Microsoft Word Irevan bolgesi doc



Yüklə 4,2 Mb.
Pdf görüntüsü
səhifə2/179
tarix15.03.2018
ölçüsü4,2 Mb.
#32454
1   2   3   4   5   6   7   8   9   ...   179

ayrı-ayrı dövrlərdə tərtib olunmuş xəritələrdə onun bəzi əraziləri öz 

əksini tapmamışdı. Bu da istər-istəməz əhalinin say tərkibinə ciddi 

təsir göstərmişdi. 

Monoqrafiyada arxiv sənədləri və digər ilkin mənbələr 

əsasında erməni müəlliflərinin  İrəvan bölgəsinin  əzəli Ermənistan 

ərazisi olması,  əhalinin etnik tərkibi baxımından ermənilərin üs-

tünlük təşkil etməsi barədə uydurduqları yalanları ifşa etmək və 

nəhayət bu xalqın  İrəvan  ərazisinə  gəlmə olduqlarını sübut 

etməkdir. Məhz bu baxımdan monoqrafiya Azərbaycan tarixinin ağ 

səhifələrinin doldurulması baxımından elmi-praktiki əhəmiyyətə 

malikdir. 

Monoqrafiyanın yazılmasında müxtəlif səpkili qaynaqlardan – 

yerli, Osmanlı, erməni, rus, gürcü mənbələrindən və  bəzi səyyah 

məlumatlarından istifadə edilmişdir. Qeyd etmək lazımdır ki, 

haqqında bəhs etdiyimiz dövr çərçivəsində İrəvan bölgəsinin bu və 

ya digər məsələlərinə toxunarkən, problemin həllinə kömək 

məqsədilə müqayisə üçün XVII yüzilliyə aid bəzi qaynaqlar da elmi 

dövrəyyə cəlb olunmuşdu. 

XVIII yüzilliyin birinci yarısına aid İrəvan bölgəsi haqqında 

məlumat verən qiymətli mənbələrdən biri anonim tarixçi tərəfindən 

yazılmış “Təzkirət-əl-mülk”  əsəridir. Bu mənbənin Azərbaycan 

Milli Elmi Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun 

Elmi Arxivində saxlanılan və Ə.Rəhmani tərəfinfən tərcümə edilmiş 

nüsxəsindən istifadə edilmişdir (61). Əsər Səfəvilər dövlətinin 

böyük bir hissəsini  ələ keçirmiş  əfqan-gilzayilərin başçısı  Əşrəfin 

sifarişi ilə naməlum müəllif tərəfindən 1725-1729-cu illər arasında 

tərtib edilmişdi. Səfəvilərin dövlət quruluşuna aid yazılmış bu əsər 

çox dəyərli mənbədir. Mənbədə Azərbaycan bəylərbəyliklərindən 

olan,  İrəvan bölgəsinin də daxil olduğu Çuxursəd bəylərbəyliyi 

haqqında da məlumat verilmişdi. Burada ona tabe olan inzibati-

ərazilər, ayrı-ayrı  ərazilərin hərbi qüvvələri və  gəlirləri haqqında 

məlumata rast gəlmək olar. 

XVIII yüzilliyin birinci yarısına aid İrəvan bölgəsinin mahal-

ları,  əhalisi, vergi və mükəlləfiyyətləri haqqında fikir yürütməyə 

imkan verən mənbələrdən biri “İrəvan  əyalətinin icmal dəftəri”dir 




(38). Qeyd etmək lazımdır ki, 1724-cü ilin payızında  İrəvanı  ələ 

keçirən Osmanlı dövləti bölgəni öz qanun-qaydasına tabe etmək və 

gəlir mənbələrini müəyyənləşdirmək üçün 1728-ci ildə siyahıya-

alınma keçirdi. Siyahıyaalınmada  İrəvan bölgəsinin inzibati-ərazi 

quruluşu,  əhalinin sayı, etnik, dini və sosial tərkibi, məşğuliyyəti, 

kənd və  şəhərləri haqqında məlumat toplanılmışdı. Bu məlumatlar 

əsasında qarşıya qoyduğumuz problemləri araşdıra bilərik. Lakin 

siyahıyaalınma keçirilən dövrün real mənzərəsini  əks etdirən bu 

mənbəyə tənqidi yanaşmaq lazımdır. 

Əsərin yazılmasında yerli mənbələrin də xüsusi yeri vardır. 

Belə  mənbələrdən Azərbaycan Milli Elmlər Akademiyasının 

A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Arxivində saxlanılan 

«İrəvanlı Hüseynəli xanın məktubları»  əsərini xüsusi qeyd etmək 

lazımdır (48). Bu məktubların məzmunundan bəhs etməzdən əvvəl 

onları toplayan müəllif haqqında qısaca məlumat verək: «Mək-

tub»ların müəllifi Məhəmməd Müslüm (Qüdsi) İrəvanda anadan 

olmuş  və  təhsilini davam etdirmək üçün bir müddət  İsfahanda 

yaşamışdı. Təhsilini başa vurduqdan sonra öz vətəninə qayıdan 

Məhəmməd Müslüm 1781-ci ildə Hüseynəli xan (1759-1783) 

tərəfindən xan divanxanasının mirzəsi təyin edilmiş və ona mühüm 

sənədlərin mühafizəsi tapşırılmışdı. Bir müddət bu vəzifədə çalışan 

Məhəmməd Müslüm Məhəmməd xanın (1784-1805) dövründə vəzir 

təyin olunmuşdu. O, vəzir vəzifəsini yerinə yetirməklə  bərabər, 

müxtəlif illərdə yazılmış köhnə məktubların bir yerə toplanması və 

qaydaya salınması göstərişini də almışdı. Lakin Məhəmməd Müs-

lümün vaxtı olmadığından məktubların üzünün köçürülməsini bir 

münşiyə tapşırılmışdı. Beləliklə, yeni vəzirin səyi nəticəsində həmin 

məktublar bir yerə toplanmış  və dövrümüzə  «İrəvanlı Hüseynəli 

xanın məktubları» adı altında gəlib çatmışdır. 

Əsərin «İrəvanlı Hüseynəli xanın məktubları» adlanmasına 

baxmayaraq, bu sənədlər arasında onun oğlanları Qulaməli xana və 

Məhəmməd xana məxsus xeyli məktublar da vardır. Burada İrəvan 

hakimlərinin Osmanlı sultanına, paşalarına, Kartli-Kaxetiya çarı II 

İrakliyə, Xoy xanı  Əhməd xan Dünbüliyə, Qarabağlı  İbrahimxəlil 

xana yazmış olduqları  məktublar və xanlığın daxili işləri ilə bağlı 




verdikləri  əmr və göstərişləri toplanmışdır. Məktublardan  İrəvan 

xanlığının siyasi, iqtisadi, ticarət əlaqələrindən, idarəçilik sistemin-

dən, torpaq mülkiyyət formalarından, vergi və  əhali haqqında 

məlumat əldə edə bilmişik. Qeyd etmək lazımdır ki, bu sənədlərin 

İrəvan xanlığı ilə bağlı  bəzi məqamların işıqlandırılmasında 

əhəmiyyəti misilsizdir. 

Tanınmış  səyyah və coğrafiyaşünas Hacı Zeynəlabdin  Şir-

vanlının «Bustan-üs-səyahət» adlı səyahətnaməsinin də bu monoq-

rafiyanın yazılmasında böyük əhəmiyyəti vardır.  Əslən  şamaxılı 

olan H.Z.Şirvanlı ömrünün 40 ilini səyahətdə keçirmişdi. O, Azər-

baycan, Orta Asiya, İran, İraq, Əfqanıstan, Fələstin, Osmanlı dövləti 

və s. ölkələrdə olmuş  və gördükləri haqqında qeydlər aparmışdır. 

Bu qeydlər əsasında səyyah bir neçə əsər yazmışdır. Onlardan biri 

də «Bustan-üs-səyahət» adlı  səyahətnamədir (65). H.Z.Şirvanlı bu 

əsəri 1832-ci ildə yazmış  və  əsər onun ölümündən sonra-1896-cı 

ildə Tehranda nəşr olunmuşdur. Səyahətnamənin IV fəslində 

Azərbaycanın 30-a qədər şəhər, kənd və s. yaşayış məntəqəsi təsvir 

edilmiş,  əlifba sırası ilə onların təsviri izahı verilmişdir. Onun 

İrəvan haqqında verdiyi məlumatı xüsusilə əhəmiyyətlidir. 1826-cı 

ildə  İrəvanda olan səyyah səyahətnaməsində buranın Azərbaycan 

ərazisi olduğunu,  əhalinin türkcə danışdığını  və burada çox az 

xristian əhalisinin yaşadığını xüsusi qeyd etmişdir. Bu faktın özü də 

erməni müəlliflərinin  İrəvanda erməni  əhalisinin güya ki, çoxluq 

təşkil etməsi haqqında boşboğazlığına tutarlı cavabdır. 

İrəvan xanlığının tarixi ilə bağlı bir çox məsələlər Qarabağ 

xanlığı tarixindən bəhs edən müəlliflərin  əsərlərində  də öz əksini 

tapmışdı. Səlnamə xarakterli bu əsərlər Nazim Axundov tərəfindən 

toplanaraq 2 kitabda «Qarabağnamələr» adı ilə 1989-cu və 1991-ci 

illərdə  nəşr edilmişdir. Bu nəşrlərdə toplanmış Mirzə Adıgözəl 

bəyin, Mirzə Camal Cavanşirin,  Əhməd bəy Cavanşirin, Mirzə 

Yusif Qarabağinin, Mir-Mehdi Xəzaninin  əsərlərində (51; 43; 26; 

44; 37) Ağa Məhəmməd  şah Qacarın yürüşləri  ərəfəsində  Cənubi 

Qafqazdakı siyasi vəziyyət, İrəvan xanı da daxil olmaqla bəzi xanla-

rın ona qarşı ittifaq yaratmasından,  İrəvan xanlığının  şah qoşun-

larına müqaviməti, birinci və ikinci Rusiya-Qacar müharibələri 




Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə