Microsoft Word Irevan bolgesi doc



Yüklə 4,2 Mb.
Pdf görüntüsü
səhifə30/179
tarix15.03.2018
ölçüsü4,2 Mb.
#32454
1   ...   26   27   28   29   30   31   32   33   ...   179

90 

qapısının və açarının həvalə edildiyi şəxs bizim qohumumuzdur. O, 

deyir ki, əgər biz gecə ora gəlsək, qalanı  təhvil verəcəkdir» (250, 

195-196). Çox güman ki, II İrakli bu imkandan yararlanaraq 

müxalif qüvvələri sui-qəsdə təhrik etmişdi. Beləliklə, Qulaməli xan 

həm xarici, həm daxili qüvvələrin birgə səyi ilə 1784-cü il iyunun 8-

də  şənbə günü qaladan kənarda qoşuna baxış keçirərkən müxalif 

qüvvələrin hücumuna məruz qalmış, nəticədə kiçik qardaşı Məhəm-

mədhəsən və ona sadiq beş  nəfərlə birlikdə öldürülmüşdü (250, 

183-184, 190-203). Xanı  və qardaşını  şəxsən öldürənlər  İrəvan 

əyanlarından Bünyadəli soltan və onun əmisi oğlu Qələndar bəy 

olmuşdu (250, 195). 

Beləliklə, xarici düşmənlərin İrəvanda siyasi nüfuzu, nəzarəti 

itirmək istəməyən bir sıra güclərin və hakimiyyət uğrunda mübarizə 

aparan yerli qruplaşmaların fəaliyyətinin nəticəsi olan bu sui-qəsd 

İrəvanda siyasi-sosial durumu daha da kəskinləşdirdi. Daxili və 

xarici durumda gərginlik artmaqda davam etdi. 

 

 

2.3. XVIII yüzilliyin 80-ci illərin ikinci yarısında 

İrəvan xanlığında siyasi vəziyyət 

 

Sui-qəsddən dərhal sonra İrəvan əhalisinin əksəriyyəti Qulam-



əli xanın 12 yaşlı ögey qardaşı Məhəmmədi xan seçdi. Məhəmməd 

xan (1784-1805) İrəvan taxtında  ən uzun müddət oturan 

hakimlərdən biri olmuşdu (472, 5; 499, 164; 107, c.2, səh.177). O, 

Hüseynəli xanın gürcü qızından olan oğlu idi. Eyni zamanda bu 

hakim  İrəvan  əhalisinin seçdiyi yerli Qacarlar sülaləsinin sonuncu 

nümayəndəsi olmuşdu. Onun hakimiyyət illərini iki dövrə bölmək 

olar. Birinci dövr 1784-cü ildən 1790-cı ilə qədər dövrü əhatə edir. 

Məhəmməd xan azyaşlı olduğuna görə, hakimiyyətinin ilk illərində 

anasından, ona sadiq olan nüfuzlu əyanlardan asılı qalmış, Xoy 

xanlığına və  hətta Kartli-Kaxetiya çarlığına təzminat vermək 

məcburiyyətində qalmışdı. 



91 

İrəvan taxtına sahib olan Məhəmməd xan ilk gündən ona 

müxalif olan qüvvələrin təzyiqi ilə üzləşdi. Qulaməli xanın 

ölümündən sonra İrəvan  əhalisi iki dəstəyə bölünərək bir–biri ilə 

mübarizə aparırdı. Birinci dəstə  Məhəmməd xanın tərəfdarları idi. 

Bu dəstəni xoylu Əhməd xan dəstəkləyirdi. İkinci müxalif qüvvənin 

başında isə makulu Əhməd soltan dururdu. Qeyd etmək lazımdır ki, 

Əhməd soltan İrəvan taxt-tacını  ələ keçirmək üçün çoxdan fürsət 

axtarırdı. Xalqın dəstəklədiyi Qulaməli xanın hakimiyyətə  gəlməsi 

onun bu planını pozmuşdu. Lakin xanın öldürülməsi ilə  Əhməd 

soltan yenidən taxt-taca sahib olmaq niyyətinə düşmüşdü. 

S.D.Burnaşov 1784-cü il iyulun 25-də yazdığı məktubların birində 

qeyd edirdi ki, Əhməd soltan İrəvanda ən nüfuzlu əyanlardan biridir 

və Arazın o tayında zəngin malikanələri vardı. O, planını  həyata 

keçirmək üçün Kartli-Kaxetiya çarı ilə  əlaqə saxlayırdı. Onun 

dəstəyini almaq üçün Əhməd soltan oğlunu məktubla Tiflisə 

göndərmişdi. Məktubda o, İrəvan xanının (Qulaməli xan – E. Q.) 

çara xəyanət etdiyini, onu eşitmədiyini və  əmanət göndərmədiyini 

yazırdı. II İrakli isə Mirzə Gürgenə tapşırmışdı ki, Əhməd soltana 

bildirsin ki, çar onun İrəvan xanlığının hakimi olmasına kömək 

edəcəkdir (3, 16-17). 

Həqiqətən də, hadisələrin gərgin olduğu bir vaxtda İrəvanda 

İraklinin tərəfdarları ilə Osmanlı  dəstəyinə ümid edən  əleyhdarları 

arasında  əsl mübarizə gedirdi (247, 206). Bütün İrəvan  əhalisi iki 

qismə bölünərək bir-biri ilə döyüşürdü. Baş verən döyüşlər 

nəticəsində hər iki tərəf bir-birinə məxsus olan kəndləri dağıdır və 

qarət edirdilər. Bu qarmaqarışıqlıqlara dözməyən, talanın qarşısında 

aciz qalan əhalinin bir hissəsi çıxış yolunu Osmanlı  ərazisinə 

sığınmaqda görürdü. Baxımsız qalmış  əkin sahələrinin bir hissəsi 

məhv olmuş, digər hissəsini isə qarətçilər talan etmişdilər (6, 961-

962). 

İrəvanda baş verən hadisələrdə Kartli-Kaxetiya çarının  əli 



olduğunu bilən və bunun qarşısını almağa çalışan  İrəvan ağsaq-

qalları və digər nüfuzlu şəxsləri ilk gündən Tiflis sarayı ilə əlaqəyə 

girmişdilər. Qulaməli xana qarşı sui-qəsddən bir neçə gün sonra 



92 

İrəvanın nüfuzlu şəxslərindən 98 nəfərin imzası ilə II İrakliyə 

məktub göndərilmişdi. 1784-ci il iyunun 9-12 arasında göndərilmiş 

məktubda Qulaməli xanın öldürülməsinin səbəbi göstərilməklə 

yanaşı qeyd edilirdi ki, «İrəvan  əhalisi, həm  əyanlar, həm də sadə 

xalq qardaşının yerinə onu (Məhəmməd xanı-E.Q) xan seçmişdilər. 

Əlihəzrətdən xahiş edirik ki, mərhəmət göstərərək onun hakimliyini 

təsdiq edən fərman göndərsin. Sonra bütün cəmiyyətə əmr edəsiniz 

ki, bu haqda xalq bilsin» (250, 183). Başqa bir sənəddə deyilir ki

Məhəmməd xanın tərəfdarları II İraklinin dəstəyini almaq üçün 

tələsik Hacı Həsənəli bəyi və məlik Abramı Tiflisə göndərmişdilər. 

Elçilər Tiflisə gələrək irəvanlıların adından çara sədaqətli olacaqla-

rına söz verib, Məhəmməd xanın hakimiyyətini dəstəkləməyi xahiş 

etmişdilər. II İrakli isə xanı təbrik etmək üçün Mirzə Gürgeni xüsusi 

məktub və xələtlə İrəvana göndərmişdi (250, 195-196). 

Əslində II İrakli  İrəvanda baş verən hadisələrdən istifadə 

edərək nüfuzunu möhkəmləndirmək qərarına gəlmişdi. Lakin onun 

planını  Bəyazid hakimi İshaq paşa və xoylu Əhməd xan poz-

muşdular. Belə ki, İrəvanda ara qarışan kimi İshaq paşa Xoy hakimi 

ilə  əlaqəyə girərək, onu burada olan hadisələrə müdaxilə etməyə 

çağırmışdı. Nəticədə, Əhməd xan nümayəndəsi Mirzə Əbdülhəsəni, 

İshaq paşa isə  xəzinədarı Rizvan ağanı  Məhəmməd xanın adına 

yazılmış  fərman və  məktubla  İrəvana göndərdilər. Onların səyi 

nəticəsində əhali arasında iğtişaş yatırılmış və dinclik yaranmışdı. II 

İrakli tərəfindən göndərilən Mirzə Gürgen 70-80 süvari ilə İrəvana 

daxil olanda artıq gec idi. Məhz bu səbəbdən çarın adamları Tiflisə 

geri qayıtmağa məcbu olmuşdular. Yalnız Mirzə Gürgen bir neçə 

nəfərlə İrəvanda qalmışdı (72, 95-96). 

İrəvanda baş verən qarşıdurmada Məhəmməd xanın tərəfdarları 

qələbə çaldılar. Nəticədə, Osmanlı tərəfdarlarının köməyi ilə müxalif 

qüvvələr məğlub oldu. Planının bu dəfə  də boşa çıxdığını görən 

makulu  Əhməd soltan cəzalanacağından qorxaraq xoylu Əhməd 

xanın yanına qaçdı. Lakin Əhməd xan onu həbs etdirdi (11, 96). 

İrəvanda tez-tez baş verən hakimiyyət dəyişiklikləri, xanların 

kiçik yaşlı  və  təcrübəsiz olması Osmanlı hökumətini hər dəfə bu-



Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə