinin adamları qiyamçıların 

başçıları ilə  əlaqə yaradaraq, guya danışıqlar aparmaq məqsədilə 

onları İrəvan qalasına dəvət etdilər. Qalada Kartli-Kaxetiya çarının 

göndərdiyi  şəxslərin yardımı ilə  vəzir Ağahüseynə qarşı sui-qəsd 

planı hazırlanırdı. Nəticədə, Ağahüseyn gecə keşikçilərinin  əli ilə 

öldürüldü (161, 124). Bu hadisə 1786-cı ilin iyununda baş vermişdi 

(3, 20). Beləliklə, Məhəmməd xan bu təhlükədən xilas olsa da, 

İrəvan xanlığı yenidən II İrakliyə bac verməyə məcbur oldu. 

Hadisələrin gərgin olduğu bir vaxtda İrəvan xanlığı dağıs-

tanlılar tərəfindən hücum təhlükəsinə  məruz qaldı. Yuxarıda qeyd 

edildiyi kimi, Osmanlı emissarları  İrəvanı rus-gürcü birliyinin 

təcavüzündən qorumaq üçün Azərbaycan xanlarını  və Dağıstan 

hakimlərini Kartli-Kaxetiyaya yürüşə sövq etmək istəyirdi. Onların 

səyi nəticəsində bəzi Dağıstan hakimləri, qarabağlı İbrahimxəlil xan 

və digər Azərbaycan xanları bu təhlükəyə qarşı birləşmişdilər. Plana 

görə, Avar hakimi Ümmə xanın başçılığı ilə Dağıstan hakimləri bir 

tərəfdən,  İbrahimxəlil xan isə  bəzi Azərbaycan xanları ilə başqa 

tərəfdən Kartli-Kaxetiyaya hücum etməli idilər. Hətta onlar İrəvan 

əhalisini öz ərazilərinə köçürmək niyyətində idi (12, 19-20). Kartli-



101 

Kaxetiyaya yürüşün digər səbəbi İbrahixəlil xanla II İrakli arasında 

münasibətlərin pozulması idi. II İraklinin ruspərəst siyasəti, Gəncə 

və Naxçıvan xanlıqları üstündə onlar arasında baş verən müna-

qişələr tədricən düşmənçiliyə çevrilmişdi (82, 92-93; 54, 194-195). 

İbrahimxəlil xanın bu xanlıqlarda möhkəmlənmək cəhdi həm rus 

komandanlığının, həm də II İraklinin planlarına zidd idi. Lakin 

Qarabağ hakiminin Ümmə xanla qohumluğu II İraklinin açıq-

açığına ona qarşı  çıxmasına mane olurdu. Mirzə Camal Cavanşir 

yazır ki, «Gürcüstan valisinin…qədim ocaq, geniş torpaq və böyük 

dövlət sahibi olmasına baxmayaraq, o, İbrahimxəlil xanın məsləhə-

tindən kənara çıxmırdı. Çünki Avar və Dağıstan hakimi mərhum 

Ümmə xan və o yerlərin başqa hakimləri İbrahimxəlil xana yaxın və 

qohum olduqları üçün ona itaət edirdilər. Gürcüstan valisi ilə 

mərhum  İbrahimxəlil xanın arası pozulduğu zaman Ümmə xan və 

Dağıstan xanları  İbrahimxəlil xanın göstərişi üzrə böyük qoşunla 

Gürcüstana gedib, çoxlu ziyanlar verirdilər» (43, 125). 

Beləliklə, 1785-cı ilin sentyabrında Osmanlı sultanının təhriki 

ilə  Avar  hakimi  Ümmə xan 11.000 nəfərlik qoşunla Kartli-

Kaxetiyaya hücum etdi (178, 139). Sığnaq qalasını və Gümüşxananı 

zəbt edən Dağıstan qoşunları bir çox ətraf kəndləri qarət edə-edə 

əsirlərlə Ahalsıxa, Süleyman paşanın yanına gedərək, qışı orada 

qaldı. Onlar Osmanlı sultanından çoxlu xələt və  ənam aldılar (43, 

125). 


Dağıstanlıların Kartli-Kaxetiyaya hücumu İrəvan xanlığına da 

öz təsirini göstərmişdi. Bu xəbəri eşidən yerli əhalinin bir hissəsi 

İrəvan qalasına sığınmış, sərhəd kəndlərinin  əhalisi xanlığın 

içərilərinə köçmüş, digər hissəsi isə  əlçatmaz yerlərdə  sığınacaq 

tapmışdı. Məsələn, bu xəbəri eşidən pəmbəklilərin bir hissəsi 

İrəvanın içərilərinə, digər hissəsi isə Qars paşalığına köç etməyə 

başladı. Bu da Ahalsıx hakimi ilə İrəvan xanı arasında düşmənçiliyə 

səbəb oldu. Ahalsıx hakimi Süleyman paşa Dağıstan qoşununa 

arxalanaraq, Məhəmməd xana təzyiq göstərməyə başladı. O, İrəvan 

hakimini hədələyərək pəmbəklilərə məxsus əmlakın ona verilməsini 

tələb etdi. Lakin Məhəmməd xan onun tələbini nəinki yerinə 



Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə