Microsoft Word Irevan bolgesi doc



Yüklə 4,2 Mb.
Pdf görüntüsü
səhifə32/179
tarix15.03.2018
ölçüsü4,2 Mb.
#32454
1   ...   28   29   30   31   32   33   34   35   ...   179

96 

116; 55, 187-188). İbrahim Əfəndi Cənubi Qafqaza gələrkən sultan 

fərmanı ilə yanaşı Azərbaycan xanlarına və Dağıstan hakimlərinə 

çoxlu pul və hədiyyələr gətirmişdi. Lakin İrəvan xanı bu hədiyyələri 

qəbul etməmişdi (6, 717). 

Anası başda olmaqla Məhəmməd xanın azyaşlı olmasından 

istifadə edən bir qrup şəxsin Tiflis sarayı ilə  sıx  əlaqə saxlaması 

sultan tərəfdarlarının xoşuna gəlmirdi. Nəticədə, Ahalsıx hakimi 

Süleyman paşanın təhriki ilə Məhəmməd xana qarşı sui-qəsd hazır-

lanmışdı. S.D.Burnaşov 1785-ci ilin martın 17-də P.S.Potyomkinə 

yazdığı  məlumatda göstərirdi ki, görkəmli  İrəvan  əyanlarından 

Usmi bəy və onun oğlu osmanlıların təhriki ilə xanı öldürmək 

qərarına gəlmişdilər. Lakin bu sui-qəsdin üstü vaxtında açılmışdı. 

Usmi bəy qaça bilsə  də, Qars sərhəddində  həbs edilərək oğlu ilə 

həbsxanaya salınmışdı (6, 730). 

Tezliklə,  İrəvan xanlığı Xoy xanlığının təsirinə düşdü. Qeyd 

etmək lazımdır ki, XVIII yüzilliyin 80-ci illərin əvvəllərində Əhməd 

xan xoylu (1763-1786) Urmiya, Təbriz, Qaradağ, Naxçıvan və 

İrəvan xanlıqlarını özünə tabe etmək üçün mübarizə aparırdı (27, 

128-131; 55, 48-50). Əhməd xan zirək siyasətilə, xüsusilə sultan 

tərəfindən Azərbaycan sipəhsaları adlandırıldıqdan sonra, böyük 

hörmət,  şöhrət və nüfuz qazana bilmişdi. O, çar İraklinin gizli 

düşməni idi (105, 25). Rus komandanlığı onun nüfuz sahibi 

olduğunu görərək Əhməd xanı öz tərəfinə çəkmək istəyirdi. Georgi-

yevsk müqaviləsindən sonra knyaz Apraksin vasitəsilə ona fərman 

və  hədiyyələr göndərilmişdi.  Əhməd xan rus–gürcü qüvvələrindən 

ehtiyat edərək  əvvəl bu fərmana müsbət cavab vermişdi. Hətta 

1784-cü ilin iyulunda knyaz Q.Potyomkin buna cavab olaraq 

xandan xahişnamə göndərməsini rica etmişdi. «Lakin Osmanlı 

dövlətinin bölgədə  fəallaşması  (İbrahim  Əfəndinin başçılığı ilə 

nümayəndə heyəti – E. 

Q.), Azərbaycan xanlarını rus-gürcü 

qüvvələrinə qarşı birləşmək çağırışı bu planı pozdu. Sultan Əhməd 

xana sərəsgər rütbəsi verib, Azərbaycana rəhbərlik etməyi xahiş 

etmişdi. Osmanlı dövlətinin köməyinə arxalanan Əhməd xan Rusiya 

ilə danışıqları kəsmişir» (181, 40). 




97 

Həqiqətən, sultan güclü Xoy xanına böyük ümid bəsləyirdi. 

Sultan fərmanlarında Azərbaycan xanlarından rus-gürcü qüvvələ-

rinin  İrəvan qalasına yürüşünün qarşısını almaq üçün Əhməd xan 

Dünbülünün başçılığı ilə birgə mübarizəyə girişməyi tapşırmışdı 

(48, 72). Sultan Əbdülhəmid  İrəvan xanına göndərdiyi məktubda 

yazırdı ki, «..yaşca böyük olan və  ləyaqətli Xoy xanına sipəhsalar 

rütbəsi verib, bütün xanlara fərman verərək bildirmişik ki, bizim 

paşa və  vəzirlərə  İraklinin hərəkətləri barədə  xəbər versinlər (35, 

71). 


Xoylu  Əhməd xan Məhəmməd xanın hakimiyyətinin ilk 

günlərindən xanlığın daxili işlərinə müdaxilə etməyə başlamışdı. 

Əgər o, əvvəllər II İrakli və onun havadarı olan Rusiyadan ehtiyat 

edərək İrəvanın daxili işlərinə açıq-açığına qarışmaqdan çəkinirdisə, 

artıq bu işdə özünə arxa tapmışdı. Xoylu Əhməd xan bacarıqlı 

sərkərdə olmaqla bərəbər, güclü qoşuna malik idi. Digər tərəfdən, o, 

Ahalsıx hakimi Süleyman paşa ilə qohum idi və paşa lazım olduqda 

hərbi cəhətdən ona kömək edirdi (107, c.2, səh.178). Bundan əlavə

Əhməd xan Qarabağ, Qaradağ və Naxçıvan xanları ilə müttəfiq idi 

(182, 175). O, həm də taxt-tac uğrunda mübarizə aparan Ağa 

Məhəmməd xan Qacarla dostluq edirdi (247, 208). Ən başlıcası isə 

Xoy hakimi Osmanlı dövlətinə arxalanırdı. 

Başı qonşu xanlıqları özünə tabe etməyə qarışan Əhməd xan 

İrəvanda möhkəmlənmək arzusunu yalnız 1785-ci ildə reallaşdıra 

bildi. O, ilk növbədə «nikah diplomatiyası»ndan istifadə etməyi 

qərara aldı.  Əhməd xanın mərhum Qulaməli xanla qohum olmaq 

cəhdi baş tutmasa da, Məhəmməd xanla bu niyyətini həyata keçirə 

bilmişdi. 1785-ci ilin yayında Əhməd xan özünün 30 yaşlı qızını 13 

yaşlı  Məhəmməd xana ərə verdi (3, 243; 107, c.2, səh, 177). Bu 

qohumluğu daha da möhkəmləndirmək üçün Əhməd xan Məhəm-

məd xanın bacısı ilə evləndi (27, 130). 

Məhəmməd xanın azyaşlı olmasından istifadə edən  Əhməd 

xan qızı vasitəsilə İrəvanda hakimiyyəti idarə etməyə başladı. Xoy 

hakimi  İrəvanda mövqeyini daha da möhkəmləndirmək üçün gizli 

nümayəndəsini, hərəmağası Ağahüseyni də oraya göndərdi. Tezlik-



98 

lə, hərəmağası  İrəvan sarayında böyük nüfuz sahibi oldu. Hətta o, 

Məhəmməd xanın etimadını qazanaraq vəzir təyin edildi (3, 233-

234; 6, 885). 

Əhməd xanın adamının  İrəvanda yüksək vəzifə tutması II 

İraklini narahat etməyə başladı. O, hiyləyə  əl ataraq Ağahüseyni 

müxtəlif bəhanələrlə Tiflisə  dəvət etdi (6, 885). Lakin onun bu 

niyyəti baş tutmadı. Vəzirliyi ələ keçirməklə böyük səlahiyyət qaza-

nan Ağahüseyn Xoy hakiminin mənafeyinə uyğun siyasət yeritməyə 

başladı. Nəticədə,  Əhməd xanın sağlığında qısa müddətə olsa da, 

İrəvan xanlığı ondan asılı vəziyyətə düşmüşdu. Tabeçilik rəmzi ola-

raq İrəvandan Xoya nəzərdə tutulan miqdarda peşkəş və hədiyyələr 

göndərilirdi (27, 130-131). 

Rusiyanın Kartli-Kaxetiya sarayındakı nümayəndəsi S.D.Bur-

naşovun 1785-ci il avqustun 9-da mərkəzə göndərdiyi məlumatında 

yazılırdı ki, «İrəvan  İraklidən daha çox 30 yaşlı  qızını 13 yaşlı 

İrəvan xanına  ərə verən  Əhməd xanın hakimiyyəti altındadır. O, 

(Əhməd xanın qızı – E. Q.) hərəmağası Ağahüseynlə birlikdə İrəvan 

qalasına sahib olaraq bütün xanlığı idarə edir. Onlar Əhməd xanın 

təhriki ilə II İrakliyə bir daha vergi ödəmirlər» (3, 243). Bu vəziyyət 

Osmanlı sultanını da qane edirdi. 

Ancaq vəzirin siyasəti yerli əyanları qane etmirdi. Belə ki, 

Ağahüseynin vəzir təyin edilərək hakimiyyəti  ələ alması yerli 

əyanların narazılığına səbəb olmuşdu. Onun fəaliyyəti ilk əvvəl 

kürd tayfa başçılarından olan Şəmdin ağanın xoşuna gəlməmişdi. O, 

qoşun toplayaraq hakimiyyətə qarşı döyüşə hazırlaşsa da, 

ağsaqqalların işə qarışması baş verə biləcək qırğının qarşısını bir 

müddət ala bilmişdi (161, 123-124). 

Lakin  İrəvanda vəziyyət gərgin olaraq qalırdı. Tərəflər 

arasında baş qaldırmış mübarizə  səngimək bilmirdi. Tez-tez sui-

qəsdlər və müxtəlif ixtişaşlar baş verirdi (6, 904). Tezliklə, Ağa-

hüseynə qarşı yeni müxalif qüvvələr  əmələ  gəldi. Belə ki, vəzir 

Ağahüseyn nüfuzundan istifadə edərək bəzi əyanları vəzifələrindən 

kənarlaşdırmışdı. Vəzifədən qovulan Eyvaz bəy və Qasım bəy 

İrəvanı tərk edib, 2000 nəfərlik silahlı qüvvə toplayaraq vəzirə qarşı 



Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə