Microsoft Word Irevan bolgesi doc



Yüklə 4,2 Mb.
Pdf görüntüsü
səhifə4/179
tarix15.03.2018
ölçüsü4,2 Mb.
#32454
1   2   3   4   5   6   7   8   9   ...   179

11 

(RİXSA) və Matenadarandan toplanmış  zəngin məlumatlar vardır. 

Burada rus zabitlərinin  İrəvan xanlığı haqqında kəşfiyyat məlu-

matları, irəvanlılara xəyanət edən ermənilərin məktubları toplan-

mışdı. Bu sənədlərdə  İrəvan xanlığının qonşu xanlıqlar və döv-

lətlərlə siyasi münasibətləri,  əhali haqqında məlumatlar öz əksini 

tapmışdır. Lakin toplunun adından göründüyü kimi, müəlliflər bu 

arxiv sənədlərinin hamısını ermənilərin adına çıxmışdılar. Halbuki 

onların çox böyük əksəriyyətinin ermənilərə heç bir dəxli yoxdur. 

Sənədlərin çoxu Rusiya-Azərbaycan münasibətlərinə aiddir. 

«Şərqi Ermənistanın Rusiyaya birləşdirilməsi» adlı digər 

sənədlər toplusunda isə 1801-1813 cü illərdə baş vermiş hadisələrlə 

bağlı arxiv sənədləri toplanmışdır (398). Topluda RDHTA, 

Gürcüstan DTA və Ermənistandakı Matenadarandan götürülmüş 

sənədlər nəşr olunmuşdu. Sənədlər içərisində  İrəvan xanlığının 

Rusiya, Qacar və Osmanlı dövlətləri ilə siyasi münasibətlərinə aid 

arxiv materialları da vardır. Toplunun adından da göründüyü kimi, 

çap edilmiş  sənədlərdə yalnız  İrəvan xanlığından söhbət getdiyi 

haldı, ermənilər bu xanlığı heç bir əsası olmadan Şərqi Ermənistan 

kimi qələmə vermişdılər. 

Q.Ezovun 1898-ci ildə nəşr etdirdiyi “Böyük Pyotrun erməni 

xalqı ilə əlaqəsi” adlı sənədlər külliyyatında (501) İrəvan bölgəsinin 

XVIII yüzilliyin əvvəlləri tarixinə aid məlumatlar da öz əksini tap-

mışdı. Bu sənədlərin də böyük əksəriyyətinin ermənilərlə heç bir 

əlaqəsi yoxdur. Müəllif külliyyatda istifadə etdiyi sənədləri sax-

talaşdırmış, alban kilsə xadimlərinin və alban məliklərinin Rusiya 

dövləti ilə münasibətlərini erməni xalqının Rusiya ilə  əlaqəsi kimi 

qələmə vermişdir. 

Mövzunun tədqiqində S.İrəvanlının 1958-ci ildə Moskvada 

nəşr olunmuş «Cambr» adlı  əsərindən də istifadə edilmişdi (187). 

1763-1780-ci illərdə erməni katolikosu olmuş S.İrəvanlının bu əsəri 

əsasən Üçmüəzzinin tarixinə, onun təsərrüfat həyatına, mülkiyyət 

məsələlərinə  həsr edilsə  də, burada bütövlükdə  İrəvan bölgəsinin 

siyasi və iqtisadi həyatı haqqında xeyli faktlar toplanmışdır. Məhz 

bu baxımdan həmin mənbə  İrəvan xanlığının XVIII yüzilliyin 60-

80-ci illərini öyrənmək üçün böyük əhəmiyyət kəsb edir. 




12 

Nəşr olunmuş erməni mənbələrindən biri də Yeqor Xubovun 

«Ermənistanda unudulmaz hadisələrin təsviri»  əsəridir (494). Əsər 

1811-ci ildə Sankt – Peterburqda çap olunmuşdur. Erməni katoli-

kosu Simonun bacısı  oğlu olan Y.Xubov birinci İrəvan yürüşünün 

canlı  şahidi idi. O, Məhəmməd xanın  şah qoşununa qarşı mübari-

zədə kömək almaq məqsədilə rus komandanlığı ilə aparılan danı-

şıqlarda nümayəndə heyətinin tərkibində  iştirak etmişdi. Çoxsaylı 

mal-mülk sahibi, o cümlədən geniş bağ sahəsi olan Y.Xubov son-

ralar ruslar tərəfinə keçmişdi. 1779-cu ilin sentyabrında Hüseynəli 

xanla II İrakli arasında baş vermiş döyüş və onun acı nəticələri ilə 

bağlı hadisələrin təsviri ilə başlayan bu əsəri qısa olsa da, 1796-cı 

ildə qraf V.Zubovun başçılığı ilə rus qoşunlarının Azərbaycana 

hücumu, Ağa Məhəmməd şah Qacarın İrəvan və Naxçıvan xanlarını 

cəzalandırması,  İrəvan hakimi Məhəmməd xanın xanlığın müs-

təqilliyini qorumaq naminə Rusiya və Qacar dövlətləri arasında 

manevrlər etməsi,  İrəvanda hakimiyyət dəyişikliyi kimi məsələlər 

burada ətraflı təsvir edilmişdir. Lakin erməni ənənəsinə sadiq qalan 

Y.Xubov heç bir əsası olmadan İrəvan xanlığı  ətrafında cərəyan 

edən hadisələri Ermənistanda baş verən olaylar adlandırmışdı. 

Əsərin adı ilə məzmununun uyğun gəlməməsi erməni saxtakarlığını 

ifşa etmək üçün də əla faktdır. 

Erməni mənbələrindən biri də «A.Araratlının həyatı» adlı 

əsərdir (86). Memuar xarakterli bu əsərdə XVIII yüzilliyin 70-90-cı 

illərində  İrəvan xanlığının tarixi ilə bağlı maraqlı faktlar öz əksini 

tapmışdır.  Əsərdə 1779-cu ildə Kartli-Kaxetiya çarı II İraklinin 

İrəvana üçüncü yürüşü, bu yürüşün acı  nəticələri öz əksini tap-

mışdır. Daha sonra mənbədə 1785-ci ildə dağıstanlıların Kartli-

Kaxetiyaya yürüş zamanı onların  İrəvana hücumları, Ağa Məhəm-

məd  şah Qacarın Cənubi Qafqaza yürüşü, bu yürüşə qarşı  İrəvan 

hakimi Məhəmməd xanın gördüyü tədbirlər haqqında xeyli məlu-

matlar vardır. 

İrəvan bölgəsi ilə bağlı  bəzi sənədlərdən ibarət toplu “XIX 

əsrdə Ermənistanda kəndli hərəkatı” adı ilə 1948-ci ildə  nəşr 

olunmuşdu (237). Bu topluda XIX yüzilliyin 30-50-ci illərdə İrəvan 



13 

bölgəsində baş vermiş hakimiyyətə  və yerli bəylərə qarşı  kəndli 

hərəkatı haqqında xeyli arxiv materialı toplanmışdı. 

Monoqrafiyanın yazılmasında Rusiya qaynaqlardan da 

istifadə olunmuşdur.  İrəvan bölgəsinin siyasi tarixini öyrənmək 

üçün Rusiya Dövlət Hərbi Tarix Arxivindən (RHTA), Rusiya 

İmperiyasının Xarici Siyasət Arxivindən (RİXSA), Rusiya Elmlər 

Akademiyasının Arxivindən gətirilmiş  və hal-hazırda Azərbaycan 

Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun 

Elmi Arxivində saxlanılan sənədlərdən istifadə olunmuşdur (2; 3; 4; 

5; 6;7; 8; 9; 10; 11; 12; 13; 14; 15; 16). Bu arxiv sənədləri XVIII 

yüzilliyin 40-ci illərin sonlarından xanlıq işğal olunana qədər keçən 

bir dövrü özündə əks etdirir və İrəvan xanlığının Rusiya, Qacar və 

Osmanlı dövlətləri, Kartli-Kaxetiya çarlığı, Xoy, Qarabağ, Nax-

çıvan xanlıqları ilə siyasi və iqtisadi münasibətləri öz əksini 

tapmışdır. Bu qiymətli sənədlərə rus komandanlığının yüksək 

rütbəli zabitlərinin və ermənilərin  İrəvanla bağlı müxtəlif illərdə 

mərkəzə göndərdikləri məlumatları, Osmanlı paşalarının  İrəvan 

hakimlərinə yazdıqları məktubları, Kartli-Kaxetiya çarı II İraklinin 

məktubları aiddir. 

Azərbaycan Respublikası DTA-nın 24-cü fondunda saxlanılan 

1 saylı sənəddə baş komandan general-adyutant Paskeviçin general 

adyutant Spyaginə  məktubunu  əldə etmişik (18). Həmin məktubda 

İrəvan qalasının işğalı ilə bağlı bəzi məqamlar öz əksini tapmışdır. 

Monoqrafiyanın yazılmasında arxiv materialları ilə  bərabər 

müxtəlif illərdə çap olunmuş qaynaqlardan da istifadə olunmuşdur. 

Belə qaynaqlardan ən zəngini XIX yüzilliyin ikinci yarısında 

A. Berjenin redaktorluğu ilə toplanan 12 cilddən ibarət sənədlər top-

lusu-“Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları” adlı topludur. 

Monoqrafiyanın yazılmasında həmin toplunun on bir cildindən 

istifadə olunmuşdu. QAKA külli miqdarda rəsmi və qeyri-rəsmi 

sənədlərdən ibarətdir. “Aktlar”da toplanılmış  sənədlərin hər biri 

ayrı-ayrılıqda qiymətli məlumat mənbəyidir. Bu sənədlər bizə 

İrəvan bölgəsinin XVIII yüzilliyin ikinci yarısından XIX yüzilliyin 

ortalarına qədər siyasi-iqtisadi tarixi, inzibati-ərazi quruluşu, torpaq 



Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə