Microsoft Word Irevan bolgesi doc



Yüklə 4,2 Mb.
Pdf görüntüsü
səhifə31/179
tarix15.03.2018
ölçüsü4,2 Mb.
#32454
1   ...   27   28   29   30   31   32   33   34   ...   179

93 

raya fəal müdaxiləyə sövq edirdi. Anası gürcü qızı olan Məhəmməd 

xanın II İraklidən asılılığının güclənəcəyindən ehtiyat edən Osmanlı 

sultanı  təcili tədbirlər görməyə başladı. Sultan Əbdülhəmid Mə-

həmməd xana fərman göndərərək, onu digər Azərbaycan xanları ilə 

birləşərək, gürcü-rus qüvvələrinə qarşı mübarizəyə çağırırdı. Bu 

fərmanda Osmanlı sultanı gələcək planlarından bəhs edərək yazırdı: 

«…biz arzu edirik ki, islam qanunlarına zərər dəyməsin, ən çox da 

sənin xanlığın yalançılardan və canilərdən xilas olsun. Xəbərdar 

edirik ki, Tiflis çarı (II İrakli – E. Q.) Rusiya ilə birləşərək, yalanla 

Azərbaycan xanları arasında olan birliyi parçalayaraq onları 

Rusiyaya tərəf  əyməklə xaincəsinə  məhv etmək istəyir. Allah bizi 

bundan qorusun. Biz gərək müvəffəqiyyətlə, qanunla birləşməyə 

cəhd edək. Nəticədə biz Azərbaycan xanlarını ayıltmaq üçün birinci 

vəzir – Çıldır valisi Salman paşaya və Bəyazid hakimi İshak paşaya 

onlarla fasiləsiz yazışma aparmağı  əmr etmişik. Hamısına xəbər 

veririk ki, Rusiya və çar İrakliyə söz verəndə xüsusilə ehtiyatlı 

olsunlar. Çar İrakli Rusiyaya satılıb, sizə göndərilmiş bizim elçinin 

əmri ilə digər xanlar kimi hərəkət edin…Xəbərdar edirik ki, siz 

islam qanunları üçün çalışasınız və buna dözəsiniz. Belə vəziyyətdə 

siz ali bütün paşalara bildirməklə bizim hər cür köməyimizi gözləyə 

bilərsiniz və son dərəcə hücumdan qorunun. Ayıq olun ki, çar İrakli 

İrəvan hakimiyyətinə,  İrəvan xanlığına və sizin dövlətə  zərər 

yetirməsin. Bizim bütün hakimlərə sizə kömək lazım olduqda 

sərhəddə qoşun toplamağı əmr etmişik. Bizim ali işimizə qoşulmağa 

cəhd edin. Bizim arzumuz odur ki, İrakli heç yerə ziyan yetirməsin, 

bizimlə  səmimiyyətlə birləşərək düşmənlə qarşılaşan zaman 

öldürün, qarət və darmadağın edin. Gözləyin ki, nə digər Azərbay-

can xanlarına, nə də sizin xanlığa zərər dəyməsin…Arzu edirik ki, 

islam qanunlarının xeyrinə bütün Azərbaycan xanları xoylu Əhməd 

xanın ətrafında birləşsinlər» (6, 964). 

Digər tərəfdən, sultan sərhəddə yerləşən Ahalsıq, Qars, 

Bəyazid və digər paşalıqlara  İrəvanı müdafiə etmək üçün hazır 

olmaları haqqında fərmanlar göndərmişdi. Sultanın göstərişlərini 

yerinə yetirən paşalar  İrəvan xanı ilə  əlaqə saxlayır və onu öz 



94 

tərəflərinə çəkmək üçün müxtəlif vədlər verirdilər. Ahalsıq hakimi 

Süleyman paşa bu işdə xüsusilə fəal idi. O, İrəvanı rus-gürcü qüv-

vələrindən müdafiə etmək üçün Azərbaycan xanlarını birliyə 

çağırırdı. Onun İrəvan  əhalisinə  və  şəxsən xanın özünə yazdığı 

məktubları bu baxımdan diqqətəlayiqdir. Süleyman paşa 1784-cü il 

iyulun 10-da İrəvan əyanlarına yazdığı məktubda xalqı «müqəddəs 

müharibə»yə  təhrik etməklə bildirirdi ki, onlar lazım olduqda 

paşaların köməyinə ümid edə bilərlər. Məktubda yazılırdı: «Siz 

mənim hörmətli oğlumla (Məhəmməd xanla – E. Q.) birləşərək 

Azərbaycanın yeni sipəhsaları, qardaşımız  Əhməd xanın sözü ilə 

hərəkət edin….Mənim qardaşlarım – İrəvan xalqı yerli türklərdir; 

əgər dininizi sədaqətlə müdafiə etdiyinizə görə, İrəvan qalasında hər 

hansı  şəxs sizə qarşı pis niyyətə düşərsə, sizə kömək üçün biz 

birləşərik. Sultan mənə, Qars, Van və  Bəyazid paşalarına  İrəvan 

təhlükədə olduğu vaxt onlara kömək etməyi əmr edibdir» (250, 198-

199). Süleyman paşanın  şəxsən Məhəmməd xana göndərdiyi digər 

məktubunda ona və başqa Azərbaycan xanlarına göndərilən pul və 

hədiyyələrdən bəhs edilirdi. O, yazırdı: «Sizi doğma oğlum hesab 

edərək həmişə  əmin-amanlığınız üçün çalışmışam.  Əlahəzrət 

hökmdarın fərmanı və vəzir Həsənin məktubu əsasında Qapıçı paşa 

(İbrahim  əfəndi – E. Q.) və Solakzadə  Məhəmməd-sal bəyin 

vasitəsilə sizə  və Azərbaycanın digər xanlarına pul və  hədiyyələr 

göndərilmişdir. Onları bu yaxınlarda alacaqsınız.  Əgər siz bizim 

dövlətə sadiqsinizsə  və bizimlə dostluq münasibətində olmaq 

istəyirsinizsə, o zaman Ali Porta (Osmanlı dövləti – E. Q.) bundan 

xəbərdar olmalıdır. Siz nəinki bizim sadiq bəndəmiz olacaqsınız, 

sultanın da sizə hörməti artacaq, əgər sözlərimə inansanız, mənim 

də sizə qarşı  məhəbbətim artacaq, iltifatlı  oğlum və dostum bu 

məktubu gətirəni yubanmadan göndərin» (6, 686). 

Qars paşası da Məhəmməd xana bu məzmunda məktub 

göndərmişdi. Məktubda deyilirdi: «Bizim şöhrətli hakimimiz sizə 

və Azərbaycanın digər xanlarına Qapıçı paşa və Solakzadə Məhəm-

məd-sal bəyin vasitəsilə pul və  hədiyyə göndərmişdir. Tezliklə 

Ahalsıq hakimi Süleyman paşa vasitəsilə sizə çatdırılacaqdır. Alla-



95 

hın köməyilə biz həmişə sizinlə dost olacağıq. Sizə  nə xidmət 

lazımdırsa, əmr edin» (6, 686). 

Osmanlı dövlətinin  İrəvanda fəallaşması II İraklinin və onun 

havadarı olan Rusiyanın narahatlığına səbəb olmuşdu. İrəvanda baş 

verən hadisələri diqqətlə izləyən rus komandanlığı sultanın 

fərmanından və Ahalsıq paşasının fəaliyyətindən vaxtında xəbər 

tuta bilmişdi.  İrəvan sarayında II İraklinin tərəfdarları az deyildi. 

Yeni xanın gürcü olan anası Tiflis sarayı ilə  əlaqə saxlayaraq, 

İrəvanda olan hadisələri gizli surətdə oraya çatdırırdı. O, Mirzə 

Gürgeni gizlincə yanına çağırıraq sultanın fərmanını göstərmiş, 

Mirzə Gürgen isə  fərmanı köçürərək Tiflisə göndərmişdi (6, 967-

968). 

Digər tərəfdən Mizə Gürgen İrəvanda baş verən hadisələr 



haqqında da çarı vaxtında məlumatlandırırdı. O, məktubunda II 

İrakliyə  İrəvanda Osmanlı  təsirinin gündən-günə artdığını  xəbər 

vermişdi. Hətta Mirzə Gürgen II İrakliyə yalan və  şişirdilmiş 

məlumat göndərməklə onu İrəvana hücuma təhrik edirdi. O, 1784-

cü il iyulun 14-də Kartli-Kaxetiya çarına göndərdiyi məktubda 

həyəcanla yazırdı ki, guya «sultan qoşunla bura gəlib və  Əhməd 

xanın adamını özü ilə  gətirib ki, qalanı tutsun….Əgər dörd gün 

ərzində Həmzəçimənə gəlməsəniz, qala əlimizdən çıxacaq. Əgər bu 

iş sizə  çətindirsə, oğlanlarınızdan birini göndərin; lakin yaxşı olar 

ki, özünüz gələsiniz, onlar bunu eşidib dağılışarlar» (3, 17; 250, 

201-202). Bunu eşidən II İrakli oğlu Yulionun başçılığı ilə topla 

təchiz olunmuş 1500 nəfərlik qoşunu  İrəvana göndərmək qərarına 

gəlmişdı. Lakin nəzərdə tutulan bu yürüş  həyata keçmədi (3, 16). 

Çünki anası başda olmaqla sarayda olan II İrakli tərəfdarları 

Məhəmməd xanın adından 1784-cü ilin avqustunda Ahalsıx hakimi 

Süleyman paşaya yazdığı məktubda II İrakliyə xidmət edəcəklərini 

bildirmişdilər (247, 206). 

Bunun ardınca İrəvan hakimi sultanın göndərdiyi hədiyyələri 

qəbul etməmişdi. Odur ki, sultan 1784-cü ilin payızında  İbrahim 

əfəndinin başçılığı altında 60 nəfərdən ibarət yeni nümayəndə 

heyətini Cənubi Qafqaza göndərdi (247, 206; 35, 75-76; 148, 115-



Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə