75
qorxmadan öz evlərinə qayıtmağa icazə verildi. Çoxlu danışıq, söz-
söhbətdən sonra əhali dağlardan enməyə və itaət etməyə razılıq
verdi. Onlarla razılığa gəldiklərinə əmin olan xan adamları əhalini
öz yerlərinə qayıtmağa nəzarət etmək məqsədilə orada 40 nəfərlik
dəstə saxlayaraq, qalan qoşunla geri qayıtdılar. Lakin əsas qoşun
hissələri getdikdən sonra qiyamçılar Qarabağdan aldıqları köməklə
birlikdə orada saxlanılan dəstəyə hücum edərək onların hamısını
qılıncdan keçirdilər və əmlaklarını qarət etdilər. Bu xəyanətkar
hərəkəti eşidən Hüseynəli xan dərhal oraya yenidən qoşun göndərdi.
Nizami qoşun qəti hücuma keçərək qiyamçıları məğlub etdi. Qalib
gəlmiş xanın qoşunu qiyamçıların əmlakını və mal-qarasını qarət
etdi (48, 87). Qeyd etmək lazımdır ki, bu qiyamın yatırılmasında II
İraklinin də köməyi olmuşdu. O, qiyamın qarşısını almaq üçün
sərkərdələrindən birini İrəvana göndərmişdi (48, 97-98). Oeyd edək
ki, bu qiyam 1782-ci ilin baharında və yayında olmuşdu.
Müdaxilələr nəticəsində güclü dağıntıya məruz qalmış xanlıq
təsərrüfatını bərpa etməklə məşğul olan Hüseynəli xan tezliklə
qonşu Naxcıvan xanlığında baş verən siyasi hadisələrə qoşuldu.
Qeyd etmək lazımdır ki, XVIII yüzilliyin 80-ci illərin əvvəllərində
bir tərəfdən xoylu Əhməd xan Dünbülü, digər tərəfdən isə qarabağlı
İbrahimxəlil xan, Kartli-Kaxetiya çarı II İrakli və İrəvan hakimi
Hüseynəli xan arasında Naxçıvan xanlığında möhkəmlənmək
uğrunda mübarizə başlamışdı. Müttəfiqlərin səyi nəticəsində kən-
gərli tayfasından olan Abbasqulu xan hakimiyyətə gəlmişdi (34,
49).
Lakin bununla razılaşmayan Xoy hakimi Əhməd xan Naxcı-
van xanlığının daxili işlərinə qarışmaq üçün fürsət axtarırdı. Bu
məqsədlə Əhməd xan naxçıvanlı Abbasqulu xandan torpaq iddiası
edərək, həmin xanlığın tərkibinə daxil olan Nazik və Şükürlü
kəndlərini ona güzəştə getməyi tələb etdi. Onun bu tələbi Abbas-
qulu xan tərəfindən rədd edildi. Rədd cavabı alan Əhməd xan
qoşunlarını Naxçıvan xanlığının sərhədlərinə yeritdi. Güclü Xoy
qoşunlarına müqavimət göstərmək iqtidarında olmayan Abbasqulu
xan Naxçıvanı tərk edərək Zəngəzura çəkildi. Lakin Əhməd xan
76
Naxçıvanda çox qala bilmədi. İrəvanlı Hüseynəli xan Əhməd xana
məktub yazaraq Naxçıvandan çıxmağı tələb etmiş, əks-təqdirdə ona
qarşı hərbi əməliyyata başlayacağı ilə hədələmişdi (3, 220). Bunun
ardınca İrəvan hakimi Naxçıvana qoşun yeritmişdi. Hüseynəli xanın
bu addımının İbrahimxəlil xan və II İrakli tərəfindən müdafiə
edildiyini başa düşən Əhməd xan Naxçıvanı tərk etdi. Lakin İrəvan
qoşunu da burada çox qala bilmədi. Abbasqulu xanın yenidən
Naxçıvana qayıtması irəvanlıların buranı tərk etməsinə səbəb oldu
(3, 220).
Hakimiyyətə yenidən qayıdan Abbasqulu xanın siyasəti də
yerli əhalinin narazılığına səbəb olmuşdu. Onun hətta öz qohumları
ilə münasibətləri çox kəskin idi. Tezliklə, Abbasqulu xan yenidən
Naxçıvanı tərk etmək məcburiyyətində qaldı. Hüseynəli xan
Naxçıvan dövlət başçılarına, əyanlarına göndərdiyi məktubunda
«…Abbasqulu xanın qohum-əqrəbələrinin ona olan pis münasi-
bətləri ilə əlaqədar olaraq öz ana vətəni Naxçıvanı tərk etməyə
məcbur olduğunu» yazmışdı (48, 11).
Naxçıvanda olan qarışıqlıqdan istifadə edən Əhməd xan
İsfahan hakimindən hərbi kömək alaraq, onun sərkərdəsi Gülşirəli
xanın başçılığı altında Naxçıvana qoşun göndərdi. Bu qoşunların
köməyi ilə Abbasqulu xanın əmisi oğlu Cəfərqulu xan Naxçıvanda
hakimiyyətə gətirildi (3, 220).
Hakimiyyətdən uzaqlaşdırılan Abbasqulu xan isə İrəvana
gəlmişdi və dost-tanışları ilə məsləhətləşdikdən sonra Tiflis sara-
yına pənah aparmışdı. O, hakmiyyəti geri qaytarmaq üçün II
İraklidən hərbi yardım istəyirdi. Kartli-Kaxetiya çarı isə onun
vəziyyətini həll etmək üçün öz nümayəndələrini xüsusi məktubla
Hüseynəli xanın yanına göndərdi. Məktubda o, Hüseynəli xana
nümayəndələrlə məsləhətləşib Abbasqulu xanın məsələsini həll
etməyi tapşırmışdı (48, 11-13). Lakin bölgədə qüvvələr nisbətinin
dəyişməsi, ilk növbədə də Hüseynəli xanın ölümü İrəvanı bu
mübarizədən kənarda qoydu.
Yuxarıda gətirilən materiallardan belə nəticə çıxarmaq olar ki,
İrəvan hakimi Hüseynəli xan xarici siyasətində Azərbaycan
77
xanlıqlarının əksəriyyəti ilə əsasən dostluq münasibətləri saxlamağa
çalışırdı. Onun yazdığı məktublardan görünür ki, xan ömrünün son-
larına yaxın xoylu Əhməd xanla, qarabağlı İbrahimxəlil xanla
münasibətlərini nizama sala bilmişdi. Naxçıvanda baş vermiş ha-
disələrdə mənafelərinin toqquşmasına, II İrakli ilə Əhməd xan Dün-
bülünün düşmənçiliyinə baxmayaraq, Hüseynəli xanla Xoy xanı
arasında səmimi münasibətlər yaranmışdı. Xanlar yazdıqları mək-
tublarında dostluqdan bəhs edir və bir-birinə hədiyyələr göndərir-
dilər. Hətta Hüseynəli xan böyük oğlu Qulaməlini Əhməd xanın
qızı ilə evləndirməklə onunla qohum olmaq niyyətində idi (48, 13-
21). Görünür, bu nikahla Hüseynəli xan güclü Xoy xanının hərbi
qüvvəsindən yararlanmaq istəyirdı. Lakin Hüseynəli xanın qəfl
ölümü bu niyyətin həyata keçməsinə mane oldu.
İrəvan xanlığının Qarabağ xanlığı ilə münasibətləri çox zaman
dəyişkən olmuşdu. Yuxarıda Hüseynəli xandan əvvəlki dövrləri
izlədikdə görürük ki, Qarabağ xanları daim İrəvan xanlığını ələ
keçirməyə çalışmışdılar. Qarabağ xanlığının banisi Pənahəli xan
İrəvanın çətin vəziyyətindən istifadə edərək Göyçə gölündən şərqdə
yerləşən, Tərtər çayına qədər torpaqları ələ keçirib öz xanlığına
qatmışdı. «Qarabağnamə» müəlliflərinin əksəriyyəti iddia edir ki,
İbrahimxəlil xan başqa ərazilərlə birlikdə İrəvanı da öz təsirinə
almışdı. Guya burada kimi istəsə işdən götürmək, yenisini təyin
etmək onun əmri ilə icra edilirdi (51, 48; 43, 120-121; 44, 24; 37,
126). Lakin Qarabağ xanları xanlıq daxilində baş verən hadisələrdən
yararlanaraq İrəvanda möhkəmlənməyə çalışsalar da, heç zaman
buna nail ola bilməmişdilər. Bunun əsas səbəblərindən biri bölgə
uğrunda güclü Qarabağ xanlığı ilə mübarizə aparan, Rusiya döv-
lətinə arxalanan Kartli-Kaxetiya çarının İrəvanda təsirinin böyük
olması idi. İkincisi, Rusiya və Osmanlı dövlətləri arasındakı
münasibətlər də bu cür vəziyyətin yaranmasında böyük rol oyna-
mışdı. Bu münasibətlərdə xüsusilə İrəvan xanlığı uğrunda mübarizə
əsas yeri tuturdu. Digər tərəfdən, bacarıqlı dövlət xadimi Hüseynəli
xan bölgədə baş verən hadisələri düzgün qiymətləndirir, İbrahim-
xəlil xanla dostluq münasibətləri saxlayırdı. İrəvan hakiminin onun
Dostları ilə paylaş: |