Microsoft Word Irevan bolgesi doc



Yüklə 4,2 Mb.
Pdf görüntüsü
səhifə28/179
tarix15.03.2018
ölçüsü4,2 Mb.
#32454
1   ...   24   25   26   27   28   29   30   31   ...   179

84 

bildirilirdi. Mənbədə göstərilir ki, 1783-cü il noyabrın 9-da Hü-

seynəli xan qəflətən xəstələnərək vəfat etdi. Onun cənazəsi Bağdada 

aparılaraq orada dəfn edildi (Ola bilsin ki, xanın öz vəsiyyətinə görə 

– E. Q.) (90, 274; 4, 342). Bəzi sənəddə xanın oktyabrın 25-də gecə 

saat 5-də  vəfat etdiyi göstərilir (48, 113-114; 4, 341). Əgər 

Hüseynəli xanın oktyabrın axırı-noyabrın əvvəllərində İrəvana gəl-

miş qraf Apraksinlə görüşdüyünü nəzərə alsaq, onda onun noyabrın 

9-da vəfat etdiyini qəbul edə bilərik. 

Beləliklə, Hüseynəli xan hakimiyyətdə olduğu müddətdə 

İrəvan xanlığının müstəqilliyini qorumağa çalışmış, hər cür təzyiq-

lərə və müdaxilələrə qarşı mübarizə aparmışdı. O, bu yolda balans-

laşdırma siyasəti yeridərək, bölgə  uğrunda Rusiya-Osmanlı  rəqbə-

tindən də səmərəli istifadə edə bilmişdi. 



 

 

2.2. İrəvan xanlığı Qulaməli xanın hakimiyyəti 

dövründə 

 

Hüseynəli xanın qəflətən ölümü İrəvanda böyük çaxnaşma 



yaratmışdı. Onun dəfnindən istifadə edən bir dəstə şəxs hakimiyyəti 

ələ keçirməyə cəhd etdi. Qeyd etmək lazımdır ki, İrəvan hakiminin 

vəfatından sonra onun bir neçə  oğlu qalmışdı. Osmanlı  sənədində 

göstərilir ki, Hüseynəli xanın 15 yaşlı oğlu Qulaməli atasının dəfni 

ilə məşğul olarkən yerli əyanlardan Usmi bəy tərəfdarları ilə üsyan 

qaldıraraq  İrəvan qalasını  ələ keçirmişdi (72, 74). Lakin mərhum 

Hüseynəli xana sadiq olan qüvvələrin təzyiqi nəticəsində hakimiy-

yəti qeyri-qanuni zəbt etmək istəyən qüvvələr geri çəkilməyə 

məcbur olmuşdu. Həmin qüvvələrin II İrakliyə ayrı-ayrı vaxtlarda 

göndərdiyi iki məktub da bunu bir daha sübut edir. Bu məktublar 

varis məsələsində İrəvanın daxili işlərinə qarışmamaq üçün çara bir 

xəbərdarlıq idi. Birinci məktubda irəvanlılar mərhum xana sadiq 

olacaqlarını, onun övladlarından başqa birisinə itaət etməyəcək-

lərini, yalnız taxt-tacda onun varislərindən birinə  sədaqətli 

olacaqlarına and içəcəklərini bildirmişdilər (48, 57-58). İkinci 



85 

məktub isə 158 nəfərin imzası ilə yazılmışdı. Bu məktubda isə 

İrəvan ağsaqqalları Qulaməli xanın namizədliyini dəstəklədiklərini 

göstərmişdi. Məktubda Hüseynəli xanın xəstəlikdən ölməsindən, 

İrəvanda baş verən qarışıqlıqdan bəhs edilir və II İrakliyə Qulam-

əlinin xan seçilməsinə  dəstək verməsi xahiş olunurdu. Məktubun 

sonunda deyilirdi: «…ali həzrət, vəlinemətin daima kölgə salan 

qüdrətindən xahiş olunur ki, özünüzün cənnətməkan Hüseynəli xana 

bəslədiyiniz məhəbbət, mehribanlıqla  əlaqədar olaraq bu vilayətin 

arzusuna müvafiq Çuxursəd,  İrəvan hökmranlığı  fərmanını 

mərhumun ali şöhrətli böyük oğlunun adına bəxşiş  və ehsan 

edəsiniz. Eyni zamanda Çuxursəd,  İrəvan  əhalisi adına mərhumun 

oğluna tabe olması  və itaət etməsi haqqında yenidən fərman 

verilməsi xahiş olunur» (48, 113-114; 4, 341; 250, 110). 

Əslində II İrakliyə göndərilən bu məktublar formal xarakter 

daşıyırdı. Çünki hər iki məktubun məzmunundan görünür ki, xan 

ailəsinə sadiq olan qüvvələr yalnız onun varislərinə itaət edəcəyini 

qəti bildirmiş və Tiflis sarayına nümayəndə heyəti göndərməmişdən 

qabaq Qulaməlinin namizədliyini dəstəkləyərək hakimiyyətə 

gətirmişdilər. Yuxarıda göstərilən müqaviləyə  əsasən Hüseynəli 

xandan sonra onun hakimiyyətə  gələn hər hansı varisi II İrakli 

tərəfindən təsdiq edilməli idi. Lakin xana sadiq olan qüvvələrin II 

İrakliyə bu məqsədlə müraciət etməsi çox güman ki, Hüseynəli 

xanın vəfatından sonra İrəvanda qarışıqlıq düşməsindən və bundan 

istifadə edərək Kartli-Kaxetiya çarının müdaxiləsindən ehtiyat 

etmələri idi. İrəvan əhalisinin mərhum xanın böyük oğlu Qulaməlini 

dəstəklədiklərini görən II İrakli onların iradəsi ilə razılaşmağa 

məcbur olmuşdu. Məhz bu səbəbdən o, kürəkəni Baqrationu 

fərmanla, qiymətli hədiyyələrlə İrəvana göndərərək, Qulaməlini xan 

kimi tanıdığını bildirmişdi (4, 342; 472, 5; 499, 164; 35, 69). 

Qulaməli xanın (1783-1784) səkkiz aylıq hakimiyyəti  İrəvan 

xanlığının  ən ziddiyyətli dövrlərindəndir. Onun hakimiyyəti 

dövründə xanlıqda öz mövqeyini möhkəmləndirmək üçün Osmanlı 

dövləti ilə Rusiya qüvvələri arasında gizli mübarizə gedirdi. 

Qulaməli xanın çox gənc və təcrübəsiz olmasından istifadə edən bu 



86 

iki dövlət  İrəvan hakimini öz tərəfinə  çəkməyə çalışırdı.  Əgər 

Hüseynəli xan hər iki tərəf arasında bitərəf mövqe tuturdusa, 

Qulaməli xanın dövründə İrəvan xanlığı Osmanlı dövləti ilə daha da 

yaxınlaşdı. Bu dövrdə Cənubi Qafqazda Osmanlı təbliğatı daha da 

güclənmişdi. Xanın cavan və  təcrübəsiz olmasını  nəzərə alan bəzi 

Osmanlı paşaları II İraklinin  İrəvanı  ələ keçirəcəyindən narahat 

olaraq onunla sıx  əlaqə saxlayırdılar. Atasının ölümü ilə  əlaqədar 

olaraq başsalığına gəlmiş Ahalsıq,  Ərzurum, Qars və  Bəyazid 

paşalıqlarının nümayəndələri fürsətdən istifadə edərək Qulaməli 

xanla danışıqlar aparırdılar (3, 285). 

Digər tərəfdən, Osmanlı sarayı müxtəlif hədiyyə  və  məktub-

larla öz emissarlarını Azərbaycana və Dağıstana göndərməkdə 

davam edirdi. 1783-cü ilin sonu-1784-cü ilin əvvəllərində  Xəlil 

Əfəndinin başçılığı ilə bir Osmanlı nümayəndəliyi gizli olaraq 

Cənubi Qafqaza gəlmişdi (250, 147-148; 247, 203). Xəlil  Əfəndi 

İrəvanda da olmuşdu. Onun Qulaməli xanla danışıqları müsbət 

nəticə vermişdi. Qulaməli xan Çıldır valisi Salman paşaya yazdığı 

məktubda osmanlılarla həmrəy olduğunu bildirərək, Azərbaycanda 

baş verən hadisələr barədə ona qiymətli məlumat göndərmişdi. 

Məktubdan görünür ki, sultan Qulaməli xanı öz tərəfinə  çəkmək 

üçün onu mir-e-miran (?) vəzifəsi ilə  təltif etmiş, eyni zamanda 

Osmanlı paşalarına zəruri vaxtlarda ona hərtərəfli yardım 

göstərmələri haqqında əmr verilmişdi (48, 68-69). 

Beləliklə, Osmanlı  təbliğatı  nəticəsində Qulaməli xanın 

II İrakliyə münasibəti dəyişdi. Rusiyanın Tiflis sarayındakı nüma-

yəndəsi S.D.Burnaşov P.S.Potyomkinə yazırdı ki, «İrəvan xanlığın-

dan gələn məlumata  əsasən, Qulaməli xanın çara olan münasibəti 

birdən-birə  dəyişmiş  və indi o, türklərə meyl edir» (3, 15). Daha 

sonra o, 1784-cü il 9 fevral tarixli məktubunda həyacanla «Xanlar 

birləşib bir istiqamətdən, osmanlılar isə digər istiqamətdən  İrakli 

üzərinə hücuma keçmək fikrindədirlər.  İrakli isə  əks tədbirlər 

görməlidir. Çünki İrəvan xanı cavan və  təcrübəsiz olduğu üçün 

ondan hər şey gözləmək olar» qeyd edirdi (3, 17). 




Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə